Məhkəmə qərarları › İş №2-1(104)-580/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-580/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-580/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar oğlunun katibliyi, İddiaçının prosessual hüquqi varisi X2, üçüncü şəxs X11 iştirakları ilə, “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2427/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-13-75/2-5935/2023 nömrəli məktubunun məzmunundan görünür ki, qeydiyyatda olan şəxslərin müvafiq qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

2. Goranboy RİHB-nin Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyinin 27 mart 2023cü il tarixli, 5-45-2/2-31/2023 nömrəli arayışında görünür ki, Goranboy rayon Xanqərvənd kənd sakini 15 aprel 1977-ci il təvəllüdlü X1 rayon Xanqərvənd İƏD üzrə nümayəndəliyin ev təsərrüfatını uçotu kitabında anası İddiaçı təsərrüfatında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin kənddə yaşamır.

3. xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 1i xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, 3-21-3-46/2-2066/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1ində yerləşən daşınmaz əmlakın əvvəlki hüquq sahibi İddiaçı adına fərdi yaşayış evi tam, 0,46 ha torpaq sahəsi 4 nəfər ailə üzvü ilə birlikdə ümumi birgə olmaqla 07 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18 fevral 2023-cü il tarixli, Goranboy rayon DNK-nin 2V-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X8 vərəsəsi İddiaçı adına 0,46 ha torpaq sahəsindən 0,115 ha hissəsi vərəsəlik edilmiş və fərdi yaşayış evi tam olaraq 09 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. 18 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 vərəsəsi İddiaçıdır. Miras əmlak isə ünvan 1ində yerləşən birgə mülkiyyətdə olan 0,46 ha torpaq sahəsinin 0,115 ha hissəsidir.

6. Goranboy rayon İcra Hakimiyyətinin 01 avqust 2023-cü il tarixli, 5-45/2-727/2023 nömrəli məktubu ilə təqdim edilən Gornboy RİHB-nın Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyinin arayışında qeyd olunur ki, ünvan 1ində 0,46 ha torpaq sahəsində yerləşən mərhumə İddiaçı məxsus xüsusi mülkiyyətdə olan 99,2 kv metr fərdi yaşayış evində faktiki olaraq qızı X5, nəvəsi X3 yaşayır.

7. 15 dekabr 2017-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 1ində qeydiyyatda olan İddiaçı bütün əmlakını qızı X4 vəsiyyət etmişdir.

8. **********730 və **********731 nömrəli ərizələrin surətindən görünür ki, İddiaçı oğlu X13 və qızı X6 bacıları X2 xeyrinə məcburi paydan imtina etmişlər.

9. AZ-İİ 358853 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 12 iyun 2023-cü il tarixdə ölmüşdür.

10. Apellyasiya icraatı zamanı iddiaçının qızı X5 tərəfindən məhkəməyə ərizə təqdim edilərək iddiaçı-anası İddiaçı hüquqi varisi kimi tanınmasını xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı hüquqi varisi kimi X5 tanınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ünvan 1i ünvanından qeydiyyatdan çıxarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən ümumi sahəsi 99,20 kv metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur. Üçüncü şəxs X9 tanımır, həmin şəxs sözügedən evdə formal olaraq qeydiyyatdadır. Üçüncü şəxsin həmin evdə qeydiyyatda olması onun əlavə kommunal xərclər ödəməyinə səbəb olur və hüquqlarını məhdudlaşdırır. O, üçüncü şəxs X7 ünvan 1i ünvanından qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibatiorqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətindən imtina etmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2427/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

15. Üçüncü şəxs xx.xx.2023-cü il tarixli, 2-1(114)-2427/2023 nömrəli qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən onun iştirakı təmin edilməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməmişdir. Eyni zamanda iddiaçı onun anasıdır, ailə qurduqdan sonra da bir müddət ata-anası ilə yaşamış, daha sonra yaxınlıqda olan baldızının evinə köçmüşdür.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli evdə bacısı və qızı yaşayır, özü və ailəsi isə digər evdə yaşayırlar.

19. İddiaçının hüquqi varisi məhkəmə kollegiyası iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, qardaşının kənddə ayrıca evi vardır və mübahisəli evdə o və qızı yaşayır.

20. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. 9-cu maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Baxılan iş üzrə birinci instansiya məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

30. İşin halları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 1i xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur.

31. Goranboy RİHB-nin Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyinin 27 mart 2023-cü il tarixli, 5-45-2/2-31/2023 nömrəli arayışında görünür ki, Goranboy rayon Xanqərvənd kənd sakini 15 aprel 1977-ci il təvəllüdlü X1 rayon Xanqərvənd İƏD üzrə nümayəndəliyin ev təsərrüfatını uçotu kitabında anası İddiaçı təsərrüfatında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin kənddə yaşamır.

32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, 3-21-3-46/2-2066/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1ində yerləşən daşınmaz əmlakın əvvəlki hüquq sahibi İddiaçı adına fərdi yaşayış evi tam, 0,46 ha torpaq sahəsi 4 nəfər ailə üzvü ilə birlikdə ümumi birgə olmaqla 07 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18 fevral 2023-cü il tarixli, Goranboy rayon DNK-nin 2V-55 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X8 vərəsəsi İddiaçı adına 0,46 ha torpaq sahəsindən 0,115 ha hissəsi vərəsəlik edilmiş və fərdi yaşayış evi tam olaraq 09 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

33. 18 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 vərəsəsi İddiaçıdır. Miras əmlak isə ünvan 1ində yerləşən birgə mülkiyyətdə olan 0,46 ha torpaq sahəsinin 0,115 ha hissəsidir.

34. Goranboy rayon İcra Hakimiyyətinin 01 avqust 2023-cü il tarixli, 5-45/2- 727/2023 nömrəli məktubu ilə təqdim edilən Gornboy RİHB-nın Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyinin arayışında qeyd olunur ki, ünvan 1ində 0,46 ha torpaq sahəsində yerləşən mərhumə İddiaçı məxsus xüsusi mülkiyyətdə olan 99,2 kv metr fərdi yaşayış evində faktiki olaraq qızı X5, nəvəsi X3 yaşayır.

35. Göründüyü kimi, ünvan 1ində ümumi sahəsi 99,2 kv metr fərdi yaşayış evi İddiaçı müstəsna mülkiyyətində olmuşdur.

36. AZ-İİ 358853 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən məlum olur ki, İddiaçı 12 iyun 2023-cü il tarixdə ölmüşdür və 15 dekabr 2017-ci il tarixli vəsiyyətnamənin surətinə əsasən ünvan 1ində qeydiyyatda olan İddiaçı bütün əmlakını qızı X4 vəsiyyət etmişdir.

37. **********730 və **********731 nömrəli ərizələrin surətindən görünür ki, İddiaçı oğlu X13 və qızı X6 bacıları X2 xeyrinə məcburi paydan imtina etmişlər.

38. Apellyasiya icraatı zamanı X5 ərizəsi əsasında mərhumun hüquqi varis kimi tanınmışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, mərhum İddiaçı və onun ölümündən sonra fərdi yaşayış evində faktiki yaşayan miras əmlakı qəbul edən qızı X2 daşınmaz əmlaka müstəsna mülkiyyət hüququ mövcuddur. Bu hal onun mülkiyyətində olan əmlaka dair hər hansı bilavasitə maneənin və məhdudiyyətlərin aradan qasldırmasını tələb etməyə əsas verir. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs mübahisəli mülkdə yaşamır.

40. Apellyasiya şikayətinin dəlili kimi üçüncü şəxsin mərhum İddiaçı övladı olması və həmin fərdi yaşayış evindən başqa yaşamaq üçün evin olmaması qeyd edilmişdir.

41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Goranboy RİHB-nin Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyinin 27 mart 2023-cü il tarixli, 5-45-2/2-31/2023 nömrəli arayışında görünür ki, Goranboy rayon Xanqərvənd kənd sakini 15 aprel 1977-ci il təvəllüdlü X1 rayon Xanqərvənd İƏD üzrə nümayəndəliyin ev təsərrüfatını uçotu kitabında anası İddiaçı təsərrüfatında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin kənddə yaşamır.

42. Apellyasiya şikayətinin digər dəlili olaraq birinci instansiya məhkəməsində inzibati işə baxılarkən üçüncü şəxsin iştirakının təmin edilməməsi qeyd edilmişdir.

43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından üçüncü şəxsin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərildiyi müəyyən edilir (səh 28).

44. Beləliklə, məhkəmə kollegiyası nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayəti təmin olunmamalı,Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2168/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2427/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar