Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-572/2025 04.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli, 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin pensiya təminatında nəzərə alınması, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində ona pensiya təyin edilən vaxt mövcud olmuş 730 manat məbləğin əsas götürülməsi, 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-800/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2014-cü il tarixli, 09/11-551 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsinə müvəqqəti təyin edilmişdir.
2. İddiaçı dövlət qulluqçusu kimi xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 232/1, 232/3, 232/4, 232/5, 232/6 və 232/7 nömrəli arxiv arayışlarından görünür ki, Musayev X5 Rayon İcra Hakimiyyəti başçısı Aparatında ümumi şöbənin müdiri vəzifəsində işləyərək 1999-cu il, 2009-cu il, 2010-cu il, 2011-ci il, 2012-ci il və 2013-cü il üzrə 12 ay əmək haqqı almışdır.
4. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-13622/2023 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq, pensiyanın məbləği 1084,12 manat müəyyən edilmişdir.
5. Gədəbəy Rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-34-46/2-85/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixinə Gədəbəy rayonunda əhali sayı 100807 (bir yüz min səkkiz yüz yeddi) nəfər olmuşdur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- M228503/3/23 nömrəli məktubunda bildirilmişdir ki, ona xx.xx.2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 715,00 manat qulluq stajına görə əlavəsi 173,96 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 143,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 238,33 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 71,50 manat olmaqla orta aylıq əmək haqqı 1421,79 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il 9 ay 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1421,79 manat) 76,25 faizi-1084,12 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.
7. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 160xx/xx/2024 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir. Qanunun 1.0.19-cu maddəsinə əsasən əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci hissəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında sözügedən Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən dövlət məvacibi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı təqdim etdiyi xx.xx.2009-xx.xx.2013-cü il tarixlər arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanıb. Sözügedən dövrdə müraciətində göstərdiyi “vəzifə maaşının 1,1 misli həcmində əlavə” mövcud olmadığından ona ödənilməyib. Bununla əlaqədar, həmin əlavənin pensiyasına tətbiq edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
8. Gədəbəy Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-44/2-M-60/2-060/2/2024 nömrəli məktubunda bildirilmişdir ki, ona pensiya təyin edilən vaxt icra hakimiyyətində şöbə müdiri vəzifəsində çalışan işçinin aylıq əməkhaqqı 730,00 (yeddi yüz otuz) manat vəzifə maaşından və 146,00 (bir yüz qırx altı) manat dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəkliyə görə, 109,50 (bir yüz doqquz manat 50 qəpik) manat hakimiyyət səlahiyyətinə görə və 803,00 (səkkiz yüz üç) manat dövlət qulluqçularının əməkhaqqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən vəzifə maaşına 1,1 həcmdə müəyyən edilmiş artım əmsalına görə verilən əlavələrdən ibarət olmuşdur. Onu da qeyd edilir ki, göstərilən əlavələrdən başqa dövlət qulluqçusuna qulluq stajına və ona verilmiş ixtisas dərəcəsinə uyğun olaraq əlavə haqqlar da ödənilir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-62372/2025 nömrəli cavab məktubundan və ona əlavə edilmiş cədvəldən görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək pensiya kapitalı qeydə alınmışdır.
10. Məhkəmənin sorğusuna Gədəbəy Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-44/2-246/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gədəbəy RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli, 1611 nömrəli Fərmanı ilə 730 (yeddi yüz otuz) manat məbləğində müəyyən edilmişdir.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-134639/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.11-ci maddəsinə əsasən, sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İddiaçı 26 iyun 2023-cü il tarixindən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Onun hazırda əmək pensiyası 1303,18 manat təşkil edir. Adıçəkilən şəxsin əmək pensiyasının hesablanması zamanı xx.xx.2009xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində qulluq keçdiyi müddət əsas götürülüb. Dövlət qulluqçularının vəzifə maaşlarının 1 dekabr 2013-cü il tarixindən artırılması ilə əlaqədar əhalisinin sayı 50-100 min nəfər olan rayonların icra hakimiyyəti başçılarının aparatlarında şöbə müdiri vəzifəsi üzrə vəzifə maaşı 430,00 manat məbləğində müəyyən edilib. İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması üçün vaxtilə təqdim etdiyi ona ödənilmiş əmək haqqına dair Gədəbəy Rayon Dövlət Arxivinin 7 iyul 2023-cü il tarixli, 232/7 nömrəli arxiv arayışının 2013-cü ilin dekabr ayında 430,00 manat məbləğində mükafat ödənildiyi qeyd olunub. Nəticədə müəyyən edilib ki, İddiaçı Gədəbəy Rayon İcra Hakimiyyətində qulluq keçdiyi şöbə müdiri vəzifəsi əhalisinin sayı 50-100 min nəfər olan rayonların icra hakimiyyəti başçılarının aparatlarında şöbə müdiri vəzifəsinə uyğundur. Sözügedən şöbə müdiri vəzifəsi üzrə vəzifə maaşı müvafiq qanunvericilik aktlarına əsasən (surətləri əlavə olunur) 1 mart 2018-ci il tarixindən 475,00 manat, 1 sentyabr 2019-cu il tarixindən isə 715,00 manat təşkil edib. Buna uyğun olaraq da, İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün orta aylıq əmək haqqısı hesablanarkən vəzifə maaşı 715,00 manat olaraq nəzərə alınıb. Eyni zamanda bildiririk ki, İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin 2 may 2024-cü il tarixli, 5-44/2-M-60/2-060/2/2024 nömrəli məktubunda həmin İcra Hakimiyyətində şöbə müdiri vəzifəsi üzrə vəzifə maaşının 730,00 manat olduğu qeyd edilib. Bununla əlaqədar olaraq, həmin vəzifə üzrə vəzifə maaşının hansı tarixdən etibarən 715,00 manatdan 730,00 manata artırılmasına dair tərəflərindən sorğu göndərilib. Bundan başqa da, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə adıçəkilən dövlət qulluğu stajına dair məlumatların dəqiqləşdirilməsi üçün sorğu göndərilib. Qeyd olunanları nəzərə alaraq, müvafiq sorğuları cavablandırıldıqdan sonra İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacaqdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli, 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin artırılması, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində nəzərdə tutulan 730 manat məbləğində nəzərə alınması və əmək stajının 53 gün az hesablanmasının aradan qaldırılması öhəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini bitirmişdir. xx.xx.1996-cı il tarixdə 153 nömrəli sərəncamla Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1999-cu il tarixdə 160 nömrəli sərəncamla həmin vəzifədən azad edilib Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında ümumi şöbə müdiri (hazırda sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi adlanır) vəzifəsinə təyin olunmuşdur. xx.xx.2003-cü il tarixdə 128 nömrəli sərəncamla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2014-cü il tarixdə 77 nömrəli sərəncamla həmin vəzifədən azad olmuşdur. xx.xx.2014-cü il tarixdə 09/11-551 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı Sosial Yardım və Sosial Müavinətlər sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2016cı il tarixdə 09/18-501 nömrəli əmrlə həmin vəzifədən azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə 39 nömrəli əmrlə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə 36 nömrəli əmrlə həmin vəzifədən azad olunub, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə 168 nömrəli əmrlə yaşa görə pensiyaya çıxdığına görə həmin vəzifədən azad olunmuşdur. İşlədiyi müddət ərzində rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 iyun tarixli, 2301 nömrəli sərəncamı ilə “X1 görə” medalı almışdır. Azərbaycan Respublikasının müharibə veteranıdır. Bir övladı Türkiyə Respublikasının İzmir şəhərində Tibb sahəsi üzrə doktorant təhsili alır, bir övladı məktəblidir. 65 yaşı tamam olduğuna görə dövlət qulluqçusu kimi pensiya təyin olunması üçün Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na müvafiq olaraq işlədiyi xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində olan sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Azarbaycan Respublikasi Təyinat üzrə Mərkəzi Filialına təqdim etmişdir. Mərkəz tərəfindən ona 23 il 9 ay 2 gün dövlət qulluğu stajı hesablanaraq bir ayda 1084.12 manat məbləğində pensiya təyin olunmuşdur. (hazırda məsləhətçi vəzifəsinə düşən məbləğdə). Ona pensiya təyinatı aparılarkən Azərbaycan Respublikasının müvafiq qanunlarına düzgün əməl olunmadığına görə o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Respublikanın digər ali orqanlarına müraciət edərək onun pensiya təyinatına yenidən baxılıb, təyinat aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərdiyi müraciətə cavab olaraq birinci instansiya məhkəməsinə müraciət edilməsi ona tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 yanvar 2024-cü il tarixli, 3-17-1/2-M- 160xx/xx/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanmışdır. Həmin dövrdə “Vəzifə maaşının 1.1 misli həcmində əlavə” mövcud olmadığından ona pensiya təyin edilərkən nəzərə alınmamışdır. Ona pensiya təyinatı aparılarkən “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş həmin qaydanın 2-ci bəndi əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonunca artımlar nəzərə alınmaqla müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu qaydaların 3-12 bəndinə əməl olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilməsi haqqında 28 iyun 2022-ci il tarixli, 1725 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsinə “2-1 bəndinə Dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunur” bəndinin tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli, 1611 nömrəli “Dövlət qulluqçularının əməkhaqlarının artırılması” haqqında Fərmanının 1-ci maddəsinin 1.1-ci bəndinə əsasən şöbə müdirinin aylıq vəzifə maaşına 1.1 misli həcmində olan əlavəni ona şamil etmirlər ki, o, 2009-2013-cü illərdə bu artımı almamışdır. O da, həmin məmurlara müraciətində bildirmişdir ki, Gədəbəy rayonu üçün şöbə müdirinin əsas əmək haqqı ona pensiya təyin olunan tarixdə 730 manatdır, 2022-ci ilin fevral ayından 1.1 misli əlavə olunmuşdur. Orqan da pensiya təyinatı apararkən bunu 715 manat qəbul etmişdir. “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanına əsasən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı əhalisinin sayı 100 mindən çox olan sütunda yerləşmişdir. Bundan əlavə Gədəbəy Rayon İcra Hakimiyyətinin 02 may 2024-cü il tarixli məktubuna əsasən şöbə müdirinin əsas aylıq əmək haqqı 730 manatdır. Onu da bildirir ki, o, 2009-2013-cü illərdə şöbə müdiri kimi 715 manat əsas əmək haqqı almamışdır. Orqan onda bunu hansı qanuna əsasən yazmışdır. Ona şöbə müdiri kimi fəaliyyət göstərdiyi vaxtda almadığı vəzifə maaşına uyğun pensiya təyin edilməsi də qanunvericiliyin tələbinə ziddir, çünki həmin illərdə onun vəzifə maaşı 715 manat olmamışdır. Əgər ona 2009-2013-cü illərdə şöbə müdiri kimi aylıq əmək haqqı 715 manat qəbul edilirsə onda şöbə müdirinin əmək haqqına əlavə kimi 1.1 dəfə artımda nəzərə alınmalıdır. Onu da qeyd edir ki, o, dövlət qulluqçusu kimi 2022-ci ilin 01 fevral tarixindən 2023-cü ilin 25 iyun tarixinədək dövlət qulluqçularının əmək haqqlarına əlavə kimi müəyyən edilmiş 1.1 misli həcmində olan artımı almışdır və bunun müqabilində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Beləliklə, ona pensiya hesablanarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək haqqı” adlanan 154-cü maddəsinin 1-ci bəndinin tələbləri kobud sürətdə pozulmuşdur. Belə ki, həmin maddənin 1-ci bəndində aydın sürətdə göstərilir ki, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi üzrə müəyyən edilmiş, işcinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə isəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Orta əmək haqqı və onun hesablanması qaydası” adlanan 177-ci maddəsinin 1-ci bəndi orta əmək haqqına belə anlayış verir: “Orta əmək haqqı işçiyə vəzifəsi (peşəsi) üzrə işə götürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənişlərin bu məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir”. Deməli orta əmək haqqı işçiyə vəzifəsi üzrə verilən məvacibdən və onun tərkibinə daxil olan əlavə ödənişlərdən ibarətdir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun “Dövlət məvacibi” adlanan 22-ci maddəsinin 22.2-ci bəndinin tələbləri də kobud sürətdə pozulmuşdur. Həmin maddənin 22.2-ci bəndində aydın sürətdə göstərilib ki, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində “Normativ hüquqi aktlar” adlanan 7-ci bəndində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Nəhayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında xüsusi vurğulanır ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər ( və vəsaitlərdəki, artımlar) nəzərə alınır ki, həmin şəxs-“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdən) almış olsun. – “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Bu tələblər isə yuxarıda qeyd olunduğu kimi onun tərəfimdən ödənilmişdir. Ona görə də ona pensiya hesablanarkən qaldırdığı qanuni tələblər nəzərə alınmalıdır. Bundan əlavə onun əmək kitabçasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı Sosial Yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsinə xx.xx.2014-cü il tarixdə təyin olunmağı barədə işə girmə əmrinin tarixini səhv olaraq əmək kitabçasında xx.xx.2014-cü il tarixi kimi qeyd olunmuşdur. O, işə əmrin sürətini əlavə etmişdir, lakin nəzərə alınmamışdır. Əmək kitabçasında 1999-cu ildə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq sərəncam verib vəzifələrin adı dəyişən zaman sərəncamlar arasında 23 gün fərq yaranmışdır. 1999-cu ilin əmək haqqı barədə cədvəlini işə əlavə etmişdir, lakin nəzərə alınmamışdır və ona pensiya təyinatı aparılarkən 53 gün az əmək staji hesablanmışdır.
14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli, 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin pensiya təminatında nəzərə alınması, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində ona pensiya təyin edilən vaxt mövcud olmuş 730 manat məbləğin əsas götürülməsi, 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
15. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müxtəlif tarixlərdə Mərkəzi Filiala müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın müraciətlərə cavab olaraq iddiaçıya fərqli tarixlərdə ünvanladığı məktublarla, həmçinin son olaraq xx.xx.2024cü il tarixli, 3-17-1/2-M-88172/8/2024 nömrəli məktubla bildirilmişdir ki, onun əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və sartlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət quiluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dovlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 1.0.19-cu maddəsinə əsasən əmək haqqındakı (təminat xərcliyındəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azarbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci hissəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial siğortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında sözügedən Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.7-cı bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən dövlət məvacibi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cu maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçının əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı təqdim etdiyi xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanmışdır. Sözügedən dövrdə onun müraciətində qeyd etdiyi “vəzifə maaşının 1,1 misli həcmində əlavə” mövcud olmadığından bununla əlaqədar həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və sərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud siğortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sozlə. siğortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə qəlinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Həmçinin bildirilir ki, sosial təminat hüququnun məzmununa nəzər salınsa, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bununla yanaşı öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 800/2025 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövr onun sosial sığorta stajına daxil edilməklə və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində iddiaçıya pensiya təyin edilən vaxt mövcud olmuş 730 manat məbləğ əsas götürülməklə, İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddia tələbinin “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin İddiaçı pensiya təminatında nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməsi qərara alınmışdır.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında 1999-cu ildə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq sərəncam verib vəzifələrin adı dəyişən zaman sərəncamlar arasında 23 gün fərq yaranmışdır. Lakin, iddiaçının 1999-cu ildə əmək haqqı alması barədə cədvəldə onun həmin ildə işləməsi öz təsdiqini tapsa da, ona pensiya təyinatı aparılarkən 53 gün az əmək staji hesablanmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, onun 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövr onun sosial sığorta stajına daxil edilməlidir. Həmçinin Gədəbəy RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli, 1611 nömrəli Fərmanı ilə 730 (yeddi yüz otuz) manat məbləğində müəyyən edilmiş, lakin buna baxmayaraq cavabdeh orqan pensiya təyinatı apararkən bunu 715 manat qəbul etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehin həmin hərəkəti qanunsuz olmuşdur. İddiaçının əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı təqdim etdiyi xx.xx.2009xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanmış və sözügedən dövrdə iddiaçının müraciətində göstərdiyi “vəzifə maaşının 1,1 misli həcmində əlavə” mövcud olmadığından ona ödənilməmişdir. Bununla əlaqədar, həmin əlavənin pensiyasına tətbiq edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-800/2025 nömrəli qərarının iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 30 iyun 2025-ci il tarixdə qərar qəbul edərək iddiasını qismən təmin etmişdir. Məhkəmə işə baxarkən bir sıra hüquq normalarına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin müxtəlif bölmələrinə istinad etmişdir. İnzibati məhkəmələr birinci növbədə vətəndaşların hüquqlarını müdafiə etməlidir. İşə baxarkən əksinə qarşı tərəfin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hüquqlarının müdafiəsinə çalışırdı, belə olmasaydı bu işə bir il iki ay müddətində baxılıb qərar çıxarılmazdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Orta əmək haqqı və onun hesablanması qaydası” adlanan 177-ci maddəsinin 1-ci bəndi orta əmək haqqına belə anlayış verir: “Orta əmək haqqı işçiyə vəzifəsi (peşəsi) üzrə işə götürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənişlərin bu məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir”. Deməli orta əmək haqqı işçiyə vəzifəsi üzrə verilən məvacibdən və onun tərkibinə daxil olan əlavə ödənişlərdən ibarətdir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun “Dövlət məvacibi” adlanan 22-ci maddəsinin 22.2-ci bəndinin tələbləri də kobud sürətdə pozulmuşdur. Həmin maddənin 22.2-ci bəndində aydın sürətdə göstərilib ki, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində “Normativ hüquqi aktlar” adlanan 7-ci bəndində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Nəhayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Plemununun qərarında xüsusi vurğulanır ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər ( və vəsaitlərdəki, artımlar) nəzərə alınırki, həmin şəxs: -Əmək pensiyaları haqqında Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdən) almış olsun. -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Bu tələblər isə yuxarıda qeyd olunduğu kimi onun tərəfindən ödənilmişdir. Ona görə də ona pensiya hesablanarkən qaldırdığı qanuni tələblər nəzərə alınmalıdır. Lakin, məhkəmə bunların heç birini nəzərə almamış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sözlərlə ifadə olunmuş məktubunu nəzərə alaraq qərar çıxarmışdır. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli, 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin onun pensiya təminatında nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.
b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, iddiaçının apellyasiya şikayəti tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Bildirilir ki, Mərkəzi Filial tərəfindən İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müxtəlif tarixlərdə Mərkəzi Filiala müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın müraciətlərə cavab olaraq iddiaçıya fərqli tarixlərdə ünvanladığı məktublarla, həmçinin son olaraq xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 88172/8/2024 nömrəli məktubla bildirilmişdir ki, onun əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlahn ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 1.0.19-cu maddəsinə əsasən əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci hissəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında sözügedən Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən dövlət məvacibi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçının əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı təqdim etdiyi xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanmışdır. Sözügedən dövrdə onun müraciətində qeyd etdiyi “vəzifə maaşının 1,1 misli həcmində əlavə” mövcud olmadığından bununla əlaqədar həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X4 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq normaları
25. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
26. ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir... Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.19. əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar – əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.1.8-ci maddəsinə əsasən, dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları:
1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.
2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
30. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
32. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
40. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
41. Birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı yalnız həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
44. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il 9 ay 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1421,79 manat) 76,25 faizi-1084,12 manat məbləğində müəyyən edilmişdir.
45. İddiaçı bildirmişdir ki, o uzun müddət dövlət qulluğu vəzifəsində işləmiş və əmək fəaliyyətinin 01 fevral 2022- 25 iyun 2023-cü il tarixdəki dövrlərində ona digər ödənişlərlə yanaşı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli, 1611 nömrəli “Dövlət qulluqçularının əməkhaqqılarının artırılması haqqında” Fərmanının 1-ci maddəsinin 1.1-ci bəndinə əsasən əmək haqqına 1.1 misli həcmində əlavə ödənilmişdir. İddiaçı hesab etmişdir ki, o qeyd olunan dövrlər üzrə əmək haqqına 1.1 misli həcmində aldığı əlavəyə uyğun məcburi dövlət sosial sığorta haqqı ödədiyinə görə ona pensiya hesablanarkən həmin məbləğ də nəzərə alınmalıdır.
46. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçının əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı təqdim etdiyi xx.xx.2009xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanmışdır və sözügedən dövrdə iddiaçının müraciətində göstərdiyi “vəzifə maaşının 1,1 misli həcmində əlavə” mövcud olmadığından həmin əlavənin onun pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
47. Məhkəmə kollegiyası iddia tələbinin “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli, 1611 nömrəli Fərmanın 1-ci maddəsinin 1.1-ci bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin pensiya təminatında nəzərə alınması” hissəsinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
48. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsasları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun tələblərinə görə dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
49. Qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət məvacibi isə özündə vəzifə maaşını, mükafatları və vəzifə maaşına əlavələri (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) birləşdirir. Həmçinin dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur (bu Qanunun 23.2- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla).
50. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına əsasən əmək pensiyası yaşına çatmış və müvafiq qanunvericiliyə uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmuş Azərbaycan Respublikasının vətəndaşları qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyası yaşına çatmış dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları ilə tənzimlənir.
51. Həmin Qaydalara görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmçinin, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
52. Qanunvericiliyin qeyd olunan normalarının təhlili onu deməyə əsas verir ki, sabiq dövlət qulluqçusuna əmək pensiyası təyin edilməsi üçün onun dövlət məvacibi ya dövlət qulluğunun son 24 ayı ərzində aldığı dövlət məvacibinin (vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələrlə (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) birlikdə) 24-ə nisbəti şəklində və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibinin (vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr (vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələrlə (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) birlikdə) 60-a nisbəti şəklində müəyyən edilir.
53. Nəzərə alınmalıdır ki, dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin ödənişi 01 fevral 2022-ci il tarixdən etibarən həyata keçirilmiş və iddiaçı 01 fevral 2022-25 iyun 2023-cü il tarixdəki dövrlər üzrə həmin əlavəni almışdır.
54. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçının əmək pensiyası hesablanarkən onun orta aylıq əmək haqqısı təqdim etdiyi xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanmışdır.
55. Göründüyü kimi, iddiaçının əmək pensiyası hesablanarkən onun orta aylıq əmək haqqısı dövlət qulluğunun son 24 ayı üzrə deyil, seçiminə əsasən dövlət qulluğunun istənilən 60 ayı (xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr) ərzində aldığı dövlət məvacibinə (vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr (vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələrlə (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) birlikdə) uyğun müəyyən edilmişdir.
56. Buna baxmayaraq, iddiaçı hazırki tələbində əmək pensiyası hesablanarkən orta aylıq əmək haqqısının hesablandığı dövrdə (01 fevral 2022-25 iyun 2023-cü il) almadığı 1.1 misli həcmində əlavənin də nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir.
57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.7ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən dövlət məvacibi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
59. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
60. İddiaçının tələbi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, dövlət qulluqçusunun pensiyasının məbləği birbaşa olaraq dövlət məvacibinin məbləğindən asılıdır və əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması zamanı orta aylıq əmək haqqının müəyyən edilməsində o məbləğlər nəzərə alınır ki, həmin məbləğlər şəxsin orta aylıq əmək haqqısının hesablandığı dövrdə (yəni, ya dövlət qulluğunun son 24 ayı və ya istənilən 60 ayı ərzində) ona verilsin və həmin məbləğdən məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun.
61. Hazırki halda iddiaçının əmək pensiyası hesablanarkən orta aylıq əmək haqqısı öz seçiminə uyğun dövlət qulluğunun istənilən 60 ayı, yəni xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ona ödənilmiş dövlət məvacibinə uyğun hesablandığına və həmin dövrdə aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavə mövcud olmadığına (ödənilmədiyinə) görə həmin əlavənin pensiyasına tətbiq edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
62. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dövlət məvacibinin tərkibinə daxil olan əlavəni almadığı müddət üçün əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı hesab edilə bilməz.
63. Beləliklə məhkəmə kollegiyası tərəfindən iddia ərizəsinin, eləcə də apellyasiya şikayətinin dəlillərinin araşdırılması nəticəsində müəyyən olunur ki, mübahisələndirilən hissədə cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsas yoxdur.
64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini həmin hissədə təmin etməmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət vermişdir. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və müvafiq normativ aktlarla təsdiq olunmadığından birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-800/2025 nömrəli qərarı yoxlanılan hissədə, yəni iddianın təmin edilmədiyi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.