Məhkəmə qərarları › İş №2-1(104)-571/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-571/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-571/2024 12.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-1(114)-867/N24 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.N23-cü il tarixli, 2/2-9435 nömrəli məktubdan görünür ki, iddiaçının təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində göstərilən rayonlarda olmasına dair sənədlərin olmamasına görə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. xx.xx.N23-cü il tarixli, **********223 nömrəli Azərbaycan Respublikası SHXÇDX-nin « Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair » elektron arayışından görünür ki, İddiaçı əsgər (kursant) rütbəsində olmuş, həqiqətən xx.xx.N16-xx.xx.N18, xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmiş, xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İddiaçıya məxsus SX ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xx.xx.N16-cı il tarixli, 190 nömrəli əmrlə çilingər quraşdırıcı, N nömrəli hərbi hissədə xx.xx.NN-ci il tarixli, 342 nömrəli əmrlə radiostansiya rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli, 3146 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində göstərilən rayonlarda olmasına dair sənədlərin olmamasına görə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir « Müharibə veteranı » adı və « Azərbaycan Respublikasının müharibə veteranı » vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09-xx.xx.NN-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, MAHHXHQ-əsgər rütbəsində, 3-cü zenit raket divizionun Rabitə və idarəetmə bölməsinin Radiostansiyasının Radiostansiya rəisi vəzifəsində olmuş, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.NN-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb edilmiş, Cəbrayıl və Qubadlı rayonları ərazisində iştirak etmiş, xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı, döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunmasına və onların saz saxlanması fəaliyyəti ilə məşğul olmuş, xəsarəti (yaralanma, travma, kontuziya) və döyüşlərdə iştirakına görə təltifləri yoxdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli, 342 nömrəli Əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı 3-cü zenit raket divizionun rabitə və idarəetmə bölməsinin (A6) radiostansiyasının radiostansiya rəisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli, 423 nömrəli Əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı səfərbərlikdən tərxis edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli, 502 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən N nömrəli hərbi hissənin tərkibində xx.xx.NNxx.xx.NN-ci il tarixlərində əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin tarixlərdə əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarında düşmənin hava hədəflərinə qarşı döyüş atışları icra olunan zaman (Cəbrayıl və Qubadlı rayonları ərazisində) 3-cü divizionun rabitə və idarəetmə bölməsinin radiostansiyasının radiostansiya rəisi kimi divizionun rabitə əlaqəsini təşkil edərək döyüş tapşırığını icra etmişdir. Ona görə də iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N23-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.N23-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsində iştirak etmiş, lakin ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Bu barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərdiyi ərizəyə cavab olaraq bildirilmişdir ki, onun təqdim olunmuş arayış məlumatın 8-ci bəndində göstərilən rayonlarda olmasına dair sənədlərdə olmamasına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin veilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Onun üçün məktubun məzmunu aydın olmamış, cavabdehin imtinasını isə əsassız hesab edir. O, xx.xx.N16-cı tarixdən xx.xx.N18-ci il tarixədək Bakı şəhərində N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon Şöbəsinin çağırışı əsasında xx.xx.NN-ci il tarixdə Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilmiş, N gün orada qaldıqdan sonra Beyləqan rayonu Xaçınabad kəndində yerləşən 3-cü diviziyaya göndərilmişdir. Müharibə vaxtı döyüşlər gedəndə onlar Zəngilan, Qubadlı və Füzuli rayonları ərazisində olan döyüşçülərə zəruri döyüş sursatı, yanacaq və digər təminat yüklərini daşımışlar. Hərbi biletində müharibə vaxtı, yəni xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə həmin ərazilərdə döyüş zonasında xidmət etməyi qeyd edilmişdir. Eyni zamanda hərbi biletində xx.xx.NN- ci il tarixdə tərxis olunmağı qeyd edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş zonasında iştirak etməyi sənədlərdə sübuta yetirilmişdir. Hazırda o, müharibə veteranı adı ala bilmədiyim üçün hüquqlarından istifadə edə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.N23-cü il tarixli, 3-25-4/2-5271/N23 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh Azərbayca Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayıla bilməz. İddia tələbi “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N21-ci il tarixli 4N nömrəli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən, “bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir”. Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.N23-cü il tarixli 2/2-9435 nömrəli məktubunda qeyd olunmuşdur ki, arayış-məlumatın 8-ci bəndində göstərilən rayonlarda olmamasına görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tepşiriqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxıv arayışları ilə birgə teqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan mudafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə bırgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.” AR İPM-nin 35.1.-ci maddəsinə əsasən, “Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” Cavabdeh orqan göstərilənləri nəzərə alaraq, iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-1(114)-867/N24 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə ezamiyyət vəsiqələrini, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri təqdim etmiş olsunlar. İş materiallarına əlavə edilmiş arayış-məlumatından da görünür ki, döyüş əməliyyatları aparılan zaman (xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə) İddiaçı Cəbrayıl və Qubadlı rayonlarında əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunması və onların saz saxlanması fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin təmin edilərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-1(114)-867/N24 saylı qərarının tam ləğv edilməsini və iddia ərizəsinin mümkünsüz sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.N23-cü il tarixli 2/2- 9435 nömrəli məktubunda qeyd olunmuşdur ki, arayış-məlumatın 8-ci bəndində göstərilən rayonlarda olmamasına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Onu da məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, iddia tələbi "Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlı olub. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N21-ci il tarixli 4N №-li Qərarı ilə "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin "1. Müharibə veteranları" hissəsinin on dördüncü abzasına yeni məzmunda "Qeyd" əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yəni, birinci instansiyası məhkəməsi AR İPM-nin 13-cü maddəsini rəhbər tutaraq, iddiaçıya izah (məhkəmənin yardım etmək hüququ) etməli idi ki, iddia tələbini yuxarıda qeyd olunmuş Qərara uyğun olaraq dəyişdirsin, iddiaçı bundan imtina etdiyi halda AR İPM-nin 35.1-ci maddəsinə görə ərizəsi mümkünsüz hesab olunmalı idi. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 9-cu yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 10-cu yarımbənd. NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 1-ci hissəsinin 1-ci bəndinin Qeyd hissəsi (2): bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. -1-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. -1-ci hissəsinin 4-cü bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır İşin mahiyyəti ondan ibarətdir ki, iddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçının təqdim olunmuş arayış-məlumatın 8ci bəndində göstərilən rayonlarda olmasına dair sənədlərin olmamasına görə cavabdeh bundan imtina etmişdir. İşin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İş materiallarından görünür ki, İddiaçı əsgər (kursant) rütbəsində olmuş, həqiqətən xx.xx.N16-xx.xx.N18, xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. Həmçinin İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09-xx.xx.NN-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, MAHHXHQ-əsgər rütbəsində, 3-cü zenit raket divizionun Rabitə və idarəetmə bölməsinin Radiostansiyasının Radiostansiya rəisi vəzifəsində olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N24-cü il tarixli, 502 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən N nömrəli hərbi hissənin tərkibində xx.xx.NNxx.xx.NN-ci il tarixlərində əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin tarixlərdə əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarında düşmənin hava hədəflərinə qarşı döyüş atışları icra olunan zaman (Cəbrayıl və Qubadlı rayonları ərazisində) 3-cü divizionun rabitə və idarəetmə bölməsinin radiostansiyasının radiostansiya rəisi kimi divizionun rabitə əlaqəsini təşkil edərək döyüş tapşırığını icra etmişdir. Bundan əlavə məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.N23-cü il tarixli, 14/1874 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr- noyabr NN-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.N24-cü il tarixli, 609 saylı arayışda bildirilir ki, vətəndaş İddiaçı həqiqətən N nömrəli hərbi hissənin tərkibində xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarında düşmənin hava hədəflərinə qarşı döyüş atışları icra olunan zaman (Cəbrayıl və Qubadlı rayonları ərazisində) 3-cü divizionun rabitə və idarəetmə bölməsinin radiostansiya rəisi kimi divizionun rabitə əlaqəsini təşkil edərək döyüş tapşırığını icra etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, N saylı hərbi hissənin Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olması, iddiaçının döyüş əməliyyatlarında düşmənin hava hədəflərinə qarşı döyüş atışları icra olunan zaman (Cəbrayıl və Qubadlı rayonları ərazisində) 3-cü divizionun rabitə və idarəetmə bölməsinin radiostansiya rəisi kimi divizionun rabitə əlaqəsini təşkil edərək döyüş tapşırığını yerinə yetirmiş olması və İddiaçı Vətən müharibəsi zamanı N saylı hərbi hissənin tərkibində xidmət etməsi, həmçinin qanuni əsaslarla ehtiyata buraxılması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı N saylı hərbi hissədə döyüş əməliyyatlarının aparıldığı zaman rabitə əlaqəsini təşkil edərək döyüş tapşırığını yerinə yetirmişdir. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya «Müharibə veteranı» adının və vəsiqənin verilməsindən imtina olunması əsassız olmuşdur. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 2-1(114)-867/N24 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar