Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-57/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, “ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(114)-1303/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. xx.xx.2022-ci il tarixli, THTU 000735 nömrəli diplomdan məlum olur ki, X3 Tədris Univerisiteti MMC-nin xx.xx.2022-ci il tarixli, 16 saylı ilə İddiaçı diplomlu stomatoloq elmi dərəcəsinə layiq görülmüşdür.
2. THTU 000735 nömrəli diploma əlavədən görünür ki, 360 kreditlik tibb təhsili üzrə İddiaçı təhsil kreditinin sayı 301 olmuş, əyani formada təhsil almışdır.
3. X3 Tədris Univerisiteti MMC-nin xx.xx.2024-cü il tarixli, 306/06 saylı arayışında qeyd edilir ki, İddiaçı 2017-ci ildə Universitetin Tibb fakültəsinin əyani şöbəsinə qəbul olunub və 2022-ci ildə Stomatologiya ixtisası üzrə həmin fakültəni bitirib.Təhsilin 5 il müddətində İddiaçı bütün fənlərin dərslərində iştirak edib, normativ təhsil layihəsini mənimsəyib və mövcud sistemə görə qiymətləndirilib.
4. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 02 noyabr 2023-cü il tarixli, NA00019104 nömrəli qərarına əsasən İddiaçı ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasına görə onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilmişdir.
5. İddiaçı 2017/2018-ci tədris ilində 6 ay 11 gün, 2018/2019-cu tədris ilində 7 ay 13 gün, 2019/2020-ci tədris ilində 4 ay 18 gün + pandemiya dövrü, 2020/2021-ci tədris ilində 2 ay 24 gün + pandemiya dövrü, 2021/2022-ci tədris ilində 8 ay 24 gün olmaqla ümumilikdə 29 ay 16 gün Gürcüstan Respublikasının ərazisində olmuşdur.
6. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş materiallardan görünür ki, X2 2018/2019-cu tədris ilində 7 ay, 2019/2020-ci tədris ilində 3 ay 23 gün + pandemiya dövrü, 2020/2021-ci tədris ilində getməyib (pandemiya dövrü), 2021/2022-ci tədris ilində 6 ay 13 gün, 2022/2023-cü tədris ilində 6 ay 24 gün olmaqla ümumilikdə 24 ay; X4 2017/2018-ci tədris ilində 5 ay 28 gün, 2018/2019-cu tədris ilində 6 ay 22 gün, 2019/2020-ci tədris ilində 3 ay 18 gün (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ilində getməyib (pandemiya dövrü), 2021/2022-ci tədris ilində 5 ay 9 gün olmaqla ümumilikdə 21 ay 17 gün; X5 2017/2018-ci tədris ilində 7 ay 9 gün, 2018/2019-cu tədris ilində 7 ay 7 gün, 2019/2020-ci tədris ilində 4 ay 23 gün (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ilində 2 ay 18 gün + pandemiya dövrü, 2021/2022-ci tədris ilində 5 ay 25 gün olmaqla ümumilikdə 27 ay 22 gün Gürcüstan Respublikasının ərazisində olmuşlar və onların diplomları tanınmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Gürcüstan Respublikasının X7 Universiteti MMC tərəfindən ona verilmiş THTU 000735 nömrəli ali təhsilə aid kvalifikasiyanın tanınması və tanınma şəhadətnaməsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ildə Tərtər şəhər 1 No-li tam orta məktəbi əla qiymətlərlə bitirmiş və 2017-ci ildə Gürcüstan Respublikası X7 Universitetinin Tibb fakültəsinə əyani şöbəsinə qəbul olaraq 2022-ci ildə həmin fakültəni stomatologiya ixtisası üzrə bitirərək Tibb fakültəsinin 02 iyul 16 saylı qərarı ilə Diş həkimi elmi dərəcəsinə layiq görülmüşdür. Bitirdiyi ali təhsil müəssisəsi tərəfindən rektor Valentina Sakvarelidzenin və dekan İlona Sakvarelidzenin imzaları və möhürü ilə ona THTU 000735 .Ne-Lİ, 0736 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli stomatologiya üzrə diplom verilmişdir. Diplomum 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə uyğun olaraq İHHŞ Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Xidmətin İnkişafı Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə **********85143 nömrə ilə Apostil olunmuşdur. “X7 Universiteti” MMC (LTD) Gürcüstan tərəfindən xarici keyfiyyət təminatından (icazə) keçmiş bir universitetdir və universitetdə tədris/imtahan dili rus dili olmaqla tədris müddəti 5(beş) ildir. Oxuduğu 5 il müddətdə daim dərslərdə olmuş və Ümumi fənnlər üzrə (ingilis dili), Modul əsaslı fənnlər üzrə (İnsan anatomiyası, Sitologiya, Embriologiya, Histologiya, Tibbi biologiya, Biokimya, Tibbi kimya, Parazitologiya, Klinik anatomiya, Əməliyyat cərrahiyyə və sair, cəmi 21 fənn) Ümumi klinik fənnlər modulu (Daxili xəstəliklər, Ümumi cərrahiyə, Xüsusi cərrahiyyə, Sinir xəstəlikləri, İnfeksion xəstəlikləri, Pediatriya, Oftalmologiya və sair, cəmi 8 fənn), Terapevtik stomatologiya fənnləri (Kliniki odontologiya, Times series dişlərin bərpası, Ağız boşluğunun selikli qişasının xəstəlikləri və sair, cəmi 9 fənn), Cərrahi stomatologiya fənnləri (Ağız cərrahiyyəsi, Onkolofi çənə sahəsi, Cərrahi stomatologiya, Üzçənə rekonstruktiv cərrahiyyə və implantologiya və sair, cəmi 7 fənn), Protez stomatologiya (Ortopedik stomatologiya, Propedektiv ortopedik stomatologiya və sair, cəmi 7 fənn), Uşaq və böyüklər üçün stomatologiya fənnləri (Diş xəsrəliklərinin profilaktikası, Uşaq və böyüklərin terapevtik və cərrahi stomatologiyası və sair, cəmi 15 fənn) və Seçmə fənnlər (Tibbi tarix, Tibbi ekologiya, Məhkəmə tibb və sair, cəmi 5 fənn) tədris proqramını mənimsəyərək mövcud qiymətləndirmə sisteminə uyğun “çox yaxşı”, “yaxşı”, “kafi” və “məqbul” qiymətlərlə qiymətləndirilmişdir. Tədris proqramına dair məlumat “Diploma Əlavə”də öz əksini tapmışdır və “Diploma Əlavə” xx.xx.2022-ci il ta fakültə dekanı İlona Sakvarelidze tərəfindən möhür və imza ilə təsdiq olunmuşdur. “Diploma Əlavə” 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələbinə uyğun olaraq İHHŞ Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Xidmətin İnkişafı Agentliyi tərə mndən xx.xx.2023-cü il tarixdə **********39967 nömrə ilə Apostil olunmuşdur. Odur ki, o, ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq üçün xarici dövlətin (Gürcüstan Respublikasının) ali təhsilə aid kvalifikasiyasının tanınması məqsədilə aidiyyəti üzrə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nə ərizə ilə müraciət etmiş, lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi 02 noyabr 2023-cü il tarixli NA00019104 Ne-li qərarı ilə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina etmişdir. Agentlik imtinanın əsası kimi göstərmişdir ki, o, guya ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması bu da imtina üçün əsasdır, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir, hər semestr 20 həftədən ibarətdir. O, bu imtina ilə razılaşmır, o, hər bir tədris ili ərzində, təhsilin normativ müddətində təhsil aldığı Gürcüstan Respublikasında olmuşdur və X7 Universitetində əyani təhsil almışdır. Belə ki, onun pasportu var və pasportun vizalar səhifəsində Gürcüstan dövlətinə giriş və çıxışlar barədə möhürlü qeydlər öz əksini tapıb. Beləliklə, onun cavabdehə təqdim etdiyi mötəbər sübutlardan göründüyü kimi o, Gürcüstan Respublikasının X7 Universitetini müvəffəqiyyətlə başa vuraraq stomatologiya ixtisasına yiyələnmiş, işin bu halları heç bir şübhə doğurmur və xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina üçün heç bir əsas yoxdur.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1303/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması olmuşdur. Təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. İddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2019/2020 və 2020/2021-ci tədris illərində pandemiya ilə əlaqədar distant texnologiyaların tətbiqi ilə təhsil almasını bildirsə də, 2017/2018, 2018/2019-cu illərdə 2 tədris ili müddətində 16 ay yerinə cəmi 13 ay 24 gün təhsil aldığı ölkənin ərazisində olması ilə bağlı səbəbləri və bu səbəblərə dair sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan statistika birinci instansiya məhkəməsində işin iddiaçının xeyrinə yekunlaşması üçün kifayət sayılmışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Cavabdehin apellyasiya şikayətinə dair iddiaçının etirazı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdilər.
15. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 42. Təhsil hüququ. İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair” 1 saylı Protokol (20 mart 1952-ci il) Maddə 2. Təhsil hüququ: Heç kəs təhsil hüququndan məhrum edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.
18. “Təhsil haqqında” Azərbaycan Respublikasы Qanunu: 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.
19. Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).
20. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2022-ci il tarixli, 1719 nömrəli Fərmanı ilə təsdiq edilmiş ə “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”:
5. Tərəflər ölkələrin ərazisində qanuni şəkildə fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələri, dövlət təhsil müəssisələri və onların filiallarında öz hesabına təhsil almaq istəyən vətəndaşlar üçün müvafiq kvotalar təyin etmək haqqında razılığa gəldilər.
8. Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.3. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. 8.7.4. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində tələbələrin ixtisas üzrə təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.
26. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 2017-2022-ci illərdə X7 Univerisitetində «Stomatologiya» ixtisası üzrə təhsil aldığını bildirmiş, bununla bağlı bakalavr diplomunu və müvafiq sənədlərini cavabdeh inzibati orqana təqdim edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət tədris yükünü yerinə yetirməsi üçün kifayət deyildir.
27. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək qərarını onunla əsaslandırmışdır ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. İddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur.
28. Cavabdehin imtinası, hazırki halda isə apellyasiya şikayətinin dəlilləri iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan həmin müddət ərzində tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır. Belə ki, cavabdeh qeyd edir ki, 2017/2018, 2018/2019-cu illərdə 2 tədris ili müddətində 16 ay yerinə cəmi 13 ay 24 gün təhsil aldığı ölkənin ərazisində olması ilə bağlı səbəbləri və bu səbəblərə dair sübutları məhkəməyə təqdim etməmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır və qeyd edir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
30. İddiaçının 2017-2022-ci illərdə X3 Tədris Univerisitetinin “Stomatologiya” fakültəsində əyani formada bakalavr təhsili alması, təhsil müəssisəsi tərəfindən ona THTU 000735 nömrəli diplom və diploma əlavə verilməsi, həmçinin diplomun 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Xidmətin İnkişafı Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə **********85143 nömrə ilə apostil olması iş materialları ilə təsdiq olunur. Həmçinin, iddiaçı 2017/2018-ci tədris ilində 6 ay 11 gün, 2018/2019-cu tədris ilində 7 ay 13 gün, 2019/2020-ci tədris ilində 4 ay 18 gün + pandemiya dövrü, 2020/2021-ci tədris ilində 2 ay 24 gün + pandemiya dövrü, 2021/2022-ci tədris ilində 8 ay 24 gün müddətinə Gürcüstan Respublikasının ərazisində olmuşdur.
31. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının təhsil aldığı tədris illəri dövründə müvafiq ölkənin ərazisində olduğu müddət tədris yükünü yerinə yetirmə üçün kifayət hesab edilməmişdir. Buna baxmayaraq məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, cavabdeh tərəfindən hazırki halda iddiaçının təhsil aldığı tədris illəri dövründə müvafiq ölkənin ərazisində olduğu müddətdən də az müddətə həmin ölkə ərazisində olan təhsilalanların ali təhsil haqqında diplom üzrə ixtisasları tanınaraq ekvivalentlikləri müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş materiallardan görünür ki, X2 2018/2019-cu tədris ilində 7 ay, 2019/2020-ci tədris ilində 3 ay 23 gün + pandemiya dövrü, 2020/2021-ci tədris ilində getməyib (pandemiya dövrü), 2021/2022-ci tədris ilində 6 ay 13 gün, 2022/2023-cü tədris ilində 6 ay 24 gün olmaqla ümumilikdə 24 ay; X4 2017/2018-ci tədris ilində 5 ay 28 gün, 2018/2019-cu tədris ilində 6 ay 22 gün, 2019/2020-ci tədris ilində 3 ay 18 gün (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ilində getməyib (pandemiya dövrü), 2021/2022-ci tədris ilində 5 ay 9 gün olmaqla ümumilikdə 21 ay 17 gün; X5 2017/2018-ci tədris ilində 7 ay 9 gün, 2018/2019-cu tədris ilində 7 ay 7 gün, 2019/2020-ci tədris ilində 4 ay 23 gün (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ilində 2 ay 18 gün + pandemiya dövrü, 2021/2022-ci tədris ilində 5 ay 25 gün olmaqla ümumilikdə 27 ay 22 gün Gürcüstan Respublikasının ərazisində olmuşlar və onların diplomları tanınmışdır. Həmin tanınma məhz cavabdeh orqan tərəfindən həyata keçirilmişdir.
32. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
33. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).
34. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
35. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair» 30 iyun 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericilikdə hər hansı hüquqi məsələ, xüsusilə də Konstitusiyada təsbit olunmuş hüquqların həyata keçirilməsi məsələsi elə tənzimlənməlidir ki, konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. Qeyd olunmalıdır ki, dövlət hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində təhsil sahəsinin dövlət tənzimlənməsinin həyata keçirilməsində sərbəstdir. Lakin belə tənzimləmə o halda və tərzdə mümkündür ki, müvafiq ali təhsil istiqamətlərinin müəyyən edilməsi obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq ücün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun.
37. Belə olan halda cavabdeh inzibati orqanın imtinasının əsaslandırdığı hal subyektin konstitusion hüququ olan təhsil hüququnun pozulmasına və qeyri-adekvat məhdudiyyət tətbiq edilməsinə gətirib çıxarır.
38. Belə ki, inzibati orqanın imtinası şəxsin pozulan hüququna mütənasib olmalı və hakimiyyət səlahiyyətini həyata keçirən subyekt bununla bağlı hüququndan sui-istifadə etməməlidir.
39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
40. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
41. “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” 4 dekabr 1960-cı il tarixli BMT Baş Assambleyası tərəfində qəbul edilən (2 dekabr 2006-cı il tarixli qanunla Azərbaycan Respublikası MM tərəfindən təsdiq edilmişdir) Konvensiyanın 1-ci madəsində qeyd olunur ki, bu Konvensiyada “ayrı-seçkilik” ifadəsi məqsədi və ya nəticəsi təhsil sahəsində rəftara münasibətdə bərabərliyi ləğv etmək, yaxud pozmaq olan irq, dərinin rəngi, cins, dil, din, siyasi, yaxud digər əqidə, milli, yaxud sosial mənşə, iqtisadi vəziyyət, yaxud doğum əlamətinə görə hər hansı fərqləndirməni, istisnanı, məhdudiyyəti, yaxud üstün tutmanı, o cümlədən: a) hər hansı bir şəxsin və ya şəxslər qrupunun təhsilin hər hansı bir dərəcəsindən, yaxud tipindən məhrum edilməsini; b) hər hansı bir şəxs və ya şəxslər qrupu üçün təhsili onun aşağı səviyyəsi ilə məhdudlaşdırmağı; c) bu Konvensiyanın 2-ci maddəsinin müddəalarında nəzərdə tutulan hallardan başqa, hər hansı şəxslər, yaxud şəxslər qrupu üçün ayrı təhsil sisteminin və ya tədris müəssisələrinin yaradılması, yaxud saxlanmasını; yaxud d) hər hansı şəxsin, yaxud şəxslər qrupunun insan ləyaqəti ilə bir araya sığmayan vəziyyətə salınmasını əhatə edir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
Nəticəvi hissə:
43. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1303/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov