Məhkəmə qərarları › İş №2-1(104)-569/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-569/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-569/2025 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndələri X6, X3 və X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması barədə ##.##.2024-cü il tarixli **************** nömrəli aktdan müəyyən edilir ki, iddiaçıya Mənfəət vergisi üzrə 2021-ci ilə 4270,76 manat, 2022-ci 4881,77 manat, 2023-cü ilə 37944,12 manat; ƏDV üzrə - 2023-cü ilə 186504,57 manat, 2024-cü ilə 4278,38 manat; Ödəmə mənbəyində tutulan vergi üzrə 2021-cı ilə 420 manat; Ümumilikdə 238299,6 manat əlavə vergi məbləğ hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 119991,35 manat, 58.6-cı maddəsinə əsasən isə 226,1 manat 57.1-ci maddəsinə əsasən isə 120,0 manat maliyyə sanksiyası tətbiq edilmiş və ƏDV ilə bağlı 2022-ci il üzə 3270,02 manat verginin artıq hesablandığı müəyyən edilmişdir. ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən "xxxx” MMC-yə Mənfəət vergisi üzrə- 2021-ci ilə 4270,76 manat, 2022-ci 4881,77 manat, 2023-cü ilə 37944,12 manat, ƏDV üzrə - 2023cü ilə 186504,57 manat, 2024-cü ilə 4278,38 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 2021-cı ilə 420 manat, ümumilikdə 238299,6 manat əlavə vergi məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.1- ci maddəsinə əsasən 119991,35 manat, 58.6-cı maddəsinə əsasən isə 226,1 manat 57.1-ci maddəsinə əsasən isə 120,0 manat maliyyə sanksiyası tətbiq edilmiş və ƏDV ilə bağlı 2022-ci il üzə 3270,02 manat verginin artıq hesablandığı müəyyən edilmişdir. Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə 2414120142096400 nöməli tələbnamə ilə büdcəyə ödənilməli olan 355367,55 manat vəsaitin 5 gün müddətində ödənilməsi qeyd edilmişdir ** saylı Ərazi Vergilər Idarəsinin "Xronometraj metodu ilə müşahidə aparılması haqqında” ## ###### 2024-cü il tarixli ************** nömrəli Qərarına əsasən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Şəmkir şəhəri, Bakı-Qazax şosesinin sol kənarında yerləşən "Memorial” klinikasında ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək Xronometraj metodu ilə müşahidə aparılmışdır. Keçirilmiş Xronometraj metodu ilə müşahidənin nəticəsi olaraq götürülmüş mühasibat sənədlərinə əsasən ## ###### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövr ərzində ƏDV ilə birlikdə gəlirlər 1.511.743,24 manat müəyyən edildiyi halda 2023-cü ilin müvafiq ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinə əsasən ƏDV ilə birlikdə gəlirlər 295.093,22 manat göstərilmişdir ki, nəticədə ƏDV ilə birlikdə 1.216.650,02 manat gəlirlərin bəyannamələrdə bəyan edilmədiyi müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş idarəsinin ## #### 2024-cü il tarixli **************** nömrəli qərarına əsasən İddiaçı MMC-də ## ###### 2021-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ##.##.2024-cü il tarixdə başlamış və ##.##.2024-cü il tarixdə bitmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, **(***)-**/**** saylı qərardadının surətindən görünür ki, ərizəçi İddiaçı MMC-nin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2024-cü il tarixli ***************** nömrəli “Səyyar (növbədənkənar) vergi yoxlamasının keçirilməsi haqqında” qərarın icrasının dayandırılması və cavabdehə iddiaçıda mübahisələndirilən inzibati akt üzrə hər hansı yoxlama tədbirlərinin keçirilməsinin qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizəsi mümkün sayılmamışdır. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarının surətindən görünür ki, iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair iddia mümkün sayılmamışdır. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin cavabdeh İddiaçı MMC-yə qarşı sənədlərin götürülməsi tələbinə dair iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** saylı qərarı ilə Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinə qarşı ##.##.2024-ci il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın, 3270,02 manat verginin artıq hesablanması hissəsi istisna olmaqla ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Iddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın 3270,02 manat verginin artıq hesablanması, ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablanmış 420 manat və buna müvafiq hesablanmış 210 manat maliyyə sanksiyası, Vergi Məclləsinin 58.6-cı maddəsinə əsasən 226,1 manat və 57.1-ci maddəsinə əsasən 120,0 manat maliyyə sansksiyaları hissələri istisna olmaqla qalan hissələrdə ləğv edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş idarəsinin (bundan sonra Cavabdeh) ## #### 2024-cü il tarixli **************** nömrəli qərarına əsasən iddiaçı İddiaçı MMC-də (bundan sonra iddiaçı) ## ###### 2021-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ##.##.2024-cü il tarixdə başlamış və ##.##.2024-cü il tarixdə bitmişdir. 5 halda yoxlamanın müvəqqəti olaraq dayandırılması, 2 halda müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi ##.##.2024-cü il tarixli **************** nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya Mənfəət vergisi üzrə2021-ci ilə 4270,76 manat, 2022-ci 4881,77 manat, 2023-cü ilə 37944,12 manat; ƏDV üzrə - 2023-cü ilə 186504,57 manat, 2024-cü ilə 4278,38 manat; Ödəmə mənbəyində tutulan vergi üzrə 2021-cı ilə 420 manat; Ümumilikdə 238299,6 manat əlavə vergi məbləğ hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 119991,35 manat, 58.6-cı maddəsinə əsasən isə 226,1 manat 57.1-ci maddəsinə əsasən isə 120,0 manat maliyyə sanksiyası tətbiq edilmiş və ƏDV ilə bağlı 2022-ci il üzə 3270,02 manat verginin artıq hesablandığı müəyyən edilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiaçı barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında"Qərarı, 3270,02 manat verginin artıq hesablanması hissəsi istisna olmaqla, tamamilə əsassız və qanunsuz hesab edirlər. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlama zamanı vergi orqanının məlumat bazasında olan onlayn kassa aparatına daxil olmuş məlumatlara əsasən cəmiyyət tərəfindən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 2021-ci il ərzində 149996,00 manat, 2022-ci il ərzində 175664,62 manat gəlir əldə edildiyi müəyyən edilmiş, lakin gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyi üçün vergi ödəyicisi tərəfindən ödənilməli olan mənfəət vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, AR Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarına əsasən cəmiyyətə 2021cı il üzrə 4270,76 manat, 2022-cı il üzrə 4881,77 manat əlavə mənfəət vergisi məbləği hesablanmışdır. cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə etmədən birbaşa Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş qaydaları tətbiq etmişdir. Halbuki, cəmiyyətin aldığı malların dəyəri, bank hesablarında apardığı əməliyyatlar, əmək haqları, icarə və komunal xərcləri, həmçinin digər vergi ödəyicilərindən alınmış mal və xidmətlər dair e-qaimələr barədə məlumatlar yoxlamanı həyata keçirmiş vergi orqanına məlum olmuş, lakin vergi orqanı həmin əlaqəli məlumatları görməzdən gələrək hesablama zamanı yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş qərarına istinad etmişdir. Cavabdeh tərfindən əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə edilməsi ilə bağlı araşdırma aparıldığı görünütüsü yaradılmış, əslində isə bu məlumatları əldə etmək və onlardan istifadə etmək niyyəti olmamışdır. Səyyar vergi yoxlaması zamanı 2023-ci il üçün təqdim edilmiş mənfəət vergisi və bəyannaməsinin düzgünlüyünü yoxlayarkən ** saylı Ərazi Vergilər Idarəsinin ## ###### 2024-cü il tarixli, ************** nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərarına əsasən Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, R X1 və dövlət vergi müfəttişi, R X3 tərəfindən ## ###### 2024-cü il tarixli, DVX seriyali****** nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokolla götürülmüş və Opertiv vergi nəzarəti şöbəsi tərəfindən ## ###### 2024-cü il tarixli, **************** nömrəli kameral və səyyar vergi yoxlaması zamanı məlumatların nəzərə alınması barədə xidməti məktuba əlavədə göndərilmiş sənədlərə, cəmiyyətə məxsus kompüter informasiya sistemindən (MEDHIS v2.0 pro) alınmış məlumata (fotoşəkil akta əlavə edilir), eyni zamanda vergi ödəyicisinin rəhbərindən alınmış izahata əsasən cəmiyyət tərəfindən 2023-ci il ərzində mallarin təqdim edilməsindən, işlərin görülməsindən və xidmətərin göstərilməsindən 1281138,36 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən bu gəlir əsasında cəmiyyətə 2023cü il üzrə əlavə mənfəət vergisi (37944,14 manat) və həmin məlumatlar əsasında 2023 yanvar -2024 yanvar ayları üzrə əlavə ƏDV (190782,5 manat) məbləğləri hesablanmışdır. Ilk öncə bildirmək istəyirik ki, cavabdeh vergi orqanı tərəfindən isitnad edilən məlumatlar cəmiyyətin kompüterində olmayıb və oradan götürülməyib. Həmin foto şəkil SVY aktına əlavə edildyi qeyd ediləsə də, bizə təqdim edilən SVY aktının əlavə sənədlərində olmamışdır. Həmçinin cavabdeh vergi orqanın əməkdaşları tərəfindən cəmiyyətin direktoru qorxudularaq və aldadılaraq öz dedikləri formada izahat alınmış, sonra isə boş kağıza imza (möhür) atdırmışdırlar. Belə ki, vergi orqanı əməkdaşları cəmiyyətin direktoruna bildliriblər ki, bunları yazmasan səni bu dəqiqə həbs gözləyir. Daha sonra isə boş vərəqə imza və möhür vurduraraq bildiriblər ki, sahibkarla "danışıqdan" sonra özümüz bunu məhv edib yeni izahat yazacayıq (hətta izahat və onun əlavəsi olan Aktda olan xətlər tam fərqlidir). Direktor L.Myasina hədələrdən qorxduğu üçün belə bir faktı hətta sahibkara (təsisçiyə) bildirməyib. Bu fakt sahibkar tərəfindən bilinən kimi vergi orqanın əməkdaşlarının hərkətlərindən DVX-nə şikayətlər edilmişdir. Həmçinin direktordan "alınan" izahat da Nəzarət kitabçasında da qeyd edilməyib. Halbuki Nəzarət kitabçasının 8-ci sütununda aşkar edilən faktlar, təkliflər, izahatlar və s. hallar qeyd edilməlidir. Buna isə məqsədyönlü şəkildə əməl edilməyib. Həmçinin qeyd edilən izahatda cəmiyyətin direktorunun birdən-birə dövriyyəsinin gizlədilməsini etiraf etməsi absurddur. Belə ki, hər hansısa bir müəssisə rəhbərinin heç bir hüquqi əsas olmadan, özü də bu barədə sual verilmədən, birdən-birə keçən il ərzində 1,5 mln. manatlıq (bəyan edilən rəqəmdən təxminən 7 dəfə çox) dövriyyənin gizlədildiiyini izahatında yazması ağlabat deyildir. Yuxraıda qeyd edilidyi kimi, Cavabdeh öz qərarını cəmiyyətə məxsus kompüter informasiya sistemindən (MEDHIS v2.0 pro) alınmış məlumat(fotoşəkil akta əlavə edilir), eyni zamanda vergi ödəyicisinin rəhbərindən alınmış izahatla əsasladırırmışdır. Cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı "qara mühasibatlıq" sənədləri ilə əldə etdiyi və izahatdakı məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi olmayan mənbəyi bəlli olmayan foto şəkil ("qara mühasibatlıq" sənədlərindən) və alınmış izahatdakı məlumatlardan istifadə edilmişdir. Lakin həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmamış, başqa sözlə, iddiaçının dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə etməmişdir. Lakin, cavabdeh inzibati orqan əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Həmçinin, cavabdehin isitinad etdiyi mənbəyi bəlli olmayan foto şəkil ("qara mühasibatlıq" sənədlərindən) və alınmış izahat vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirmir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar hansı əməliyyatların (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan vermir. Cavabdeh orqan iddiaya qarşı məhkəməyə etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçı ## ###### 2016-cı il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, ## ###### 2022- ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "səhiyyə sahəsində sair fəaliyyət”-dən ibarət olduğu müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, ** saylı Ərazi Vergilər Idarəsinin "Xronometraj metodu ilə müşahidə aparılması haqqında” ## ###### 2024-cü il tarixli ************** nömrəli Qərarına əsasən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Şəmkir şəhəri, Bakı-Qazax şosesinin sol kənarında yerləşən "Memorial” klinikasında ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək Xronometraj metodu ilə müşahidə aparılmışdır. Keçirilmiş Xronometraj metodu ilə müşahidənin nəticəsi olaraq götürülmüş mühasibat sənədlərinə əsasən ## ###### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövr ərzində ƏDV ilə birlikdə gəlirlər 1.511.743,24 manat müəyyən edildiyi halda 2023-cü ilin müvafiq ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinə əsasən ƏDV ilə birlikdə gəlirlər 295.093,22 manat göstərilmişdir ki, nəticədə ƏDV ilə birlikdə 1.216.650,02 manat gəlirlərin bəyannamələrdə bəyan edilmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 38.3.5. maddəsinə və Vergilər Nazirliyinin Kollegiyasının ## ######## 2016-cı il tarixli **************** nömrəli Qərarı ilə təsdiq edilmiş "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"-nın 6.5-ci bəndinə uyğun olaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən olunması ilə əlaqədar ** saylı Ərazi Vergilər Idarəsinin ## #### 2024-cü il tarixli **************** nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”-ı ilə İddiaçı ## ###### 2021-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və qərarda Vergi Məcəlləsinin 38.3.5. maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi ilə bağlı vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması riskinin məzmunu və təsviri öz əksini tapmışdır. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X9 keçirilmiş Xronometraj metodu ilə müşahidə zamanı təqdim etdiyi izahatında, 2023-cü ilin yanvar ayının 1-dən dekabr ayının 31-dək dövriyyəsinin 1.511.773,24 manat təşkil etdiyini bildirmişdir. ** saylı Ərazi Vergilər Idarəsinin ## ###### 2024-cü il tarixli, ************** nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarına əsasən Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, R X1 və dövlət vergi müfəttişi, R X3 tərəfindən ## ###### 2024-cü il tarixli, DVX seriyalı ****** nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla götürülmüş sənədlər, cəmiyyətə məxsus kompüter informasiya sistemindən (MEDHIS v2.0 pro) alınmış məlumata (fotoşəkil akta əlavə edilir), eyni zamanda vergi ödəyicisinin rəhbərindən alınmış izahata və onlayn kassa aparatına daxil edilmiş məbləğlər barədə vergi orqanının məlumat bazasında məlumatlara əsasən vergi ödəyicisinin gəlirləri hesablanmış, gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli, ** nömrəli və ## ##### 2003cü il tarixli, ** nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirlərinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin illər üzrə mənfəəti hesablanmış və nəticədə 2021-ci il üzrə 4270,76 manat, 2022-ci il üzrə 4881,77 manat və 2023-cü il üzrə 37944,14 manat, cəmi 47096,67 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Götürülmüş həmin sənədlər əsasında hesablamalar nəticəsində cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı və 159-cu maddələrinə əsasən 2022-ci ilin yanvar ayı üzrə 6301,69 manat, 2023-cü ilin yanvar ayı üzrə 85616,50 manat, fevral ayı üzrə 82745,29 manat, mart ayı üzrə 86136,88 manat, aprel ayı üzrə 89711,09 manat, may ayı üzrə 87702,68 manat, iyun ayı üzrə 69062,90 manat, iyul ayı üzrə 99299,86 manat, avqust ayı üzrə 90299,49 manat, sentyabr ayı üzrə 88078,36 manat, oktyabr ayı üzrə 80203,57 manat, noyabr ayı üzrə 88322,32 manat, dekabr ayı üzrə 83880,42 manat, 2024-cü ilin yanvar ayı üzrə 22209,93 manat, cəmi 1059570,98 manat vergiyə cəlb edilən dövriyyənin az göstərilməsi nəticəsində 190722,78 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşən dövriyyələrin aylar üzrə düzgün göstərilməməsi nəticəsində 2022-ci ilin may ayı üzrə 3288,94 manat, iyun ayı üzrə 140,17 manat, sentyabr ayı üzrə 2756,72 manat, oktyabr ayı üzrə 119,72 manat, 2023-cü ilin yanvar ayı üzrə 794,61 manat, fevral ayı üzrə 1045,28 manat, mart ayı üzrə 877,17 manat, aprel ayı üzrə 1396,78 manat, may ayı üzrə 528,50 manat, iyun ayı üzrə 2382,06 manat, dekabr ayı üzrə 570,22 manat, cəmi 13900,17 manat əvəzləşən dövriyyənin artıq göstərilməsi nəticəsində 2502,03 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin az hesablandığı, 2022-ci ilin aprel ayı üzrə 1333,72 manat, iyul ayı üzrə 1409,72 manat, avqust ayı üzrə 2044,67 manat, noyabr ayı üzrə 465,50 manat, dekabr 8,11 manat, 2023- cü ilin iyul ayı 808,22 mana oktyabr ayı üzrə 1592,78 manat, noyabr ayı üzrə 116,50 manat, 2024-cü ilin yanvar ayı üzrə 820,83 manat, cəmi 8600,05 manat əvəzləşən dövriyyənin az göstərilməsi nəticəsində 1548,01 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyünü yoxlayarkən vergi orqanın məlumat bazasında olan məlumatlara və vergi ödəyicisinin vergi orqanında olan iş qovluğundakı sənədlərə əsasən vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektinin ## ####### 2019-cu il tarixli icarə müqaviləsinə əsasən aylıq 1000,00 manat icarə haqqı olmaqla X4 icarəyə götürüldüyü və nəticədə vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2021-ci ilin İ rübü üzrə 420,00 manat ödəmə mənbəyində tutulan verginin yayındırıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı malların (iş və xidmətlərin) dəyəri ödənilərkən əlavə dəyər vergisi məbləğinin ödənilməsi vəziyyətinin düzgünlüyünü yoxlayarkən vergi ödəyicisinin bank əməliyyatları barədə əldə edilmiş məlumatlara və vergi ödəyicisinin əlavə dəyər vergisinin depozit hesabı barədə vergi orqanının məlumat bazasında olan məlumatlara əsasən cəmiyyət tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec 2021-ci il ərzində 42,24 manat, 2022-ci il ərzində 89,73 manat, 2023- cü il ərzində 321,24 manat, cəmi 453,21 manat əlavə dəyər vergisi məbləğinin ödənildiyi və vergi ödəyicisi tərəfindən 2021-ci ilin İ, IV rübləri və 2023cü ilin II rübü üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələri əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ###### 2024-cü il tarixli **************** nömrəli Qərara əsasən iddiaçıya 235029,57 manat əlavə vergi və 120337,98 manat maliyyə sanksiyaları tətbiq edilmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən ödənilməli olan mənfəət vergisinin Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında hesablanması zərurəti yarandığına görə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi barədə məlumatların alınması üçün tərəfimizdən ## ####### 2024-cü il tarixli, **************** nömrəli xidməti məktubla Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət edilmişdir. Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsi tərəfindən ## ####### 2024-cü il tarixli, **************** nömrəli məktubda aparılmış araşdırmalar zamanı "X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin /VÖEN 7302372801/ özəl tibbi xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərməsinə baxmayaraq həmin vergi ödəyicisinin əsasən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına ibbi xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərdiyi müəyyən edildiyi üçün həmin vergi ödəyicisinin analoji vergi ödəyicisi kimi götürməyin mümkün olmadığı bildirilmişdir. Cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlanası qanunvericiliyin tələbinə əməl edilməklə başa çatdırılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsi xahiş olunur. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim Leyla Əliyeva) iddia təmin olunmuş, ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın 3270,02 manat verginin artıq hesablanması, ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablanmış 420 manat və buna müvafiq hesablanmış 210 manat maliyyə sanksiyası, Vergi Məclləsinin 58.6-cı maddəsinə əsasən 226,1 manat və 57.1-ci maddəsinə əsasən 120,0 manat maliyyə sansksiyaları hissələri istisna olmaqla qalan hissələrdə ləğv olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda, cavabdeh inzibati orqan iddiaçı müəssisənin nümayəndəsinin izahatı eyni zamanda səyyar vergi yoxlaması zamanı 2023-ci il üçün təqdim edilmiş mənfəət vergisi və 2023 cə 2024cü illər üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin düzgünlüyünü yoxlayarkən ** saylı Ərazi Vergilər Idarəsinin ## ###### 2024-cü il tarixli, ************** nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərarına əsasən Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, R X1 və dövlət vergi müfəttişi, R X3 tərəfindən ## ###### 2024-cü il tarixli, DVX seriyali ****** nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokolla götürülmüş və Opertiv vergi nəzarəti şöbəsi tərəfindən ## ###### 2024-cü il tarixli, **************** nömrəli kameral və səyyar vergi yoxlaması zamanı məlumatların nəzərə alınması barədə xidməti məktuba əlavədə göndərilmiş sənədlərə, cəmiyyətə məxsus kompüter informasiya sistemindən (MEDHIS v2.0 pro) alınmış məlumata (fotoşəkil akta əlavə edilir), eyni zamanda vergi ödəyicisinin rəhbərindən alınmış izahata əsasən cəmiyyət tərəfindən 2023-ci il ərzində mallarin təqdim edilməsindən, işlərin görülməsindən və xidmətərin göstərilməsindən 1281138,36 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Cavabdeh vergi orqarı tərəfindən bu gəlir əsasında cəmiyyətə 2023-cü il üzrə əlavə mənfəət vergisi (37944,14 manat) və həmin məlumatlar əsasında 2023 yanvar - 2024 yanvar ayları üzrə əlavə ƏDV (190782,5 manat) məbləğləri hesablanmışdır. Cavabdeh vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi olmayan mənbəyi bəlli olmayan foto şəkil ("qara mühasibatlıq sənədlərindən) və alınmış izahatdakı məlumatlardan istifadə edilmişdir. Lakin həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmamış, başqa sözlə, iddiaçının dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə etməmişdir. Lakin, cavabdeh inzibati orqan əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamaru əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Həmçinin, cavabdehin isitinad etdiyi mənbəyi bəlli olmayan foto şəkil ("qara mühasibatlıq sənədlərindən) və alınmış izahat vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirmir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sənədləri araşdırmadan rədd etmişdir. Belə ki, məhkəmə qərarında dəlil olaraq qeyd edir ki, ** saylı Ərazi Vergilər Idarəsinin ## #### 2024-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə İddiaçı 01 fevral2021-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir və bu yoxlamanı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 83.9cu maddəsi və Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli, ** nömrəli Qərarı əsasında vergini hesablamadan əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzər tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi, lakin cavabdehin nümayəndəsi bu halı məhkəmə iclası zamanı əsaslandıra bilməmişdir. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı bildirmişdir ki, ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2024-cü il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”ın əsaslandırma hissəsinə əsasən “Operativ vergi nəzarəti tədbirininnəticəsi olaraq götürülmüş mühasibat sənədlərinə əsasən ## ###### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövr ərzində ƏDV ilə birlikdə gəlirlər 1511743,24 manat müəyyən edildiyi halda 2023-cü ilin müvafiq ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinə əsasən ƏDV ilə birlikdə gəlirlər 295093,22 manat göstərilmişdir ki, nəticədə ƏDV ilə birlikdə 1216650,02 manat gəlirlərin bəyannamələrdə bəyan edilməyi müəyyən edilmişdir, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2021 – yanvar 2024 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 67.1 maddəsinə əsasən, Bu Məcəllənin 37.4- cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmis vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bag lı qanunla nəzərdə tutulmus qaydada rəsmiləs dirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən Bu Məcəllənin 67- ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bag lı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Məhkəmə qərarında dəlil olaraq qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı 2021-ci il üzrə mənfəət vergisinin elektron daşıyıcıdan götürülən məlumat cədvəl əsasında müəyyən edilmədiyini qeyd etsədə bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir və bildirmişdir ki, bununla bağlı sənədləri əsas iddia üzrə məhkəmə iclasında təqdim edəcək. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı bildirirmişdir ki, hakim əsas iddia ərizəsi ilə MXMT barədə iddia ərizəsi ilə səhf salmışdır. Belə ki, məhkəmənin *-*(***)-****/**** nömrəli qərarı iddiaçın əsas iddia ərizəsi üzrə baxılan işdir və həmin işdə cavabdeh tərəfindən etiraz təqdim edilmiş və etiraza yoxlamanın keçirilməsinə və məsuliyyət qararın çıxarılmasına əsasə olmuş bütün sənədlər və 2021-ci il üzrə mənfəət vergisinin elektron daşıyıcıdan götürülən məlumat cədvəli və İddiaçı MəhdudMəsuliyyətli Cəmiyyətinin rəhbəri X9 keçirilmiş Xronometraj metodu ilə müşahidə zamanı təqdim etdiyi izahatı da əlavə edilimşdir Həmçinin, məhkəmə qərarında dəlil olaraq qeyd edir ki, Vergi orqanı vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda 2021-ci ilin mənfəət vergisi üzrə elektron daşıyıcıməlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilməməsi məhkəmə iclası zamanı müəyyən edilə bilinməmişdir. Həmçinin, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, vergi yoxlaması 2024-cü il tarixli qərarla yekun nəticəyə gəlinsə də, mənfəət vergisi 2021,2022 və 2023- cü illər üzrə yoxlanılır. Müvafiq dəyişiklik isə 2022-ci ilin yanvar ayının 1- dən qüvvəyə minmişdir. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı bildirirmişdir ki, ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2024-cü il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”a əsasən yoxlama fevral 2021 – yanvar 2024 vergi dövrünü əhatə edir. Odur ki, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli Qərarından aydı olunur ki, işə baxan hakim inzibati iş üzrə təqdim edilmiş bütün sübutları və baxılan işin MXMT və ya əsas iddia olmasını tam araşdırmamışdır. Belə ki, hakim proses iştirakçılarının izahatlarını, ərizə və təkliflərini, təqdim edilmiş sübutlarlı və işdə olan bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ** saylıƏrazi Vergilər Idarəsinin “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” ## ###### 2024-cü il tarixli ************** nömrəli Qərarına əsasən İddiaçı məxsus Şəmkir şəhəri, Bakı-Qazax şosesinin sol kənarında yerləşən “Memorial” klinikasında ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək Xronometraj metodu ilə müşahidə aparılmışdır. Keçirilmiş Xronometraj metodu ilə müşahidəninPAGE 9 nəticəsi olaraq götürülmüş mühasibat sənədlərinə əsasən ## ###### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövr ərzində ƏDV ilə birlikdə gəlirlər 1.511.743,24 manat müəyyən edildiyi halda 2023-cü ilin müvafiq ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinə əsasən ƏDV ilə birlikdə gəlirlər 295.093,22 manat göstərilmişdir ki, nəticədə ƏDV ilə birlikdə 1.216.650,02 manat gəlirlərin bəyannamələrdə bəyan edilmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 38.3.5. maddəsinə və Vergilər Nazirliyinin Kollegiyasının ## ######## 2016-cı il tarixli **************** nömrəli Qərarı ilə təsdiq edilmiş "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"-nın 6.5-ci bəndinə uyğun olaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən olunması ilə əlaqədar ** saylı Ərazi Vergilər Idarəsinin ## #### 2024-cü il tarixli **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”-ı ilə İddiaçı Məhdud MəsuliyyətliCəmiyyətində ## ###### 2021-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və qərarda Vergi Məcəlləsinin 38.3.5. maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi ilə bağlı vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulmasıriskinin məzmunu və təsviri öz əksini tapmışdır. İddiaçı rəhbəri X9 keçirilmiş Xronometrajmetodu ilə müşahidə zamanı təqdim etdiyi izahatında, 2023-cü ilin yanvar ayının 1-dən dekabr ayının 31-dək dövriyyəsinin 1.511.773,24 manat təşkil etdiyini bildirmişdir. ** saylıƏrazi Vergilər Idarəsinin ## ###### 2024-cü il tarixli, ************** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarına əsasən Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, R X1 və dövlət vergi müfəttişi,R X3 tərəfindən ## ###### 2024-cü il tarixli, DVX seriyalı ****** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla götürülmüş sənədlər, cəmiyyətə məxsus kompüter informasiya sistemindən (MEDHIS v2.0 pro) alınmış məlumata (fotoşəkil akta əlavə edilir), eyni zamanda vergi ödəyicisinin rəhbərindən alınmış izahata və onlayn kassa aparatına daxil edilmiş məbləğlər barədə vergi orqanının məlumat bazasında məlumatlara əsasən vergi ödəyicisinin gəlirləri hesablanmış, gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli, ** nömrəli və ## ##### 2003-cü il tarixli, ** nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirlərinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin illər üzrə mənfəəti hesablanmış və nəticədə 2021-ci il üzrə 4270,76 manat, 2022-ci il üzrə 4881,77 manat və 2023-cü il üzrə 37944,14 manat, cəmi 47096,67 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığımüəyyən edilmişdir. Götürülmüş həmin sənədlər əsasında hesablamalar nəticəsində cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı və 159-cu maddələrinə əsasən 2022-ci ilin yanvar ayı üzrə 6301,69 manat, 2023-cü ilin yanvar ayı üzrə 85616,50 manat, fevral ayı üzrə 82745,29 manat, mart ayı üzrə 86136,88 manat, aprel ayı üzrə 89711,09 manat, may ayı üzrə 87702,68 manat, iyun ayı üzrə 69062,90 manat, iyul ayı üzrə 99299,86 manat, avqust ayı üzrə 90299,49 manat, sentyabr ayı üzrə 88078,36 manat, oktyabr ayı üzrə 80203,57 manat, noyabr ayı üzrə 88322,32 manat, dekabr ayı üzrə 83880,42 manat, 2024-cü ilin yanvar ayı üzrə 22209,93 manat, cəmi 1059570,98 manat vergiyə cəlb edilən dövriyyənin az göstərilməsi nəticəsində 190722,78 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşən dövriyyələrin aylar üzrə düzgün göstərilməməsi nəticəsində 2022-ci ilin may ayı üzrə 3288,94 manat, iyun ayı üzrə 140,17 manat, sentyabr ayı üzrə 2756,72 manat, oktyabr ayı üzrə 119,72 manat, 2023-cü ilin yanvar ayı üzrə 794,61 manat, fevral ayı üzrə 1045,28 manat, mart ayı üzrə 877,17 manat, aprel ayı üzrə 1396,78 manat, may ayı üzrə 528,50 manat, iyun ayı üzrə 2382,06 manat, dekabr ayı üzrə 570,22 manat, cəmi 13900,17 manat əvəzləşən dövriyyənin artıq göstərilməsi nəticəsində 2502,03 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin az hesablandığı, 2022-ci ilin aprel ayı üzrə 1333,72 manat, iyul ayı üzrə 1409,72 manat, avqust ayı üzrə 2044,67 manat, noyabr ayı üzrə 465,50 manat, dekabr 8,11 manat, 2023-cü ilin iyul ayıPAGE 10 808,22 manat, oktyabr ayı üzrə 1592,78 manat, noyabr ayı üzrə 116,50 manat, 2024-cü ilin yanvar ayı üzrə 820,83 manat, cəmi 8600,05 manat əvəzləşən dövriyyənin az göstərilməsi nəticəsində 1548,01 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyünü yoxlayarkən vergi orqanın məlumat bazasında olan məlumatlara və vergi ödəyicisinin vergi orqanında olan iş qovluğundakı sənədlərə əsasən vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektinin ## ####### 2019-cu il tarixli icarə müqaviləsinə əsasən aylıq 1000,00 manat icarə haqqı olmaqla X4 icarəyə götürüldüyü və nəticədə vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2021ci ilin İ rübü üzrə 420,00 manat ödəmə mənbəyində tutulan verginin yayındırıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı malların (iş və xidmətlərin) dəyəri ödənilərkən əlavə dəyər vergisi məbləğinin ödənilməsi vəziyyətinin düzgünlüyünü yoxlayarkən vergi ödəyicisinin bank əməliyyatları barədə əldə edilmiş məlumatlara və vergi ödəyicisinin əlavə dəyər vergisinin depozit hesabı barədə vergi orqanının məlumat bazasında olan məlumatlara əsasən cəmiyyət tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec 2021-ci il ərzində 42,24 manat, 2022-ci il ərzində 89,73 manat, 2023-cü il ərzində 321,24 manat, cəmi 453,21 manat əlavə dəyər vergisi məbləğinin ödənildiyi və vergi ödəyicisi tərəfindən 2021-ci ilin İ, IV rübləri və 2023-cü ilin II rübü üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələri əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## ###### 2024-cü il tarixli **************** nömrəli Qərara əsasən iddiaçıya 235029,57 manat əlavə vergi və 120337,98 manat maliyyə sanksiyaları tətbiq edilmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən ödənilməli olan mənfəət vergisinin Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında hesablanması zərurəti yarandığına görə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi barədə məlumatların alınması üçün tərəfimizdən ## ####### 2024-cü il tarixli, **************** nömrəli xidməti məktubla Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət edilmişdir. Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsi tərəfindən ## ####### 2024-cü il tarixli, **************** nömrəli məktubda aparılmış araşdırmalar zamanı"X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin /VÖEN7302372801/ özəl tibbi xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərməsinə baxmayaraq həmin vergi ödəyicisinin əsasən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərdiyi müəyyən edildiyi üçün həmin vergi ödəyicisinin analoji vergi ödəyicisi kimi götürməyin mümkün olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun deyil, məhkəmə işin hərtərəfli araşdırılması üçün üzərinə düşən vəzifələrini icra etməmiş və iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməlməlidir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X6, X3 və X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Maddə 38. Səyyar vergi yoxlaması, vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... Maddə 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Iş materiallarından görünür ki, ** saylı Ərazi Vergilər Idarəsinin ## ###### 2024cü il tarixli, ************** nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçıya məxsus Şəmkir şəhəri, Bakı-Qazax şosesinin sol kənarında yerləşən “Memorial” klinikasında ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək xronometraj metodu ilə müşahidə aparılmışdır. Vergi orqanının mövqeyinə görə, həmin müşahidənin nəticələri əsasında əldə edilmiş məlumatların təhlili zamanı vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlirlərlə vergi bəyannamələrində əks etdirdiyi göstəricilər arasında uyğunsuzluqlar müəyyən edilmişdir. Iş materiallarında olan məlumatlara əsasən, xronometraj müşahidəsi nəticəsində əldə olunduğu bildirilən sənədlər və məlumatlar üzrə aparılmış hesablamalar zamanı ## ###### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövr ərzində vergi ödəyicisinin ƏDV daxil olmaqla gəlirlərinin 1.511.743,24 manat təşkil etdiyi müəyyən edilmiş, halbuki həmin dövr üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində ƏDV daxil olmaqla gəlirlərin 295.093,22 manat məbləğində göstərildiyi qeyd olunmuşdur. Bununla əlaqədar vergi orqanı tərəfindən bəyannamələrdə 1.216.650,02 manat məbləğində gəlirin bəyan edilmədiyi qənaətinə gəlinmişdir. Həmin nəticələr nəzərə alınmaqla, Vergi Məcəlləsinin 38.3.5. maddəsinə və Vergilər Nazirliyinin Kollegiyasının ## ######## 2016-cı il tarixli **************** nömrəli Qərarı ilə təsdiq edilmiş "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"-nın6.5-ci bəndinə uyğun olaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən olunması ilə əlaqədar ** saylı Ərazi Vergilər Idarəsinin ## #### 2024-cü il tarixli, **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə İddiaçı MMC-də ## ###### 2021-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Iş materiallarından görünür ki, xronometraj müşahidəsi zamanı cəmiyyətin rəhbəri X10 tərəfindən izahat verilmiş, həmin izahatda müəssisənin 2023-cü il üzrə dövriyyəsinin 1.511.773,24 manat təşkil etdiyi qeyd edilmişdir. Bundan başqa, ** saylı Ərazi Vergilər Idarəsinin ## ###### 2024-cü il tarixli, ************** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən ## ###### 2024-cü il tarixli, DVX seriyalı ****** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilmişdir. Vergi orqanı sonradan aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirlərini müəyyən edərkən götürülmüş sənədlərə, vergi ödəyicisinin rəhbərindən alınmış izahata, cəmiyyətə məxsus kompüter informasiya sistemindən (MEDHIS v2.0 pro) əldə edildiyi bildirilən məlumatlara, habelə onlayn nəzarət-kassa aparatı və vergi orqanının informasiya bazalarında mövcud olan məlumatlara istinad etmişdir. Vergi orqanının mövqeyinə görə, həmin məlumatlar əsasında vergi ödəyicisinin faktiki gəlirləri müəyyən edilmişdir. Yoxlama materiallarında göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən gəlirlərin əldə olunması ilə bağlı xərcləri təsdiq edən sənədlər tam həcmdə təqdim edilmədiyindən vergi orqanı tərəfindən şərti rentabellik göstəriciləri tətbiq edilməklə müəssisənin mənfəəti hesablanmışdır. Bu hesablamaların nəticəsində 2021, 2022 və 2023-cü illər üzrə mənfəət vergisinin az hesablandığı qənaətinə gəlinmişdir. Bununla yanaşı, vergi orqanı tərəfindən əlavə dəyər vergisi bəyannamələri üzrə aparılmış hesablamalar nəticəsində müxtəlif dövrlər üzrə vergiyə cəlb olunan dövriyyənin az göstərilməsi, əvəzləşən dövriyyələrin isə bəzi hallarda artıq, bəzi hallarda isə az göstərilməsi müəyyən edilmiş və bunun nəticəsində büdcəyə ödənilməli olan əlavə dəyər vergisinin düzgün hesablanmadığı göstərilmişdir. Səyyar vergi yoxlaması zamanı həmçinin vergi ödəyicisinin istifadə etdiyi obyekt üzrə icarə münasibətləri araşdırılmış, vergi orqanının məlumat bazasında olan sənədlərə əsasən təsərrüfat subyektinin fiziki şəxsdən aylıq 1.000 manat icarə haqqı müqabilində icarəyə götürüldüyü müəyyən edilmiş və bu əsasla ödəmə mənbəyində tutulan vergilər üzrə öhdəliklərin tam yerinə yetirilmədiyi qeyd edilmişdir. Bundan əlavə, vergi orqanı tərəfindən bank əməliyyatları və ƏDV depozit hesabı üzrə məlumatlar təhlil edilmiş, malların (işlərin və xidmətlərin) dəyəri ödənilərkən əlavə dəyər vergisinin müəyyən hallarda qanunvericiliklə nəzərdə tutulmuş müddətdən sonra ödənildiyi, habelə bəzi vergi hesabatlarının müəyyən edilmiş müddətlərdə təqdim edilmədiyi göstərilmişdir. Yoxlama nəticələri əsasında vergi orqanı tərəfindən ## ###### 2024-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya əlavə vergi öhdəlikləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının 3270,02 manat verginin artıq hesablanması, ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablanmış 420 manat və buna müvafiq hesablanmış 210 manat maliyyə sanksiyası, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 226,1 manat və 57.1-ci maddəsinə əsasən 120,0 manat maliyyə sansksiyaları hissələri istisna olmaqla qalan hissələrdə ləğv edilməsinə yönəldilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə ##.##.2024-cü il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə fevral 2021-yanvar 2024 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsini onunla əsaslandırmışdır ki, operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq götürülmüş mühasibat sənədlərinə əsasən ## ###### 2023-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövr ərzində ƏDV ilə birlikdə gəlirlər 1511743,24 manat müəyyən edildiyi halda 2023-cü ilin müvafiq ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinə əsasən ƏDV ilə birlikdə gəlirlər 295093,22 manat göstərilmişdir ki, nəticədə ƏDV ilə birlikdə 1216650,02 manat gəlirlərin bəyannamələrdə bəyan edilməyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün vergi orqanı tərəfindən vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsi (azaldılması) ehtimalını təsdiq edən mənbəyi bəlli məlumatların mövcudluğu tələb olunur. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh inzibati orqan tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsinin əsası kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilmiş, mənbəyi bəlli olan əlaqəli məlumat qismində isə iddiaçı İddiaçı rəhbəri X9 xronometraj metodu ilə müşahidə zamanı təqdim etdiyi izahat və cəmiyyətə məxsus olduğu iddia edilən kompüter informasiya sistemindən (MEDHIS v2.0 pro) əldə olunmuş məlumat (fotoşəkil) göstərilmişdir. Lakin həmin məlumatların mahiyyəti, əldə olunma qaydası və rəsmiləşdirilmə forması baxımından onların Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulmuş “mənbəyi bəlli məlumat” anlayışına uyğunluğu və yoxlamanın təyin edilməsi üçün kifayət edib-etməməsi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Hesab edilir ki, ilk öncə iddiaçıya məxsus olduğu iddia edilən kompüterə aid fotoşəklin mənbəyi və aidliyi ilə bağlı hallara hüquqi qiymət verilməlidir. Iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında ##.##.2024-cü il tarixli protokolda və digər yoxlama materiallarında həmin fotoşəkilə və ya kompüterdən çıxarıldığı iddia edilən hər hansı vizual və ya elektron məlumatlara dair heç bir qeyd mövcud deyildir. Belə ki, sözügedən fotoşəkil nə götürülmüş sənədlərin siyahısında, nə protokolun mətnində əks olunmamış, nə də onun əldə olunması, mənbəyi və ya aid olduğu məlumat daşıyıcısı barədə hər hansı məlumat rəsmiləşdirilməmişdir. Eyni zamanda məhkəmə iclası zamanı operativ vergi nəzarətini həyata keçirmiş inzibati orqanın nümayəndələri tərəfindən həmin fotoşəklin iddiaçıya məxsus kompüterdən əldə edildiyini və ya yoxlama zamanı götürüldüyünü təsdiq edən hər hansı rəsmi sənəd təqdim olunmamışdır. Belə ki, Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən protokolda aşağıdakılar göstərilir: ... 48.2.6. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcıllığı; 48.2.7. hərəkətin həyata keçirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar; 48.2.8. bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir. Bu baxımdan, mübahisə predmeti olan fotoşəklin götürmə protokolunda ümumiyyətlə əks olunmaması onun sübut kimi mövcudluğunun və mənşəyinin müəyyən edilməsini mümkün etməmişdir. Hazırkı işdə iddiaçı MMC-nin rəhbərinin verdiyi izahatın vergi orqanı tərəfindən aparılmış xronometraj müşahidəsi zamanı alındığı bildirilmişdir. Lakin həmin izahatın verilmə şəraiti, onun sərbəst iradə ifadəsi əsasında təqdim edilib-edilməməsi, habelə izahatın digər obyektiv sübutlarla təsdiq olunub-olunmaması iş materiallarında olan sübutlar əsasında qiymətləndirilməlidir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan, hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin... Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə əlaqədar qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. Ilk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, hazırkı işdə cavabdeh tərəfindən izahatda göstərilən dövriyyə göstəricilərinin düzgünlüyünü təsdiq edən hər hansı ilkin mühasibat sənədi, elektron məlumat daşıyıcısından əldə olunmuş məlumatın qanunauyğun qaydada götürülməsini təsdiqləyən sənəd, maliyyə hesabatları, bank əməliyyatları və ya digər obyektiv sübutlar təqdim edilməmişdir. Əksinə, cavabdehin istinad etdiyi kompüter informasiya sistemindən əldə olunduğu iddia edilən məlumatların mənbəyi, həmin məlumatların iddiaçıya məxsus kompüter sistemindən götürülməsi və vergi nəzarəti tədbiri zamanı əldə edilməsi halları iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən, rəhbərin izahatında göstərilən məlumatların digər mötəbər sübutlarla təsdiq edilmədiyi şəraitdə həmin izahatın təkbaşına vergi ödəyicisinin faktiki dövriyyəsinin, gəlirlərinin və ya vergi öhdəliklərinin müəyyən edilməsi üçün yetərli sübut hesab edilməsi mümkün deyildir. Nəticə etibarilə, cavabdehin yalnız qeyd olunan izahata əsaslanaraq Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması əlamətlərinin mövcudluğunu sübuta yetirdiyi qənaətinə gəlmək mümkün olmur. Qeyd edilənlərdən əlavə, hətta növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinin hüquqi əsasının mövcudluğu qəbul edilsə belə, cavabdeh inzibati orqan tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində əlavə vergi öhdəliklərinin hesablanması üçün əsas götürülmüş məlumatların mötəbərliyi və həqiqiliyi iş materialları ilə kifayət qədər təsdiq olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan vergi ödəyicisinin gəlirlərinin bəyan ediləndən artıq olması qənaətinə əsasən iddiaçı cəmiyyətin rəhbəri X9 izahatına və cəmiyyətə məxsus olduğu iddia edilən kompüter informasiya sistemindən (MEDHIS v2.0 pro) əldə olunduğu göstərilən fotoşəkilə istinad etmişdir. Lakin ilk növbədə qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi fotoşəklin (cədvəlin) iddiaçıya aid kompüter informasiya sistemindən əldə edilməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Belə ki, ## ###### 2024-cü il tarixli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolda yalnız izahatın və şəxsiyyət vəsiqəsinin surətinin götürüldüyü qeyd edilmiş, hər hansı elektron məlumatın, kompüter faylının və ya fotoşəklin əldə olunması və götürülməsi barədə qeyd aparılmamışdır. Habelə məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin fotoşəklin hansı cihazdan, hansı qaydada və hansı prosessual sənəd əsasında əldə olunmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan, sözügedən fotoşəklin iddiaçıya aid olması və vergi nəzarəti tədbiri çərçivəsində əldə edilməsi sübuta yetirilməmiş qalır. Bununla yanaşı, inzibati orqan tərəfindən əldə edilmiş məlumatlar yalnız onların aidiyyəti, məzmunu və mötəbərliyi təsdiq olunduğu, habelə digər mötəbər sübutlarla dəstəkləndiyi hallarda vergi hesablamalarında nəzərə alına bilər. Hətta aidiyyəti müəyyən edilən belə məlumatlar müstəqil sübut kimi deyil, yalnız digər təkzibolunmaz və dəstəkləyici sübutlarla birlikdə qiymətləndirilməlidir. Hazırkı halda isə cavabdeh tərəfindən istinad edilən fotoşəkilin nə aidiyyəti, nə də mötəbərliyi təsdiq edilmişdir. Həmçinin fotoşəklin (cədvəlin) məzmunu da vergi hesablamalarının aparılması üçün yetərli və inandırıcı məlumat mənbəyi kimi qiymətləndirilə bilməz. Həmin fotoşəkildən konkret hansı əməliyyatların həyata keçirildiyini, hansı xidmətlərin göstərildiyini, onların dəyərini, ödənişlərin kimlər tərəfindən və hansı əsaslarla həyata keçirildiyini müəyyən etmək mümkün deyildir. Başqa sözlə, fotoşəkildə əks olunduğu iddia edilən məlumatlar iddiaçının sahibkarlıq fəaliyyəti üzrə konkret əməliyyatları və bu əməliyyatlar əsasında vergi öhdəliyinin yaranmasını müəyyən etməyə imkan vermir. Digər tərəfdən, iddiaçı cəmiyyətin rəhbərinin izahatı da özlüyündə əlavə vergi hesablamaları üçün kifayət qədər sübut sayıla bilməz. Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqeyinə görə, şəxsin hər hansı faktı etiraf etməsi barədə izahat bütün hallarda əsaslı sübut kimi qəbul edilmir və belə izahat yalnız başqa obyektiv və mötəbər sübutlarla təsdiq olunduğu halda sübut əhəmiyyəti daşıyır. Hazırkı işdə isə rəhbərin izahatında göstərilən məlumatları təsdiq edən ilkin mühasibat sənədləri, maliyyə sənədləri, bank əməliyyatları və ya digər obyektiv məlumatlar təqdim edilməmişdir. Hətta MMC-nin rəhbəri tərəfindən verilmiş izahatın mötəbər sübut kimi qəbul edilməsi fərz edilsə belə, həmin izahat özlüyündə vergi öhdəliklərinin hesablanması üçün yetərli əsas hesab oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 83.2-ci maddəsi vergi orqanına müxtəlif məlumat mənbələrindən istifadə etməklə vergi hesablamaları aparmaq hüququ versə də, bu norma hər hansı bir məlumatın, o cümlədən vergi ödəyicisinin izahatının başqa sübutlarla təsdiqlənmədən və yoxlanılmadan vergi hesablanmasının yeganə əsası kimi qəbul edilməsini nəzərdə tutmur. Vergi hesablaması vergi ödəyicisinin konkret vergi öhdəliyinin müəyyən edilməsinə yönəldiyindən, onun əsasını təşkil edən məlumatlar obyektiv araşdırılmalı, digər sübutlarla müqayisə edilməli və təsdiq olunmalıdır. Bu baxımdan, rəhbərin izahatında göstərilən məlumatların həqiqiliyi əlavə sübutlarla təsdiqlənmədən yalnız həmin izahata əsasən vergi ödəyicisinin faktiki dövriyyəsinin və vergi öhdəliklərinin müəyyən edilməsi qanunvericiliyin sübutetmə və obyektiv araşdırma tələblərinə uyğun hesab edilə bilməz. Iş materiallarında olan ##.##.2024–##.##.2024-cü il tarixlərində aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrinə dair 026651 seriyalı aktdan da görünür ki, müşahidə zamanı vergi ödəyicisinin gün sonu hesabatları əsasında orta gündəlik satış dövriyyəsi 1.881,50 (ƏDV-li) manat məbləğində müəyyən edilmişdir. Halbuki, cavabdeh sonradan iddiaçının 2023-cü il üzrə dövriyyəsinin 1.511.743,24 manat təşkil etməsi qənaətinə gəlmiş və əlavə vergi hesablamalarını da həmin göstərici əsasında aparmışdır. Belə olan halda, cavabdehin özünün həyata keçirdiyi xronometraj müşahidəsinin nəticələri ilə sonradan qəbul etdiyi dövriyyə göstəriciləri arasında əhəmiyyətli uyğunsuzluq yaranır. Bu isə cavabdeh tərəfindən əldə edilmiş məlumatların həqiqiliyinin əlavə və hərtərəfli araşdırılmasını tələb etsə də, iş materiallarından belə araşdırmanın aparıldığı müəyyən edilmir. Iş materiallarına əlavə edilmiş 2020–2024-cü illəri əhatə edən vergi bəyannamələrinin təhlili zamanı da müəyyən olunur ki, həmin illər üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş dövriyyə göstəriciləri hazırkı mübahisə predmeti üzrə cavabdeh tərəfindən müəyyən edilən həcmdə dövriyyə ilə müqayisədə əhəmiyyətli fərq təşkil edir. Xüsusilə 2023-cü il üzrə müəyyən edilən dövriyyə göstəricisi əvvəlki illərdə formalaşmış dövriyyə dinamikası ilə müqayisədə kəskin artım xarakteri daşıyır və bu artımın iqtisadi və faktiki əsasları iş materiallarında olan yetərli sübutlarla təsdiq edilməmişdir. Eyni zamanda əvvəlki illər üzrə vergi orqanı tərəfindən həmin həcmdə dövriyyə ilə bağlı hər hansı ciddi uyğunsuzluq və ya mübahisə müəyyən edilmədiyi halda, yalnız bir hesabat ili üzrə belə kəskin fərqlənən nəticənin əldə olunması onun əlavə və obyektiv sübutlarla təsdiqini zəruri edir. Beləliklə, cavabdehin istinad etdiyi fotoşəklin (cədvəlin) iddiaçıya aidiyyəti və əldə edilmə mənbəyi sübuta yetirilmədiyindən, həmin məlumatlar məzmun etibarilə vergi hesablamalarının aparılması üçün yetərli olmadığından, rəhbərin izahatı isə digər obyektiv sübutlarla təsdiqlənmədiyindən, qeyd olunan sübutların məcmusu vergi ödəyicisinin gəlirlərinin gizlədilməsi və ya vergi qanunvericiliyinin pozulması əlamətlərinin mövcudluğu barədə nəticəyə gəlmək üçün kifayət hesab edilə bilməz. Bu səbəbdən cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğu lazımi qaydada sübuta yetirilməmişdir. Odur ki, inzibati orqan əldə etdiyi məlumatlarla kifayətlənərək onların həqiqiliyinin yoxlanılması istiqamətində əlavə araşdırma aparmamışdır. Halbuki, "Inzibati icraat haqqında" Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim edilmiş məlumatların düzgünlüyünü yoxlamağa və zəruri hallarda əlavə sübutlar toplamağa borcludur. Cavabdeh isə istinad etdiyi məlumatların doğruluğunu başqa sübutlarla tutuşdurmamış, onların həqiqiliyini təsdiq edən əlavə araşdırmalar aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (Vergi Məcəlləsinin 3.8 və 3.11-ci maddələri). Bəhs olunanlara əsasən birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar