Məhkəmə qərarları › İş №2-1(104)-574/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-574/2025

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-574/2025 18.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARI Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) ##.##.1969-cu il tarixdə Tərtər rayonu, Qapanlı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır.

2. Iddiaçıya məxsus ##.##.2015-ci il tarixdə açılmış ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı ##.##.2015-##.##.2016-cı il tarixlərdə N nömrəli hərbi hissənin əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsində, ##.##.2016-##.##.2021-ci il tarixlərdə N nömrəli hərbi hissənin əsgər yeməkxanasında qabyuyan vəzifəsində, ##.##.2021- ##.##.2022ci il tarixlərdə N nömrəli hərbi hissənin əsgər yeməkxanasında qabyuyan vəzifəsində işləmişdir.

3. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə ##.##.2016-cı il tarixli, ** nömrəli əmri ilə iddiaçı hərbi hissənin yeməkxanasında qabyuyan vəzifəsinə qəbul edilmişdir.

4. N nömrəli hərbi hissə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir (Müdafiə Nazirliyinin Hüquq Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*/*-****/**** nömrəli məktubuna əsasən).

5. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə ##.##.2021-ci il tarixli, ** nömrəli əmri ilə iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən ##.##.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir.

6. Iddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Cavabdeh müraciət etmişdir.

7. N nömrəli hərbi hissənin ##.##.2023-cü il tarixli, **** nömrəli arayışına əsasən, iddiaçı ##.##.2016- il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissənin qərargah və təchizat süyünün yeməkxana xidmətçisi vəzifəsində xidmət etmişdir. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının verenliyi və ərazi bütövlüyü uğrunda gedən "Vətən müharibəsi"ndə N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün tərkibində hərbi hissənin daimi dislokasiya məntəqəsində xidməti vəzifə borclarını yerinə yetirmişdir.

8. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barədə arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə 2) Rütbəsi: mülki işçi 3) Vəzifəsi: qərargah və təchizat bölüyünün yeməkxana xidmətçisi 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): ##.##.2016-cı il tarixli ** nömrəli əmr, ##.##.2021-ci il tarixli ** nömrəli əmr 5) Döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrələri göstərilməklə): boşdur 6) Həmin dövrdə şəxsin mtt üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə) : Nizami hissə üzrə əmrlər kitabında döyüşdə iştirakı ilə bağlı heç bir qeyd aparılmayıb 7) Iştirak etdiyi ərazilər: hərbi hissənin daimi dislakasiya məntəqəsi 8) Hansı qismdə iştirak edib, həmin dövrdə mtt üzrə tapşırıqlar ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Xidməti vəzifələrini yerinə yetirib 9) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: boşdur 10) Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: boşdur 11) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): boşdur 12) Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): boşdur 13) Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: boşdur 14) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı) boşdur

9. Iddiaçı tərəfindən göndərilən sənədlərə ##.##.2023-cü il tarixli iclasda baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir.

10. N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş sənədlərdə iddiaçının iştirak etdiyi ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə və döyüş əməliyyatları aparılan dövrdə əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinə görə ## #### 2023-cü il tarıxli iclasının protokoluna əsasən komissiya tərəfindən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir (Müdafiə Nazirliyinin Şəxsu Heyət Baş Idarəsinin ##.##.2025-ci il tarixli, 3-25- **/*-***/**** nömrəli məktubu).

11. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli, */*-**** nömrəli məktubla bildirmişdir ki, təqdim olunmuş sənədlərdə iddiaçının iştirak etdiyi ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə və döyüş əməliyyatları aparılan dövrdə əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinizə görə, müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Əlavə olaraq "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malik olması izah olunmuşdur.

12. Məhkəmə sorğusuna cavab olaraq N nömrəli hərbi hissə ##.##.2025-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının "Müharibə Veteranı adı və müvafiq vəsiqə"nin verilməsi üçün N nömrəli hərbi hissədə döyüş əməliyyatlarına cəlb olunması ilə bağlı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında hər hansı bir qeydiyyat olmadığından barəsində arayış-məlumat təqdim etmək mümkün olmamışdır. 13.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir

15. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2016-cı ildən ## #### 2021-ci ilədək N №-li hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımının yeməkxanasının qabyuyan vəzifəsində işləmişdir. N №-li hərbi hissədə işləyərkən Vətən müharibəsi dövründə iddiaçı da digər mülki işçilərlə yanaşı hərbi hissənin xidmətində olmuşdur. 44 gün ərzində iddiaçı demək olar ki, N №-li hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımında təsərrüfat işçisi kimi xidməti vəzifə borcunu yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatının təşkili üzrə verilən bütün tapşırıqları yerinə yetirmiş, hərbi hissənin dislokasiya məntəqəsində işləmiş və ev üzü görməmişdir. Qeyd olunanlara əsasən o, N№-li hərbi hissənin maddi-texniki təminat bölüyünün xidmətində olmuş və maddi-texniki təminat üzrə verilən bütün tapşırıqları yerinə yetirdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin həmin vaxt qüvvədə olan 10 və 11-ci abzaslarına əsasən müharibə veteranı sayılır. Lakin iddiaçı faktiki olaraq müharibə veteranı sayılsa da rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də iddiaçı qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün cavabdeh Cavabdeh müraciət etsəm də heç bir nəticəsi olmamışdır.

16. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı ## #### 2016-cı ildən ## #### 2021-ci ilədək N nömrəli hərbi hissənin tərkibində əsgər yeməkxanasında qabyuyan vəzifəsində işləmişdir. Qanunun tələblərinə əsasən hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən müvafiq adı verilir. Işdə olan sənədlərdən görünür ki, iddiaçı mülki şəxs kimi N nömrəli hərbi hissəyə ezam olunmamış o, həmin hərbi hissənin tərkibində daimi işçi kimi işləmişdir. Təqdim edilmiş sənədlərdə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissələrə (bölmələrinə) və orqanlarına ezam olunması müəyyən edilmir. Iddiaçı N nömrəli hərbi hissənin tərkibində əsgər yeməkxanasında qabyuyan kimi işləyərkən gündəlik əmək funksiyasını icra etmişdir. ## ######## 2020-ci il tarixdən ## ###### 2022-ci il tarixlərdə işlədiyi ərazidə döyüş əməliyyatları aparılmamışdır və bu əsaslarla da komissiyanın ## #### 2023-cü il tarixli iclasında iddiaçının ərizəsinə baxılmış və müsbət qərar qəbul edilməmişdir. Iddiaçının tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli *** nömrəli Qərarına uyğun olmadığından ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlmək olar ki, iddiaçının iddia tələbi təmin edilməməlidir.

17. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilməsi edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir.

18. Gəncə Inzibati Məhkəməsinin (hakim Z.Quliyev) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülki işçi - qabyuyan kimi 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməsi, döyüş bölgəsinə ezam olunması təsdiqini tapmamışdır. Belə ki, N nömrəli hərbi hissə tərəfindən verilən arayışməlumatda iddiaçının maddi texniki təminat üzrə tapşırıqlar ilə fəaliyyətə cəlb olunması ilə bağlı qeyd aparılmamış, onun müharibə dövründə hərbi hissənin daimi dislokasiya məntəqəsində xidməti vəzifələrini yerinə yetirməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi mötəbər sübutlarla (müvafiq əmrlərlə) təsdiq olunmadığından, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aid deyildir. Ona görə də məhkəmə hesab etmişdir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

20. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, qərar iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uygun əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

25. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

26. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X1 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: - Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir

28. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

29. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

31. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

32. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

33. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

34. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

35. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

36. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

37. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

38. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

39. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

40. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun müraciətinə komissiyanın ##.##.2023-cü il tarixli iclasında baxıldığını və barəsində müsbət qərar qəbul edilmədiyi bildirmişdir. Buna əsas kimi təqdim olunmuş sənədlərdə onun iştirak etdiyi ərazinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə və döyüş əməliyyatları aparılan dövrdə əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

44. Məhkəmə kollegiyası ilk əvvəl “müharibə veteranı” statusunun verilməsi ilə bağlı qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək müvafiq ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, həmçinin döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə) və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə də müvafiq sənədlər əsasında “müharibə veteranı” adı verilir.

45. Hazırki işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün yeməkxana xidmətçisi vəzifəsində xidmət etmişdir. Belə ki, o mülki işçi - qabyuyan kimi ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün tərkibində hərbi hissənin daimi dislokasiya məntəqəsində xidməti vəzifə borclarını yerinə yetirmişdir.

46. Iddiaçının mülki işçi - qabyuyan kimi 2020-ci il ########ın ##- dən noyabrın 10dək Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməsi, döyüş bölgəsinə ezam olunması təsdiqini tapmamışdır.

47. Belə ki, N nömrəli hərbi hissə tərəfindən verilən arayış-məlumatda iddiaçının maddi texniki təminat üzrə tapşırıqlar ilə fəaliyyətə cəlb olunması ilə bağlı qeyd aparılmamış, onun müharibə dövründə hərbi hissənin daimi dislokasiya məntəqəsində xidməti vəzifələrini yerinə yetirməsi qeyd olunmuşdur.

48. Digər tərəfdən, məhkəmə kollegiyasının sorğusuna N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli, *-**-***/*-****/**** nömrəli cavab məktubu ilə müəyyən edilir ki, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək davam edən döyüş əməliyyatları (Vətən müharibəsi) zamanı *** nömrəli hərb hissənin daimi dislokasiya yeri Tərtər rayonu, Səhləbad yaşayış məntəqəsi olmuşdur.

49. Göründüyü kimi, iş materiallarında olan sənədlərdə iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissələrə (bölmələrinə) və orqanlarına ezam olunması müəyyən edilmir. Iddiaçı N nömrəli hərbi hissənin tərkibində əsgər yeməkxanasında qabyuyan kimi işləyərkən gündəlik əmək funksiyasını icra etmişdir. ## ######## 2020-ci il tarixdən ## ###### 2022-ci il tarixlərdə işlədiyi *** nömrəli hərb hissənin daimi dislokasiya yeri Tərtər rayonu, Səhləbad yaşayış məntəqəsi olmuş və həmin ərazidə döyüş əməliyyatları aparılmamışdır.

50. Beləliklə, təqdim olunmuş sənədlərdə iddiaçının iştirak etdiyi ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə və döyüş əməliyyatları aparılan dövrdə əmək müqaviləsi üzrə öz əmək funksiyalarını hərb hissənin daimi dislokasiya yerində (Tərtər rayonu, Səhləbad yaşayış məntəqəsi) icra etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanuni olmuşdur.

51. Odur ki, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

52. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar