Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-587/2025 05.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrliyi və məruzəsi ilə), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(104)-587/2025 saylı qərardadında yol verilmiş yanlışlığın aradan qaldırılması məsələsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, RX ******* saylı çıxarışa əsasən və reyestr nömrəsi **********73 olan xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X1 Kəmərinin keçdiyi ərazinin üstüstə düşən 2851 kv.m hissəsinə görə cavabdehlə aralarında icarə müqaviləsinin bağlanmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-357/2023 nömrəli qərarı ilə (hakim Emin Axundov) iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-553/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-357/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndinin ərazisində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X1 Kəmərinin keçdiyi 2851 kv.m-ə qədər hissəsinə dair İddiaçı Mehdi oğlu ilə icarə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərarının ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş təkrar apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən də cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermək hüququnun olması bildirilmişdir. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli, 5-79/2-1039/2024 saylı məktub ünvanlayaraq Tovuz RİH tərəfindən prosessual müddət ötürülmədiyinə görə müvafiq sübutların təqdim edilməsi üçün apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 2-1(104)-85/2025 nömrəli qərardadı ilə apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməyərək, Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 21 iyun tarixli, 2-1(114)-714/2024 nömrəli qərardadından cavabdeh Tovuz Rayon Hakimiyyəti tərəfindən verilmiş şikayət mümkün sayılmayaraq şikayəti qəbul etməkdən imtina olunmuşdur. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1398/2025 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 2- 1(104)-85/2025 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(104)-587/2025 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərarından şikayət verilməsi üçün Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi və apellyasiya şikayətinin mümkün sayılması, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-714/2024 saylı qərarından Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(115)-738/2024 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi və baxılması üçün inzibati kollegiyaya verilməsi qərara alınmışdır. Sonradan müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-587/2025 saylı qərardadının giriş hissəsində yanlışlığa yol verilmişdir. Belə ki, məhkəmə həmin qərardadda yanlışlığa yol verərək qərardadın giriş hissəsində məhkəmə tərkibində olan hakim “Cavadova Günay İsmayıl qızı” səhvən “Cavadova Günay Azadəli oğlu” kimi yazılmışdır. Azərbaycan Respublikası İPM-in 76.1-ci maddəsinə əsasən, məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən məhkəmə qərarının mətninə düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 76.3.-ci maddəsinə əsasən məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İPM-in 76.1, 76.2, 68.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(104)-587/2025 saylı qərardadında yol verilmiş yanlışlıq düzəldilsin. Həmin qərardadın giriş hissəsində yazılmış “Cavadova Günay Azadəli oğlu” ifadəsi “Cavadova Günay İsmayıl qızı” “kimi oxunsun. Qərardaddan şikayət verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(104)-587/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-587/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver