Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-580/2025 25.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı Kamil oğlunun və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********7201 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-17/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Kamil oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsina qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********7201 saylı qərarın ləğv edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun fəaliyyətinin yoxlanılması yönündə cavabdeh inzibati orqan tərəfindən operativ vergi nəzarəti qaydasında yoxlama həyata keçirilmişdir. Yoxlamanın nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 007056 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında xx.xx.2022-ci il tarixli, **********7201 saylı qərar qəbul edilmişdir. Nəticədə 14409,90 manat cərimə edilmişdir. Hesab edir ki, qərar qanunsuzdur. Belə ki, operativ vergi nəzarəti qaydasında yoxlama keçirilməsi üçün qəbul edilmiş qərar əsaslandırılmamışdır. Hansı ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarları vardır. Bundan başqa mübahisələndirilən qərarda göstərilən hallar həqiqəti əks etdirmir. Halbuki, inzibati orqan inzibati aktın qəbul edilməsi ilə bağlı hərəkətlərininin qanuniliyini sübut etməlidir. Lakin cavabdeh orqan bunu etməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı verdiyi etiraz ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixli, **********7201 nömrəli qərar Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadığına görə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş və sözügedən qərarla 1831.30 manat məbləğində maliyyə sanksiyası olmaqla İddiaçı Kamil oğlu vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslı və qanuni formada qəbul edilmişdir. İşin faktiki halları ilə bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində İddiaçı Kamil oğlunun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli, **********3910 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. **********3910 nömrəli qərarla Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixli KY221747931 nömrəli «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri»ndə qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı Kamil oğlunun (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən avtomobil ehtiyyat hissələri mağazasında (obyektin kodu:**********-23001) xx.xx.2022-ci ildə operativ vergi - nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 18313.04 manat dəyərində malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərin olmadığı aşkar edilmiş, VM-nin 58.8.2-ci maddəsinə əsasən belə hala təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün İddiaçı Kamil oğlu barəsində 1831.30 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Bu faktla bağlı tərəflərindən xx.xx.2022-ci il tarixli DXV seriyalı 007056 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh inzibati orqan hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Bundan başqa iddiaçının dəlili olan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********3910 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın əsaslandırılmaması ilə bağlı mövqeyi ilə bağlı qeyd olunur ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata keçirilməsinin əsasıdır. xx.xx.2022-ci il tarixli qərara əlavə edilmiş KY221747931 nömrəli çıxarışda yoxlamanın həyata keçirilməsinin əsası kimi VM-nin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. Cavabdeh inzibati orqan olaraq iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirlməsi ilə əlaqədar mənbəyi bəlli məlumatlar əsasında xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Cavabdeh tərəfindən vergi nəzarət tədbirinin həyata keçirilməsi üçün istinad edilən mənbəyi bəlli məlumatlardan biri iddiaçının uçot baza məlumatlarındakı uyğunsuzluqlar olmuşdur. İddiaçı «Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında» xx.xx.2022-ci il tarixli ərizə təqdim etmiş və vergi tutulan əməliyyatlarını bərpa etdiyini, artıq fəaliyyət göstərdiyini vergi orqanına bəyan etmişdir. Bu o deməkdir ki, iddiaçı vergi tutulan dövriyyəsi ilə bağlı məlumatları vergi orqanına təqdim etməli idi. Lakin 2022-ci ilin İ və İİ rübü üzrə dövriyyə məlumatları olmadan sadələşdirilmiş verginin bəyannamələri təqdim olunmuşdur. Eləcə də iddiaçıya məxsus olan uçot baza məlumatlarında 2022-ci il ərzində fəaliyyəti olmasına baxmayaraq elektron qaimə faktura əsasında mal almamışdır. Bu hal onu sübut edir ki, VM-nin 50.8-ci maddəsindəki göstərilmiş sənədlər əsasında malların alınması ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirməkdə vergi orqanı tam haqlı olmuşdur. İddiaçı tərəfindən 2022-ci il ərzində dövlət büdcəsinə və müvafiq fondlarına (DSMF, İcbari Tibbi Sığorta, İşsizlikdən Sığorta Fondlarına) heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd edilən hallar ona dəlalət edir ki, vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsində tam əsaslara malik olmuşdur. Beləliklə, İddiaçı vergi orqanına təqdim etdiyi bəyannamələr (hesabatlar), «Vergi ödəyiciləri tərəfindən təqdim və əldə edilmiş e-Qaimə fakturalar barədə məlumat» forması, şəxsi hesab vərəqəsindəki məlumatlar, eləcə də xx.xx.2022-ci il tarixli arayış iddiaçı barəsində operativ vergi nəzarətinin təyin edilməsi üçün VM-nin 50.2.2-ci maddəsində əks olunmuş mənbəyi bəlli məlumatlar kimi çıxış etmişdir.İşin yuxarıda qeyd edilən faktiki hallarından, eləcə də hüquqi əsaslarından bəlli olur ki, cavabdeh inzibati orqanın hərəkətləri əsaslı və qanuni olmuş, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə aparılan operativ vergi nəzarəti tədbiri vergi qanunvericiliyinin tələbləri daxilində olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Eyni zamanda, iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edərək, iddia verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Birinci instansiya məhkəməsindəki iclas zamanı İddiaçı Kamil oğlu iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsindəki iclas zamanı cavabdehin nümayəndəsi X5 etiraz ərizəsini müdafiə edərək məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-17/2025 nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********7201 saylı qərarın ləğv edilməsi, ekspertiza xərcinin cavabdehə aid edilməklə, 50 (əlli) manat məbləğdə pulun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsindən tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-17/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmamasını, mümkün sayıldığı halda təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki və hüquqi hallarına əsasən qeyd edilir ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmadan əsassız qərar qəbul etmişdir. Buna görə də həmin qərar ləğv edilməlidir. Ləğvini istədikləri məhkəmə qərarında birinci instansiyası məhkəməsinin istinad etdiyi dəlillər bunlardan ibarətdir:-Məhkəmə hesab etmişdir ki, “hazırkı iş üzrə cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********3910 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir)”. –“Hazırkı iş üzrə isə, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 21 iyun 2022-ci ildən 20 iyul 2022-ci ilə olan müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı deyil, həmin nəzarət tədbirinə qədər olan dövr üzrə həyata keçirilmiş əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır”. İddiaçı tərəfindən mübahisələndirilən qərarlar İnzibati Prosessual Məcəllənin 2..2.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir. xx.xx.2022-ci il tarixli, **********7201 nömrəli qərar Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadığına görə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmişdir. Sözügedən qərarla 1831.30 manat məbləğində maliyyə sanksiyası olmaqla İddiaçı Kamil oğlu vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslı və qanuni formada qəbul edilmişdir.Həm işin faktiki halları, həm də hüquqi əsaslarına görə qeyd edilməlidir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İşin faktiki halları ilə bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə İddiaçı Kamil oğlunun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli, **********3910 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında həyata keçirilmişdir. **********3910 nömrəli qərarla Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixli KY221747931 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı Kamil oğlunun (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən avtomobil ehtiyyat hissələri mağazasında (Obyektin kodu:**********-23001) xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 18313.04 manat dəyərində malların alışını və ya mədaxilini təsdiq edən VMnin 58.8-ci maddəsində nəzərdə tutulan sənədləri olmadığı aşkar edilmiş, VM-nin 58.8.2-ci maddəsinə əsasən belə hala təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün İddiaçı Kamil oğlu barəsində 1831.30 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Bu faktla bağlı tərəflərindən xx.xx.2022-ci il tarixli DXV seriyalı 007056 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Məhkəmənin dəlili olan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********3910 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın əsaslandırılmaması ilə bağlı mövqeyi ilə də razılaşmırlar. Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata keçirilməsinin əsasıdır. xx.xx.2022-ci il tarixli qərara əlavə edilmiş KY221747931 nömrəli çıxarışda yoxlamanın həyata keçirilməsinin əsası kimi VM-nin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. Cavabdeh inzibati orqan olaraq iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirlməsi ilə əlaqədar mənbəyi bəlli məlumatlar əsasında xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Cavabdeh tərəfindən vergi nəzarət tədbirinin həyata keçirilməsi üçün istinad edilən mənbəyi bəlli məlumatlardan biri iddiaçının uçot baza məlumatlarındakı uyğunsuzluqlar olmuşdur. İddiaçı “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında” xx.xx.2022-ci il tarixli ərizə təqdim etmiş və vergi tutulan əməliyyatlarını bərpa etdiyini, artıq fəaliyyət göstərdiyini vergi orqanına bəyan etmişdir. Bu o deməkdir ki, iddiaçı vergi tutulan dövriyyəsi ilə bağlı məlumatları vergi orqanına təqdim etməli idi. Lakin 2022-ci ilin 1 və İİ rübü üzrə dövriyyə məlumatları olmadan sadələşdirilmiş verginin bəyannamələri təqdim olunmuşdur. Eləcə də iddiaçıya məxsus olan uçot baza məlumatlarında 2022-ci il ərzində fəaliyyəti olmasına baxmayaraq elektron qaimə- faktura əsasında mal almamışdır. Bu hal onu sübut edir ki, VM-nin 50.8-ci maddəsindəki göstərilmiş sənədlər əsasında malların alınması ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirməkdə vergi orqanı tam haqlı olmuşdur. İddiaçı tərəfindən 2022-ci il ərzində dövlət büdcəsinə və müvafiq fondların (DSMF, İcbari Tibbi Sığorta, İşsizlikdən Sığorta Fondlarına) heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd edilən hallar ona dəlalət edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsində tam əsaslara malik olmuşdur. Beləliklə, İddiaçı vergi orqanına təqdim etdiyi bəyannamələr (hesabatlar), "Vergi ödəyiciləri tərəfindən təqdim və əldə edilmiş e-Qaimə fakturalar barədə məlumat” forması, şəxsi hesab vərəqəsindəki məlumatlar, eləcə də xx.xx.2022-ci il tarixli arayış iddiaçı barəsində operativ vergi nəzarətinin təyin edilməsi üçün VM-nin 50.2.2-ci maddəsində əks olunmuş mənbəyi bəlli məlumatlar kimi çıxış etmişdir. xx.xx.2022-ci il tarixli KY221747931 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, yoxlama müddəti xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi olan dövrü əhatə etmiş və iddiaçının carı fəaliyyəti yoxlanılmışdır. Yəni Çıxarışın “yoxlanılan dövr” adlanan hissəsində “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3910 nömrəli qərardan əvvəlki tarix göstərilməmiş, iddiaçının cari fəaliyyətinin yoxlanıldığı əks olunmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli qərar əsasında yoxlama anında olan vəziyyət nəzərə alınmış, iddiaçının obeyktində mövcud olan malların VM-nin 58.8-ci maddəsində göstərilən sənədlərə malik olub-olmaması halı operativ vergi nəzarəti tədbiri ilə əhatə olunmuşdur. Bu baxımdan nəzarət tədbirinə qədər olan dövr üzrə həyata keçirilmiş əməliyyatlar əsasında maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı məhkəmənin ifadə etdiyi mövqe əsaslı deyil. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Yuxarıda qeyd edilən işin faktiki hallarına və vergi qanunvericiliyinin müddəalarına əsasən xx.xx.2025-ci il tarixli, 2-1(114)-17/2025 nömrəli qərar maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3910 nömrəli qərarın VM-nin 50.2.2-ci maddəsinin tələblərinə əsasən əsaslandırılmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmırıq. Hazırkı apellyasiya şikayətinin maddi hüquqi əsaslandırılması adlanan hissəsində **********3910 nömrəli qərarın VM-nin 50.2.2-ci maddəsinin tələbləri daxilində əsaslandırılması ilə bağlı mövqeyi və bununla bağlı kifayət qədər ciddi sübutları əks olunmuşdur. Həmçinin birinci instansiyası məhkəməsində icraat zamanı tərəflərindən iddia tələbinə dair etiraz təqdim edilmiş, sözügedən etirazda da VM-nin 50.2.2-ci maddəsinin tələblərinə əsasən lazımi sübutlar əks olunmuşdur. Buna baxmayaraq məhkəmə bununla bağlı sübutların təqdim edilmədiyini bildirmişdir. Qərarın əsaslandırılmasına dair təkrarən bildiririk ki, İddiaçı vergi orqanına təqdim etdiyi bəyannamələr (hesabatlar), "Vergi ödəyiciləri tərəfindən təqdim və əldə edilmiş e-Qaimə fakturalar barədə məlumat” forması, şəxsi hesab vərəqəsindəki məlumatlar, eləcə də xx.xx.2022-ci il tarixli arayış iddiaçı barəsində operativ vergi nəzarətinin təyin edilməsi üçün VM-nin 50.2.2-ci maddəsində əks olunmuş mənbəyi bəlli məlumatlardır. Görünən odur ki, məhkəmə iş materiallarında olan sübutları bir-biri ilə müqayisəli qaydada təhlil etməmiş, işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Bununla məhkəmə İPM-nin 68.2 və 69.4- cu maddələrində əks olunmuş müddəaları pozmuş, qərarını işdə olan sübutlarla əlaqələndirməmiş və həmin sübutlar əsasında hüquqi qiymətləndirmə aparmamışdır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin yuxarıda qeyd olunan maddələrin tələblərinə qərar qəbul edilərkən məhkəmə tərəfindən əməl olunmamışdır. Daha sonra cavabdeh orqan tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmiş və qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddianın predmeti cavabdeh inzibati orqanın öz səlahiyyətləri daxilində qəbul etdiyi inzibati aktlardır. Hazırkı işdə iddiaçı tərəfindən mübahisələndirilən-yəni ləğvi istənilən inzibati akt cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7201 nömrəli qərardır. Hesab edirlər ki, inzibati prosessual hüquq normalarının tətbiqi baxımdan İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddianın mümkünlük şərtləri işə baxan məhkəmə tərəfindən yoxlanılmalıdır. “İnzibati məhkəmı icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, işə baxan məhkəmə tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan xüsusi mümkünlük şərtlərinin (mübahisələndirmə haqqında iddia verildikdə prosessual müddətə əməl edilməsi, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3-cü maddəsinə əsasən inzibati akta (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət "İnzibati icraat haqqında” Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətinin axımı aşağıdakı vaxtadək dayandırılır: müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün "İnzibati icraat haqqında” Qanunun 73.1 -ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (verdiyi yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, **********7201 nömrəli qərarın ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********7201 nömrəli qərar xx.xx.2022-ci il tarixli, **********833700 nömrəli məktubla göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən qəbul edilmişdir. Vəsatətə əlavə edilən poçt göndərişlərinin reyestrindən göründüyü kimi **********7207 nömrəli qərar **********833700 nömrəli məktubla (SS803977375AZ) göndərilmişdir. X3 və Nəqliyyat Nazirliyi "Azərpoçt” MMC X7 Filialının xx.xx.2023-cü il tarixli GNC-3-27-96/198 nömrəli məktubundan da görünür ki, sözügedən məktub xx.xx.2022-ci il tarixdə 10 saylı PŞ-nin poçtalyonu İsrail Sadıqov tərəfindən İddiaçı çatdırılmışdır. İddiaçının iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, hazırkı iddia prosessual qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməməli olduğu halda məhkəmə tərəfindən mümkün sayılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. Odur ki yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin və İnzibati Prosessual Məcəlləsinin müvafiq normalarını rəhbər tutaraq apellyasiya şikayətinin təmin edilərək, İddiaçı Kamil oğlunun cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Baş İdarənin xx.xx.2022-ci il tarixli, **********7201 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi ilə bağlı iddiasının mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinın nümayəndəsi X5 apellyasiya şikayətinin və ona əlavənin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 17/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, eyni gündə iddiaçıya məxsus digər obyekt üzrə operativ vergi nəzarəti qaydasında aparılmış yoxlama nəticəsində eyni tarixli qərarla ona maliyyə sanksiyası tətbiq edilmiş, həmin qərar məhkəmə qaydasında mübahisələndirilsə də məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamış, həmin məhkəmə qərardadından apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Kamil oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-17/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan: - Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7201 nömrəli qərara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 1831,30 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - Qərar cavabdeh tərəfindən elektron poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 14:59:48-də göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 23:28:49-da həmin sənəd oxunmaqla qəbul edilmişdir. - Bununla yanaşı, vergi orqanı tərəfindən qərar xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə iddiaçının ünvanına göndərilmiş, xx.xx.2022-ci tarixdə 10 saylı poçt şöbəsinin poçtalyonu tərəfindən iddiaçıya çatdırılmışdır. - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-370/2024 nömrəli qərardadı ilə İddiaçı Kamil oğlunun buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmaması və İddiaçı Kamil oğlunun cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********7295 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Avropa Məhkəməsi “X1rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar üzrə müəyyən edilmiş məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin xx.xx.2022-ci il tarixli, **********7201 nömrəli qərarının ləğvini məqsəd güdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; -62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; -62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Beləliklə, iddiaçı xx.xx.2022-ci il tarixli, **********7201 nömrəli qərarı xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə qəbul etmiş, xx.xx.2022-ci il tarixdə elektron poçt vasitəsilə ona göndərilən qərarla təkrar olaraq xx.xx.2022-cü il tarixdə tanış olmuş və xx.xx.2022-ci tarixdə isə qeyd olunan qərarın mübahisələndirilməsi ilə bağlı iddia ərizəsini məhkəməyə göndərilməsi üçün poçt xidmətinə təqdim etmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPM-in 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin məzmunundan bəlli olur ki, buraxılmış prosessual müddətin bərpasının əsası kimi iddiaçı cavabdeh qurumun əməkdaşlarının ona köməklik edəcəyinə dair vəd verilməsini göstərmişdir. Birinci instansiya məhkəməsi isə xx.xx.2023-cü il tarixli qərardadla müddətin bərpası barədə ərizəni təmin etmiş, ərizəni təmin edərkən iddiaçının arqumentinə istinad etmişdir. Lakin hazırki halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmamışdır. Əvvəla məhkəmə kollegiyası iddiaçının arqumenti ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh qurumun əməkdaşlarının ona köməklik edəcəyinə dair vəd verilməsi ilə bağlı hər hansı bir sübut (qərarın ləğvi ilə bağlı cavabdehə və ya yuxarı orqanlara müraciət etməsini, ona verilən cavabları və yaxud digər təsdiqedici sübutları) məhkəməyə təqdim edə bilməmişdir. Belə olduqda isə bu hal iddiaçının mülahizələrinə əsaslanan bir hal kimi qiymətləndirilir. Belə ki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəf məhkəməyə həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. Bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətin bərpa edilməsi əsaslı olmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-370/2024 nömrəli qərardadı ilə İddiaçı Kamil oğlunun buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış və İddiaçı Kamil oğlunun cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********7295 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamış, həmin qərardaddan şikayət verilmədiyinə görə qərardad qanuni qüvvəyə minmişdir. Qeyd olunan qərardadın məzmununa nəzər saldıqda müəyyən edilir ki, həmin iş üzrə mübahisələndirilən qərar hazırki iş üzrə mübahisələndirilən qərarla eyni, yəni xx.xx.2022-ci il tarixlidir. Sözügedən xx.xx.2022-ci il tarixli, **********7295 nömrəli qərarı da iddiaçı xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə qəbul etmiş, xx.xx.2022-ci il tarixdə elektron poçt vasitəsilə ona göndərilən qərarla isə təkrar olaraq xx.xx.2022-cü il tarixdə tanış olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması müəyyən edilmədiyinə görə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təmin edilməyərək, iddia mümkün sayılmamışdır. Göründüyü kimi, hazırda mübahisələndirilən qərar üzrə işin halları Gəncə İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(114)-370/2024 nömrəli işin halları ilə eyni olmuş, sözügedən işdə mübahisələndirilən inzibati akta dair prosessual müddət bərpa edilməmiş və həmin iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-17/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********7201 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci İddiaçı Kamil oğluna aid edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-580/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-580/2025
25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver