Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-569/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-597/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 10 avqust 2023-cü il tarixli, 3-17-1/2-Ə-181315/2023 nömrəli «yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” bildirişi ilə İddiaçı “Naftalan Təmir-Tikinti sahəsi”ndə xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan faktiki və arxiv sənədləri Naftalan şəhər Dövlət Arxivinə təhvil verilmədiyinə və təqdim edilmiş əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün həmin illərin sosial sığorta stajına daxil edilməsindən və ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Ona görə də iddiaçı imtinanı qanunsuz hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı onun işlədiyi “Naftalan Təmir-Tikinti sahəsi”ndə xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək illəri təsdiq edərək əmək pensiyası hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaşa görə pensiyaya çıxmaq hüququ xx.xx.2022-ci ildə yaransa da, 28 il iş stajı 2023-cü ilin iyul ayında tamamlandığından o, yaşa görə əmək pensiyasına çıxmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də cavabdeh orqan ona 10 avqust 2023-cü il tarixdə 2-17-1/2-Ə-18131/5/2023 saylı imtina vermişdir. Həmin imtinada göstərilir ki, təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomununun və hərbi biletinin surətlərinə, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində, olan məlumatlara əsasən sığorta stajını (xx.xx.1974-cü il tarixdən, 04.11. 1975-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən, xx.xx.1979-cu il tarixədək təhsil aldığı illər, xx.xx.1975-ci tarixdən, xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 11 il, 10 ay, 20 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 7 il, 6 ay, 20 gün sığorta staiınıza uyğun olaraq 2074,83 manat, xx.xx.2019-cu il tarixdən, xx.xx.2023-cü il tarixədək 3650,92 manat olmaqla, ümumilikdə 10725,75 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan 40320 manat pensiya kapitalından azdır. Bu isə əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən, xx.xx.2018-ci il tarixədək fərdi hesabınının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Eləcə də Fondun GəncəDaşkəsən Regional filialınının müvafiq aktına əsasən əmək kitabçanının surətində qeyd olunmuş “Naftalan Təmir-Tikinti sahəsi”nin xx.xx.1979-cu il tarixindən, xx.xx.1993-cü il tarixədək olan faktiki və arxiv sənədləri Naftalan şəhər Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajının qanunda nəzərdə tutulan (25 il) az olduğundan yaşa görə pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın həmin imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun əmək kitabçasında “Naftalan Təmir-Tikinti sahəsi”nin xx.xx.1979-cu ilm tarixindən, xx.xx.1993-cü il tarixədək işlədiyi iş stajı qeyd olunmasına baxmayaraq, həmin müəssənin həmin illər üzrə mühasibat və əmək haqqı cədvəllərinin Naftalan şəhər Dövlət Arxivinə təhsil verilməməsinə görə ona imtina verilməsi qanunvericilik baxımından yolverilməzdir. Əgər işlədiyi müəssisə sənədləri vaxtında Dovlət Arxivinə təhvil verməyibsə, bundan onun xəbəri necə ola bilərdi. Onun əmək kitabçasında qeyd olunan, cavabdeh tərəfindən sosial sığorta stajına hesablanmayan illərdə həmin müəssisədə işləmiş, hər ay əmək haqqı almışdır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etmiş, nəticə olaraq təqdim edilən sənədlərə baxış keçirilmiş və əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, lakin pensiya təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcbuni dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyir olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-cı iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kışilənn yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ıl iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər İl 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. İddıiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il şığorla stajı olduqda. Sığortalanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzəzrə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mındiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Lakin iddiaçının sosial sığorta staiı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilın 1 iyul tarixinə qeydə alınmış pensiya kapıtalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta staiı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006- cı tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Bildiririk ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında dıplomun və hərbi biletin surətlərinə, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasıya sisteminin “Pensiya” altsıstemində olan məlumatlara əsasən onun sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldğı dövrlər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 11 il 10 ay 20 gün təşkil edir. olduğu Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı iİ tarixədək 7 il 6 ay 20 gün sığorta stajına uyğun olaraq 7074,83 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 3650,92 manat olmaqla, “ümumilikdə 10725,75 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Gəncə- Daşkəsən regional fılialının müvafiq aktına əsasən onun əmək kitabçasının surətində qeyd olunmuş “Naftalan Təmir-Tikinti sahəsi”nin xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan faktiki və arxiv sənədləri Naftalan şəhər Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək (işdən çıxma zamanı vurulan möhürdə SSR yazılıb) olan dövrün doldurulma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stafına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda Gəncə-Daşkəsən regional filialının müvafiq aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Naftalan şəhəri “1N-li Mənzil İstismar sahəsi”ndəki xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan əmək fəaliyyəti zamanı 1993-cü il tarixində 2 ay, 1995-ci il tarixində 1 ay, 1996-cı il tarixində 1 ay iddiaçının adına əməkhaqqı hesablanmadığı üçün sözügedən aylar onun sığorta staiına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.. Həmçinin onun aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə teminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların sərnərəli həyata keçirilməsi dövlətin bu huquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərfik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktlarırı huquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblənnə uyğun həyata keçirikməlidir. Eyni zamanda sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə olmasına gətirib çıxara bilər. Qeyd edilənləri əsas gətirən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-597/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı “Naftalan Təmir-Tikinti sahəsi”ndə xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən iş stajı iddiaçının əmək kitabçasında öz əksinini tapmışdır, həmçinin iddiaçı barəsində məlumatların arxivdə olmaması onu günahından deyil, bundan başqa əmək kitabçasının doldurulması qaydalarının pozulması isə iddiaçının işləməməsi anlamına gətirmir və vətəndaşın Konstitusiya ilə tənzimlənən hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Qeyd edilənləri əsas götürən məhkəmə, iddiaçının “Naftalan Təmir-Tikinti sahəsi”ndə xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək işləməsinə dair xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında surətlərində göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi, həmçinin işsən çıxma zamanı vurulan möhürdə SSR yazısının olması iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, belə ki, sözügedən halların işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı iddia tələbində hüququ yarandığı tarixdən ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, 2021-ci il 1 iyulundan - 2022-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 11 il 10 ay 20 gün (xx.xx.1974-cü il tarixdən xx.xx.1975- ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək təhsil aldğı dövrlər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) olması qeyd edilmişdir. İddiaçının “Naftalan Təmir-Tikinti sahəsi”ndə xx.xx.1979-cu il tarixdən xx.xx.1993- cü il tarixədək işlədiyi dövrlər, ümumilikdə 13 il 3 ay 21 gün müddət də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 25 il 2 ay 11 gün sığorta stajı tamam olur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının “Naftalan Təmir-Tikinti sahəsi”ndə xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməli və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(104)-597/2024 nömrəli qərarını ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən onun sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı dövrlər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 11 il 10 ay 20 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 7 il 6 ay 20 gün sığorta stajına uyğun olaraq 7074,83 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 3650,92 manat olmaqla, ümumilikdə 10725,75 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Gəncə-Daşkəsən regional filialının müvafiq aktına əsasən onun əmək kitabçasının surətində qeyd olunmuş "Naftalan Təmir-Tikinti sahəsi"nin xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan faktiki və arxiv sənədləri Naftalan şəhər Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək (işdən çıxma zamanı vurulan möhürdə SSR yazılıb) olan dövrün doldurulma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İş materialları və məhkəmə qərarının əsaslandırmasından məlum olur ki, məhkəmə yalnız iddiaçının əmək kitabçası ilə kifayətlənmiş, kitabçadakı qeydlərin mötəbər olub-olmamasını, iddiaçının “Naftalan Təmir- Tikinti” sahəsində işləyib-işləməməsini, müəssisənin həmin dövrlərdə və 1993-cü il tarixdən sonra fəaliyyət göstərib-göstərməməsinə dair faktları araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının aparmış olduğu araşdırma nəticəsində müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının qəbul edilən iş stajı 11 il 10 ay 20 gün (xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək təhsil aldığı dövrlər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) təşkil edir. İddiaçının cavabdeh tərəfindən qəbul edilməyən iş stajı isə ümumilikdə 13 il 3 ay 21 gün təşkil edir. Həmin 13 il 3 ay 21 günlük dövr iddiaçının “Naftalan Təmir-Tikinti sahəsi”ndə xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrü əhatə edir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 11 il 10 ay 20 gün təşkil edir. Mübahisələndirilən iş stajı dövrləri xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək “Naftalan Təmir-Tikinti sahəsi”ndə işlədiyi illər olmuş və mübahisələndirmə əsasları isə xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan faktiki və arxiv sənədlərinin Naftalan şəhər Dövlət Arxivinə təhvil verilməməsi, əmək kitabçasında iddiaçının həmin əmək fəaliyyəti dövləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmaması (işdən çıxma zamanı vurulan möhürdə SSR yazılması) olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək “Naftalan Təmir-Tikinti sahəsi”ndə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi olduğundan məhz elə həmin illər araşdırılmalıdır. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək “Naftalan Təmir-Tikinti sahəsi”ndə işləmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda qeyd olunan əmək kitabçasının doldurulması iddiaçının vəzifəsinə aid olmadığından həmin kitabça üzrə işdən çıxma zamanı vurulan möhürdə SSR yazılması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi olmadığı üçün onun məsuliyyət sferasına aid deyildir. Cavabdeh həmçinin mübahisələndirilən hissəyə münasibətdə bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək “Naftalan Təmir-Tikinti sahəsi”ndə işlədiyi illərdəki əmək fəaliyyəti dövləri üzrə faktiki və arxiv sənədləri Naftalan şəhər Dövlət Arxivinə təhvil verilməmişdir. Hüququn prinsiplərinə əsaslanaraq əminliklə bildirmək olar ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə əgər iddiaçının işlədiyi müəssisə (orqan) tərəfindən əmək fəaliyyəti dövləri üzrə faktiki və arxiv sənədləri Naftalan şəhər Dövlət Arxivinə təhvil verilməyibsə, bu hal iddiaçının əleyhinə şərh edilə bilməz. Çünki əmək kitabçasının, digər sənədlərin daimi dövlət mühafizəsinə təhvil verilməsi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işəgötürənin funksiyalarına aiddir. İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 8.2-ci bəndinə əsasən işdən çıxan zaman müəyyən səbəblər üzündən götürülməyən əmək kitabçaları iki il müddətinə işdə olan işçilərin əmək kitabçalarından ayrı işəgötürəndə saxlanılır. İşdən çıxmış şəxslərin əmək kitabçaları, əlavə içliklər alınmadıqda həmin işəgötürənin arxivində “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvəqqəti mühafizə olunur. Həmin müddət başa çatdıqdan sonra arxiv fondu sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası”na uyğun olaraq daimi dövlət mühafizəsinə təhvil verilir. Bundan əlavə məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli məhkəmə iclasında “Naftalan Təmir-Tikinti sahəsi”ndə işləmiş X3 ******* nömrəli əmək kitabçasının əsli tətqiq edilərək müəyyən edilmişdir ki, hazırda cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının əmək kitabçasında olan “Naftalan Təmir-Tikinti sahəsi”ndən işdən çıxma zamanı vurulan möhürlə X3 ******* nömrəli əmək kitabçasında vurulan müvafiq möhürlər eynilik təşkil etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdeh tərəfindən X4 əmək pensiyasının təyin edilib-edilməməsinin müəyyənləşdirilməsi üçün müvafiq sorğu verilmiş və əldə olunmuş sənəndlər əsasında müəyyən olunmuşdur ki, X4 əmək pensiyası təyin edilmişdir. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası qanununun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.2-ci maddəsində qeyd edilir ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən X3 əmək kitabçasında da eyni möhürlər olmasına baxmayaraq ona pensiya təyin edilmişdir. Buna görə də inzibati praktikaya uyğun olaraq hazırkı mübahisə də analoji qaydada həll olunmalıdır. Odur ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı 2023-cü ilin iyul ayından ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası və digər sənədlər ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İşin məhkəmə icraatı zamanı müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası və digər sənədlər ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eləcədə işin məhkəmə icraatında da belə hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlər mötəbər sübut kimi nəzərə alınaraq qiymətləndirilməlidir. Bundan əlavə əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən qeyd edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbində yaşa görə əmək pensiyasının 2023-cü ilin iyul ayından təyin edilməsi təsbit edilmiş olmasına baxmayaraq lakin iddia tələbini tam təmin edən birinci instansiya məhkəməsi ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-597/2024 saylı qərarı dəyişdirilməli, İddiaçı “Naftalan Təmir-Tikinti sahəsi”ndə xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-597/2024 saylı qərarı dəyişdirilsin. İddiaçı “Naftalan Təmir-Tikinti sahəsi”ndə xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.