Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-584/2025 07.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-3252/2025 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2002-ci il tarixli, 28 nömrəli, JN:849, KOD 50900001 “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktına əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 nömrəli qərarı ilə Goranboy rayonu ərazisindən 98.00 ha torpaq sahəsi gips istehsalı etmək üçün İddiaçı ATSC-yə verilmişdir.
2. 28.07.2023-cü il tarixli, 0195N reyestr nömrəli X6 X1 0195 nömrəli “Dağ-mədən ayırması” aktına əsasən, X7 yatağı gips hasilatı məqsədi ilə İddiaçı ASC-yə verilmiş, dağmədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında 8.1 ha təşkil edir.
3. xx.xx.2004-cü il tarixli “Vergi ödəyicisinin uçota alınmas haqqında” Şəhadətnamə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** VÖEN nömrəsi ilə İddiaçı ASC-yə verilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2025-ci il tarixli bildirişində qeyd edilmişdir ki, Goranboy rayonu, Yuxan Ağcakənd qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024cü iİ tarixli, ********** qeydiyyat nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publık hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50.2-ci maddəsinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, kimlərə venlməsi qeyd olunmuşdur. Təqdim olunmuş JN-849 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na əsasən ayrılmış torpaq sahəsi həmin maddəyə əsasən Açıq Səhimdar Cəmiyyətləri üçün nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinin müddəalarında qeyd edildiyi kimi hüquqlann dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqlann qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.
5. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2-35830/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, İddiaçı ASC xx.xx.2003-cü il tarixlı 0303-Q1-555 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN ilə vergi uçotuna alınmış. ASC Ədliyyə Nazirliyi Tərəfindən xx.xx.2000-ci il tarixdə D-3133 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış İddiaçı ASC-nin mülkiyyət formasının dəyişməsi ilə əlaqədar onun bazasında hüquqi varislik prinsipi əsasında yaradılmışdır. İddiaçı ASC ilə ləğv edilmiş “Azərtikintimaterialsənaye” Dövlət Konserinin tabeliyində olmuş X7 kombinatının bazasında yaradılmışdır və onun hüquqi varisidir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən, hazırda ASC-nin tam adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. ASC-nin hüquqi ünvanı Goranboy rayonu, Yuxarı Ağcakənd ŞTQ-dir.
6. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-1359/2025 nömrəli “iş üzrə məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, JN-0849 nömrəli (kod ********) “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” barədə elektron bazada məlumat mövcuddur. Elektron bazada olan 1999-cu ilə aid “Azərbaycan Respublikası Goranboy rayonu Şikar Şikarov adına təsərrüfat ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətinə verilən torpaqların yerquruluşu Layihəsi”nə əsasən JN-0849 nömrəli (kod ********) “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda qeyd olunan torpaq sahəsinin 59.0 ha hissəsi dövlət mülkiyyətində olan meşə fondu torpağı, 39.0 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Arxivdə saxlanılan 2002-ci ilə aid “Azərbaycan Respublikası Goranboy rayonu Şikar Şikarov adına təsərrüfat ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətinə verilən torpaqların yerquruluşu Layihəsi”nə əsasən isə JN-0849 (kod ********) “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda qeyd olunan torpaq sahəsinin 84.0 ha hissəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş, 14.0 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.
7. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-48-DA/2- 341/2025 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 nömrəli qərarına əsəsən, Şaumyan (kənd) rayonunda (indiki Goranboy rayonu) sənaye sahəsi olan Verxne-X9nin karxanasının təşkili üçün Tikinti Materilları Sənayesi Nazirliyinə, Kirov sovxozunun adına 98 ha torpaq sahəsi verilmişdir.
8. Məktuba qoşma şəklində əlavə edilmiş sənədə əsasən X8 X5 İcraiyyə Komitəsinin 1984-cü il oktyabr tarixli, 274 nömrəli “X9 Karxanasının tikinti üçün torpaq sahəsinin ayrılması haqqında” həllinə əsasən, X9nin tikintisi üçün daimi istifadə üçün 98 hektar torpaq sahəsi ayrılmışdır.
9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 46/2-3401/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisindən İddiaçı ASC-yə ayrılmış 98.00 ha torpaq sahəsinin 8.12 ha hissəsindən hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi istifadə edir və həmin hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid tikililər mövcuddur.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25-114/2-1252/2025 nömrəli məktuba əsasən, Goranboy rayonu, Yuxarı Ağcakənd ərazisində yerləşən İddiaçı ASC-nin istifadəsində olan gips mədəni ərazisində yerləşən hərbi şəhərciyin torpaq sahəsi Müdafiə Nazirliyinin balansında deyil. Ərazidə olan 1 nömrəli əsgər yataqxanası, 6 nömrəli əsgər yataqxanası, 8 nömrəli qərargah və 10 nömrəli nəzarət buraxılış məntəqəsi binaları istisna olmaqla, digər hərbi təyinatlı tikililər Müdafiə Nazirliyi tərəfindən inşa edilmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 46/2-2789/2025 nömrəli “mütəxəssis rəyinin göndərilməsi ilə bağlı” məktuba qoşma şəklində əlavə edilmiş rəyə əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 16 oktyabr 1984cü il tarixli, 399 saylı qərarı ilə İddiaçı ASC-nin istifadəsinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixində 28 nömrə ilə qeydə alınmış (JN 849, KOD: ********) “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktında qeyd edilən torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən 42.84 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlara, dövlət mülkiyyətinə aid örüş sahəsinə, 55.16 ha hissəsi isə X10 Torpaqlarına düşür. Hal-hazırda “TEKUİS”-ə əsasən kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqdır və islahat uqodiyası təmiz örüş və meşə ilə örtülüdür. Həmçinin, iddiaçı tərəfindən naturada istifadə edilən torpaq sahəsi xx.xx.2002-ci il tarixli, 28 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktındakı cizgilər daxilində yerləşir. Təqdim edilən sənəd və göstərilən torpaq sahəsinin hüdudları daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid yaşayış, qeyriyaşayış binaları və iddiaçının özünə məxsus bir ədəd mişar daşından tikilmiş qeyri-yaşayış tikilisi mövcuddur. Hal-hazırda iddiaçı tərəfindən faktiki istifadə edilən və ya “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktında qeyd edilən torpaq sahəsinin kiçik bir hissəsi (təqribi 1.00 hektara qədər) Qaraçay çayının mühafizə zonasına düşür, üzərindən 10 KLVluq elektrik xətti keçir. Faktiki istifadə edilən və ya “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktında qeyd edilən torpaq sahəsi hər hansı digər şəxslərin adına qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəməyə sübut olaraq təqdim edilən rəy “TEKUİS” informasiya sisteminə və Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən hazırlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı ASC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yerləşən 89 ha torpaq sahəsi üzərində hüquqların İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Tələb onunla əsaslandırılmışdır ki, cəmiyyət Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 257 nömrəli əmri ilə “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən cəmiyyətə dağmədən işləri, dağ və buruq qazmaları aparılmasına dair İN/L-209/2018 qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli lisenziya verilmişdir. Keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 399 saylı, xx.xx.1984-cü il tarixli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktına əsasən, 98 ha torpaq sahəsi gips istehsal etmək məqsədilə yalnız indiki ASC-yə ayrılmışdır. İddia tələbi onunla bağlıdır ki, torpaq sahəsinə olan hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi üçün cəmiyyət cavabdeh orqana müraciət etmiş, lakin buna imtina cavabı verilmişdir. JN-0849 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktına əsasən, 98 ha torpaq sahəsi gips istehsal etmək üçün cəmiyyətin istifadəsinə verilmişdir. İddiaçı tərəf qeyd edir ki, imtina ərizəsində təqdim edilən qanuni əsaslar mübahisəlidir və hüquqi baxımdan qeyri-dəqiqdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-3252/2025 nömrəli qərardadı ilə iddia tələbi “JN 0849, KOD 50900001 nömrəli “Torpaqların daimi istifadə hüququna dair” Dövlət aktında əks olunan torpaq sahəsindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilən Qaraçay çayının mühafizə zonasını əhatə edən 1 ha, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli planda əks olunan tikililərin yerləşdiyi torpaq sahəsi istisna olunmaqla, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yerləşən 79,88 ha torpaq sahəsi üzərində cəmiyyətin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
15. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, JN-849 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktına əsasən, ayrılmış 98.0 ha torpaq sahəsinin istifadə müddəti bitmişdir. Belə ki, qüvvədən düşmüş 254-Xİİ nömrəli, xx.xx.1991-ci il traixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 15-ci maddəsinə əsasən torpaqdan müvəqqəti istifadə qısa müddətli - 3 ilədək və uzun müddətli - 10 ilədək ola bilər. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilə bilər. İstehsalat zərurəti olduqda, bu müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Həmin maddəyə əsasən, müvəqqəti istifadə üçün torpaq sahələri vətəndaşlara, kolxozlara, sovxozlara, kooperativlərə, kəndli (fermer) təsərrüfatlarına, müəssisələrə, idarələrə və təşkilatlara kənd təsərrüfatı ilə məşğul olmaq üçün, layihə, axtarış və müvəqqəti tikinti işlərinin aparılması, icarə, bostançılıq, ot çalını, mal-qara otarılması üçün və xidməti pay torpaqları şəklində verilir. Eyni zamanda müəyyən olunmuşdur ki, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisindən İddiaçı ASC-yə ayrılmış 98.00 ha torpaq sahəsinin 8.12 ha hissəsindən hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi istifadə edir və həmin hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid tikililər mövcuddur. İddianın təmin edilməməsi xahiş edilmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək, qeyd olunan mübahisəli torpaq sahəsinin Azərbaycan SSR vaxtından bu günə qədər müəssisənin istifadəsində olduğunu, həmin torpaq sahəsini Dövlət aktına əsasən istifadə hüququnun tanınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqanın imtinasının tam əsaslı olduğunu bildirmiş və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş, iş üzrə mütəxəssis rəyi vermiş X2 göstərmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi 2002-ci ildə torpaq islahat kompleks yerquruluşu layihəsinə əsasən dövlət meşə torpağı, 2016-ci ildə Prezidentinin fərmanına əsasən elektron uçot işlənən zaman həmin torpaqların kateqoriyası dəyişib sənayə, nəqliyyat, rabitə torpağı kimi qeyd olmuşdur. Həmin ərazidə hərbi hissənin tikilləri olduğunu, icazə alib tikillərin ölçüsünü götürdüyünü bildirmişdir. Hərbi hissəsinin anbarları, yataqxanası və atış hissələri var. Ancaq anbarlarının yerində ölçü işləri aparmışdır. Atış yerlərində tikili olmayıb. 5-6 hektar ərazini əhatə edir. Qaraçay çayının sol sahilində 1 hektar ərazi mühafizə zolağına düşür.
19. Gəncə İnzibati Məhkəməsinin (hakim N.Hüseynov) xx.xx.2025-ci il tarixli, e-2- 1(114)-3252/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, J№ 0849, KOD 50900001 nömrəli “Torpaqların daimi istifadə hüququna dair” Dövlət aktında əks olunan torpaq sahəsindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilən Qaraçay çayının mühafizə zonasını əhatə edən 1 ha, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli planda əks olunan tikililərin yerləşdiyi torpaq sahəsi istisna olunmaqla, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yerləşən 79,88 ha torpaq sahəsi üzərində cəmiyyətin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
20. Məhkəmə hesab etmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 nömrəli qərarına, həmçinin İddiaçı ATSC-nin adına xx.xx.2002-ci il tarixli, 28 nömrəli, JN-849 (KOD ********) “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktına münasibətdə hər hansısa ləğvetmə, dəyişdirilmə və ya geriçağırılma ilə bağlı hüquqi nəticələr doğuracaq hərəkətlər edilməmiş, yuxarıda qeyd edilən qərarda torpaq sahəsinin daimi əsaslarla istifadəyə verildiyi qeyd edilmiş, dövlət aktında isə onun qüvvədə olma müddəti ümumiyyətlə göstərilməmişdir. Bu isə onu deməyə əsas verir ki, dövlət aktı hələ də qüvvədədir və o, əlverişli inzibati akt statusu ünvanını saxlayaraq iddiaçıya torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə uyğun istifadə etmək hüququnu verir. Həmçinin hüquqi varislik yolu ilə torpaq sahəsi üzərində istifadə etmək hüququ hazırkı iş üzrə iddiaçı qismində iştirak edən İddiaçı ASC-yə məxsusdur. Yekun olaraq məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh orqanın iddiaçının tələbinə münasibətdə imtinası əsassız olmuş və qanunvericiliyin tələbləri gözlənilmədən və tətbiq edilmədən onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-3252/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətlə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı ASC-yə verilmiş xx.xx.2002-ci il tarixində 28 nömrə ilə qeydə alınmış (JN 849, KOD:********) “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktında qeyd edilən torpaq sahəsi Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair komplek yerqurluşu layihəsinə əsasən 42.84 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlara, dövlət mülkiyyətinə aid örüş sahəsinə düşür, 55.16 ha hissəsi isə X10 torpaqlarına düşür. Eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhimdar Cəmiyyətinə ayrılmış 98.00 ha torpaq sahəsinin 8.12 ha hissəsindən hal-hazırda Müdafiə nazirliyi istifadə edir və həmin hissədə müdafiə nazirliyinə aid tikililər mövcudur. TEKUİS məlumatlarına əsasən sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqdır, islahat uqodiyası təmiz örüş və meşə ilə örtülü torpaqlar olduğu müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi ilə bağlı Ərazi İdarəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(114)-3252/2025 nömrəli qərardadı əsasında mütəxəssis rəyi hazırlanaraq məhkəməyə təqdim olunmuş, yuxarıda qeyd olunanlar rəydə öz əksini tapmış, lakin məhkəmə tərəfindən torpaq sahəsinin mülkiyyəti ilə bağlı qeydlər nəzərə alınmayaraq müvafiq qərar qəbul edilmişdir. Sözügedən torpaq sahəsinin dövlət mülkiyyətinə aid torpaq sahəsi olmasına baxmayaraq bu hal məhkəmə tərəfindən araşdırılmamış, müvafiq qərar qəbul edilmişdir. Göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə zidd olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə öz qərarını iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bu isə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385.1.2-385.1.4-cü maddələrinə əsasən qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi, odur ki, təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)- 3252/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz Maddə 25. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Maddə 241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir.
28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 67.3. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Maddə 103.2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X4 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X4 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
30. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.
31. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.10. Əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
33. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
34. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
35. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
36. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
37. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
38. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
39. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
40. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
41. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
42. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
43. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
44. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları bildirməyi zəruri hesab edir.
48. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 nömrəli qərarı ilə, Şaumyan (kənd) rayonunda (indiki Goranboy rayonu) sənaye sahəsi olan Verxne-X9nin karxanasının təşkili üçün Tikinti Materilları Sənayesi Nazirliyinə 98 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində yerləşən Ağcakənd gips mədən karxanası (“Azərtikintimaterialsənaye” Dövlət Konserinin tabeliyində olmuş X7 Kombinatı) sonradan özəlləşdirilərək İddiaçı ATSC təşkil edilmişdir. Bundan sonra, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 nömrəli qərarı əsasında qeyd olunan 98 ha torpaq sahəsinə dair İddiaçı ATSC adına xx.xx.2002-ci il tarixli, 28 nömrəli, JN-0849 (KOD ********) “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı qeydə alınmışdır. İddiaçı ATSC-nin mülkiyyət formasının dəyişməsi səbəbi ilə bazasında hüququ varislik prinsipi əsasında İddiaçı ASC yaradılmış, sonuncu xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq xx.xx.2004-cü il tarixdə VÖEN ilə vergi uçotuna alınmışdır.
49. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi qeyd olunmuşdur ki, “Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50.2-ci maddəsinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, kimlərə verilməsi qeyd olunmuşdur. Təqdim olunmuş JN-849 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na əsasən ayrılmış torpaq sahəsi həmin maddəyə əsasən Açıq Səhimdar Cəmiyyətləri üçün nəzərdə tutulmamışdır”. Odur ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir.
50. Həmçinin, cavabdeh orqan tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş etiraz ərizəsində imtinadan fərqli yeni əsaslar, yəni JN-849 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktına əsasən, ayrılmış 98.0 ha torpaq sahəsinin istifadə müddətinin bitməsi, eyni zamanda Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisindən İddiaçı ASC-yə ayrılmış 98.00 ha torpaq sahəsinin 8.12 ha hissəsindən halhazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadə etməsi və həmin hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid tikililərin mövcud olması qeyd edilmişdir.
51. Birinci instansiya məhkəməsindəki icraat zamanı əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 16 oktyabr 1984-cü il tarixli, 399 saylı qərarı ilə İddiaçı ASC-nin istifadəsinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixində 28 nömrə ilə qeydə alınmış (JN 849, KOD: ********) “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktında qeyd edilən torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən 42.84 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlara, dövlət mülkiyyətinə aid örüş sahəsinə, 55.16 ha hissəsi isə X10 Torpaqlarına düşür. Hal-hazırda “TEKUİS”-ə əsasən kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqdır və islahat uqodiyası təmiz örüş və meşə ilə örtülüdür. Həmçinin, iddiaçı tərəfindən naturada istifadə edilən torpaq sahəsi xx.xx.2002-ci il tarixli, 28 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktındakı cizgilər daxilində yerləşir. Təqdim edilən sənəd və göstərilən torpaq sahəsinin hüdudları daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid yaşayış, qeyriyaşayış binaları və iddiaçının özünə məxsus bir ədəd mişar daşından tikilmiş qeyri-yaşayış tikilisi mövcuddur. Hal-hazırda iddiaçı tərəfindən faktiki istifadə edilən və ya “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktında qeyd edilən torpaq sahəsinin kiçik bir hissəsi (təqribi 1.00 hektara qədər) Qaraçay çayının mühafizə zonasına düşür, üzərindən 10 KLVluq elektrik xətti keçir. Faktiki istifadə edilən və ya “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktında qeyd edilən torpaq sahəsi hər hansı digər şəxslərin adına qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəməyə sübut olaraq təqdim edilən rəy “TEKUİS” informasiya sisteminə və Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən hazırlanmışdır.
52. İddiaçı tərəf mütəxəssis rəyi ilə razılaşaraq, iddia tələbinin həcmini azaltmış və çayın mühafizə zonasını əhatə edən, eləcə də Müdafiə Nazirliyinə məxsus tikililərin yerləşdiyi torpaq sahələri istisna olunmaqla, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yerləşən 79,88 ha torpaq sahəsi üzərində cəmiyyətin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” ilə bağlı iddia tələbini dəqiqləşdirmişdir. Həmçinin mütəxəssis rəyi ilə müəyyən edilir ki, hal-hazırda “TEKUİS”-ə əsasən mübahisələndirilən torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqdır.
53. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktına əsasən, "xxxx" ATSC-nin istifadəsinə verilmiş torpaq sahəsinin 79,88 ha hissəsi üzərində istifadə hüquqlarının "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır.
54. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur.
56. Göründüyü kimi, qanunvericilikdə təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
57. Belə ki, iş materiallarından göründüyü kimi, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 nömrəli qərarı əsasında qeyd olunan 98 ha torpaq sahəsinə dair İddiaçı ATSC-nin adına verilmiş xx.xx.2002-ci il tarixli, 28 nömrəli, JN-0849 (KOD ********) “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən "xxxx" ASC-nin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır.
58. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin qeyd edilən qərarda torpaq sahəsinin daimi əsaslarla istifadəyə verildiyi qeyd edilmiş, dövlət aktında isə onun qüvvədə olma müddəti ümumiyyətlə göstərilməmişdir.
59. Məhkəmə kolleiyası qeyd edir ki, icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
60. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.
61. Məhkəmə kollegiyası bildirir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.
62. Məhkəmə kollegiyası cavabdehin imtinasına, iddiaya etirazına və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, dövlət torpaqlarının müvafiq məqsədlər üçün daimi istifadəyə verilməsi həm həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) həm də hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 50.2-ci maddəsində nəzərdə tutulmuşdur. Digər tərəfdən cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliliyini mübahisələndirməmiş, buna dair hər hansı sübutlar təqdim etməmiş, sadəcə formal əsaslarla müraciətin təminindən imtina etmişdir.
63. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının istifadə hüququnun qeyd alınmasını istədiyi 79,88 ha torpaq sahəsi üzərində onun istifadə hüququnun qeydə alınmasını istisna edən hallar mövcud deyil. Ona görə də məhkəmə kollegiyası, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir.
64. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməməli və bu iş üzrə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-3252/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.