Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-582/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı "əmrin ləğvi, işə bərpa və qey." tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və buraxılmış günlər üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1457/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. 24 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X4, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin müavini X7, Miskinli bələdiyyəsinin sədri X5 iştirakı ilə akt tərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin işçilərinin əmək intizamı yoxlanılarkən Plankənd ərazi nümayəndəsi İddiaçı bütün iş günü müddətində işdə olmadığı müəyyən olundu.
2. 25 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X4, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin müavini X7, Miskinli bələdiyyəsinin sədri X5 iştirakı ilə akt tərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin işçilərinin əmək intizamı yoxlanılarkən Plankənd ərazi nümayəndəsi İddiaçı bütün iş günü müddətində işdə olmadığı müəyyən olundu.
3. 28 noyabr 2022-ci il tarixli xidməti məlumatdan görünür ki, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən A.Ələsgərov Gədəbəy RİH başçısı O.Mürsəlova Gədəbəy RİHB plankənd İƏD üzrə nümayəndəsi İlqar Məlikovun 24-25 noyabr 2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə gəlməməsi barədə məlumat vermişdir.
4. 28 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X4, şöbənin böyük məsləhətçisi X2, Aparatın hüquq şöbəsinin məsləhətçisi X3 iştirakı ilə akt tərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəsi İddiaçı Malik oğlu 2022-ci ilin 24-25 noyabr (iki gün) bütün iş günü ərzində işdə olmaması barədə tərtib edilmiş aktla bağlı 28 noyabr 2022-ci il tarixdə Gədəbəy RİH aparatına dəvət olundu. Heç bir əsaslı səbəb göstərmədən işdə olmaması barədə izahat verməkdən imtina etdi.
5. Gədəbəy RİHB-ın kənd İƏD üzrə nümayəndəlikləri Həmkarlar İttifaqı Komitəsinin 02 dekabr 2022-ci il tarixli iclas protokolundan çıxarışın surətindən görünür ki, Gədəbəy RİH başçısının 28 noyabr 2022-ci il tarixli, 446 nömrəli təqdimatı nəzərə alınması, İddiaçı əmək müqaviləsinin ləğvinə etiraz edilməməsi qərara alınmışdır.
6. xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmrin surətindən görünür ki, RİH başçısının Plankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.2-ci və 18.0.3-cü bəndlərində göstərilənlərə əməl etmədiyinə, heç bir üzürlü səbəb olmadan 2022-ci ilin noyabrın 24-də və 25-də 2 (iki) iş günü ərzində işə gəlməyərək onunla bağlanmış əmək müqaviləsinin 4.3.3-cü bəndinin tələblərini pozduğuna görə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.6-cı bəndinə əsasən 2022-ci ilin 05 dekabr tarixindən onun dövlət qulluğuna xitam verilmiş və tutduğu vəzifədən azad edilmiş, İddiaçı ilə bağlanmış 2021-ci il tarixli, 30 avqust 28 nömrəli əmək müqaviləsi ləğv edilmişdir.
7. 05 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X4, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə sabiq nümayəndəsi İddiaçı, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin müavini X7 iştirakı ilə akt tərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəsi İddiaçı 05 dekabr 2022-ci il tarixli, 255 nömrəli əmr ilə tutduğu vəzifədən azad edildiyi üçün öhdəsində olan 1 ədəd dairəvi gerbli möhür, 1 ədəd künc ştampı, 1 ədəd əmr kitabı və 1 ədəd sərəncam kitabı alınaraq Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin müavini X8 təhvil verilmişdir.
8. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2022-ci il tarixli, PHŞ/6.38-2-2022-538 nömrəli məktubun surətindən görünür ki, Gədəbəy rayon Çalburun kənd sakini xx.xx.1693cü il təvəllüdlü İddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Gədəbəy rayon RMX-a müraciət etməmişdir. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının kənd İƏD üzrə nümayəndəlikləri ilk HİK-nin xx.xx.2022-ci il tarixli, 255 saylı əmrin etibarsız hesab edilməsi və əvvəlki iş yerinə, yəni Gədəbəy rayon İHB-nın Plankənd İƏD üzrə nümayəndəsi vəzifəsinə işə bərpa olunmasına və buraxılmış günlər üçün əmək haqqı tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1990-cı il tarixdən dövlət orqanlarında müxtəlif vəzifələrdə işləmiş, dövlət qulluqçusudur. Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 44№-li saylı sərəncamı əsasında Gədəbəy rayon İHB-nın Plankənd kənd İƏD-üzrə nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vəzifədə xx.xx.2022ci il tarixədək işləmiş, işlədiyi müddətdə nümayəndəlik ərazisində eləcədə rəhbərlik tərəfindən heç bir narazılıq və heç bir töhmət və tapşırıq almamışdır. İşlədiyi dövr ərzində iş buraxmamışdır. xx.xx.2022-ci il tarixdə onun barəsində yazılmış işə davamiyyətlə bağlı Gədəbəy rayon İHB-nın ərazi idarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Asif Ələsgərov tərəfindən tərtib edilmiş akt qərəzli olmaqla rəhbərlik tərəfindən sifariş əsasında tərtib edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə işə davamiyyətlə bağlı təkrar həmin şəxs tərəfindən onun barəsində yazılmış aktlar ancaq sifariş əsasında tərtib edilmişdir. Həmin aktlara imza edən şəxslər rəhbərlik tərəfindən göstəriş əsasında həmin aktlara imza etmişlər.
11. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 255 saylı əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə, yəni Gədəbəy rayon İHB-nın Plankənd İƏD üzrə nümayəndəsi vəzifəsinə işə bərpa olunması və buraxılmış günlər üçün əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir.
12. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1457/2023 nömrəli qərarı (hakim E.Axundov) ilə iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi işin faktiki hallarına, “Dövlət qulluğu haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinə əsasən hesab etmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh onun xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə işdə olmadığını sübut ertməlidir, cavabdeh isə sübut kimi aktları irəli sürmüşdür. Lakin həmin aktlarda kifayət qəsdər şübhələr və qərəzlik mövcuddur. Aktlar elektron qaydada imzalanmışlar və harada tərtib olunması məlum deyildir. Çünki həmin tarixlərdə o, işdə olmuşdur və onun iş otağında tərtib edilməmişdir. Bundan başqa Miskinli bələdiyyə sədri onun davamiyyətini yoxlamaq səlahiyyətinə malik deyildir. X16 isə təsirə məruz qalmışdır. Bundan başqa Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2022-ci il tarixli, PHŞ/6.38-2- 2022-538 nömrəli məktubunda onun xəstəxanaya müraciət etməməsi qeyd edilmişdir. Halbuki özü də izahatında işdə olduğunu qeyd etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Cavabadehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
19. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş, sonuncu AZ6035/********** nömrəli teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının əvvəlki məhkəmə iclasında da eyniməzmunlu teleqram ünvanlamasını nəzərə alaraq İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq:
20. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; - 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; - 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; - 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. - 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. - 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: - 25.2.1. töhmət; - 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; - 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; - 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; - 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; - 25.2.6. dövlət qulluğundan azad edilməsi; - 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: - 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; - 33.1.2. dövlət orqanı ləğv edildikdə; - 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; - 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; - 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; - 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; - 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; - 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; - 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; - 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; - 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; - 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 59.1. Yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
22. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamə: 1.6. Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. 2.10. Yerli icra hakimiyyəti başçısının aparatında, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda işləyən dövlət qulluqçularının qulluqkeçmə qaydası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 5.2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Hazırki tələb üzrə Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmri mübahisələndirilmişdir. Odur ki, məhkəmə araşdırmasının predmeti mübahisələndirilən inzibati aktın qanuniliyi və əsaslılığının araşdırılmasıdır.
27. İş materiallarında olan 24 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X4, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin müavini X7, Miskinli bələdiyyəsinin sədri X5 iştirakı ilə akt tərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin işçilərinin əmək intizamı yoxlanılarkən Plankənd ərazi nümayəndəsi İddiaçı bütün iş günü müddətində işdə olmadığı müəyyən olundu.
28. 25 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X4, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin müavini X7, Miskinli bələdiyyəsinin sədri X5 iştirakı ilə akt tərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin işçilərinin əmək intizamı yoxlanılarkən Plankənd ərazi nümayəndəsi İddiaçı bütün iş günü müddətində işdə olmadığı müəyyən olundu.
29. 28 noyabr 2022-ci il tarixli xidməti məlumatdan görünür ki, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən A.Ələsgərov Gədəbəy RİH başçısı O.Mürsəlova Gədəbəy RİHB plankənd İƏD üzrə nümayəndəsi İlqar Məlikovun 24-25 noyabr 2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə gəlməməsi barədə məlumat vermişdir.
30. 28 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X4, şöbənin böyük məsləhətçisi X2, Aparatın hüquq şöbəsinin məsləhətçisi X3 iştirakı ilə akt tərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəsi İddiaçı Malik oğlu 2022-ci ilin 24-25 noyabr (iki gün) bütün iş günü ərzində işdə olmaması barədə tərtib edilmiş aktla bağlı 28 noyabr 2022-ci il tarixdə Gədəbəy RİH aparatına dəvət olundu. Heç bir əsaslı səbəb göstərmədən işdə olmaması barədə izahat verməkdən imtina etdi.
31. Gədəbəy RİHB-ın kənd İƏD üzrə nümayəndəlikləri Həmkarlar İttifaqı Komitəsinin 02 dekabr 2022-ci il tarixli iclas protokolundan çıxarışın surətindən görünür ki, Gədəbəy RİH başçısının 28 noyabr 2022-ci il tarixli, 446 nömrəli təqdimatı nəzərə alınması, İddiaçı əmək müqaviləsinin ləğvinə etiraz edilməməsi qərara alınmışdır.
32. xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmrin surətindən görünür ki, RİH başçısının Plankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.2-ci və 18.0.3-cü bəndlərində göstərilənlərə əməl etmədiyinə, heç bir üzürlü səbəb olmadan 2022-ci ilin noyabrın 24-də və 25-də 2 (iki) iş günü ərzində işə gəlməyərək onunla bağlanmış əmək müqaviləsinin 4.3.3-cü bəndinin tələblərini pozduğuna görə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.6-cı bəndinə əsasən 2022-ci ilin 05 dekabr tarixindən onun dövlət qulluğuna xitam verilmiş və tutduğu vəzifədən azad edilmiş, İddiaçı ilə bağlanmış 2021-ci il tarixli, 30 avqust 28 nömrəli əmək müqaviləsi ləğv edilmişdir.
33. İddiaçının apellyasiya şikayətinin dəlili kimi aktların qanunamüvafiq qaydada tərtib edilməməsi, imza edən şəxslərin iradəsinə müdaxilə edilməsi və həmin gün onun iş yerində vəzifə səlahiyyətlərini yerinə yetirməsi qeyd olmuşdur.
34. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, o, əvvəllər Plankənd İƏD üzrə nümayəndəliyinin sədri, İddiaçı sədr olduğu müddətdə isə sədrin müavini vəzifəsində işləmişdir. Aktlar tərtib edilən günlərdə, yəni 24- 25 noyabr 2022-ci il tarixlərdə Plankənd İƏD üzrə nümayəndəlikdə işdə olmuş, bu zaman nümayəndə İddiaçı gün boyu xidmət yerində olmamış, onun mobil telefonu ilə əlaqə saxlamaq istəsə də telefonuna zəng çatmamşdır. Həmin aktlar qeyd olunduqları gün, qeyd edilən şəxslərin iştirakı ilə idarədə tərtib edilmişdir, həmin aktların tərtibi zamanı ona heç bir təsir və ya təzyiq olmamışdır.
35. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, 24-25 noyabr 2022-ci il tarixlərdə Plankənd İƏD üzrə nümayəndəliyində səlahiyyətinə uyğun olaraq davamiyyəti yoxlamağa təhkim edilmiş, yoxlama zamanı İddiaçı iki gün ardıcıl olaraq iş yerində olmaması müəyyən edilmiş və bu halın təsdiq olunması üçün tərəfindən akt tərtib olunmuşdur. Akt icra nümayəndəliyinin binasında qeyd olunan şəxslərin iştirakı ilə tərtib edilmiş və imzalanmışdır.
36. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
37. Göründüyü kimi inzibati orqan aparılmış icraatı əks etdirən və məhkəmə araşdırmasına təqdim edilən materiallar ilə inzibati aktın qəbul edilməsinin zəruriliyini və qanunauyğunluğunu sübut etmişdir. Digər tərəfdən iddiaçı tərəfindən inzibati aktın ləğv edilməsinə əsas ola biləcək hər hansı sübutlar təqdim edilməmiş, apellyasiya şikayəti formal mülahizədən ibarət olmuşdur.
38. Başqa sözlə inzibati aktı mübahisələndirən iddiaçı qeyd olunan günlərdə işdə olmasını, aktların həqiqəti əks etdirməməsini sübut edəcək hər hansı bir sənədi təqdim etməmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən əmr qəbul edilən zamanı istər “İnzibati İcraat haqqında” və “Dövlət qulluğu haqqında” qanunların, istərsə də əmək münasibətlərinə xitam verilməsinə dair əmək qanunvericiliyinin tələbləri pozulmamışdır, bunun əksini sübut edəcək hər hansı bir dəlil nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1457/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov