Məhkəmə qərarları › İş №2-1(104)-582/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-582/2025

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-582/2025 16.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Quluzadə Kənan Asiman oğlunun katibliyi ilə Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin ##.##.2023-cü il tarixli arxiv arayışından görünür ki, Goranboy ƏÖMB-u komandirinin ## ##### 1992-ci il tarixli * №-li əmrində (əsas: səh. 5) 2-ci atı bölüyünün, atıcı manqasının şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı atıcı vəzifəsində qeyd edilmişdir. Goranboy ƏÖMB-u komandirinin ## #### 1992-ci il tarixli * №-li əmrində (əsas: səh. 29) Il manqasının şəxsi heyətinin siyahısında, 1967ci il təvəllüdlü, sıravi İddiaçı adı snayper vəzifəsində qeyd edilmişdir. Goranboy ƏÖMB-u komandirinin ## #### 1992-ci il tarixli * №-li əmrində (əsas: səh. 36) 1992-ci ilin iyul ayı üçün əmək haqqı ödənilmiş İ manqanın şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı atıcı vəzifəsində qeyd edilmişdir. Goranboy ƏÖMB-u komandirinin ## ###### 1992-ci il tarixli 8 N№-li əmrində (əsas: səh. 45) 1992-ci ilin avqust ayı üçün əmək haqqı ödənilmiş III manqasının şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı atıcı-pulemyotçu köməkçisi vəzifəsində qeyd edilmişdir. Qeyd edir ki, Goranboy ƏÖMB-u komandirini sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdeh ##.##.2024-cü il tarixli məktubunda qeyd edilir ki, Goranboy rayonu ƏÖMB komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrilə (əsas: §-1, səh-4) sıravi İddiaçı 2-ci atıcı bölüyün atıcı tağımının atıcı manqasında atıcı vəzifəsinə təyin olunmuşdur. Goranboy rayonu ƏÖMB komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrilə (əsas: §-1, səh-13) struktura uyğun olaraq, 1967-ci il təvəllüdlü, sıravi İddiaçı 2-ci bölüyün 2-ci tağımının 1-ci manqasında pulemyotçu vəzifəsinin icrasına başlamışdır. Goranboy rayon ƏÖMB komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrilə (əsas: §-1, səh-29) 3-cü motoatıcı bölüyün 3-cü tağımının 2-ci manqasında snayperçi vəzifəsində xidmət edən, 1967-ci il təvəllüdlü, sıravi İddiaçı 1992ci ilin iyun ayı üçün əmək haqqı verilmişdir. Goranboy rayon ƏÖMB komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrilə (əsas: §-1, səh-36) 2-ci motoatıcı bölüyün 3-cü tağımının 1-ci manqasında atıcı vəzifəsində xidmət edən, sıravi İddiaçı 1992-ci ilin iyul ayı üçün əmək haqqı verilmişdir. Goranboy rayon ƏÖMB komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrilə (əsas: §-1, səh-45) 3-cü motoatıcı bölüyün 2-ci tağımının 3-cü manqasında atıcı-pulemyotçu koməkçisi vəzifəsində xidmət edən, sıravi İddiaçı 1992-ci ilin avqust ayı üçün əmək haqqı verilmişdir. Qeyd edir ki, Goranboy rayon ƏÖMB komandirinin sentyabr-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətin əlifba qeydiyyatı kitabları, "Yaralıların qeydiyyatı" kitabı və əsgər heyətinin "Pul təminatı ilə təmin olunması" cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdeh Şəxsi Heyət Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün cavabdehə müraciət etmiş, onun müraciətindən imtina edilərək bildirilmişdir ki, Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli arayışına əsasən həqiqi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək Qarabağ müharibəsində iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy ərazi özünü müdafiə batalyonu komandirinin ##.##.1992-ci il tarixli, 1№-li əmrinə əsasən, 2-ci atıcı bölüyünün, atıcı manqası şəxsi heyətinin siyahısında sıravi atıcı vəzifəsində olmuşdur. Goranboy ərazi özünü müdafiə batalyonu komandirinin ##.##.1992-ci il tarixli, 6№-li əmrinə əsasən, 2-ci manqasının şəxsi heyətinin siyahısında snayper vəzifəsində olmuşdur. Goranboy ərazi özünü müdafiə batalyonu komandirinin ##.##.1992-ci il tarixli, 7№-li əmrinə əsasən, 1992- ci ilin iyul ayı üçün əmək haqqı ödənilmiş İ manqanın şəxsi heyətinin siyahısında sıravi atıcı kimi qeyd olunmuşdur. Cavabdeh orqana müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin şərtlərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Məkəzi Arxivin ##.##.2024-cü il tarixli, **** nömrəli arxiv arayışına əsasən iddiaçının Goranboy ƏÖMB komandirin sentyabr-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətin əlifba qeydiyyatı kitabları, “Yaralıların qeydiyyatı” kitabı və əsgər heyətinin “Pul təminatı ilə olunması” cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim F.Əliyev) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqanın İddiaçı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun həqiqi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın aşkar edilməməsidir ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır. Məhkəmə göstərir ki, «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi bileti ilə yanaşı, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da vacib şərtdir, hansı ki, hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarını ləğv edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Goranboy Ərazi özünü müdafiə batalyonu komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrinə əsasən 2-ci atıcı batalyonun, atıcı manqası şəxsi heyətinin siyahısında sıravi atıcı vəzifəsində olmuşdur. Goranboy ərazi özünü müdafiə batalyonu komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrinə əsasən, 2-ci manqasının şəxsi heyətinin siyahısında snayper vəzifəsində olmuşdur. Goranboy ərazi özünü müdafiə batalyonunun komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrinə əsasən, 1992-ci ilin iyul ayı üçün əmək haqqı ödəniş 1 manatın şəxsi heyətinin siyahısında sıravi əsgər kimi qeyd edilmişdir. Bildirir ki, bütün bu qeyd etdikləri ona məxsus hərbi biletdə qeyd edilmiş, onun hərbi biletində Özünü Müdafiə batalyonuna daxil olmağı və tərxis olunmağı qeyd edilmiş hərbi hissə komandirinin möhürü ilə təsdiq edilmişdir. Sual olunur hərbi hissənin sənədlərinin Müdafiə Nazirliyinin arxiv idarəsinə təhvil verilməməsi onun günahı deyil. O, torpaqlarımızın müdafiəsi üçün canından keçməyə hazır olub könüllü olaraq özünü müdafiə batalyonuna daxil olub döyüşlərdə iştirak edib qanuni əsaslarla tərxis olunmuşdur. Belə olan halda onun hərbi biletində hərbi hissəyə daxil olması onun iddia tələbinin təmin edilməsi üçün əsasdır. Məhkəmə cavabdehin onun iddiasına qarşı olan etiraz ərizəsini əsas götürüb iddianı rədd etmişdir. O, vətəni müdafiə etməyə könüllü getmişdir. Batalyonun sənədlərinin arxivə verilməməsi o demək deyil ki, o, döyüşməmiş, vaxtında qanunu əsasla tərxis olunmamışdır. Onun döyüşməyi, tərxis olunmağı hərbi biletində qeyd edilmişdir. Arxivə sənədlərinin verilməsi ilə bağlı qoy səlahiyyətli şəxslər məsuliyyət daşısın. Sənədin arxivə verilməməsinə görə o, veteran adından məhrum edilməməlidir. Məhkəməyə də hüququnun bərpa edilməsindən ötəri ərizə vermişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbin bildirməmişlər. Məhkəmə kollegiyası onların iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq ## ###### 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusuəldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Əsasnamə:

16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və Rların müddətli həqiqi hərbi xidmətində: [13] çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və Rların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün;

“Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRI Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili Işlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir... Inzibati Prosessual Məcəllə (IPM): Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (IPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti müsbət həll edilmədiyindən hazırkı tələblə məhkəmədə iddia qaldırmış və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmədiyindən qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin ##.##.2023-cü il tarixli arxiv arayışından görünür ki, Goranboy ƏÖMB-u komandirinin ## ##### 1992-ci il tarixli * №-li əmrində (əsas: səh. 5) 2-ci atı bölüyünün, atıcı manqasının şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı atıcı vəzifəsində qeyd edilmişdir. Goranboy ƏÖMB-u komandirinin ## #### 1992-ci il tarixli * №-li əmrində (əsas: səh. 29) Il manqasının şəxsi heyətinin siyahısında, 1967ci il təvəllüdlü, sıravi İddiaçı adı snayper vəzifəsində qeyd edilmişdir. Goranboy ƏÖMB-u komandirinin ## #### 1992-ci il tarixli * №-li əmrində (əsas: səh. 36) 1992-ci ilin iyul ayı üçün əmək haqqı ödənilmiş İ manqanın şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı atıcı vəzifəsində qeyd edilmişdir. Goranboy ƏÖMB-u komandirinin ## ###### 1992-ci il tarixli 8 N№-li əmrində (əsas: səh. 45) 1992-ci ilin avqust ayı üçün əmək haqqı ödənilmiş III manqasının şəxsi heyətinin siyahısında sıravi İddiaçı adı atıcı-pulemyotçu köməkçisi vəzifəsində qeyd edilmişdir. Qeyd edir ki, Goranboy ƏÖMB-u komandirini sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1992-ci il tarixli müvafiq nömrəli əmrində 1992-ci ilin mart ayının 27-dən Goranboy rayonunun Əlahiddə Ərazi Özünümüdafiə batalyonun yaradılması (şərti adı N №-li hərbi hissə) bütün işlərin 1992-ci ilin aprel ayından başlaması, qərargahın Goranboy rayonu Hərbi Komissarlığının bazasında yaradılması və fəaliyyət göstərməsi barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda Goranboy RHK-nın ##.##.1992-ci il tarixdən 09.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1993-cü il tarixli müvafiq nömrəli əmrində motoatıcı batalyonun şərti adının N №-li hərbi hissə qeyd edilməsi və dislokasiya yerinin Goranboy şəhəri olması yazılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Qeyd edir ki, arxiv arayışında qeyd olunan məlumatlar komandirlərin əmrlərindən olduğu kimi köçürülmüşdür. Cavabdeh ##.##.2024-cü il tarixli məktubunda qeyd edilir ki, Goranboy rayonu ƏÖMB komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrilə (əsas: §-1, səh-4) sıravi İddiaçı 2-ci atıcı bölüyün atıcı tağımının atıcı manqasında atıcı vəzifəsinə təyin olunmuşdur. Goranboy rayonu ƏÖMB komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrilə (əsas: §-1, səh-13) struktura uyğun olaraq, 1967-ci il təvəllüdlü, sıravi İddiaçı 2-ci bölüyün 2-ci tağımının 1-ci manqasında pulemyotçu vəzifəsinin icrasına başlamışdır. Goranboy rayon ƏÖMB komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrilə (əsas: §-1, səh-29) 3-cü motoatıcı bölüyün 3-cü tağımının 2-ci manqasında snayperçi vəzifəsində xidmət edən, 1967-ci il təvəllüdlü, sıravi İddiaçı 1992ci ilin iyun ayı üçün əmək haqqı verilmişdir. Goranboy rayon ƏÖMB komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrilə (əsas: §-1, səh-36) 2-ci motoatıcı bölüyün 3-cü tağımının 1-ci manqasında atıcı vəzifəsində xidmət edən, sıravi İddiaçı 1992-ci ilin iyul ayı üçün əmək haqqı verilmişdir. Goranboy rayon ƏÖMB komandirinin ##.##.1992-ci il tarixli * №-li əmrilə (əsas: §-1, səh-45) 3-cü motoatıcı bölüyün 2-ci tağımının 3-cü manqasında atıcı-pulemyotçu koməkçisi vəzifəsində xidmət edən, sıravi İddiaçı 1992-ci ilin avqust ayı üçün əmək haqqı verilmişdir. Qeyd edir ki, Goranboy rayon ƏÖMB komandirinin sentyabr-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətin əlifba qeydiyyatı kitabları, "Yaralıların qeydiyyatı" kitabı və əsgər heyətinin "Pul təminatı ilə təmin olunması" cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdeh Şəxsi Heyət Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün cavabdehə müraciət etmiş, onun müraciətindən imtina edilərək bildirilmişdir ki, Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli arayışına əsasən həqiqi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Iş materiallarından göründüyü kimi iddiaçı İddiaçı ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Belə ki, iddiaçının hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamışdır. Iddiaçı özü də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılmasını təsdiq edəcək mötəbər sənəd məhkəməyə təqdim etməmişdir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar