Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-57/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziya oğlu və Abdullayev Əlizamin Gürzalı oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, üçüncü şəxs X5 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-109/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-027A nömrəli şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 48 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. Şəmkir rayon Muxtariyyat bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 08 saylı qərarı ilə Muxtariyyat kənd sakini İddiaçı öz həyətyanı torpağına bitişik olan uzun illər həyətyanı kimi istifadə etdiyi 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 fevral 2021-ci il tarixli, **********35 saylı «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» bildirişinə əsasən 0,12 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağl müraciətdən imtina edilmiş və qeyd olunmuşdur ki, Şəmkir rayon Muxtariyyat kəndində yerləşən torpaqların alqı-satqısına dair aktın tarixi xx.xx.2013cü ilə təsadüf edir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. Odur ki, ərizənin icrası mümkün olmamışdır.
4. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-319A nömrəli şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 48 nömrəli qərarı ilə X6 və ailə üzvlərinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0,0232 ha, RX seriya ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0,0425 ha torpaq sahələri üzərində Şəmkir rayon Muxtariyyat bələdiyyəsinin mülkiyyət hüquqları qeydə alınmışdır.
6. Şəmkir rayon Muxtariyyat (indiki Qədimqala) bələdiyyəsinin xx.xx.2016-cı il tarixli iclasının 08 nömrəli protokolundan çıxarışın surətindən məlum olur ki, bələdiyyənin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış 0.0425 ha və 0.0232 ha torpaq sahələrinin dəyəri ödənilməklə X1 qərara alınmışdır.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Şəmkir rayonu Muxtariyyat kəndində yerləşən 0,3257 ha torpaq sahəsi üzərində X8 və ailə üzvlərinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı Ərazi İdarəsinin 02 noyabr 2018-ci il tarixli, **********77 nömrəli arayışının surətindən görünür ki, X10 və ailə üzvlərinin adına verilmiş JN-027A nömrəli şəhadətnamədə qeyd olunan 0,20 ha torpaq sahəsi ilə Şəmkir rayonu Muxtariyyət bələdiyyəsinin adına verilmiş **********47 və **********48 reyestr nömrəli çıxarışlarda qeyd olunan 0,0425 ha və 0,0232 ha torpaq sahələri ilə üst-üstə düşmür.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X2 0.0425 ha və 0.0232 ha torpaq sahələri JN-027A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı verilmiş 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşmür.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18 iyul 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, X7 JN-027A saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0,20 ha torpaq sahəsindən əlavə faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,236 ha-dır, Şəmkir rayonu Muxtariyyat bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 08 saylı qərarına əsasən X3 0,12 ha torpaq sahəsinin sxem, cizgi və koordinatları olmadığı üçün X5 mülkiyyətində olan 0,0425 ha və 0,0232 ha (RX seriyalı ******* və ******* saylı çıxarışları) torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi halını müəyyən etmək mümkün olmadı.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X6 0.0425 ha və 0.232 ha torpaq sahələrinin satılmasına dair xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli 08 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 12.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 09 avqust 2016-cı il tarixli, 08 saylı qərarı ilə X6 0,0425 ha torpaq sahəsi satılmışdır. Bələdiyyənin 29 avqust 2016-cı il tarixli, 08 saylı qərarı ilə isə X6 0,232 ha torpaq sahəsi satılmışdır. Qeyd olunan qərarlar onun hüquqlarına toxunmuşdur. İddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsini bələdiyyə qanunsuz olaraq üçüncü şəxsə satmış, nəticədə gediş-gəliş yolu bağlanmışdır.
13. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-109/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxsə satılmış torpaq sahəsinin gediş-gəliş yolu olması, eyni zamanda sahənin alqı-satqı predmeti olmaması həmin sahənin dövlət reyestrində qeydə alınmasından imtinaya səbəb ola bilərdi. Lakin təqdim edilmiş sənədlərdən göründüyü kimi sahə üzərində ilkin olaraq bələdiyyənin mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra mübahisələndirilən bələdiyyə qərarı ilə bələdiyyənin ehtiyat fondunda olan və alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmış və sonradan üçüncü şəxsə satılmışdır. Həmçinin, müvafiq mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, qeyd olunan sahə iddiaçıya məxsus sahə ilə üst-üstə düşmür.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-109/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbində qeyd olunan xüsusatlara hər hansı qiymət vermədən yalnız bələdiyyənin mübahisələndirilən qərarının doğru olması istiqamətində araşdırma aparmışdır. İddia ərizəsinə əlavə edilmiş bələdiyyənin qərarı əsasında satılmış mübahisəli torpaq sahəsinin onun sahiblik və istifadəsində olmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına hakim tərəfindən hər hansı hüquqi qiymət verilməmişdir. Həmçinin, əvvəllər qeyd olunan mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılması kimi təkzib edilməz faktlara hakim səthi yanaşmışdır. Hakim iddia tələbini rədd edərkən xüssi bilik tələb edən sahə üzrə mütəxəssis rəyinə istinad etmişdir. İş materiallarına əlavə edilmiş X4 06 aprel 2021-ci il tarixli, 63 saylı ekspert rəyini əlavə etməyinə baxmayaraq hakim həmin ekspert rəyini sübut kimi qəbul etməyini nəinki əsaslandırmış, ekspert rəyinin üstündən sükutla keçmişdir. Əslində isə müstəqil ekspert rəyi ilə mütəxəssis rəyini müqayisə etdikdə ekspertin rəyi onu tərtib edən şəxslərin məsuliyyəti baxımından daha üstündür. Məhkəmə isə qəbul etdiyi qərarda müstəqil ekspert rəyini mötəbər sübut kimi qəbul etməkdən imtinanı əsaslandıra bilməmişdir. Cavabdeh uzun illər ərzində üçüncü şəxslə torpaq mübahisəsinin olduğunu bilərək yoluna düşən torpaq sahəsini üçüncü şəxsə satmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, üçüncü şəxsə satılan torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolunu bağlamışdır. Ona görə də bələdiyyə qərarı ləğv edilməlidir.
20. Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında izahat verərək aprellyasiya şikayətinə etiraz etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi 1961-ci ildən valideynlərinin istifadəsində olmuş, 2016-cı ildə isə bələdiyyə qərarı ilə sahəni almışdır. İddiaçının istifadəsində 30 sotdan çox torpaq sahəsi vardır və ona satılan torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan sahənin heç bir əlaqəsi yoxdur. Gediş-gəliş yolu isə bağlanmamışdır.
21. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.
25. Hazırki halda iddiaçı Şəmkir rayon Qədimqala kəndində yerləşən 0.0425 ha və 0.0232 ha torpaq sahəsinin X1 barədə Şəmkir rayonu Muxtariyyat bələdiyyəsinin xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi uzun müddətdir ki, onun sahibliyi və istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolunu bağlamışdır. Lakin bələdiyyə tərəfindən üçüncü şəxsə torpaq sahəsinin satılmasına dair qərar qəbul edilərkən qeyd olunanlar nəzərə alınmamışdır.
26. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-027A nömrəli şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 48 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir.
27. Şəmkir rayon Muxtariyyat bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 08 saylı qərarı ilə Muxtariyyat kənd sakini İddiaçı öz həyətyanı torpağına bitişik olan uzun illər həyətyanı kimi istifadə etdiyi 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
28. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-319A nömrəli şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 48 nömrəli qərarı ilə X6 və ailə üzvlərinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir.
29. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriya ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0,0232 ha, RX seriya ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən 0,0425 ha torpaq sahələri üzərində Şəmkir rayon Muxtariyyat bələdiyyəsinin mülkiyyət hüquqları qeydə alınmışdır.
30. Şəmkir rayon Muxtariyyat (indiki Qədimqala) bələdiyyəsinin xx.xx.2016-cı il tarixli iclasının 08 nömrəli protokolundan çıxarışın surətindən məlum olur ki, bələdiyyənin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış 0.0425 ha və 0.0232 ha torpaq sahələrinin dəyəri ödənilməklə X1 qərara alınmışdır.
31. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Şəmkir rayonu Muxtariyyat kəndində yerləşən 0,3257 ha torpaq sahəsi üzərində X8 və ailə üzvlərinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır.
32. Göründüyü kimi Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 48 nömrəli qərarı ilə X6 və ailə üzvlərinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmiş və buna dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-319A nömrəli şəhadətnamə tərtib olunmuşdur. Daha sonra Şəmkir rayon Muxtariyyat (indiki Qədimqala) bələdiyyəsinin xx.xx.2016-cı il tarixli iclasının 08 nömrəli protokol-qərarı ilə bələdiyyənin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış 0.0425 ha və 0.0232 ha torpaq sahələrinin dəyəri ödənilməklə X1 qərara alınmış, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Şəmkir rayonu Muxtariyyat kəndində yerləşən 0,3257 ha (0,26+0,0425+0,0232) torpaq sahəsi üzərində X8 və ailə üzvlərinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır.
33. İşdə olan sənədlərlə həmçinin müəyyən edilir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 48 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-027A nömrəli şəhadətnamə tərtib olunmuşdur. Bundan başqa Şəmkir rayon Muxtariyyat bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 08 saylı qərarı ilə Muxtariyyat kənd sakini İddiaçı öz həyətyanı torpağına bitişik olan uzun illər həyətyanı kimi istifadə etdiyi 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, ilk əvvəl mümkünlük şərtlərinin yoxlanılması baxımından iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilməlidir.
35. Məhkəmə tərkibi xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
36. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
38. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
39. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı Ərazi İdarəsinin 02 noyabr 2018-ci il tarixli, **********77 nömrəli arayışının surətindən görünür ki, X10 və ailə üzvlərinin adına verilmiş JN-027A nömrəli şəhadətnamədə qeyd olunan 0,20 ha torpaq sahəsi ilə Şəmkir rayonu Muxtariyyət bələdiyyəsinin adına verilmiş **********47 və **********48 reyestr nömrəli çıxarışlarda qeyd olunan 0,0425 ha və 0,0232 ha torpaq sahələri ilə üst-üstə düşmür.
40. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X2 0.0425 ha və 0.0232 ha torpaq sahələri JN-027A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı verilmiş 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşmür.
41. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18 iyul 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, X7 JN-027A saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0,20 ha torpaq sahəsindən əlavə faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,236 ha-dır, Şəmkir rayonu Muxtariyyat bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 08 saylı qərarına əsasən X3 0,12 ha torpaq sahəsinin sxem, cizgi və koordinatları olmadığı üçün X5 mülkiyyətində olan 0,0425 ha və 0,0232 ha (RX seriyalı ******* və ******* saylı çıxarışları) torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi halını müəyyən etmək mümkün olmadı.
42. Göründüyü kimi işdə olan sübutlarla müəyyən edilir ki, X6 ayrılmış və satılmış torpaq sahəsi ilə X7 istifadəsində olan torpaq sahəsi ayrı-ayrı sahələrdir. Digər tərəfdən X7 mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin üçüncü şəxsə satılan torpaq sahəsi ilə üstüstə düşməsi müəyyən olunmamış, digər bələdiyyə qərarı ilə satılmış 0,12 ha torpaq sahəsinin sxem, cizgi və koordinatlarının dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa bələdiyyə qərarı ilə satılmış 0,12 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydə alınmasından da bələdiyyə qərarı qanunamüvafiq qaydada qəbul edilmədiyindən imtina olunmuşdur (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 fevral 2021-ci il tarixli, **********35 saylı bildirişi).
43. Belə olan halda mübahisələndirilən Şəmkir rayon Muxtariyyat (indiki Qədimqala) bələdiyyəsinin xx.xx.2016-cı il tarixli iclasının 08 nömrəli qərarının iddiaçının subyektiv hüququna toxunması halı mövcud deyildir. Başqa sözlə iddiaçının üçüncü şəxsə satılan torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi, bu əsasla tələb irəli sürmək hüququ yoxdur.
44. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun:
43. 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.
44. 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyənin səlahiyyətidir.
45. 6.1-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməsi göstərilmişdir.
46. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
47. Beləliklə, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi qanunauyğun olaraq üçüncü şəxsə satılmış və mübahisələndirilən qərar iddiaçının subyektiv hüququna toxunmamışdır.
48. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
q ə r a r a a l d ı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-109/2022 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova,hakimlər Rəşad Mamedov, Əlizamin Abdullayev