Məhkəmə qərarları › İş №2-1(104)-563/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-563/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-563/2025 04.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı dövlət sosial yardımın bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailəsinə xx.xx.2025-ci il tarixdən ünvanlı dövlət sosial yardımın bərpa edilməsinə dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2988/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1982-ci il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə ********** (VÖEN) uçot nömrəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “fiziki şəxsin uçotu haqqında” şəhadətnamə verilmişdir.

3. Bərdə regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü il tarixdə 8İ-6172 reyestr nömrəsi ilə təsdiq edilmiş **********172 nömrəli ərizəyə əsasən, İddiaçı və X8 ailəsi üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailəsini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişlər.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestrdən çıxarışa əsasən, Bərdə rayonu, Cumalar kəndində yerləşən **********96 reyestr nömrəli torpaq sahəsi üzərində İddiaçı və X8 paylı mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

5. 03.10.2022-ci il tarixli, A 822769 nörməli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti”nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Bərdə rayonu, Cumalar kəndində yerləşən 0.3275 ha-lıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq sahibləri İddiaçı və X6r.

6. Ünvanlı dövlət sosial yardım ilə bağlı İddiaçı **********17201-197 nömrəli müraciətinə əsasən, xx.xx.2024-cü il tarixdən aparılan təyinat avtomatik dayandırılmışdır.

7. xx.xx.2025-xx.xx.2025 tarixlərində qüvvədə olan xx.xx.2025-ci il tarixli, 21-2-17/2- 33518/2025 nömrəli “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği ilə əlaqədar 96.00 manat məbləğ ödənilmişdir.

8. Azərbaycan Respublikası Mərkəzi Bankı - X14, Dövlət Vergi Xidməti - DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xx.xx.2025-ci il tarixli, ********** nörməli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” xidmətə görə 15.00 AZN məbləğ ödənilmişdir.

9. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,00 AZN ödənilmişdir.

10. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 10599 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,00 AZN ödənilmişdir.

11. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 18760 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 45,60 AZN ödənilmişdir.

12. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 26395 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,00 AZN ödənilmişdir.

13. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 30018 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,00 AZN ödənilmişdir.

14. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 29680 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 30,60 AZN ödənilmişdir.

15. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 1878 nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,60 AZN ödənilmişdir.

16. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən, İddiaçı tərəfindən “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar” təyinatı ilə əlaqədar 15,00 AZN ödənilmişdir.

17. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qüvvədə olan ********** nömrəli “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, məcburi dövlət sosial sığorta haqqının aid olduğu 2024-cü ilin aprel ayı üzrə 0.328 torpaq sahəsinə münasibətdə İddiaçı (ailə başçısı) və X8 (ailə üzvü) tərəfindən cəmi 13.8 manat MDSS məbləği ödənilmişdir.

18. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qüvvədə olan ********** nömrəli “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, məcburi dövlət sosial sığorta haqqının aid olduğu 2024-cü ilin may ayı üzrə 0.328 torpaq sahəsinə münasibətdə İddiaçı (ailə başçısı) və X8 (ailə üzvü) tərəfindən cəmi 13.8 manat MDSS məbləği ödənilmişdir.

19. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qüvvədə olan ********** nömrəli “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, məcburi dövlət sosial sığorta haqqının aid olduğu 2024-cü ilin iyun və avqust ayları üzrə 0.328 torpaq sahəsinə münasibətdə İddiaçı (ailə başçısı) və X8 (ailə üzvü) tərəfindən cəmi 41.4 manat MDSS məbləği ödənilmişdir.

20. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qüvvədə olan ********** nömrəli “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzə əsasən, məcburi dövlət sosial sığorta haqqının aid olduğu 2024-cü ilin sentyabr ayı üzrə 0.328 torpaq sahəsinə münasibətdə İddiaçı (ailə başçısı) və X8 (ailə üzvü) tərəfindən cəmi 13.8 manat MDSS məbləği ödənilmişdir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “vətəndaş müraciətləri ilə bağlı detallı məlumat”a əsasən, təmsilçi İddiaçı hesablama məlumatlarına əsasən, Təsərrüfat kateqoriyalardan gəlirlər (Toyuq)- 85.40 manat, torpaq pay mülkiyyətindən gəlirlər- 378.84 manat, Rabilət və kommunal xərclər: Azəriqaz -87.36 manat; Azərişıq -81.12 manat; ümumi rabitə xərcləri- 149, Ailə üzvlərinin rəsmi gəlirləri 00.00 manat, Ailə üzvlərinin sayı 4, Ailənin adambaşına düşən orta aylıq kommunal və rabitə xərcləri 6.62 manat, Ailənin adambaşına düşən orta aylıq gəlirləri 84.67 manat olmuşdur.

22. Sığortaolunan haqqında məlumata əsasən: İddiaçı (VÖEN: **********1) 2024-cü ilin aprel ayından 2025-ci ilin iyul ayına qədər hesablanmış və ödənilmiş məbləğ ayrıayrılıqda 89,40 AZN təşkil etmişdir; - X7 (VÖEN: **********) 2018-ci ilin aprel ayından 2018ci ilin iyun ayına qədər gəlir, hesablanmış və ödənilmiş məbləğ ayrı-ayrılıqda 5.16 AZN təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

23. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, az təminatlı ailə kimi ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın təyinatının dayandırılaraq imtina edilməsi barədə cavabdeh tərəfindən verilmiş qərarın ləğv edilməsi, təyin edilmiş ünvanlı dövlət sosial yardımın ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi barədə cavabdeh üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

24. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi 4 nəfərdən ibarətdir. O və həyat yoldaşı Bərdə rayonu, Cumalar kəndində olan 0.33 hektar pay torpağında əmək fəaliyyəti ilə məşğul olur, pay torpağına görə vergi ödəyicisi kimi qeydiyyata alındığı tarixdən bu günədək MDSS ödənişi edərək sabit qəbz üzrə hesabatlar verirlər. İddiaçı ailə təmsilçisi kimi olduğu acınacaqlı vəziyyətdə yaşayan ailəsinə ünvanlı sosial yardım təyin edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq vahid elektron müraciət və təyinat alt sisteminə (VEMTAS) xx.xx.2024-cü il tarixində müraciət etmişdir. İddiaçının ailəsinin maddi və məişət şəraiti nazirlik işçiləri tərəfindən müayinə edildikdən sonra xx.xx.2024-cü il tarixindən onlara aylıq 420.0 manat məbləğində 1 il müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı qeyd edir ki, təyin edilmiş sosial yardım xx.xx.2024-cü il tarixinədək ödənilmiş, nazirlik tərəfindən heç bir məlumat verilmədən, heç bir xəbərdarlıq edilmədən 2025-cü ilin yanvar ayında sosial yardımın ödənişi dayandırılmış, onlar dayandırma səbəbini öyrənmək istədikdə elektron sistemdə “təyinat avtomatik olaraq dayandırılmışdır” sözü yazıldığını görmüşlər. İddiaçı sosial yardımın imtina edilməsi səbəbini öyrənmək üçün Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST mərkəzinə müraciət etdikdə pay torpağına görə MDSS haqqı ödənilmədiyinə görə dayandırıldığı bildirilmişdir. İddiaçı məlumat üçün bildirir ki, 2025-ci ilin avqust ayınadək pay torpağına görə MDSS haqları tərəfindən ödənilərək sabit qəbz hesabatları verilmiş, 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar ayı MDSS haqları tərəfindən ödənilmiş, lakin bilməzlik səbəbindən sabit qəbz hesabatını təqdim etməmiş və bu barədə ona nə Azərbaycan Respublikası İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidmətindən, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir rəsmi bildiriş və cərimə tətbiq olunması barədə məlumat verilməmişdir. Ailəsinə təyin edilmiş sosial yardımın dayandırılması onsuz da acınacaqlı olan vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdur. İddiaçı cavabdeh orqanın onlar barəsində qəbul etdiyi qərarı qanunsuz hesab edir.

25. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2998/2025 nömrəli qərardadı ilə iddia tələbi “ailəsinə xx.xx.2025-ci il tarixdən ünvanlı dövlət sosial yardımın bərpa edilməsinə dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

26. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ünvanlı dövlət sosial yardım ilə bağlı ailəni təmsil edən şəxs qismində İddiaçı tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “ünvanlı yardım” altsisteminə daxil edilən xx.xx.2024-cü il tarixli, **********17201- 197 nömrəli müraciətinə əsasən, ailəyə xx.xx.2024-cü il tarixdən 428,22 manat məbləğində sosial yardım təyin edilmişdir. Ailənin sosial yarıdm almaq hüququna yenidən baxılması zamanı ailə üzvü X1 təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs olaraq “sabit qəbz” ödənişlərinin tam olmaması müəyyən edilmişdir. Belə ki, sahibkarlıq fəaliyyəti üzrə (VÖEN: **********) gəlirlərə dair “ərizə-bəyannamədə qeyd edilən olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyinə görə təyin edilmiş ÜDSY-nin verilməsi xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. Qeyd olunur ki, MEİS-in “sığorta (hesabat)” altsistemindən əldə edilən məlumatlara əsasən, ailə üzvü X1 təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs olaraq 2024-cü ilin aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında əks olunmuş, 2024-cü ilin oktyabr ayı da daxil olmaqla sonrakı aylar üzrə isə fərdi şəxsi hesabında sığorta haqları əks olunmamışdır. Həmçinin, 2024-cü ilin aprel ayından əvvəlki dövrlərə münasibətdə də hər hansı sığorta haqqı aşkar olunmamışdır. Beləliklə, torpaq mülkiyyətçisi Fiqurə İsmixanova tərəfindən 2024-cü ilin aprel ayından əvvəlki aylar üzrə, 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar ayları üzrə sabit qəbz almadığı aşkar edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçının ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli, **********17201-197 nömrəli müraciətinə əsasən, ailəyə xx.xx.2024-cü il tarixindən 428,22 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmasına baxmayaraq, ailə üzvü X2 12 aylıq gəliri aşkar olunmamış, həmçinin təyinatdan sonra 2024-cü ilin oktyabr ayı daxil olmaqla gəliri müəyyən olunmamışdır. Beləliklə, sahibkarlıq fəaliyyəti üzrə gəlirlərə dair ərizəbəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyinə görə təyin edilmiş sosial yardım xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

27. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ona və ailəsinə ödənilən ünvanlı dövlət sosial yardım aidiyyəti olmayan səbəblərdən kəsilmişdir.

28. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

29. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2988/2025 saylı qərarı ilə (hakim N.Hüseynov) iddia tələbinin təmin edilməsi, İddiaçı ailəsinə xx.xx.2025-ci il tarixdən ünvanlı sosial yardımın bərpa edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

30. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən gəlir əldə etməsi anlamına gəlmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, xx.xx.2024-cü il tarixdən sonrakı dövrlə müqayisədə iddiaçının hüquqi vəziyyətində hər hansı dəyişiklik baş verməmiş, hazırkı gündə də, inzibati icraat zamanı da iddiaçı və ailəsinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcud olmuşdur. Göründüyü kimi, cavabdehin istinad etdiyi arqumentlər əsassızdır və həmin hallar adıçəkilən Qaydaların sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslara aid edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

31. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2988/2025 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 5.13-cü maddəsinə əsasən, ailə üzvünün muzdlu işlə əlaqədar gəlirləri və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər vergi, əmək və sığorta qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Sadələşdirilmiş vergi ödəyicisi olan ailə üzvünün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində gəliri onun dövriyyəsi və şərti rentabellik normaları əsasında müəyyənləşdirilir. Məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, iddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli, **********17201-197 nömrəli müraciətinə əsasən ailəyə xx.xx.2024-cü il tarixindən 428,22 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmasına baxmayaraq, ailə üzvü X3 12 aylıq gəliri aşkar olunmamış, həmçinin təyinatdan sonra 2024-cü ilin oktyabr ayı daxil olmaqla gəliri müəyyən olunmamışdır. Buna baxmayaraq məhkəmə düzgün hüquqi nəticəyə gəlməmiş, iş üzrə düzgün olmayan qanunvericilik normasına istinad edərək iddia tələbini təmin etmişdir. Ailə üzvü X8 məşğul şəxs olmadığı halda məhkəmə bu əsası düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə cavabdehin bu arqumentinə münasibətdə qeyd etmişdir ki, Qaydaların 5.14-cü bəndində torpaq payından əldə olunan gəlirlər hesablanması qaydası əks olunmuşdur. Bununla belə, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən gəlir əldə etməsi anlamına gəlmir. Nəticə etibarilə imtina əsası ailə üzvünün torpaq sahəsindən istifadə edib-etməməsi olmamış, onun ümumiyyətlə gəlirinin olmaması ilə bağlı olmuşdur. Beləliklə, sahibkarlıq fəaliyyəti üzrə (VOEN: **********) gəlirlərə dair “ərizəbəyannamə”də qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyinə görə təyin edilmiş sosial yardım xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. Bununla belə məhkəmə qərarının nəticə hissəsində sosial yardımın xx.xx.2025-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Beləliklə, məhkəmə bu hissədə də uyğun olmayan tələbi təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

36. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

37. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

38. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.10. Məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir. Maddə 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər; 4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər; 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi,onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Bənd 1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarının və qurumlarının (bundan sonra qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X9 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Bənd 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Bənd 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Bənd 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. Bənd 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Bənd 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Bənd 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

42. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

43. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

44. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

45. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

46. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

47. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

48. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

49. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

50. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

51. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvanlı dövlət sosial yardım ilə bağlı ailəni təmsil edən şəxs qismində İddiaçı tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “ünvanlı yardım” altsisteminə daxil edilən xx.xx.2024-cü il tarixli, **********17201-197 nömrəli müraciətinə əsasən, ailəyə xx.xx.2024-cü il tarixdən 428,22 manat məbləğində sosial yardım təyin edilmişdir. Daha sonra ailənin sosial yardım almaq hüququna yenidən baxılması zamanı ərizəbəyannamədə qeyd edilən olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi əsası ilə təyin edilmiş ünvanlı dövlət sosial yardımın verilməsi dayandırılmışdır.

54. Cavabdehin etirazında qeyd edilir ki, MEİS-in “sığorta (hesabat)” altsistemindən əldə edilən məlumatlara əsasən, iddiaçının ailə üzvü X1 təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs olaraq 2024-cü ilin aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında əks olunmuş, 2024-cü ilin oktyabr ayı da daxil olmaqla sonrakı aylar üzrə isə fərdi şəxsi hesabında sığorta haqları əks olunmamışdır. Həmçinin, 2024-cü ilin aprel ayından əvvəlki dövrlərə münasibətdə də hər hansı sığorta haqqı aşkar olunmamışdır. Beləliklə, torpaq mülkiyyətçisi Fiqurə İsmixanova tərəfindən 2024-cü ilin aprel ayından əvvəlki aylar üzrə, 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar ayları üzrə sabit qəbz almadığı aşkar edilmişdir.

55. Cavabdehin etirazının əsaslarını təhlil edərkən belə nəticəyə gəlmək olur ki, cavabdehin mövqeyinə görə şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu halda o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi üçün ailənin üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının arvadının MDSS ödənişləri olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də ödənişlərin həyata keçirilməsi dayandırılmışdır.

56. Məhkəmə kollegiyası cavabdehin bu arqumentini əsassız hesab edir və qeyd edir ki, əvvəla yuxarıda istinad olunan Qaydaların 5.14-cü bəndində torpaq payından əldə olunan gəlirlər hesablanması qaydası əks olunmuşdur. Bununla belə, iddiaçının və arvadının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən gəlir əldə etməsi anlamına gəlmir.

57. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının təmsil etdyi ailənin sosial yardım almaq hüququna yenidən baxılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuş və inzibati icraatı düzgün həyata keçirməmiş, icraatla bağlı hüquq pozuntularına yol vermişdir.

58. Belə ki, əvvəla, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, cavabdeh inzibati orqan olaraq yenidən hesablama apararkən inzibati icraat başlamalı və həmin icraatın yekun nəticəsi olaraq qərar qəbul etməli idi.

59. Habelə, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

60. Yəni inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

61. İş materiallarında olan “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbzlərə əsasən müəyyən edilir ki, torpaq mülkiyyətçisi kimi iddiaçıya və ailə üzvünə-arvadına münasibətdə MDSS-nin aylıq məbləği ayrı-ayrılıqda 6.9 manat olmaqla cəmi məbləği 13.8 manat təşkil etmiş və 2024-cü ilin aprel-sentyabr ayları üzrə həmin ödənişlər (13.8 manat) iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi, 2024-cü ilin aprel-sentyabr ayları üzrə sabit qəbz alınmışdır.

62. İddiaçı özü də ərizəsində 2025-ci ilin avqust ayınadək pay torpağına görə MDSS haqlarını ödəyərək sabit qəbz hesabatları verdiyini, 2024-cü ilin oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar ayı MDSS haqlarını ödəsə də, sabit qəbz hesabatını təqdim etmədiyini bildirmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda qeyd olunan aylar üzrə sabit qəbz alınmasa belə, ailəni təmsil edən İddiaçı tərəfindən edilmiş aylıq ödənişlər üzrə qəbzlərə nəzər salaraq müəyyən etmək olar ki, sonuncu həqiqətən də fevral 2024-yanvar 2025 tarixləri üzrə ümumilikdə 166.8 manat ödəniş etmişdir ki, bu da sosial yardım alan ailə tərəfindən təxminən 11 aylıq sabit qəbz məbləğində MDSS ödənişinin edildiyini deməyə əsas verir (166.8/13.8≈11,..). Yəni, hazırki halda MDSS ödənişinin sabit qəbz alınmadan İddiaçı tərəfindən edilməsi, iddiaçının arvadının MDSS ödənişləri olmadığı mənasına gəlməməlidir. Çünki müəyyən edilmiş sabit qəbz məbləği iddiaçıya və arvadına münasibətdə ayrı-ayrılıqda 6.9 manat olmaqla ümumilikdə 13.8 manat təşkil etmişdir ki, bu ödənişlər də iddiaçı tərəfindən edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, həmin ödənişlərin təyinatı bəllidir, eyni məqsədə xidmət edir və ünvanlı dövlət sosial yardımı alan ailəni təmsil edən şəxs tərəfindən ödənilmişdir.

64. Göründüyü kimi, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin yuxarıdakı halları maraqlı şəxslərin xeyrinə olan və cavabdeh orqan tərəfindən nəzərə alınmalı olan hallardır.

65. Belə ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

66. Həmçinin, nəzərə almaq lazımdır ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları tam, obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir.

67. Kollegiya cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə isə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman dayandırma barədə qərarın verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq dayandırmanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın dayandırılmasına gətirib çıxara bilməz.

68. Həmçinin, bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır.

69. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin həmin yardımı almağa davam etməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım ödənilməsi baxımından dayandırma səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, dayandırma haqqında qərar çıxarıla bilər.

70. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmçinin qeyd etmişdir ki, iddiaçının ailəsinə təyin edilmiş sosial yardım xx.xx.2025-ci il tarixindən dayandırılmış, lakin buna baxmayaraq məhkəmə qərarının nəticə hissəsində sosial yardımın xx.xx.2025ci il tarixindən bərpa edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.

71. Cavabdehin qeyd olunan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan Qaydaların “Sosial yardımın verilməsi və verilməsinin dayandırılması” adlı bəndində qeyd edilmişdir ki: -4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. -4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır.

72. Göründüyü kimi, Qaydaların tələbinə görə sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Digər tərəfdən, cavabdeh orqan sosial yardımın xx.xx.2025-ci il tarixindən dayandırıldığını bildirsə də, iş materialları ilə iddiaçının ailəsinə yanvar ayının ilk 5 gününə görə ödəniş edilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir, həmçinin iddiaçı da sonuncu dəfə onlara 2024-cü ilin dekabr ayına görə sosial yardımın verildiyini bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sosial yardımın xx.xx.2025-ci il tarixindən bərpa edilməsi ilə bağlı hüquqi mövqeyi əsaslı olmuşdur.

73. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hallara istinad edərək, iddiaçının təmsil etdiyi ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırması qanunsuz olmuşdur. Eyni zamanda, bundan narazı qalan iddiaçı yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə görə hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və onun iddiası da birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir.

74. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

75. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2988/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar