Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-568/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), X6 və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı1, X13 və üçüncü şəxs X14 iştirakları ilə, “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(114)-2205/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. **********72-10301 reyestr nömrəli, 01 dekabr 2015-ci il tarixli, 56131 inventar nömrəli texniki pasportdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov pr, 10-cu döngə, ev 5 İddiaçı1, İddiaçı2 adına işlənmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 10-cu döngə, 5 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-57/2-C-1751/4/2023 nömrəli məktubunun məzmunundan görünür ki, X14, X3, X11 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir.
4. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X8, X24, X9, İddiaçı2, X18, X5 şəhəri, Nəriman Nərimanov prospekti, 10-cu döngə, ev 5 ünvanında qeydiyyatdadır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 27 aprel 2023-cü il tarixli, 3-21-3-33/2-3683/2023 nömrəli məktubundan görünür ki, İdarənin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 4 2015-ci il traixli, 2V-1-170 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında”şəhadətnaməyə əsasən ½ hissəsində İddiaçı1, ½ hissədə İddiaçı2 payları göstərilməklə X10 vərəsələri tanınmışlar və vərəsələrin adlarına 02 dekabr 2015-ci il tarixli, **********72-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
6. 08 fevral 2011-ci il tarixli bəxşeyiş müqaviləsindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini X7 və X4 oğlanları X19 bağışlamışlar.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 10-cu döngə, 5 ünvanda yerləşən fərdi yaşayış evi X14 mülkiyyəti kimi qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 24 iyul 2023-cü il tarixli, 3-21-3-33/2-6558/2023 nömrəli məktubundan görünür ki, 03 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 7 ünvanı üzrə qeydiyyat məlumatları mövcuddur. İnzibati ərazi bölgüsündə faktiki olaraq həmin döngə Nizami rayonunun inzibati ərazisində yerləşir.
9. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-57/2-21457/2023 nömrəli məktubunun məzmunundan görünür ki, X21, X24, X20, X1 şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 10-cu döngə, ev 5 ünvanında, X8, İddiaçı1, İddiaçı2 və X2 şəhəri, Nizami rayonu, 10-cu döngə, ev 5 ünvanında qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X24, X9 və X11 ünvan 9 ünvanından pasport qeydiyyatından çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 9 mülkiyyət hüququ üzrə onlara məxsusdur. Üçüncü şəxslər X24, X9 və X15 tanımırlar və onların ailə üzvü deyil. İddiaçılar Cavabdehnə müraciət edərək onlara məxsus fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçılara ünvanladığı xx.xx.2023cü il tarixli, 3-13-57/2-C-17xx/xx/2023 nömrəli məktubda “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 9-cu maddəsinə istinad edilərək iddiaçıya bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Onlar üçüncü şəxslərin ünvan 9 ünvanından qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətlərindən imtina etmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(114)-2205/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxsin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada yaşamadığı hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçıların mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26 və 29-cu maddələri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Üçüncü şəxslər X24, X9, X20 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi 2011-ci ildən onların mülkiyyətindədir, iddiaçıların isə eyni ünvana verilən mülkiyyət sənəti 2015-ci ildən qeydiyyata alınmışdır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçılara məxsus mülkiyyət sənədində ünvan yanlış olaraq yazılmışdır. Bundan əlavə məhkəmə prosesual hüquq normalarının tələbini pozaraq onlara məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmadıqlarını, bu səbəbdən məhkəməyə iddia barədə öz mülahizə və sübutları təqdim edə bilmədiklərini qeyd etdilər. Bundan başqa məhkəmə qərarında göstərilən xx.xx.2015-ci il tarixli, ********** nömrəli qeydiyyat nömrəsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 aid ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi onların paylı mülkiyyətidir. Eyni zamanda xx.xx.2011-ci il tarixli ********** nömrəli qeydiyyat nömrəsi ilə ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi X14 adına qeydə alınmışdır.Hər iki əmlaka aid çıxarışlardan görünür ki, iddiaşılaravə onlara aid olan əmlaklar ayrı əmlaklardır, lakın onların ünvanları eyni ünvan kimi, yəni yanlış qeydə alınmışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X24 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı X13 izahat verərək şəxsiyyət vəsiqəsində ünvanın düz qeyd edilmədiyini bildirdi və iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 digər iddiaçı ilə eyniməzmunlu izahat verdi iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
21. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. 9-cu maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlməmişdir.
28. İşin halları ilə müəyyən olunur ki, iddiaçılar birgə mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 10-cu döngə, 5 ünvanda yerləşən fərdi yaşayış evindən üçüncü şəxslər X24, X9 və X11 qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etmişlər, inzibati orqan ərizənin icrasından imtina etmişdir.
29. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını qanuni hesab etmişdir. Üçüncü şəxslər tərəfindən məhkəmənin qərarı mübahisələndirilmişdir.
30. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırımasının predmeti üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasının mümkünlüyüdür.
31. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, 10-cu döngə, 5 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır.
32. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 10-cu döngə, 5 ünvanda yerləşən fərdi yaşayış evi X14 mülkiyyəti kimi qeydiyyata alınmışdır.
33. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-13-57/2-21457/2023 nömrəli məktubunun məzmunundan görünür ki, X21, X24, X20, X1 şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 10-cu döngə, ev 5 ünvanında, X8, İddiaçı1, İddiaçı2 və X2 şəhəri, Nizami rayonu, 10-cu döngə, ev 5 ünvanında qeydiyyatdadır.
34. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-57/2-21457/2023 nömrəli məktubunun məzmunundan görünür ki, X21, X24, X20, X1 şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 10-cu döngə, ev 5 ünvanında, X8, İddiaçı1, İddiaçı2 və X2 şəhəri, Nizami rayonu, 10-cu döngə, ev 5 ünvanında qeydiyyatdadır.
35. Göründüyü kimi iddiaçıların mülkiyyətində olan ünvan 12 ünvanda olan fərdi yaşayış evi ilə üçüncü şəxsin mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi ayrı-ayrı daşınmaz əmlaklardır və hər bir ünvan üzrə müxtəlif şəxslər qeydiyyatdadır.
36. Belə olduqda üçüncü şəxslərin mülkiyyətində olan fərdi yaşayış evində olan qeydiyyatının ləğvinə dair hər hansı hüquqi və faktiki əsas mövcud deyildir.
37. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunanlara əsasən ləğv edilərək iddia tələbi rədd edilməklə iş üzrə yeni qərar qəbul edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(114)-2205/2023 qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı (üçüncü şəxslər X24, X9 və X20) üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov