Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-584/2024 28.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-432/2024 saylı qərarından cavabdeh Təhsildə X9 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları THTU 000650 nömrəli, xx.xx.2021-ci il tarixli diplomdan görünür ki, Gürcüstan Tbilisi X7 MMC-nin Səhiyyə Fakültəsi şurasının xx.xx.2021-ci il tarixli, 17 saylı ilə İddiaçı diplomlu stomatoloq akademik dərəcəsi ilə təltif edilmişdir. THTU 000650 nömrəli diploma əlavədən görünür ki, 360 kreditlik tibb təhsili üzrə İddiaçı təhsil kreditinin sayı 303 olmuşdur. Təhsildə X9nin xx.xx.2023-cü il tarixli, NA00013483 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasına görə onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Təhsildə X4rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Təhsildə X9nin üzərinə Gürcüstan Respublikasının Tbilisi humanitar universitetinin stamotogiya fakültəsində oxuyub almış olduğu diplomun tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayonu S.Behbudov adına 6 saylı məktəbini 2015-ci ildə bitirib 2016-cı ildə Gürcüstan Respublikasının Tbilisi humanitar universitetinin stomatogiya fakültəsinə daxil olmuşdur. 2021-ci ildə təhsilini bitirib Azərbaycan Respublikasına qayıtmışdır. Təhsil aldığı zaman çox vaxt xarici plkədə olmuşdur. Dərslər rus dilində keçirildiyindən və o, rus dilini bilmədiyi üçün dil öyrənmək üçün Azərbaycan Respublikasına qayıdaraq rus dilini öyrənmiş və imtahanlar zamanı qaıdıb imtahanlarını vermişdir.Hazırda təhsilinin nəticəsində aldığı diplomu ölkədə tanıtmaq istəyir, lakin cavabdeh orqan bundan imtina etmişdir. İmtinanın səbəbi kimi nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığım ölkənin ərazisində olmamağı qeyd edilmişdir. Halbuki o, əyani təhsil forması üzrə tədris ilinin 40 həftəsi müddəninin hər həftəsini Gürcüstan Respublikasında olmuşdur. Cavabdehin imtinasını əsassız hesab edir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X9 tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu 2016/2017-ci tədris ili üzrə - 3 ay 14 gün, 2017/2018-ci tədris ili üzrə - 2 ay 11 gün, 2018/2019-cu tədris ili üzrə 6 ay 14 gün, 2019/2020-ci tədris ili üzrə- 3 ay 10 gün(İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə-4 ay(pandemiya dövrü) müəyyən etmişdir. Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş həhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2023-cü il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Odur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-432/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı Gürcüstan Tbilisi X7 tərəfindən verilmiş THTU 000650 nömrəli, xx.xx.2021-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə X9nin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyrimüəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. İddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Qeyd olunur ki, iddiaçının təhsil alma müddəti təhsil verən müəssisəni qane etdiyinə görə ona müvafiq diplom təqdim edilmişdir. Müvafiq sahə üzrə Beynəlxalq müqavilələr (Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş) də iddiaçının diplomunun tanınmasını istisna etmir. Digər tərəfdən cavabdeh qurum iddiaçının ixtisas üzrə bilik səviyyəsini yoxlamadan formal əsaslara görə təhsil səviyyəsini qiymətləndirmişdir. Həmçinin diploma əlavə edilmiş əlavədən görünür ki, müəssisədə 303 tədris krediti üzrə təhsil almışdır. Göründüyü kimi, cavabdeh orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası ərizəçinin müraciət etdiyi tarix dövründə qüvvədə olan normativ aktın tələblərinə və normativ aktda ona verilmiş səlahiyyət çərçivəsinə uyğundur. Belə ki, vətəndaşın təhsil aldığı ölkədə əyani təhsilalma formasında aldığı təhsilin qarşılığında həmin ölkədə olma müddətləri aşağıdakı kimidir: İ il – 3 ay 14 gün 2016/2017 İİ il – 2 ay 11 gün 2017/2018 İİİ il – 6 ay 14 gün 2018/2019 İV il – 3 ay 10 gün (pandemiya dövrü) 2019/2020 V il – 4 ay (pandemiya dövrü) 2020/2021 Belə ki, iddiaçı 2019/2020-ci və 2020/2021 tədris illərində pandemiya ilə əlaqədar distant texnologiyaların tətbiqi ilə təhsil almasını bildirsə də, 2016/2017-ci, 2017/2018-ci və 6 ay 14 gün 2018/2019 illərdə 3 tədris ili müddətində 24 ay yerinə cəmi 12 ay 9 gün təhsil aldığı ölkənin ərazisində olması ilə bağlı səbəbləri və bu səbəblərə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk 3 tədris ili üzrə iddiaçının niyə dərslərdə əyani iştirak etməli olduğu halda ümumiyyətlə Gürcüstanda cəmi 12 ay 9 gün olmasını əsaslandırmamış və hesab etmişdir ki, iddiaçının təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması qeyri-müəyyən dəlildir və sözügedən dəlil AR NK-nin xx.xx.2003-cü il tarixli, 64 sayı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları"nın 3.7ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, Məhkəməsinin öz qərarının əsaslandırma hissəsində sərhədkeçmə barədə tələbə münasibət bildirərkən halhazırda qüvvədə olan və ərizəçinin müraciət etdiyi tarixdə qüvvədə olduğu üçün inzibati icraat aparılan Qaydalara istinad etməyərək, ərizəçinin tanınma üçün müraciət etdiyi tarixdən (xx.xx.2023-cü il) öncə ləğv edilmiş (xx.xx.2023) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarına istinad etmiş, həmin Qaydalardakı tələblər qiymətləndirilmişdir. Məhkəmə ərizəçinin müraciətindən əvvəl ləğv edilmiş normativ akta istinadını əsaslandırarkən, onun təhsil aldığı dövrdə 64 nömrəli Qərarın qüvvədə olmasını arqument kimi göstərmişdir, lakin Məhkəmə nəzərə almamışdır ki, Tanınma Qaydaları vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınmasını tənzimləyir. Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq həmin dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır. Təəsüf ki, Məhkəmə mövqeyinin əsaslandırmasında inzibati icraatın aparılmasından əvvəl ləğv olunmuş aktı təhlil edərək Azərbaycan Respublikası "İnzibati Prosessual Məcəlləsi"nin 69.4-cü bəndində əsk olunmuş (Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir) Məhkəmə Qərarının forması və məzmunu barədə tələblərə əməl etməyərək prosessual normanı pozmuşdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğu iddia edilmiş, lakin qisa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu qeyd edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.4-cü yarım bəndinə əsasən "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb tohsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) vurğulanmışdır. Məhkəmənin mövqeyinə əsasən cavabdeh qurum iddiaçının ixtisas üzrə bilik səviyyəsini yoxlamadan formal əsaslara görə təhsil səviyyəsini qiymətləndirmişdir. Lakin "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. Beləliklə, iddiaçının ixtisas üzrə bilik səviyyəsini yoxlanılması cavabdeh qurumun səlahiyyətləri xaricindədir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X9nin Nizamnaməsi”: 1.1. Təhsildə X9 (bundan sonra– Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonramüvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8. bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 4.1. tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra– Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdətədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı əyani təhsilalma formasında “stomatoloq” ixtisası üzrə aldığı təhsilə görə Gürcüstan Tbilisi X7 MMC tərəfindən ona verilmiş diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb etsə də, cavabdeh iddiaçının təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasını əsas gətirərək iddiaçının tələbinin icrasında imtina etmişdir. Məhkəmə kollegiyası tərəfindən Gürcüstan Respublikası Tbilisi X7 MMC-də “stomatoloq” ixtisası (əsas(baza tibb təhsili/əyani) üzrə təhsil almış başqa şəxslərə Təhsildə X9 tərəfindən ölkə ərazisində ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqanın inzibati praktikasının nəzərdən keçirilməsi məqsədilə cavabdehə sorğu göndərilərək Gürcüstan Respublikası Tbilisi X7 MMC-də “stomatoloq” ixtisası (əsas(baza tibb təhsili/əyani) üzrə İddiaçı ilə eyni dövrdə təhsil almış başqa şəxslərin aldıqları xarici ali təhsil ixtisaslarının Təhsildə X9 tərəfindən ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilibverilməməsinin müəyyən edilməsi, verildiyi təqdirdə şəhadətnamənin hansı əsasla verilməsi barədə məlumatın və bunu təsdiq edən sənədlərin surətinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Tbilisi X7 tərəfindən stomatologiya ixtisası üzrə X3 THTU, № 000637 və X1 THTU, № 000666 diplomlar verilmişdir. Cavabdeh agentlik tərəfindən həmin şəxslərə məxsus diplomlara münasibətdə şəhadətnamə verilmişdir. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmuş iddiaçı X10 cavabdeh Təhsildə X4rşı Təhsildə X9n xx.xx.2023-cü il tarixli, NA00017630 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” qərarın ləğv edilməsi və xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4641/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)- 291/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının həmin qərarından kassasiya şikayəti daxil olmamış, qərar qanuni qüvvəsini aldığından icrası həyata keçirilmişdir. Həmin iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərində iddiaçı X2 keçmə məlumatları aşağıdakı kimi qeyd edilmişdir: - 2017/2018-ci tədris ili üzrə - 6 ay 12 gün, - 2018/2019-cu tədris ili üzrə - 5 ay 13 gün, - 2019/2020-ci tədris ili üzrə - 3 ay 6 gün (pandemiya dövrünə təsadüfedən tədris ili), - 2020/2021-ci tədris ili üzrə - 2 ay 15 gün (pandemiya dövrünə təsadüfedən tədris ili), - 2021/2022-ci tədris ili üzrə - 2 ay 8 gün (pandemiya dövrünə təsadüf edən tədris ili). Göründüyü kimi X10 ümumilikdə 19 ay 24 gün təhsil aldığı ölkə ərazisində olmuşdur. Hazırkı iddia tələbi üzrə isə İddiaçı sərhəd keçmə məlumatları apellyasiya şikayətinin dəlillərində aşağıdakı kimi qeyd edilmişdir: - İ il – 3 ay 14 gün 2016/2017 - İİ il – 2 ay 11 gün 2017/2018 - İİİ il – 6 ay 14 gün 2018/2019 - İV il – 3 ay 10 gün (pandemiya dövrü) 2019/2020 - V il – 4 ay (pandemiya dövrü) 2020/2021. Qeyd olunan sərhəd keçmə məlumatlarına əsasən İddiaçı isə ümumilikdə 19 ay 19 gün təhsil aldığı ölkə ərazisində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə eyni müddət kəsiyində (19 ay ərzində) təhsil aldığı ölkə ərazisində olmuş digər şəxsə münasibətdə cavabdeh agentliyin fərqli praktika (iddiaçının ziyanına) sərgiləməsi qəbul edilən sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Bəhs olununlara əsaslanaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qiymətləndirmə aparmağı zəruri hesab etmir. Məhkəmə kollegiyası bərabərlik və etimadın qorunması prinsiplərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-432/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-584/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-584/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver