Məhkəmə qərarları › İş №2-1(104)-564/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-564/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-564/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh N nömrəli Hərbi hissəyə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin əsasının dəyişdirilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi hissəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh N nömrəli Hərbi hissəyə qarşı “N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, Nəç nömrəli əmrinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6. maddəsi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa) ehtiyata buraxılması hissəsində dəyişdirilərək, xəstəliyə görə ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü tarixli, 2-1(114)-338/2024 saylı qərarından cavabdeh N nömrəli Hərbi hissə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2018-ci il tarixli SX ******* nömrəli hərbi biletindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Daşaltı-Şuşa istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan minaatan mərmisi partlayışı nəticəsində xəsarət almışdır.

2. İddiaçı aldığı xəsarətlə əlaqədar olaraq ilkin tibbi yardım göstərildikdən sonra Füzuli MDM-nə, daha sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə stasionar müayinə və müalicədə olmuşdur. Müalicəsini davam etdirmək üçün İmişli RMX-na göndərilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İmişli RMX-da “Partlayış travması nəticəsində (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sağ təpə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.

3. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2022-ci il tarixdə saat 14:00-dan xx.xx.2022-ci il tarixdə saat 16:00-dək xidməti yerinə gəlməməsi əməlində Azərbaycan Respublikasının CM-nin 333.3-cü maddəsinin tərkibi yaranmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinin tələblərinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir.

4. N nömrəli hərbi hissənin “V” taborunun komandiri tərəfindən xx.xx.2022-ci il tarixdə raport tərtib edilərək “V” taborun “F” qrupunun kəşfiyyatçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı döyüş hazırlığı planında nəzərdə tutulan təlimlərdən və tədbirlərdən xəstəliyini bəhanə gətirərək yayındığını, xidmətə çıxmamaqla və dəfələrlə günün nizam qaydalarını pozaraq şəxsi heyətə pis nümunə olduğunu, hərbi hissə komandirinin İddiaçı ilə fərdi söhbət aparan zaman işlətdiyi ifadələri taborun şəxsi heyəti yanında təhrif etdiyinə və təxribat yönlü fikirlər səsləndirdiyini nəzərə alaraq şərəf məhkəməsinə çıxarılması barədə müvafiq sərəncam verilməsi xahiş edilmişdir.

5. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5 nömrəli qərarı ilə MAHHXHQ əsgər İddiaçı Azərbaycan Ordusunun sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılması qərara alınmış və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli təqdimatı ilə İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 11104 nömrəli arayışı ilə İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı” diaqnozlu travmasının stasionar müayinədən sonra şəhadətləndirilməsi qərara alınmışdır.

7. Xüsusi Təyinatlı Qüvvələr Komandanının xx.xx.2022-ci il tarixli, Nəç nömrəli əmri ilə əsgər İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyyata buraxılmışdır.

8. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 281 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, 1-ci xüsusi əməliyyat taborun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı, “Hərbi xidmətkeçmə haqıqnda” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli Nəç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 29 sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə göndərilmişdir.

9. İddiaçı xx.xx.2022-ci il tarixdə 33 saylı şəhər Poliklinikası tərəfindən ixtisaslaşdırılmış müayinə və müalicə üçün Səhiyyə Nazirliyi 2 nömrəli X2 göndərilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Səhiyyə Nazirliyi 2 nömrəli X1 “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kobud psixi və davranış pozuntuları. Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə 33 saylı şəhər Poliklinikası tərəfindən müayinə üçün Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə göndərilmiş, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Fəlakətdən sonra (müharibə) yaranmış xroniki şəxsiyyət dəyişikliyi F 62.0. Üzvi dissosiativ pozuntu F 06.5” diaqnozu təyin olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2022-ci il tarixli, 14465 nömrəli qərarı (X5) ilə İddiaçı şəhadətləndirilərək, onun aldığı “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, kobud davranış pozuntuları ilə. Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişiklikliyi. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ əlin ön və yan səthinin, sol əlin ön səthinin, çənənin və sağ yanağın bərkimiş dəri çapıqları” travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməklə, “Xəstəliklər cədvəli”nin 14 “b”, 18 “b”, 23 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 8661 nömrəli məktubunda bildirilmişdir ki, gizir İddiaçı xx.xx.2021-ci il tarixdə Hərbi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmiş, xx.xx.2022-ci il tarixdə “Stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. Gizir İddiaçı stasionar müalicəsi bitdikdən sonra xx.xx.2022-ci il tarixdə təkrar şəhadətləndirmək üçün müraciət etmişdir. Müdafiə nazirinin 123 nömrəli əmrinin “Xəstəliklər cədvəli”nin 14 “b”, 18 “b”, 23 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı verilmişdir.

12. Ambulator kitabçadan (xəstəlik tarixindən) 108683 nömrəli çıxarışından məlum olur ki, İddiaçı “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez dekompensasiyalar, dissosativ daxilolmalar, funksional tutmalar, intihar cəhdləri ilə F07.0” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin ambulator müalicədə olmuşdur.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 4376 nömrəli rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, dissosativ daxilolmalar, funksional tutmalar, intihar cəhdləri ilə F07.0” kimi qeyd edilmişdir.

14. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs 33 nömrəli şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli, 468 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdən F.06.8, F.62.0, F07.8 diaqnozu ilə 33 nömrəli Şəhər Poliklinikasının psixiatr kabinetində qeydiyyatdadır. Məktubda qeyd olunan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı aşağıdakı müraciətləri qeyd olunmuşdur: Stasionar müayinə və müalicə: xx.xx.2022-xx.xx.2022 2 saylı KPX (F.06.8, F62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə; xx.xx.2022 PSM (F.62.0, F06.5 diaqnozu ilə) stasionar müalicə; xx.xx.2022-xx.xx.2023 2 saylı KPX (F06.8, F62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə; xx.xx.2023-xx.xx.2023 2 saylı KPX (F06.8, F62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə; xx.xx.2023-xx.xx.2023 2 saylı KPX (F06.8, F62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə; xx.xx.2023-xx.xx.2023 2 saylı KPX (F06.8, F62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə. Ambulator müraciətlər: xx.xx.2022-ci il ambulator gəliş, 2 saylı KPX göndəriş; xx.xx.2022-ci il (Pulsuz dərman); xx.xx.2022-ci il (Pulsuz dərman); xx.xx.2022-ci il 2 saylı KPX göndəriş; xx.xx.2023-cü il (Pulsuz dərman); xx.xx.2023-cü il 2 saylı KPX göndəriş; xx.xx.2023-cü il (Pulsuz dərman); xx.xx.2023-cü il əlillik təyinatı üçün HMK müayinəsi (33 nömrəli Şəhər Poliklinikası); xx.xx.2023-cü il əlillik təyinatı üçün HMK müayinəsi (2 saylı KPX); xx.xx.2023-cü il göndəriş (2 saylı KPX); xx.xx.2023-cü il təkrar HMK müayinəsi (33 nömrəli Şəhər Poliklinikası); xx.xx.2023-cü il HMK təkrar müayinə (2 saylı KPX); xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı 1 saylı RPX göndəriş almış, lakin epikriz təqdim etməmişdir.

15. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 184 nömrəli məktubuna əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli, 101 nömrəli arxiv arayışından məlum olur ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında, xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissədə (Gəncə hospitalında) ambulator müayinələrdə və xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin (Gəncə hospitalın) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: 1. Keçirilmiş Q.K.B.T (qapalı kəllə beyin travması,xx.xx.2020) Baş beyin silkələnməsindən sonrakı astenonevrotik təzahürü. (xx.xx.2022, BKH). Hal-hazırda cərrahi müalicə tələb edən patalogiya aşkar olunmadı (xx.xx.2020, 230 h/h). Partlayış travması nəticəsində keçirilmiş (xx.xx.2020) qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Baş təpə nahiyyəsinin kor qəlpəl yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır. Keçirilmiş ikitərəfli pnevmoniya ilə fəsadlaşmış kəskin hipertenziya Covid keçirilməsindən sonrakı vəziyyət. Xəstəlik, hərbi xidmət dövründə alınmışdır (xx.xx.2020, 230 h/h). Azərbaycan Respunlikasının Nazirlər Kabinetinin 200635 nömrəli qərarı ilə qəbul edilmiş əsasnaməyə əsasən hərbi xidmətə yararsızdır. Xəstəliyə görə 15 (on beş ) gün məzuniyyət verilmişdir.

16. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik X3 6041 nömrəli və 6628 nömrəli çıxarışı epikrizlərində diaqnoz “Xroniki qeyrispesifik böyük ölçülü bilateral qasıq limfadeniti. Partlayış travması (xx.xx.2020), qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” kimi qeyd edilmişdir.

17. 24 may 2024-cü il tarixli, 5154 nömrəli “X5dən” görünür ki, İddiaçı xx.xx.2020xx.xx.2020-Hacıgabul RMX-da, xx.xx.2020-xx.xx.2020-N nömrəli hərbi hissədə. xx.xx.2020-xx.xx.2020-İmisli RMX-da. xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023-SN 2 nömrəli X1, xx.xx.2023-xx.xx.2023-SN Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023-xx.xx.2023- SN 2 nömrəli X1, xx.xx.2024-xx.xx.2024- SN Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2024-cü il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi İlə “T ə s d i q o l u n u r ” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14465 nömrəli X5 qüvvədən düşmüş hesab edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir.

18. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixli, 2-Q/Ə-117/1- 31/24 nömrəli arxiv arayışından görünür ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdə ambulator müayinə olunmuşdur və ona “Keçirilmiş qapalı kəllə-beyin travması Başbeyin silkələnməsindən sonra asteno-nevrotik təzahürlər” diaqnozu qoyulmuşdur. Əlavə olaraq xx.xx.2022-ci il tarixdə təkrar olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müalicə olunmasına müraciət etmiş və ona planlı şəkildə müalicəyə gəlməsi barədə qeydiyyat aparılmışdır. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın 2022-ci ilə məxsus 3 №-li “ambulator xəstələrin qeydiyyatı” kitabının 186-cı, 249-cu səhifələrində olan, 14736-cı və 15590-cı saylarındakı qeydlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun “Hərbi xdmətkeçmə haqqında” Əsasnamənin “Xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmağı haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, Nəç nömrəli əmrinin ona aid hissəsində ləğv edilərək “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılması haqqında yeni əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N №-li hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 44 günlük Vətən Müharibəsində iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli istiqamətində yaralanmışdır. Aldığı yaralanma ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Hacıqabul RMX-da, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İmişli RMX-də müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir (Diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı astenonevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin sirkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı”. Şəhadətləndirilməyi haqqında arayışın 10-cu bəndində isə onun stasionar müayinədən sonra şəhadətləndirilməli olduğu göstərilmişdir (əsas: AR MN Mərkəzi Hərbi Poliklinikasının 11104 №-li, xx.xx.2023-cü il tarixli arayışının surəti, ərizəyə əlavə olunur). Lakin o, heç bir şəhadətləndirilmə keçirilmədən N №-li hərbi hissə komandirinin (Xüsusi Təyinatlı Qüvvələr Komandanının) xx.xx.2022-ci il tarixli, N əç №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Hesab edir ki, onun hərbi xidmətdən ehtiyata buraxılmağı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci, 162-ci, 163-cü maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət edildiyindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, Nəç №-li əmrində dəyişiklik olunaraq həmin Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılması göstərilməlidir. Belə ki, onunla heç bir söhbətləşmə aparılmamış, ehtiyata buraxılmağı barədə ona heç bir xəbərdarlıq edilməmiş və ehtiyata buraxılmağa təqdim olunmazdan əvvəl hərbi xidmətə yararlılıq səviyyəsini yoxlanılması məqsədi ilə şəhadətləndirilmək üçün Hərbi Həkim Komissiyasına göndərilməmişdir. Baxmayaraq ki, AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli arayışında onun stasionar müalicədən sonra şəhadətləndirilməyinin zəruri olduğu qeyd edilmişdir. Hesab edir ki, o, ehtiyata buraxılmazdan əvvəl şəhadətləndirilmək üçün Hərbi Həkim Komissiyasına göndərilmiş olsaydı o halda hərbi xidmətə yararsız hesab olunardı və “xidməti uyğunsuzluğa görə” maddəsi ilə yox, “xəstəliyə görə” maddəsilə ehtiyata buraxılmış olardı. Belə ki, o, ehtiyata buraxıldıqdan 2 ay sonra Səfərbərlik və HXÇ üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına şəhadətləndirilməyə göndərilmiş və Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. Onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmağı ilə əlaqədar inzibati araşdırmanın aparılması və araşdırmanın nəticələrinə görə onun “xidməti uyğunsuzluğa görə” maddəsilə ehtiyata buraxılmağı haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, N №-li əmrinin ləğv edilərək (və ya etibarsız hesab edilməsi) “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılmağı haqqında yeni əmrin verilməsi barədə qərar qəbul edilməsi xahişi ilə o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə və N №-li hərbi hissə komandirinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdehə ünvanladığı ərizə baxılması və nəticəsi haqqında müraciət müəllifinə məlumat verilməsi göstərişi ilə AR Müdafiə Nazirliyi tərəfindən 5/808 №-li xx.xx.2023-cü il tarixli məktubla N №-li hərbi hissəyə göndərilmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır.

21. Sonradan İddiaçı məhkəməyə ərizələr ünvanlayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh N nömrəli hərbi hissə ilə əvəz olunması və N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, Nəç nömrəli əmrinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6. maddəsi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa) ehtiyata buraxılması hissəsində dəyişdirilərək xəstəliyə görə ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizələr icraata qəbul edilmişdir.

22. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun barəsində Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə stasionar müayinədən sonra şəhadətləndirilməsi qərara alınmış, bundan sonra ona stasionar müalicə üçün hərbi hissə tərəfindən yeni göndəriş verilmişdir. O göndəriş üzrə səhəri gün klinikaya stasionar müalicə üçün müraciət etdikdə, ona yer olmadığı bildirildilmişdir. Respublika üzrə bütün hərbi qulluqçular Baş Klinik Hospitalında (Mərkəzi Hərbi Klinik Hospital) müalicə olunduqlarından belə halların olması normal olduğundan o, gözləmişdir. Daha sonra isə onu hərbi hissəyə geri çağırıb onun vərəqini əlindən almışlar. Daha sonra isə ona ehtiyata buraxıldığı bildirilmişdir.

23. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü tarixli, 2-1(114)- 338/2024 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, Nəç nömrəli əmri dəyişdirilərək, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılması kimi qeyd edilməsi qərara alınmışdır.

24. Məhkəmə hesab etmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələbləri cavabdeh orqan tərəfindən pozulmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdeh N nömrəli Hərbi hissə apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-338/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

26. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı “əsgər” hərbi rütbəsində müddətdən artıq həqiq hərbi xidmətində olarkən xx.xx.2022-ci il tarixdə saat 14:00-da xidmət yerinə gəlməli olduğu halda, heç bir üzürlü səbəblər olmadan gəlməyərək xx.xx.2022-ci il tarixdə saat 16:00-da gəlmişdir. Qeyd olunan faktla bağlı hərbi hissədə təhqiqat aparılarkən, MAHHXHQ əsgər İddiaçı guya səhhətində olan narahatçılıqla bağlı, eləcə də anası və atasının qulluğa ehtiyacı olduğundan xidmətini davam etdirmək istəmədiyini və ordu sıralarından tərxis olunmaq istədiyini bildirmiş, lakin xidməti vəzifələrinin icrasından azad olunması üçün hər hansı bir tibbi sənəd və ya arayış təqdim etməmişdir. İddiaçı əməlində cinayət tərkibi olmadığından onun əməlinə hüquqi qiymət verilərək CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, İddiaçı təkrarən xx.xx.2022-ci il tarixdə saat 13:00-da xidmət yerini üzrsüz səbəbdən özbaşına tərk etmiş və xx.xx.2022-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Qeyd olunan faktla bağlı hərbi hissədə xidməti araşdırma aparılaraq MAHHXHQ Əsgər İddiaçı intizam qaydasında cəzalandırılmışdır. Həmçinin, MAHHXHQ əsgər İddiaçı xx.xx.2022-ci il tarixdə qadağan olunduğu halda xidmət yerinə “smartfon” tipli mobil telefon gətirərək istifadə etməsi aşkar edilmişdir. İddiaçı xidmət vaxtı yol verdiyi kobud intizam pozuntularına, hərbi hissə daxilində müəyyən olunmuş qayda-qanun və tələblərə əməl etmədiyinə eləcə də digər nöqsanlarına görə dəfələrlə aidiyyəti vəzifəlilər tərəfindən söhbətlər aparılmasına baxmayaraq xidmətində müsbət tərəfə dönüş yaratmayaraq intizamsızlıq etməkdə davam etmiş, komandir və rəislərə qarşı hörmətsizlik edərkən tabesizlik və saymamazlıq nümayiş etdirərək digər şəxsi heyətə də mənfi nümunə olmuş, bununla da hərbi hissədə nizam intizamın qorunub saxlanılması işinə ciddi maneçilik törətmişdir. İddiaçı xidmətdə olarkən, gündəlik xidməti fəaliyyətlər zamanı nizamnamə tələblərinə riayət etmədiyindən, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq rutbə və vəzifədə böyük olan şəxslərlə mübahisə etdiyinə, qadağan olunduğu halda xidmət yerinə “smartfon” tipli mobil telefon gətirərək sosial şəbəkələrdən aktiv şəkildə istifadə etdiyinə, təlimlərə getməmək üçün xəstəliyini bəhanə gətirərək vəzifələrinin icrasından yayındığına, vəzifə borclarını layiqincə yerinə yetirmədiyi xidməti vəzifələrinin icrasından döyüş yoldaşlarına dəfələrlə yalan danışdığına, xidmət etdiyi bölmənin döyüş hazırlığının və ictimai-siyasi hazırlığının yüksəldilməsində komandirlərə və xidmət yoldaşlarına köməklik göstərmək əvəzinə, əksinə mənfi təsir göstərdiyinə görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2015-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəmələri haqqında Əsasnamə”nin 3-cü bəndinə uyğun olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilmişdir. Həmin Əsasnamənin 5.2.6.-ci yarımbəndinə uyğun olaraq MAHHXHQ əsgər İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün şərəf məhkəməsi tərəfindən komandanlıq qarşısında vəsatət qaldırılmışdır. O, şərəf məhkəməsində dinlənilərkən şərəf məhkəməsinin qəbul etdiyi qərarla razı olduğunu bildirmişdir. Ehtiyata buraxılması ilə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə uyğun olaraq İddiaçıla iki dəfə fərdi söhbət aparılmış, həmin Əsasnamənin 163-cü maddəsinə əsasən səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyənləşdirmək üçün hərbi həkim komissiyasına müayinə üçün göndərilməsi bildirilsə də, müayinəyə getməkdən qəti şəkildə imtina etmiş və qısa müddətdə ehtiyata buraxılmasını xahiş etmişdir. Söhbətləşmə vərəqələri MAHHXHQ əsgər İddiaçı tərəfindən öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmişdir. Bildirir ki, MAHHXHQ əsgər İddiaçı hərbi xidmətə olan münasibəti, onun nizamnamələr və digər normativ hüquqi sənədlərlə müəyyən edilmiş hərbi xidmətkeçmə qaydalarını mütəmadi olaraq pozması, komandirlərə tabe olmaması, bununla da hərbi hissədə formalaşmış ümumi nizam-intizamın vəziyyətinə və xidmətin ahənginə mənfi təsir etməsi səbəbindən təxirəsalınmaz tədbirlərin görülməsinə zərurət yarandığından barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qərarı verilmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, N əç nömrəli əmri ilə ehtiyata buraxılmışdır. İddiaçı barəsində N nömrəli hərbi hissə komandanlığı tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Gəncə İnzibati Məhkəməsi müddətin bərpası ilə bağlı qərardad qəbul edərkən iddiaçının səhhəti ilə bağlı müalicələr aldığını əsas gətirərək həmin müddətin ötürülmə səbəblərinin üzürlü səbəb olduğu qənaətinə gəlmişdir. Məhkəmə sözügedən qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddiaçının səhhəti ilə əlaqədar buraxılmış müddəti üzürlü sayaraq ərizəni təmin etmişdir. Mövcud qanunvericiliyin tələblərinə nəzər yetirdikdə şəxsin səhhəti ilə əlaqədar buraxılmış müddətin bərpası üzürlü səbəb kimi nəzərdə tutulmamışdır. Bununla da, məhkəmə müddətin bərpasına dair iddiaçının ərizəsini təmin edərkən mövcud qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi qərar qəbul edərkən müddət buraxıldığı üçün iddiaçının N nömrəli hərbi hissəyə qarşı sözügedən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh N nömrəli Hərbi hissənin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-338/2024 saylı qərarının ləğv edilməsini xahiş etdi.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-338/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

31. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Maddə 41.0.6. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.

32. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Bənd 1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Bənd 2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Bənd 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); Bənd 163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndi, 158-ci maddəsinin “b” bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin “q” bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

34. İPM 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

35. İPM 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

36. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

37. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

38. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

39. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

40. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

41. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

42. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə əməl olunmaqla verilmiş, həmçinin apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

44. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmələr təərfindən aparılan araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Daşaltı-Şuşa istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan minaatan mərmisi partlayışı nəticəsində xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədar olaraq ilkin tibbi yardım göstərildikdən sonra Füzuli MDM-nə, daha sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə stasionar müayinə və müalicədə olmuşdur. Müalicəsini davam etdirmək üçün İmişli RMXna göndərilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İmişli RMX-da “Partlayış travması nəticəsində (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sağ təpə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.

49. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 11104 nömrəli arayışı ilə İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı” diaqnozlu travmasının stasionar müayinədən sonra şəhadətləndirilməsi qərara alınmışdır.

50. N nömrəli hərbi hissənin “V” taborunun komandiri tərəfindən xx.xx.2022-ci il tarixdə raport tərtib edilərək “V” taborun “F” qrupunun kəşfiyyatçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı döyüş hazırlığı planında nəzərdə tutulan təlimlərdən və tədbirlərdən xəstəliyini bəhanə gətirərək yayındığını, xidmətə çıxmamaqla və dəfələrlə günün nizam qaydalarını pozaraq şəxsi heyətə pis nümunə olduğunu, hərbi hissə komandirinin İddiaçı ilə fərdi söhbət aparan zaman işlətdiyi ifadələri taborun şəxsi heyəti yanında təhrif etdiyinə və təxribat yönlü fikirlər səsləndirdiyini nəzərə alaraq şərəf məhkəməsinə çıxarılması barədə müvafiq sərəncam verilməsi xahiş edilmişdir. N nömrəli hərbi hissəni müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli 5 nömrəli qərarı ilə MAHHXHQ əsgər İddiaçı Azərbaycan Ordusunun sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılması qərara alınmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli təqdimatı ilə İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılmış və Xüsusi Təyinatlı Qüvvələr Komandanının xx.xx.2022-ci il tarixli, Nəç nömrəli əmri ilə əsgər İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır.

51. Göründüyü kimi, hazırki mübahisənin predmetini iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, Nəç №-li əmrində dəyişiklik olunaraq, iddiaçının ehtiyata buraxılması əsasının həmin Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) qeyd edilməsi təşkil etmişdir.

52. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 11104 nömrəli arayışı ilə İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı” diaqnozlu travmasının stasionar müayinədən sonra şəhadətləndirilməsi qərara alınmışdır.

53. Göründüyü kimi, iddiaçının stasionar müayinədən sonra şəhadətləndirilməli olduğu göstərilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya stasionar müalicə üçün göndəriş verilmiş, lakin onun cavabı gözlənilmədən, iddiaçının şəhadətləndirilməsi keçirilmədən N №-li hərbi hissə komandirinin (Xüsusi Təyinatlı Qüvvələr Komandanının) xx.xx.2022-ci il tarixli, N əç №- li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.

54. Cavabdehin “İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbləri əvvəlcədən müəyyən edildiyindən və özü də hər iki söhbətləşmə zamanı bunu xahiş etdiyindən Əsasnamənin bu normasının nəzərə alınmasına zərurət olmamışdır” dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbləri əvvəlcədən müəyyən edildiyi halda onun şəhadətləndirilməyə göndərilməsi, habelə stasionar müalicədən sonra şəhadətləndirilməli olmasına dair MHHK-nın qərarı üzrə yeni göndərişin verilməsinə də zərurət olmazdı. Cavabdeh bütün bunları etdiyi halda, stasionar müalicənin və təkrar şəhadətləndirilmənin cavabını gözləmədən (xx.xx.2022-ci il tarixdə stasionar müalicəyə göndəriş verdikdən 5 gün sonra) xx.xx.2022-ci il tarixdə ehtiyata buraxılma barədə əmr vermişdir.

55. Belə olan halda birinci instansiya məhkəməsi düzgün qənatə gəlmişdir ki, iddiaçının heç bir şəhadətləndirilmə keçirilmədən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, Nəç №-li əmrinin qəbul edilməsi qanunsuz olmuşdur.

56. Həmçinin qeyd edilməlidir ki, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 24 nömrəli qərarı ilə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2022-ci il tarixdə saat 14:00-dan xx.xx.2022-ci il tarixdə saat 16:00-dək xidməti yerinə gəlməməsi əməlində Azərbaycan Respublikasının CM-nin 333.3-cü maddəsinin tərkibi yaranmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinin tələblərinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda (2-ci səhifə, 2-ci abzas) İddiaçı səhhəti ilə bağlı hərbi xidmətini davam etdirə bilmədiyini, ona görə də ordu sıralardan təxris olunmaq istədiyini bildirdiyi qeyd edilmişdir.

57. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçı ehtiyata buraxıldıqdan sonra stasionar müalicələrdə olmuş və onun Azərbaycan Respublikasının müdafiəsi zamanı xx.xx.2020-ci il tarixdə aldığı travma - Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, kobud davranış pozuntuları ilə. Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişiklikliyi. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ əlin ön və yan səthinin, sol əlin ön səthinin, çənənin və sağ yanağın bərkimiş dəri çapıqları kimi müəyyən edilmişdir.

58. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 14465 nömrəli qərarı birinci dəfə şəhadətləndirilmiş, onun barəsində “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı verilmişdir. Daha sonra təkrarən şəhadətləndirilmiş, onun barəsində olan xx.xx.2022-ci il tarixli, 14465 nömrəli X5 qüvvədən düşmüş hesab edilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir.

59. Həmçinin o, da nəzərə alınmalıdır ki, iddiaçı Vətən müharibəsində aktiv döyüş əməliyyatlarının iştirakçısı olmuş, döyüşlərdə xəsarət almış və cavabdehin etirazında qeyd etdiyi “iddiaçının hərbi qulluqçuya uyğun olmayan davranışları” da məhz onun Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travmalarla bağlı olmuşdur.

60. Beləliklə məhkəmə araşdırmaları zamanı cavabdeh orqanın “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə riayət etməklə işin bütün faktiki hallarını, o, cümlədən iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı müəyyən olunmur.

61. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsasını təşkil etmiş hazırkı əmrin mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyünü və birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası üçün əsasların olmadığını və iddianın əslində mümkün sayılmaması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

62. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. - 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.

63. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 saylı KPX (F.06.8, F.62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə, xx.xx.2022-ci il tarixdə PSM (F.06.8, F.62.0, F07.8 diaqnozu ilə) stasionar müayinə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 saylı KPX (F.06.8, F.62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 saylı KPX (F.06.8, F.62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 saylı KPX (F.06.8, F.62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 saylı KPX (F.06.8, F.62.0, F07.8 diaqnozu ilə) stasionar müalicələrdə, eyni zamanda xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə ambulator müayinələrdə olmuşdur ki, bu da iddiaçının vaxtında iddia qaldıra bilməməsinin səhhətindəki problemlərlə əlaqədar olduğunu deməyə əsas verir.

64. Göründüyü kimi, iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilməsi üçün əsaslar vardır. Belə ki, yuxarıda qeyd halların mövcudluğu, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə mane olmuş və ya başqa şəkildə bunu qeyri-mümkün etmişdir. Odur ki, məhkəmə kollegiyası buraxılmış müddəti bərpa etməklə mübahisəyə mahiyyəti üzrə baxmaqda birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.

65. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

66. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-338/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar