Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-58/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi ilə, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN4)-N532/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.202N-ci il tarixli, ƏN4508 saylı məktubundan görünür ki, iddiaçının cavabdeh orqana müraciətinə cavab olaraq bildirilmişdir ki, onun döyüş əməliyyatlarında iştirakını sübüt edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər- yazılmış arayışlar, həmçinin digər tələb olunan sənədlərin tam toplandığını təqdirdə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanın aidiyyəti komissiyasında baxıla bilər və onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Ağdam Rayon İcra Hakimiyyətinin başcısının birinci müavininin 02/453 saylı, 24 iyun 2020-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı həmin dövrdə azyaşlı olmasına baxmayaraq NN-ci ilin oktyabr ayından N2-ci ilin yanvar ayının N7-si yaralanma tarixinədək kənd sakinlərindən təşkil olunan könüllü özünümüdafiə dəstəsi ilə birgə və N3cü il may ayından N3-cü il iyul ayının sonunadək N saylı hərbi hissə əsgər və zabitləri ilə birgə Ağdam rayonunun Şelli və Qurdlar kəndləri uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Həmçinin, iddiaçının döyüşlərdə iştirak etməsinə baxmayaraq həmin dövrdə azyaşlı olduğundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi və Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən qeydə alınmamışdır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin N5 saylı, xx.xx.202N-ci il tarixli məktubunda qeyd olunur ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vətəndaşları N988-NN-ci il tarixdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edən şəxslərin adlı siyahısında İddiaçı adı qeyd olunmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 yanvar 2023-cü il tarixli, 02 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağdam rayon Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qurdlar kənd sakini İddiaçı, N988-NN-ci il tarixdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edənlərin adlı siyahısına iddiaçının adının salınmaması səbəbi azyaşlı olduğundan qeyd edilməməsidir. Sonradan şəxslərin adlı siyahısına əlavə etmək üçün topladığı sənədlərlə müraciət edərək Milli Məclisə göndərilmiş, bundan sonra müvafiq sənədlər onlara verilmişdir. İddiaçı döyüşlərdə aldığı kəllə beyin travmasına görə əlil olduğunu, bu səbəblərə görə davamlı müalicə aldığını bildirmiş, araşdırıldıqdan sonra və daxili inama əsasən İddiaçı N988-NN-ci illərdəki döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyahısına əlavə edilmiş, döyüşlərdə iştirak etmiş şəxslərin posta çıxmaq üzrə növbəlilik siyahısı Şelli-Qurdlar kəndlərinin işğalı zamanı sənədlər məhv olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 23 may 20N8-ci il tarixli, 9/2-7506 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Ağdam RHK-dan çağırılmış, N977-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N5-ci il tarixli, 75 №- İi əmrilə şəxsi heyətinin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunmuş və “sıravi” hərbi rütbəsi verilməklə “kursant” vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N9 fevral N7-ci il tarixli, 50 №-li əmrilə sıravi İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün 65N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. 65N nömrəli hərbi hissə komandirinin N2 avqust N7-ci il tarixli, 2N0 №-li əmrilə 2-ci taburun, 3-cü bölüyünün 2-ci tağımının atıcısı əsgər X3 bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün 2N2 №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Xidmətini davam etdirmək üçün 2N2 №-li hərbi hissədən göndərilmiş, 65N №-li hərbi hissədə xidmətdə olmuş, N977-ci il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N5 avqust N7ci il tarixli, 2NN №-li əmrilə (əsas: §-7, sıra-3) hərbi hissənin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq xidməti vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 25.03.97-ci il tarixli, 46 №-li əmrinə əsasən İddiaçı ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin N may N8-ci il tarixli, N45 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam RFİK-na göndərilmişdir. 65N nömrəli hərbi hissə komandirinin fevral N6-cı il tarixli və N nömrəli hərbi hissə komandirinin NN-ci il tarixli, yanvar N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.202N-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N3284/202N saylı, xx.xx.202N-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı NN-ci ilin oktyabr ayından N2-ci ilin yanvar ayınadək Ağdam rayonu Şelli və Qurdlar kəndlərində gedən döyüşlərdə özünü müdafiə dəstələrində iştirak etmiş, hərbi əməliyyatların keçirilməsi zamanı yaralanmış və azyaşlı olduğuna görə hərbi hissədə uçota alınmamışdır. Bu əsaslara görə müharibə veteranı vəsiqəsinin verilməsi barədə ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh inzibati orqanın xx.xx.20N8-ci il tarixli d/o Ə- 4847 nömrəli cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi onun hərbi biletindəki qeydlərə əsasən hərbi xidmətinin atəşkəsdən sonrakı dövrə təsadüf etdiyi bildirilmişdir. Özünümüdafiə dəstələrində iştirak edərkən iddiaçının N5 yaşı olmuşdur. Bu baxımdan ona verilmiş hərbi biletdə döyüşlərdə iştirakı qeyd edilə bilməzdi. Hərbi əməliyyatlarda iştirak edən zaman yaralanmışdır və bu barədə Ağdam mərkəzi xəstəxanası Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş 25 yanvar N2- ci il tarixli, 07 nömrəli arayışda onun, N7 yanvar N2-ci ildə cəbhə xətdində yerləşən kəndə düşən mərmidən xəsarət aldığı, 25 yanvar N2-ci ilə kimi ambulator müalicə aldığı təsdiq edilmişdir. İddiaçı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN4)-N532/2022 nömrəli (hakim F.Hüseynov) qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş adlı siyahıya əsasən iddiaçı Əsgərov X4 hadisələri zamanı özünümüdafiə dəstələrinin tərkibində iştirak etmişdir. Digər tərəfdən, müvafiq arayışla İddiaçı xx.xx.N2-ci il tarixdə düşən mərmidən travma alması və xx.xx.N2-ci il tarixə kimi ambulator müalicə alması da öz təsdiqini tapır. Birinci instansiya məhkəməsinin qərarından narazı olan cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi" tələbinə 2020-ci ildə hər 3 (üç) instansiya məhkəməsində baxılmış, iddia tələbi təmin edilməmiş və qərar qanuni qüvvəyə minmişdir (Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)-N047/2020 nömrəli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- N(N03)-NN32/2020 nömrəli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-N(N02)-2NNN/2020 nömrəli qərarı). Sonradan iddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.202N-ci il tarixli, 2-N(NN2)-N047/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.202N-ci il tarixli, 2-N(N03)-25N4/202N tarixli qərardadı ilə qeyd olunan qərardad dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-N(N02)-2NNN/2020 nömrəli qərarında qeyd olunur ki, qanunvericiliyin tələblərinə əsasən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı verilməsi üçün onların adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarda qeyd edilməli və bu siyahılar döyüşlərdə iştirakı sübut edən digər sənədlərlə birlikdə təqdim edilməlidir. İddiaçı tərəfindən, eləcə də məhkəmə sorğusu əsasında təqdim edilmiş yerli icra hakimiyyəti orqanının arayışı notarial qaydada təsdiq edilmiş şahid ifadələri əsasında verilmişdir. Həmçinin, iddiaçının xəsarət alması barədə X2 Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş arayışdan da göründüyü kimi iddiaçının düşən mərmidən xəsarət alması qeyd edilmişdir ki, bu da şəxsin döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak edən zaman xəsarət almasını sübut edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarı hazırki mübahisələndirilən birinci instansiya məhkəməsinin qərarının apellyasiya instansiya məhkəməsində ləğvi kimi əsasdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. N4.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İşin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsidir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən döyüş əməliyyatlarında iştirakını sübüt edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər- yazılmış arayışlar, həmçinin digər tələb olunan sənədlərin tam toplandığı təqdirdə ərizəsinə baxılacağı bildirilmişdir. Apellyasiya şikayətinin əsas dəlili isə tələbə hər üç instansiya məhkəməsində baxılaraq müvafiq qiymət verilməsi olmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi" tələbinə 2020-ci ildə hər 3 (üç) instansiya məhkəməsində baxılmış, iddia tələbi təmin edilməmiş və qərar qanuni qüvvəyə minmişdir (Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)-N047/2020 nömrəli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- N(N03)-NN32/2020 nömrəli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-N(N02)- 2NNN/2020 nömrəli qərarı). Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki tələbin maddi əsası fərqli olmuş və daha əvvəllər məhkəmə icraatı qaydasında baxılıb hüquqi qiymət verilmiş iddia tələbinin əsası ilə eynilik təşkil etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-N(N02)-2NNN/2020 nömrəli qərarında qeyd olunur ki, qanunvericiliyin tələblərinə əsasən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı verilməsi üçün onların adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarda qeyd edilməli və bu siyahılar döyüşlərdə iştirakı sübut edən digər sənədlərlə birlikdə təqdim edilməlidir. Hazırki tələb üzrə iddiaçının adı N988-NN-ci il tarixdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edənlərin adlı siyahısına əlavə olunmuş və həmin siyahı məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmə tərəfindən araşdırılmalı olan hal hansı hüquqi sənədlər və əsaslara görə iddiaçının adının sonradan özünümüdafiə dəstələrində iştirak edənlərin adlı siyahısına əlavə olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndinin məzmununa görə, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normaya görə, hərbi qulluqçu olmayan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Yuxarıda istinad olunan Əsasnamədən göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsasdır. Hazırki halda, yerli icra hakimiyyəti orqanı olaraq Ağdam rayon İcra Hakimiyyəti iddiaçının adının olduğunu iddia etdiyi siyahını məhkəmə araşdırmasına təqdim etsə də, siyahının mötəbərliyini təmin edən hal olmamışdır. Belə ki, təqdim edilən siyahı sadə formada tərtib edilmiş, özündə hüquqi sənədə dair hər hansı xüsusiyyət daşımamışdır. Həmçinin, siyahının verilməsinə və tərtibinə əsas olan hər hansı başqa sübut əhəmiyyətli sənəd təqdim edilməmişdir. Habelə, apellyasiya icraatı zamanı müvafiq sorğuya cavab olaraq təqdim edilən Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 yanvar 2023-cü il tarixli, 02 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağdam rayon Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qurdlar kənd sakini İddiaçı, N988-NN-ci il tarixdə Qarabağ hadisələri zamanı özünümüdafiə dəstələrində iştirak edənlərin adlı siyahısına iddiaçının adının salınmaması səbəbi azyaşlı olduğundan qeyd edilməməsidir. Sonradan şəxslərin adlı siyahısına əlavə etmək üçün topladığı sənədlərlə müraciət edərək Milli Məclisə göndərilmiş, bundan sonra müvafiq sənədlər onlara verilmişdir. İddiaçı döyüşlərdə aldığı kəllə beyin travmasına görə əlil olduğunu, bu səbəblərə görə davamlı müalicə aldığını bildirmiş, araşdırıldıqdan sonra və daxili inama əsasən İddiaçı N988-NN-ci illərdəki döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyahısına əlavə edilmiş, döyüşlərdə iştirak etmiş şəxslərin posta çıxmaq üzrə növbəlilik siyahısı Şelli-Qurdlar kəndlərinin işğalı zamanı sənədlər məhv olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. İddiaçının xəsarət alması barədə X2 Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş arayışa münasibət bildirən məhkəmə tərkibi qeyd edir ki, həmin arayışda düşən mərmidən şəxsin yaralandığı qeyd olunmuş, bu isə həmin dövrdə şəxsin birbaşa döyüşlərdə iştirak etməsini sübut etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-N(N02)-2NNN/2020 nömrəli qərarında arayışa hüquqi qiymət verilərək qeyd olunmuşdur ki, iddiaçının xəsarət alması barədə X2 Bağbanlar kənd həkim ambulatoriyası tərəfindən verilmiş arayışdan da göründüyü kimi, iddiaçının düşən mərmidən xəsarət alması qeyd edilmişdir ki, bu da şəxsin döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak edən zaman xəsarət almasını sübut edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıdan başqa heç bir rəsmi məlumat müəyyən edilmədiyindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Hazırki halda yerli icra hakimiyyəti orqanın təqdim etdiyi siyahı və müvafiq məhkəmə sorğusuna əsasən təqdim edilən məktub inzibati icraat zamanı əsas kimi götürülən sübutun mötəbərliyinə dair halları istisna etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN4)-N532/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-58/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-58/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver