Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-565/2025 09.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2603/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Seriya AZE ******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur.
2. НЗ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü tarixədək hərbi xidmətdə olmuşdur.
3. ЗТ 050969 nömrəli diploma əsasən, İddiaçı 1980-xx.xx.1986-cı illər ərzində Azərbaycan SSR X9 Texnikumunda təhsil almışdır
4. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 105-2/G nömrəli arayışa əlavəsində qeyd edilmişdir ki, İddiaçı verilən 100-105 saylı, xx.xx.2024-cü il tarixli güzəştli şərtlə pensiya hüququ verən arayışlara əsasən bildirilir ki, "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi respublikası ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri, texniki quyuların qazılması və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. "xxxx" QSC-nin Tovuz sahəsi xx.xx.1994-cü il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş, əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma - partlayış işləri ilə məşğul olur. Qeyd: "xxxx" QSC Arpaçay İxtisaslaşmış İdarəsinin, Azərbaycan İxtisaslaşmış İdarəsinin və "xxxx" QSŞ-nin hüquqi varisidir.
5. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 100-2/G nömrəli arayışa əlavəsində qeyd edilmişdir ki, İddiaçı verilən 98-102 saylı, xx.xx.2024-cü il tarixli güzəştli şərtlə pensiya hüququ verən arayışlara əsasən bildirilir ki, "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi respublikası ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri, texniki quyuların qazılması və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. "xxxx" QSC-nin Tovuz sahəsi xx.xx.1994-cü il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş, əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma - partlayış işləri ilə məşğul olur. Qeyd: "xxxx" QSC Arpaçay İxtisaslaşmış İdarəsinin, Azərbaycan İxtisaslaşmış İdarəsinin və "xxxx" QSŞ-nin hüquqi varisidir.
6. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 103-2/G nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı xxxxxxx Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, "xxxx" QSC-nin Tovuz sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “partladıcı” vəzifəsində xx.xx.1998-ci il tarixdən 10/k, xx.xx.1998-ci il tarixli əmrlə xx.xx.2002-ci ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 03 il, 07 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin, A yarımbəndinin və 2010100a- 11429 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
7. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 104-2/G nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı xxxxxxx, Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, "xxxx" QSC-nin Səfərəliyev sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “buldozerçi-maşinist” vəzifəsində xx.xx.1993-cü il tarixdən 37/k, xx.xx.1998-cü il tarixli əmrlə xx.xx.1993-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 03 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin, B yarımbəndinin və 1010100q- 19931 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
8. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 102-2/G nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı xxxxxxx, Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, "xxxx" QSC-nin Tovuz sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “partladıcı” vəzifəsində xx.xx.2002-ci il tarixdən 25/k, xx.xx.2002-ci il tarixli əmrlə xx.xx.2013-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 11 il, 01 ay, 15 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin, A yarımbəndinin və 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
9. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 101-2/G nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı xxxxxxx, Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, "xxxx" QSC-nin Səfərəliyev sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “buldozerçi-maşinist” vəzifəsində xx.xx.2022-ci il tarixdən 60/k, xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2023-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 01 il, 09 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin, A yarımbəndinin və 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
10. Cavabdeh orqanın İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ- 285786/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) Açıqda dağmədən işləri və yer səthində işlər bəndi (1.2.1) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 24 oktyabr 2024-cü il tarixli 101-2/G, 102-2/G, 103-2/G, 104-2/G nömrəli arayışlarında həmin müəssisədə xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində buldozer maşinisti, xx.xx.1998-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində partladıcı, xx.xx.2002-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində partladıcı, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində buldozer maşinisti vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz qurumun fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahəyə aid deyil. Bu səbəbdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
11. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, əmək kitabçası xx.xx.1988-ci il tarixdə verilmişdir. Həmin əmək kitabçasına əsasən iddiaçı: 1) xx.xx.1981-xx.xx.1983-cü il tarixdə sovet ordusunda qulluq etmişdir; 2) xx.xx.1990-cı il tarixdə Səfərliyev sahəsində 4-cü dərəcəli traktorçu kimi işləmişdir; 3) xx.xx.1993-cü il tarixdə Səfərəliyev sahəsinə yeraltı işlərə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmişdir; 4) xx.xx.1993-cü il tarixdə 4-cü dərəcəli yerüstü çilingər peşəsinə keçirilmişdir; 5) xx.xx.1998-ci il tarixdə Tovuz sahəsinə 5-ci dərəcəli partladıcı peşəsinə keçirilmişdir; 6) xx.xx.2002-ci il tarixdə Səfərəliyev sahəsinə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir: 7) xx.xx.2002-ci il tarixdə Tovuz sahəsinə 5-ci dərəcəli partladıcı peşəsinə keçirilmişdir; 8) xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi ilə (öz xahişi ilə) işdən azad edilmişdir; 9) xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin Muğan sahəsinə 5-ci dərəcəli traktorçu peşəsinə qəbul edilmişdir; 10) xx.xx.2019-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin, 2-ci hissəsinə “B” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir; 11) xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin Muğan sahəsinə 4-cü dərəcəli traktorçumaşinist peşəsinə qəbul edilmişdir; 12) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi ilə (öz xahişi ilə) işdən azad edilmişdir; 13) xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin Səfərəliyev sahəsinə 5-ci dərəcəli buldozerçi peşəsinə qəbul edilmişdir; 14) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi ilə (öz xahişi ilə) işdən azad edilmişdir.
12. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 12-02/g nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 1990-1995-ci il tarixlərdə QSC tərəfindən 1990-cı ilin may-dekabr ayları üzrə cəmi 3975.97 rubl, 1991-ci ilin yanvar-dekabr ayları üzrə 13761.82 rubl, 1992-ci ilin yanvar-dekabr ayları üzrə 72009.57 manat, 1993-cü ilin yanvar-dekabr ayları üzrə 588375.80 manat, 1994-cü ilin yanvar-noyabr ayları üzrə 426380.10 manat və 1995-ci ilin yanvar-dekabr ayları üzrə 5211495.42 manat əmək haqqı ödənilmişdir.
13. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 11-02/g nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 1996-2001-ci il tarixlərdə QSC tərəfindən 1996-cı ilin yanvar may/sentyabrdekabr ayları üzrə cəmi 3604714.00 manat, 1997-ci ilin yanvar-dekabr ayları üzrə 3814058.00 manat, 1999-cü ilin yanvar-mart ayları üzrə 704009.00 manat, 2000-ci ilin mart və may ayları üzrə 39860 manat əmək haqqı ödənilmiş, 1998-ci və 2001-ci illəri üzrə ödənilmə aparılmamışdır.
14. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-02/g nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 2003-2008-ci il tarixlərdə QSC tərəfindən 2003- cü ilin yanvar -dekabr ayları üzrə cəmi 7980615.00 manat, 2004-cü ilin yanvar-dekabr ayları üzrə 6892008.00 manat, 2005-ci ilin may-avqust ayları üzrə ******* manat, 2006-cı ilin yanvar-dekabr ayları üzrə 4213.71 AZN, 2007-ci ilin yanvar-dekabr ayları üzrə 4909.91 AZN, 2008-ci ilin yanvardekabr ayları üzrə 5529.71 AZN, 2009-cu ilin yanvar-may, iyul-oktyabr ayları üzrə 2884.05 AZN əmək haqqı ödənilmişdir.
15. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 14-02/g nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 2009-2023-cü il tarixlərdə QSC tərəfindən 2010- cu ilin mart-sentyabr/noyabrdekabr ayları üzrə cəmi 2641.54 AZN, 2011-ci ilin yanvarsentyabr/noyabr-dekabr ayları üzrə 3582.97 AZN, , 2012-ci ilin fevral-dekabr ayları üzrə 3217.64 AZN, 2013-cü ilin yanvar-mart/may-oktyabr ayları üzrə 2867.59 AZN, 2019-cu ilin may-oktyabr və dekabr ayları üzrə 2940.03 AZN, 2022-ci ilin noyabr-dekabr ayları üzrə 394.25 AZN, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 8565.77 AZN əmək haqqı ödənilmişdir.
16. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 09-2/G nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuş müəssisədə (sexdə istehsalatda) Azərbaycan İxtisaslaşmış İdarəsində və "xxxx" QSC-də xx.xx.1990-cı il tarixdən müxtəlif vəzifələrdə işləyib. O cümlədən: a) xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü ilə kimi 4-cü dərəcəli traktorçu peşəsində (əmr-55/k, xx.xx.1990-cı il. Kod - 1.2/1.) b) xx.xx.1993-cü ildən xx.xx.1993-cu ilə kimi yeraltı işlərdə 4-cü dərəcəli çilingər peşəsində (əmr 37/k,xx.xx.1993-cü il kod 1.1.1). c) xx.xx.1993-cu il tarixdən xx.xx.1998-ci ilə kimi 4-cü dərəcəli yerüstü çilingər (əmr 58/k,xx.xx.1993-cu il.) ç) xx.xx.1998-cı il tarixdən xx.xx.2013-cü ilə kimi 5-ci dərəcəli partladıcı peşəsində (əmr 10/k, xx.xx.1998-ci il. Kod -1.2.1). d) xx.xx.2013-cü ildən işdən azad edilib. (əmr 67/k, xx.xx.2013-cü il.) e) xx.xx.2019-cu ildə 5-ci dərəcəli traktorçu peşəsində işləyib.(əmr 24/k, xx.xx.2018cu il. 1.2.1.) xx.xx.2019-cü ildə işdən azad edilib. (əmr 63/k, xx.xx.2019-cü il.) ǝ) xx.xx.2021-ci ildə 4-cü dərəcəli traktorçu - maşinist peşəsində işləyib. (əmr 30/k, xx.xx.2021-ci il 1.2.1) xx.xx.2021-ci ildə işdən azad edilib. (əmr 74/k, xx.xx.2021-ci il.) f) xx.xx.2022-ci ildən 5-ci dərəcəli buldozerçi peşəsində işləyib.(əmr 60/k, xx.xx.2022ci il. Kod 1-ci bənd 1.2.1.) g) xx.xx.2023-cü ildə işdən azad edilib. (əmr 55/k, xx.xx.2023-cü il.) Arayış işlədiyi dövrün forma T-2 və cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib. "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma-partlayış işləri ilə, texniki quyuların qazılması və tunel işləri ilə məşğuldur.
17. Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-4/2- 149410/2025 nömrəli “müraciətə baxılması barədə” məktuba əsasən, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" QSC (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən **********- 13001 kodlu təsərrüfat subyektinin (obyektinin) qeydiyyatda olması barədə məlumat müəyyən edilmişdir. "xxxx" QSC-nin fəaliyyət növləri aşağıdakı kimidir: ******* - Sair ixtisaslaşdırılmış tikinti işləri; 4311201- Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması; 5210101- Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət; ******* - Qeyri-yaşayış binalarının, o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, kommersiya, mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar, və sairin tikintisi.
18. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-2- 1/2-28373/2025 nömrəli “müraciətin cavablandırılması barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən, "xxxx" QSC-nin nizamnaməsi cəmiyyətin səhmdarlarının xx.xx.2018-ci il tarixli, 1N//2018 nömrəli və xx.xx.2024-cü il tarixli, 06N/2024 nömrəli protokollara əsasən iki dəfə dəyişiklik edilməklə yeni redaksiyalar ilə təzələnmişdir.
19. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 135257/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərdən görünür ki:- -xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərara əsasən, X3 xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının məbləği 212.15 AZN olmaqla, ümumi iş stajı 37 il 6 ay 28 gün və güzəştli iş stajı 30 il 4 ay 2 gün təşkil etmişdir; -X3 dair "xxxx" QSC-nin “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2021-ci il tarixli, 97-02/g nömrəli arayışına əsasən 10 ay, 02 gün, xx.xx.2021-ci il tarixli, 98-02/g nömrəli arayışına əsasən 02 il 02 ay, xx.xx.2021-ci il tarixli, 99-02/g nömrəli arayışına əsasən 27 il 7 ay 28 gün təşkil edir; -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli, 1/1646 nömrəli qərarına əsasən, X1 xx.xx.2009- cu il tarixdən yaşa görə ömürlük 330.05 manat pensiya təyin edilmişdir; -xx.xx.2021-ci il tarixli, **********8 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əssən, X1 xx.xx.2021- ci il tarixdən ömürlük güzəştli şərtlərlə yaşa görə 921.28 AZN məbləğində pensiya təyin edilmişdir və yenidən hesablanmanın səbəbi kimi “37.3.1 (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün)” göstərilmişdir; -Azərbaycan İxtisaslaşmış idarəsinin hüquqi varisi olan "xxxx" QSC-nin xx.xx.2009cu il tarixli güzəştli arayışına əsasən, X4 xx.xx.1982-xx.xx.1983-cü il tarixlərində Azərbaycan İxtisaslaşmış idarəsində “usta” vəzifəsində”, "xxxx" QSC-də xx.xx.1983xx.xx.1986-cı il dövrü üzrə “dağmədən ustası”, xx.xx.1986-xx.xx.1989-cu il dövrü üzrə “iş icraçısı”, xx.xx.1989- xx.xx.2003-cü il dövrü üzrə “yeraltı sahənin rəisi” vəzifəsində, xx.xx.2003-cü il tarixdən bu günə qədər “sahə rəisi” vəzilərində çalışmışdır.
20. Məhkəmə kollegiyasının sorğusuna "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 127-02/g nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Səfərəliyev sahəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək buldozerçi- maşinist vəzifəsində işləmiş və daha sonra öz ərizəsi əsasında işdən çıxmışdır. Bildirmək istəyirik ki, Cəmiyyətdə işlədiyi dövrdə İddiaçı əmək haqqından əlavə işlədiyi müddətə görə 23 (iyirmi üç) təqvim günü təzminat ödənilmişdir. Əlavə məlumat üçün bildirmək istəyirik ki, işçi müvafiq qaydalara uyğun olaraq müalicə-profilaftik qidalarla təmin edilmişdir.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı ildən xx.xx.2023-cü ilədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tovuz sahəsində “qazma-partlayış” vəzifələrində işləmiş, həmin idarədə işlədiyi vəzifələr iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə, 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə pensiya hüquqi verən işlərdə işləmiş şəxslər 5 il güzəşt edilməklə 60 yaşı tamam olduqda yaşa görə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı xx.xx.1963-cü il tarixində anadan olmuş və onun 61 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. Həmin qanuna əsasən, xx.xx.2024-cü il tarixdə iddiaçının yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. O, hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktub göndərərək güzəştli şərtlərlə pensiya təminatından imtina etmişdir. İşlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi arayışlardan da göründüyü kimi, iddiaçının 30 ildən artıq iş stajı vardır və müxtəlif vaxtlarda işlədiyi vəzifələrin hamısı yaşa görə güzəştli şərtlərlə pensiya təminatı verən vəzifələr olmuşdur. Arayışlara əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.1994-cü ildən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəng daşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikitisində qazma-partlayış işlərini görmüşdür. İddiaçı qeyd edir ki, onun işlədiyi sahələr və vəzifələr güzəştli pensiya hüququna əsas olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 1-ci bəndinin, A yarımbəndinin, 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir.
23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə mərkəzi filiala müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya verilmiş cavab məktubunda iddiaçının güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Əlavə olaraq, tikinti sahəsində fəaliyyət göstərən müəssisələrdə çalışmış şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə həmin şəxslərin vaxtilə işlədikləri peşənin Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində (29) qeyd edilən peşə və vəzifələrlə uyğunluq təşkil etdiyi hallarda baxılır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 24 oktyabr 2024-cü il tarixli 101- 2/G, 102- 2/G, 103-2/G, 104-2/G nömrəli arayışlarında həmin müəssisədə xx.xx.1993- xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “buldozer maşinisti”, xx.xx.1998- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “partladıcı”, xx.xx.2002-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “partladıcı”, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “buldozer maşinisti” vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyin qurumun fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahəyə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi, İddiaçı işlədiyi müəssisənin fəaliyyət sahəsi Siyahıda nəzərdə tutulan 29cu bölməyə uyğun olduğu halda, güzəştli arayışda 1-ci bölməyə istinad edilmişdir. Buna görə də təqdim etdiyi sənədlərə əsasən, onun güzəştli iş stajı mövcud deyildir. Odur ki, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
24. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
25. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh orqanın imtinası əsassızdır. Buna görə də, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
27. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2603/2025 nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
28. Məhkəmə hesab etmişdir ki, iddiaçının bütün müəssisələrdə işlədiyi buldozer maşinisti və partladıcı peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (buldozer maşinisti peşəsinə münasibətdə 1.1.2. bəndin a) yarımbəndi, partladıcı peşəsinə münasibətdə isə 1.2.1. bəndin a) yarımbəndi) nəzərdə tutulmuşdur. Həmin peşə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Odur ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
29. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2603/2025 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Mərkəzi Filiala müraciət etmiş, lakin tələb olunan güzəştli iş stajı olmadığından ona əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və müvafiq məlumatları özündə əks etdirən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışını Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaş görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusilə istehsalatlar, peşələr, vəzifələr və göstəricilər müəyyən edilmişdir. Sözügedən Siyahının dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi dağmədən işləri yarımbölməsinin (1.2) Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndi (1.2.1) nəzərdə tutulmuşdur. Bildirilir ki, tikinti sahəsində fəaliyyət göstərən müəssisələrdə çalışmış şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediİməsi məsələsinə həmin şəxslərin vaxtilə işlədikləri peşənin Siyahının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri bölməsində (29) qeyd edilən peşə və vəzifələrlə uyğunluq təşkil etdiyi hallarda baxılır. Lakin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 24 oktyabr 2024-cü il tarixli 101-2/G, 102-2/G, 103-2/G, 104-2/G nömrəli arayışlarında həmin müəssisədə xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində buldozer maşinisti, xx.xx.1998-xx.xx.2002-ci il tarixlər arasındakı dövr ərzində partladıcı, xx.xx.2002-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində partladıcı, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındak ərzində buldozer maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçının işlədiyin qurumun fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahəyə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Məhkəmə qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun təşkili Baş idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-4/2- 149410/2025 nömrəli məktuba və ona əlavə edilmiş siyahıya əsasən "xxxx" QSC-nin qeydiyyata alınması zamanı fəaliyyət sahələrinin 1) Sair ixtisaslaşdırılmış tikinti işləri; 2) Dağ-mədən işləri, dağ və bruq qazmalarının aparılması; 3) malların saxlanılması anbarlara yığılması üzrə fəaliyyət, 4) Qeyri-yaşayış binalarının, o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, kommersiya, mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar və sairin tikintisi müəyyən edilmişdir”. Məhkəmənin yuxarıdakı mövqeyinə münasibətdə bildirilir ki, "xxxx" QSC qeydiyyata alınan zaman fəaliyyət növlərindən kimi Dağ-mədən işləri, dağ və bruq qazmalarının aparılması göstərilsə də, müəssisənin sonrakı fəaliyyət dövründə istehsalat profili məhz tikinti sahəsinə aid olmuşdur. Buna görə də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun işlədiyi peşə Siyahının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmuş peşələrlə uyğunluq təşkil etməlidir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirlər ki, sözügedən Siyahı, bura daxil olan peşələr, onların istehsalat profili və bölmələr üzrə bölgüsü Nazirlər Kabinetinin 23 vanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bu bölgünün əhəmiyyəti ondan ibarətdir ki, bütün eyni adlı peşələr zərərli hesab edilmir, eyni zamanda sözügedən peşələr digər bölmələrdə zərərli peşə kimi nəzərdə tutulsa belə, məhz müəssisələrin istehsalat profilinə uyğun olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmasına əsas olur. Digər tərəfdən məhkəmə qərarında qeyd edilir ki, “...iddiaçının şifahi vəsatəti ilə məhkəmə sorğusu əsasında əldə edilmiş iddiaçının "xxxx" QSC-də iş yoldaşları olmuş X3 xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərara əsasən xx.xx.2021-ci il tarixdən və X1 isə xx.xx.2009-cu il tarixli, 1/1646 nömrəl, qərarına əsasən xx.xx.2009-cu il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. ... Qanunda birbaşa təsbit edilməsinə baxmayaraq cavabdeh tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etmişdir. Bununla da, inzibati orqan Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində əks olunan bərabərlik prinsipini kobud şəkildə pozmuşdur”. Yuxarıda qeyd edilənlərə münasibətdə bildirilir ki, Ə.Məmmədovun sözügedən müəssisədəki əmək fəaliyyəti dövrü pensiya təyin edilərkən deyil, yenidən hesablanma zamanı ödənilmiş MDSS haqlarına əsasən sığorta stajında nəzərə alınmış, E.Axundov isə fərqli vəzifədə çalışmışdır. Qeyd edilənlərdən də göründüyü kimi, məhkəmə işin hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, iddiaçının güzəştli iş stajı dövrü ətraflı araşdırılmadan, məhkəmə sorğusuna ətraflı və mahiyyəti üzrə cavab verilmədən, eyni zamanda iddiaçının işlədiyi peşənin xüsusiyyətlər müəyyənləşdirilmədən iddia təmin edilmişdir. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb olunan şərtləri ödəmədiyindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-2603/2025 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
34. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
35. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
36. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixdən sonra qüvvədə olan redaksiya). Maddə 9.8. 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” 10100000 İ. Dağ-mədən işləri 10103000 2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər 1010300a a) fəhlələr 1010300a-11429 partladıcılar 1010300a-13583 buldozer maşinistləri
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: partladıcılar buldozer maşinistləri.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
41. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
42. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
43. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
44. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
45. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
46. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
47. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
48. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
49. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
50. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
51. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
52. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu ilə onun güzəştli iş stajının olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
55. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1ci maddə).
56. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
57. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə 60 yaşı olmuşdur. İddiaçı hazırkı tələbində pensiyanın xx.xx.2023cü il tarixdən təyin edilməsini tələb etmişdir ki, həmin tarix də xx.xx.1963-cü il tarixdən sonraya təsadüf edir. Deməli iddiaçı iddia etdiyi həmin tarixdə qanunda tələb olunan yaş həddində olmuşdur.
58. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, iddiaçının əmək kitabçası və iş stajı ilə bağlı verilmiş sənədlər də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərində iddiaçının ümumi stajı ilə bağlı hər hansı mübahisənin olması qeyd edilməmişdir.
59. Qeyd olunduğu kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərt 25 il ümumi iş stajının azı 12 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən işlərdə çalışmalı olmasıdır.
60. Cavabdeh orqanın imtina məktubunda mübahisələndirdiyi hal iddiaçının işlədiyi qurumun fəaliyyət sahəsinin güzəştli arayışda istinad edilən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahəyə aid olmadığına görə onun güzəştli iş stajının olmamasıdır. Yəni, cavabdeh orqan hesab etmişdir ki, iddiaçının işlədiyi müəssisə tikinti sahəsində fəaliyyət göstərən müəssisə olduğundan Siyahıda nəzərdə tutulan 29-cu bölməyə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə) uyğun olduğu halda, güzəştli arayışda 1-ci bölməyə (Dağ-mədən işləri bölməsinə) istinad edilmişdir.
61. Göründüyü kimi, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində buldozer maşinisti, xx.xx.1998-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində partladıcı, xx.xx.2002-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində partladıcı, xx.xx.2022xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində buldozer maşinisti vəzifələrində işlədiyi dövr.
62. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilinə, yəni iddiaçının işlədiyi qurumun fəaliyyət sahəsinin güzəştli arayışda istinad edilən müvafiq Siyahıda nəzərdə tutulan sahəyə aid olmamasına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
63. Belə ki, iş materiallarında olan iddiaçının işlədiyi müəssisə ("xxxx" QSC) tərəfindən verilmiş müvafiq arayışlarla müəyyən edilir ki, "xxxx" QSC-nin Tovuz sahəsi xx.xx.1994-cü il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş, əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma partlayış işləri ilə məşğul olur. Eyni zamanda, "xxxx" QSC Arpaçay İxtisaslaşmış İdarəsinin, Azərbaycan İxtisaslaşmış İdarəsinin və "xxxx" QSŞ-nin hüquqi varisidir.
64. Eyni zamanda, məhkəmə araşdırması zamanı vergi orqanından əldə edilmiş məlumata əsasən, "xxxx" QSC-nin fəaliyyət növləri sırasında “Sair ixtisaslaşdırılmış tikinti işləri” (4399007), “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” (5210101) və “Qeyri-yaşayış binalarının, o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, kommersiya, mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar, və sairin tikintisi” (4120002) ilə yanaşı “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması”nın (4311201) da qeyd edildiyi müəyyən edilmişdir.
65. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə-"xxxx" QSC “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” fəaliyyət sahəsi ilə də məşğul olmuşdur və həmin müəssisə tərəfindən verilən “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışlarda da iddiaçının "xxxx" QSC-də xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində buldozer maşinisti, xx.xx.1998-xx.xx.2002-ci il və xx.xx.2002xx.xx.2013-cü il tarixlər arasındakı dövr ərzində partladıcı, xx.xx.2022-xx.xx.2023-cü tarixləri arasındakı dövr ərzində buldozer maşinisti işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətlərinin qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (buldozer maşinisti peşəsinə münasibətdə 1.1.2. bəndin a) yarımbəndi, partladıcı peşəsinə münasibətdə isə 1.2.1. bəndin a) yarımbəndi) müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eyni olması öz təsdiqini tapmışdır.
66. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan da müəssisənin eyni zamanda bir neçə fəaliyyət sahəsi üzrə məşğul olması şəxsin güzəştli iş stajının müəyyən edilməsində qeyri-müəyyənliyə səbəb olmamalıdır.
67. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının faktiki əmək fəaliyyəti məhz həmin göstəriciyə uyğun gəlir. Onun iş şəraiti qazma-partlayış işlərindən ibarət olmuşdur. Onun işlədiyi müəssisənin funksional baxımdan və istehsalat təyinatına görə bir neçə fəaliyyət sahəsi ilə məşğul olması dağ-mədən işləri sahəsində gördüyü işin mahiyyətini dəyişmir. Hüquqi qiymətləndirmə zamanı əsas meyar əməyin faktiki xarakteri və görülən işin istehsalat şəraitidir.
68. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olması ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
69. Hazırki işdə iddiaçının iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Belə ki, iş materiallarında olan əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda da iddiaçının qeyd olunan sahədə işləməsi təsdiq edilir və bu hal cavabdehin “iddiaçının işlədiyi qurumun fəaliyyət sahəsinin güzəştli arayışda istinad edilən müvafiq Siyahıda nəzərdə tutulan sahəyə aid olmaması ilə bağlı” dəlilinin əsassız olduğunu deməyə əsas verir.
70. Göründüyü kimi, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının güzəştli şərtlərlə peşələrdə olan iş stajına daxildir.
71. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
72. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2603/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.