Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-561/2024 21.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Samux rayonu Alıuşağı bələdiyyəsinə (üçüncü şəxs Əhmədova Hicran Məhəmməd qızı) qarşı qərarların qismən ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs Əhmədova Hicran Məhəmməd qızının iştirakları ilə, “qərarların qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-104/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə bələdiyyənin alğı-satqı predmeti olan torpağından 0.08 ha torpaq sahəsinin İddiaçı həyətyanı məqsədilə torpaq sahəsinin satılması qərara alınmış, həmin torpaq sahəsinin cizgi-planı tərtib edilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsinə görə xx.xx.2006-cı il tarixdə bələdiyyənin hesabına 300 (üç yüz) manat məbləğində ödəniş edilmişdir.
2. Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ilə Alıuşağı bələdiyyəsinin alqı-satqı predmeti olan ərazidən 0.12 ha torpaq sahəsinin Alıuşağı kənd sakini Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması məqsədilə təyinatı ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalzasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında sürüşmə zonasında yerləşmədiyindən fərdi yaşayış evinin tikilməsi, satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Samux rayonu Alıuşağı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımışdır.
4. Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 3 nömrəli protokol qərarı ilə Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 10-cu bəndinə əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərini qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmilləşdirilmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zolağında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçininbələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin hərrac və müsabiqə keçirilmədən bu əsasnamənin 11-ci 14-cü 21-ci 23-cü 24-cü 25-ci 25-1 və 27-ci maddəsində müəyyən edilmiş qaydaya əsasən Əhmədova Hicran Məhəmməd qızına 5 ildən artıq ərazidə daima qeydiyyatda olması barədə Samux Aluşağı İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 7 saylı arayışına əsasən Bələdiyyənin Alıuşağı kənd ərazisində kənd altı torpaq sahəsi olmaqla 0.012 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsinin satılması qərara alınmışdır.
5. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Samux rayonu Alıuşağı bələdiyyəsi Samux rayonu, Alıuşağı kəndində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini Əhmədova Hicran Məhəmməd qızına satmışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Əhmədova Hicran Məhəmməd qızının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnımış və A№698450 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.
7. Əhmədov İddiaçı Hicran Məhəmməd qızının adına daşınmaz əmlakın qeydiyyata alınıb-alınmamasına dair arxiv arayışının verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları xx.xx.2022-ci il tarixli **********56 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Əhmədova Hicran Məhəmməd qızının adınadır.
8. Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-39RA/2-Ə-184/8/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə bələdiyyənin alğı-satqı predmeti olan torpağından 0.08 ha torpaq sahəsinin İddiaçı həyətyanı məqsədilə torpaq sahəsi satılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdeh Samux rayonu Alıuşağı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu bələdiyyəsinin 2006-cı il tarixli alğı-satqı ilə bələdiyyədən aldığı 0.08 ha torpaq sahəsinin iş üzrə üçüncü şəxsə satılmasına dair bələdiyyə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə Samux rayonu, Alıuşağı bələdiyyəsindən həyətyanı torpaq sahəsi kimi 0.08 ha torpaq sahəsini satın almışdır. Samux rayonu Alıuşağı kənd bələdiyyəsinin 14 fevral 2006-cı il tarixli 02 saylı iclas protokolundan çıxarışa əsasən 0.08 ha torpaq sahəsini alğı-satqı yolu ilə almışdır. Torpaq sahəsi ölçülüb ona təhvil verilmişdir. Qeyd edir ki, o, həmin torpaq sahəsində ev tikmişdir. Bu yaxınlarda bilmişdir ki, yəni, xx.xx.2023-cü ildə 3 saylı Ərazi İdarəsindən arayış alarkən ona məlum olmuşdur ki, cavabdeh onun torpaq sahəsini nikahdan qabaqkı iş üzrə 3-cü şəxsə satmışdır. Ona görə də iddia qaldırıb ona satılmış torpaq sahəsinin iş üzrə 3-cü şəxsə satılmasına dair bələdiyyə qərarının ləğv edilməsini xahiş etmək məcburiyyətindədir. Ona görə də bələdiyyənin iş üzrə 3-cü şəxsə onun aldığı torpağın satılmasına dair qərarı ləğv edilməlidir.
11. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli protokol-qərarının və Samux rayonu Alıuşağı kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin Əhmədova Hicran Məhəmməd qızına satılması barədə Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokol-qərarının qismən - 0.08 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-104/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 0.12 ha torpaq sahəsi üçüncü şəxsə satıldığı zaman artıq həmin torpaq sahəsinin 0.08 ha hissəsinin iddiaçıya satılmasına dair bələdiyyə qərarı mövcud idi. Mübahisə predmeti olan 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı mövcud olduğundan, sonradan həmin torpaq sahəsinin üçüncü şəxsə satılması üçün bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə xx.xx.2021- ci il tarixli 08 nömrəli qərarı və bilavasitə üçüncü şəxsə satılması barədə xx.xx.2022-ci il tarixli qərarları 0.08 ha torpaq sahəsinə münasibətdə qanunsuz və əsassız olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-104/2024 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ailə qurmuş, 2021-ci ildə boşanmışdır. Birgə nikah dövründə 0,12 ha bələdiyyə torpaq shaəsi zəbt etmişdir. Bələdiyyə həmin torpaq sahəsinin sənədləşdirilməsini desə də maddi imkan olmadığından bu mümkün olmamışdır. 2021-ci ildə iddiaçı ilə ayrıldıqdan sonra, 2022-ci ildə ata-anası ona çıxarış və texniki pasport almaqla köməklik etmişdir. 2022-ci ildə Samux rayon Alıuşağı bələdiyyəsi 0,12 ha torpaq sahəsini onunla alqı-satqı etdikdən sonra həmin torpaq sahəsinə xx.xx.2022-ci ildə çıxarış almışdır. Bundan sonra torpaq sahəsində hasar çəkdirmiş, ev tikdirmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, 2009-cu ildə iddiaçı ilə ailə qurmuş, 2021-ci ildə ayrılmışdır. Ayrıldıqdan sonra özünə torpaq sahəsi alıb, ev tikdirmişdir. Hazırda da 2 azyaşlı uşağı ilə həmin evdə yaşayır. İddiaçının onun aldığı torpaq sahəsinə heç bir aidiyyəti yoxdur.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, o, torpaq sahəsini alanda biri qardaşının olub, biri də onun. Belə ki, 0.8 sot torpaq sahəsi ona məxsus olub və həmin torpağa dair bələdiyyə qərarıda var. Lakin torpaq sahəsinin yerləşməsinə dair əlavə heç bir sənədi yoxdur. Torpağa dair çıxarış və ya plan-ölçü sənədi almamışdır. Üçüncü şəxs həmin sahədə ev tikməyib, həmin ev onun tərəfindən tikilmişdir.
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək şikayətin təmin olunmasını xahiş etdi və iddiaçıya satılan torpaq sahəsinin yerinin bəlli olmadığını, ümumiyyətlə üçüncü şəxsə satılan torpaq sahəsinə heç bir aidiyyətinin olmadığını, sonuncuya torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq satıldığını bildirdi.
Tətbiq edilən hüquq:
20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir;
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır;
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir;
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir;
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır;
66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur;
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir;
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır;
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir;
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
26. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
29. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
30. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
31. Qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.
32. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
33. Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə bələdiyyənin alğı-satqı predmeti olan torpağından 0.08 ha torpaq sahəsinin İddiaçı həyətyanı məqsədilə torpaq sahəsinin satılması qərara alınmış, həmin torpaq sahəsinin cizgi-planı tərtib edilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsinə görə xx.xx.2006-cı il tarixdə bələdiyyənin hesabına 300 (üç yüz) manat məbləğində ödəniş edilmişdir.
34. Hazırda iddiaçı X2 rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə ona satıldığını qeyd etdiyi torpaq sahəsinin sonradan Əhmədova Hicran Məhəmməd qızına satılmasını iddia etmişdir.
35. İş materiallarında olan Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ilə Alıuşağı bələdiyyəsinin alqı-satqı predmeti olan ərazidən 0.12 ha torpaq sahəsinin Alıuşağı kənd sakini Əhmədova Hicran Məhəmməd qızına bilavasitə satılması məqsədilə təyinatı ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalzasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında sürüşmə zonasında yerləşmədiyindən fərdi yaşayış evinin tikilməsi, satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır.
36. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Samux rayonu Alıuşağı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımışdır.
37. Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 3 nömrəli protokol qərarı ilə Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 10-cu bəndinə əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərini qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmilləşdirilmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zolağında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin hərrac və müsabiqə keçirilmədən bu əsasnamənin 11-ci 14-cü 21-ci 23-cü 24-cü 25-ci 25-1 və 27-ci maddəsində müəyyən edilmiş qaydaya əsasən Əhmədova Hicran Məhəmməd qızına 5 ildən artıq ərazidə daima qeydiyyatda olması barədə Samux Aluşağı İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 7 saylı arayışına əsasən Bələdiyyənin Alıuşağı kənd ərazisində kənd altı torpaq sahəsi olmaqla 0.012 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsinin satılması qərara alınmışdır.
38. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Samux rayonu Alıuşağı bələdiyyəsi Samux rayonu, Alıuşağı kəndində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini Əhmədova Hicran Məhəmməd qızına satmışdır.
39. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində Əhmədova Hicran Məhəmməd qızının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımış və A№698450 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.
40. Birinci instansiya məhkəməsi tərəfindən Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə İddiaçı satılmış 0.08 ha torpaq sahəsinin Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 3 nömrəli qərarı ilə Əhmədova Hicran Məhəmməd qızına satılmış 0.12 ha torpaq sahəsi ilə eynilik təşkil edibetməməsinin müəyyənləşdirilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınsa da, Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə X1 0.08 ha torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyi və koordinatları əks olunmuş plan-ölçü sənədi mövcud olmadığından rəy verilməsi mümkün olmamışdır.
41. Göründüyü kimi iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsi ilə bağlı Samux rayonu Alıuşağı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı olsa da, həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və Əhmədova Hicran Məhəmməd qızına satılmış 0.12 ha torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır.
42. Beləliklə iş materiallarının ətraflı araşdırılması nəticəsində müəyyən edilir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyəti olmuş, iddiaçının mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetirilmir, onun həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxsin mülkiyyətində olmaqla, onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda, iddiaçının qeyd edilən torpaq sahəsinin üçüncü şəxsin xeyrinə özgəninkiləşdirmək barədə bələdiyyə qərarını mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir. Bu isə, iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun olmasını istisna edir. Şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.
43. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul edilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-104/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov