Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-565/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-225/2023 nömrəli qərarından Cavabdeh Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyə görə ona verilməli olan və ödənilməsi dayandırılmış keçmiş müddət üçün vəsaitin hesablanıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN2)-865N/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış və xüsusi təyinatlı hərbi hissədə xidmətə başlamışdır. N2 sentyabr 2003-cü il tarixdə hərbi həkim komissiyası tərəfindən yoxlama aparılarkən onun "Hipertrofik kardiomiopatiya" birinci dərəcə xroniki ürək çatışmazlığı diaqnozu qoyulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8 mart 2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"yə əsasən, onun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağım müəyyən edilmiş, ona 2,3 dərəcəli əlillik müəyyən edilmişdir. Həmin tarixdən 202N-ci ilədək iddiaçıya 2-ci və daha sonra 3-cü dərəcəli əlil olaraq pensiya təyin edilmiş, mütəmadi olaraq müayinələrdən keçirilmiş və onun səhhəti ilə bağlı müəyyən edilmiş diaqnoza görə onda aşkar edilmiş ürək xəstəliyi müalicə ilə aradan qalxması mümkün olmayan xəstəlik kimi təsdiq olunmuşdur. Bu uzun illər ərzində aparılan müayinələr səhhətinin xəstəliyin aşkar olunduğu ilk günə nisbətən daha da pisləşməsi müəyyən edilmişdir ki, sonuncu müayinənin nəticələri də, bunu göstərir. Hazırda isə ona təyin edilmiş əlillik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ləğv edilmişdir. İddiaçı cavabdeh təşkilata bununla bağlı rəsmi müraciət etmiş, 02 dekabr 202N-ci il tarixli məktubla ona cavab verilmiş və onun xəstəliyi müalicə olunmasının mümkün olmaması növündə xəstəlik kimi müəyyən edilməsinə baxmayaraq, əlavə müalicəyə ehtiyacının olması bildirilmiş, ixtisaslaşmış müalicə təyin edilməsi göstərilmişdir. İddiaçı aidiyyəti üzrə müraciət etmiş və ona ixtisaslaşmış müalicə təyin edilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Akademik C.M.Abdullayev adına XN ixtisaslaşmış müalicə kursu keçmiş, müalicələrin və müayinələrin yekun nəticəsinə görə ona əlillik təyin edilərkən ilkin diaqnoz öz təsdiqini tapmış, lakin yekunda tibbi sosial ekspert komissiyasının 09 aprel 2022-ci il tarixli cavabı ilə qeyd edilmişdir ki, diaqnoz əlillik əlaməti təyin etməməsi xəstənin vəziyyəti və instrumental müayinələrin nəticələri barədə qeyd edilmiş məlumatlar əlillik dərəcəsinin təyininə əsas vermir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 3N avqust 2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-225/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri ilə müayinə olunmamışdır. Sonuncu dəfə 20N5-ci ilin iyun ayında hal-hazırda qüvvədən düşmüş Nazirlər Kabinetinin 29 avqust N997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamə ilə müayinə edilərək təyinat aparılmışdır. Həmin təyinat isə 99 nömrəli qərarla təsdiq edilmiş əsasnamənin 2.3-cü bəndinə əsasən həyata keçirilmişdir. Sözügedən bənd isə qeyri-müəyyən xarakter daşıyan müddəadır. Belə ki, əsasnamənin 2.3-cü bəndi “digər xəstəliklər” olmaqla qeyd edilmişdir. Yəni həmin dövrdə yoxlamanı həyata keçirən və qərar qəbul edən ekspert üçün hüquqdan sui-istifadə üçün şərait yaranırdı. 4N3 saylı əsasnamə ilə bu bənd ləğv edilərək konkret xəstəliklər qeyd olundu və bundan sonra ekspert komissiyalarına yalnız və yalnız əsasnamədə qeyd olunan xəstəliklər üzrə qərar qəbul etmək öhdəliyi qoyuldu. İddiaçı barədə 202N-ci ildən 4N3 saylı əsasnamənin tələbləri tətbiq olunmuşdur. Eyni zamanda iddiaçıya verilmiş imtinaların elektron yoxlamanın nəticəsində verildiyi halda məhkəmə cari dövrdə diaqnozun həqiqiliyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilməmiş və ekspertiza təyin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-N(N04)-803/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-225/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti vermis, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(N02)-989/2024 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-N(N04)- 803/2024 saylı qərarının ləğv edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi public hüquqi şəxsin kassasiay şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ona hansı əlillik düşürsə həmin əlilliyin ona təyin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə ilcasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin N2.N-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin N2.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Elə həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Apellyasiya instansiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün araşdırma aparmadan iddianı təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hüququ marağında uyğun qaydada araşdırma aparmamışdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi N6 nömrəli TSEK Müayinə aktından AR № 6986N0 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə ilkin ikinci qrup əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli Pensiya işinə əlavə olunmuş xx.xx.2004-cü il tarixli, N/62 nömrəli qərara əsasən İddiaçı ərizəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 29-İİ maddələrinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi N6 nömrəli TSEK Müayinə aktından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə, xx.xx.2006-cı il tarixdə, xx.xx.2007-ci il tarixdə təkrar ikinci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi N6 nömrəli TSEK Müayinə aktından SERTSE 0N№482995 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008ci il tarixdən xx.xx.202N-ci il tarixədək üçüncü qrup əlillik təyin edilmişdir. Belə olan halda iddiaçı üçüncü dərəcə əlillik təyinatı ilə bağlı cavabdeh inzibati orqanın sonuncu qiymətləndirmənin nəticəsinə dair qərarını mübahisələndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya hüquqi yardım göstərilməklə iddia tələbinin dəyişdirilməsi prosedurunu birinci instansiya məhkəməsindəki icraat zamanı həll edilməsi mümkün idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu isiqamətdə prosessual hərəkətlər edilməmişdir. İşin belə həlli əlavə məhkəmə çəkişməsi və müddətin uzanması hallarının da, aradan qaldırılmasına səbəb olardı. Göründüyü kimi birinci instansiya məhkəməsi işin bu hallarına diqqət etmədən, düzgün istiqamətdə araşdırma aparmadan, qeyd edilən məqamlara aydınlıq gətirmədən iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ilk əvvəl iddiaçının hüquqi marağına uyğun iddianın nədən ibarət olmasını iddiaçı ilə bir daha müzakirə etməli, inzibati prosessual qanunvericiliyin tələbləri baxımından bununla bağlı iddiaçıya yardım göstərməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək hüququnun olmasını bildirməli, yalnış iddia növünün uğurluluq ehtimalı olan digər iddia növünə dəyişdirilməsində hüquqi yardım göstərməlıdir. Azərbaycan Respublikası İPM-nin N3-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.N-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in N3 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli, 05 nömrəli Qərarına görə: - N.N. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.N.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 6.N. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini ətraflı araşdırma aparmadan rədd etmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Həmin Məcəllənin 87.7.N-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İPM-in 87.5, 87.6, 89, 94.N-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-225/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-565/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-565/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver