Məhkəmə qərarları › İş №2-1(104)-586/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-586/2023

09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-586/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Tovuz rayonu Alakol bələdiyyəsi, X9, X24, X25, X10 və X18) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(114)-36/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-36/2021 saylı qərarı ilə (hakim A.İsgəndərova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Tovuz rayonu Alakol bələdiyyəsi, X9, X24, X25, X10 və X18) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 378,20 (üç yüz yetmiş səkkiz manat, iyirmi qəpik) manat xərcinin İddiaçı alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilməsi qərara alınmışdır. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(104)-40/2022 nömrəli qərarı ilə (hakimlər R.Z.Mamedov - sədrlik edən və məruzəçi, L.S.Süleymanov və İ.T.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 5 may 2021-ci il tarixli, 2-1(114)-36/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini, bu mümkün olmadıqda, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-926/2023 nömrəli qərarı ilə (hakimlər İ.K.Hüseynov (məruzəçi), N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(104)-40/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin iddianın təmin edilməsi tələbinə aid hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Alakol bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli qərarı, 16 avqust 2006-cı il tarixli şəhadətnamə aktı və eyni tarixli torpağın alğı-satqısına dair müqaviləsi ilə o Tovuz rayonu Alakol kəndində 0,08 ha torpaq sahəsinə sahibdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, bundan imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, koordinatlar düzgün gəlmir. Hesab edir ki, cavabdehin hərəkəti əsassızdır və onun üzərinə hüquqlarını dövlət qeydiyyatına almaq öhdəliyi qoyulmalıdır. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar əsassızdır. Belə ki, sözügedən qərar maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul olunduğu üçün tamamilə ləğv edilməlidir. Göz görə-görə ən azından üst-üstə düşən torpaqların ən azı 0,05 ha hissəsi onun mülkiyyətindədir. Qalanı da onun istifadəsindədir. Torpaq islahatı haqqında qanuna əsasən torpaq kimin istifadəsindədirsə torpaq ona verilməlidir deyə qeyd edilir. Ona görə də apellyasiya şikayəti təmin olunmalıdır. Eyni zamanda xx.xx.2019-cu il tarixdə Bələdiyyəlik və Nümayəndəlik tərəfindən tərtib olunmuş aktdada sözügedən torpaq sahələrinin üst-üstə düşməsi qeyd edilmişdir. Yəni onun torpaq sahəsi bələdiyyənin prespektiv torpaq sahəsindən vermişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş üçüncü şəxslər Tovuz rayonu Alakol bələdiyyəsi, X9, X24, X25, X10 və X18 məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmsını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X4 apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdilər və şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qərarının ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq göstərdi ki, bələdiyyə tərəfindən ona həyətyanı torpaq sahəsi kimi satılmış 0,08 ha torpaq sahəsinin bir hissəsi digər mülkiyyətçilərin torpaq sahəsi ilə üst-üstə düşsə də. 499 kv.m hissəsi kəndin yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan kəndin perspektiv inkişaf torpaqlarına aiddir ki, o, da həmin torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün almışdır və bələdiyyə tərəfindən ona satılmış 0,08 ha torpaq sahəsinin hazırda bələdiyyəni mülkiyyətində olan 499 kv.m hissəsinə hüququnun qeydiyyata alınmasına etiraz etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X22 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edəm proses iştirakçılarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək. Eləcə də kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, həmin şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır. İddiaçı iddia etdiyi 0,08 ha torpaq sahəsinin 105 kv.m-ə qədər hissəsi JN-794 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə və 179 kv.m-ə qədər hissəsi isə JN-781 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşdüyündən və həmin dövlət aktların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər – qərarlar qüvvədə olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan Tovuz rayon Alakol bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli məktubundan görünür ki, bələdiyyənin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı ilə Tovuz rayonunun Alakol kənd sakini İddiaçı Alakol bələdiyyəsinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Eyni tarixli digər qərarla onun qardaşı X2 da həmin ərazidə 0,08 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Hazırda hər iki torpaq sahəsi üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Torpaq sahələri başqa şəxslərin adına yüklü deyildir və buna görə də hələ də rəsmi sənədlərdə bələdiyyənin mülkiyyətində qalır. Torpaq sahələri üzərində başqa şəxslərə məxsus olan hər hansı tikili yoxdur. Torpaq sahələri ilə bağlı digər şəxslərə bələdiyyə tərəfindən hər hansı sənəd verilməmişdir və müvafiq icarə müqaviləsi bağlanılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi) xx.xx.2018-ci il tarixli, **********88 nömrəli məktubundan görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmış və qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, İddiaçı istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə İddiaçı istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən 0.03 hektar həyətyanı torpaq sahəsinin bir hissəsi digər şəxslərə məxsus JN 794 və JN 781 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktları ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlaka üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina olunur. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(62)- 1776-2014 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X5, X19 və X7 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-285/2015 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(62)-1776 nömrəli qətnaməsi cavabdeh X7 münasibətdə ləğv edilmiş, X6 vəfat etməsi və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməməsi əsasına görə ona münasibətdə iş üzrə icraata xitam verilmişdir. Həmin tarixli qətnamə ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(62)-1776 nömrəli qətnaməsi cavabdehlər X5 və X19 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(102)-4149 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-285/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Tovuz rayonu Alakol bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli, 08 nömrəli protokolundan çıxarışdan görünür ki, DT və XK Tovuz rayon şöbəsinin hazırladığı sənədlər (torpağın alğı-satqısına dair akt, şəhadətnamə aktı, sxematik plan, torpaq sahəsinin qaiməsi) və digər sənədlərə əsasən Alakol kənd sakini X3 həyətyanı məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan “Torpağın mülkiyyət hüququna dair” JN-0794, Kod 50303018 saylı dövlət aktından görünür ki, X23, X8 və X15 Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 30 saylı qərarı ilə 0,28 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0783, kod 50303018 nömrəli Dövlət aktının surətindən görünür ki, X21 və ailə üzvlərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,38 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 15/m-029 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı istifadəsi kimi təqdim etdiyi 783 kv.m torpaq sahəsi ƏMDX-nin elektron məlumat bazasında mövcud olan torpaq islahatına dair Alakol kəndinin kompleks yerquruluşu layihəsinə əsasən 499 kv.m-ə qədər hissəsi kəndin yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan kəndin perspektiv inkişaf torpaqları ilə, 105 kv.m-ə qədər hissəsi isə JN-794 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə və 179 kv m-ə qədər hissəsi isə JN-781 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşür. Lakin faktiki istifadə vəziyyətində JN-794 və JN-781 nömrəli Dövlət Aktlarında mülkiyyətçilər İddiaçı istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin qonşuluğunda başqa ərazidən istifadə edir. Kəndin həmin ərazisində Dövlət Aktlarında olan pay torpaq sahələri ilə mülkiyyətçilərin istifadə etdikləri torpaq sahələri arasında uyğunsuzluq mövcuddur. Rəyə əlavə edilmiş torpaq sahələrinin və üst-üstə düşən hissələrin yerləşmə sxemindən məlum olur ki, İddiaçı istifadəsi kimi təqdim edilən 783 kv.m torpaq sahəsinin 105 kv.m hissəsi 794 A nömrəli pay torpaq sahəsi, 179 kv.m hissəsi isə 781 nömrəli pay torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3121 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi Vüqar Musayevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı istifadəsi kimi təqdim etdiyi 783 kv.m torpaq sahəsi ƏMDX-nin elektron məlumat bazasında mövcud olan torpaq islahatına dair Alakol kəndinin kompleks yerquruluşu layihəsinə əsasən 499 kv.m-ə qədər hissəsi kəndin yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan kəndin prespektiv inkişaf torpaqları ilə, 105 kv.m-ə qədər hissəsi isə JN-794 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə və 179 kv.m- qədər hissəsi isə JN-781 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşür. Lakin faktiki istifadə vəziyyətində JN-794 və JN-781 nömrəli Dövlət Aktında mülkiyyətçilər İddiaçı istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin qonşuluğunda başqa ərazidən istifadə edilir. Əlavə olaraq bildirmək istəyirik ki, kəndin həmin ərazisində Dövlət Aktında olan pay torpaq sahələri ilə mülkiyyətçilərin istifadə etdikləri torpaq sahələri arasında uyğunsuzluq mövcuddur. İşin məhkəmə iclasında müəyyən olunan halları ondan ibarətdir ki, Tovuz rayonu Alakol bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli, 08 nömrəli protokolundan çıxarışdan məlum olur ki, DT və XK Tovuz rayon şöbəsinin hazırladığı sənədlər (torpağın alğısatqısına dair akt, şəhadətnamə aktı, sxematik plan, torpaq sahəsinin qaiməsi) və digər sənədlərə əsasən Alakol kənd sakini X3 həyətyanı məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi) xx.xx.2018-ci il tarixli, **********88 nömrəli məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılanda mütəxəssis rəyi alınmış və həmin rəydə göstərilmişdir ki, İddiaçı istifadəsi kimi təqdim etdiyi 783 kv.m torpaq sahəsi ƏMDX-nin elektron məlumat bazasında mövcud olan torpaq islahatına dair Alakol kəndinin kompleks yerquruluşu layihəsinə əsasən 499 kv.m-ə qədər hissəsi kəndin yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan kəndin perspektiv inkişaf torpaqları ilə, 105 kv.m-ə qədər hissəsi isə JN-794 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə və 179 kv m-ə qədər hissəsi isə JN-781 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşür. Lakin faktiki istifadə vəziyyətində JN-794 və JN-781 nömrəli Dövlət Aktlarında mülkiyyətçilər İddiaçı istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin qonşuluğunda başqa ərazidən istifadə edir. Kəndin həmin ərazisində Dövlət Aktlarında olan pay torpaq sahələri ilə mülkiyyətçilərin istifadə etdikləri torpaq sahələri arasında uyğunsuzluq mövcuddur. Rəyə əlavə edilmiş torpaq sahələrinin və üst-üstə düşən hissələrin yerləşmə sxemindən məlum olur ki, İddiaçı istifadəsi kimi təqdim edilən 783 kv.m torpaq sahəsinin 105 kv.m hissəsi 794 A nömrəli pay torpaq sahəsi, 179 kv.m hissəsi isə 781 nömrəli pay torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin əvvəlki redaksiyasında (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir) deyilirdi ki, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri (10.2.1.); torpaq sahəsinin planı və ölçüsü (10.2.2.); torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi (10.2.3.); dövlət rüsumunun ödənilməsi barədə sənəd (10.2.4.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin hallarından göründüyü kimi Tovuz rayon Alakol bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı ilə Tovuz rayonunun Alakol kənd sakini İddiaçı Alakol bələdiyyəsinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Lakin torpağın koordinatları müəyyən edilərkən iddiaçının faktiki istifadəsində olan 783 kv.m torpaq sahəsinin 499 kv.m hissəsinin kəndin yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan kəndin perspektiv inkişaf torpaqları ilə, 105 kv.m hissəsi JN-794 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə və 179 kv.m hissəsi isə JN-781 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh inzibati orqan da, mübahisələndirilən 0,08 ha torpaq sahəsinin yalnız bir hissəsinin JN 794 və JN 781 nömrəli dövlət aktları ilə üst-üstə düşməsinə baxmayaraq, iddiaçının müraciətinin təmin olunmasından torpaq sahəsinin bütün hissəsinə münasibətdə imtina etmiş, birinci instansiya məhkəməsi də eyni əsasla iddianı rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı satılmış 0,08 hektar həyətyanı torpaq sahəsinin 105 kv.m hissəsi JN-794 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə və 179 kv.m hissəsi isə JN-781 nömrəli Dövlət Aktında olan əkin məqsədilə xüsusi mülkiyyətə verilmiş pay torpaq sahəsi ilə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İddiaçı satılmış 0,08 hektar həyətyanı torpaq sahəsinin 499 kv.m hissəsi ilə bağlı isə məhkəmə kollegiyası hesab edir ki, həmin tirpaq sahəsi kəndin yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan kəndin perspektiv inkişaf torpaqlarında yerləşdiyindən həmin hissəyə dair hüquqların qeydiyyatından cavabdehin imtinası əsassız olmuşdur. Beləliklə də məhkəmə kollegiyası məhkəmə iclasında araşdırılmış sübutlar əsasında apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini tamamilə rədd etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək şikayətlə mübahisələndirilən qərar ləğv edilməli və iddia tələbi qismən təmin edilərək Tovuz rayonu Alakol bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı satılmış 0,08 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə düşən 499 kv.m hissəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmalı, həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-36/2021 saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Tovuz rayonu Alakol bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı satılmış 0,08 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə düşən 499 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınsın. Həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar