Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-588/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Rzaquliyev Şamil Qəhrəman oğlu və Abdullayev Əlizamin Gürzalı oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(114)-981/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020- ci il tarixli, **********1231 nömrəli qərar ilə İddiaçı istifadəsində olan Betonzavoda operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yütirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” 003889 nömrəli, 30 yanvar 2020-ci il tarixli aktın surətindən görünür ki, Gəncə şəhər Polçt qutusu ünvanda İddiaçı məxsus ünvanda 5 nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb olunması müəyyən edilmişdir.
3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərar ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyətə cəlb edilmişdir.
4. xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli əmək müqavilələrindən görünür ki, Aslan Paşayev xx.xx.2019-cu il tarixdən, Zaməddin Abbasov isə xx.xx.2018-ci il tarixdən "xxxx" Kiçik Müəssisəsinin işçiləridirlər.
5. 20 iyun 2012-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin beton sexi İddiaçı icarəyə verilmişdir.
6. 11 yanvar 2023-cü il tarixdə kassasiya icraatı zamanı təqdim edilən izahatda X3 adlı şəxsi tanımadığını və işçisi olmadığını, oraya iş axtarmaq üçün getdiyini bildirmişdir.
7. 15 yanvar 2023-cü il tarixdə kassasiya icraatı zamanı təqdim edilən izahatda X12 "xxxx" KM-nin işçisi olduğunu bildirmişdir.
8. 19 yanvar 2023-cü il tarixdə kassasiya icraatı zamanı təqdim edilən izahatda X4 "xxxx" ASC ilə icarə müqaviləsi bağlayaraq işdədiklərini, "xxxx" KM-nin işçisi olduğunu, vergi əməkdaşları gələndə də beton hazırladıqlarını, ifadəsinin məhkəmədə düzgün bildirmədiyini qeyd etmişdir.
9. 20 yanvar 2023-cü il tarixdə kassasiya icraatı zamanı təqdim edilən izahatda X13 xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin direktoru Vidadi Novruzovla betonzavod adlı istehsal sahəsini icarəyə götürmək müqaviləsi bağladığını, xx.xx.2020-ci il tarixdə həmin sahədə təmizlik işləri görərkən özü vergi orqanı əməkdaşının onlara yaxınlaşaraq ad soyadını və VÖEN-i qeyd etdiyini, sonradan isə bunun İddiaçı işçisi kimi qeyd edilməsi üçün edildiyini bildirmişdir.
10. "xxxx" ASC-nin sədri X5 apellyasiya icraatı zamanı təqdim etdiyi 27 oktyabr 2023-cü il tarixli, 12 nömrəli məktubda qeyd edilmişdir ki, rəhbərlik etdiyi “ünvan 2 ünvanda yerləşən daş-qırma sexini müqavilə əsasında İddiaçı icarəyə vermişdir. İddiaçı 30 oktyabr 2019-cu il tarixdə fəaliyyətini dayandırdığı üçün bağlanmış müqaviləyə xitam verilməsini xahiş etmiş, o da icarə müqaviləsi ləğv etmişdir, qəbul edilən avadanlıqlar isə qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020- ci il tarixli, **********1974 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi 5 nəfər işçinin işləməsinə dair əmək müqaviləsinin qüvvəyə minməməsi ilə bağlı operativ vergi yoxlaması nəticəsində qərar qəbul etmişdir. Fəaliyyəti zamanı tərəfindən heç bir vaxt vergi qanunvericiliyinin tələblərini pozmamış, lakin əsassız olaraq cavabdeh tərəfindən onun barəsində maliyyə sanksiyası və vergi məsuliyyətinə cəlb olunması barədə operativ vergi yoxlamasına dair **********1974 saylı qərar və akt tərtib edilərək göndərilmişdir. Həmin qərar və akt özü-özlüyündə etibarsızdır. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdən aparılan bütün əməliyyatlar qanuni şəkildə icra olunmuş, istehsal sahəsində işləyən işçilərin hər biri ilə əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə əmək müqaviləsi bağlamış və onların məcburi dövlət ayırmaları müəyyən olunmuş qaydada icra olunmuşdur. Akta adı göstərilən X4 adlı şəxs "xxxx" kiçik müəssisinin işçisidir, X12 isə fiziki şəxs kimi fəaliyyət göstərir, həm də həmin vaxt "xxxx" kiçik müəssisinin işçisi olub. Aktda göstərilən adı yazılan 3 nəfəri isə ümumiyyətlə tanımır, onun işçiləri deyil. Vergi əməkdaşları iddiaçının icarəyə götürdüyü iş yerinə gələn zaman o, xəstə olduğu üçün evdə olmuş, həmin vaxt iş yerində heç bir iş getməmişdir. Vergi əməkdaşları onu evdən çağırtdırmışlar və o iş yerinə gələrək əməkdaşların təklifi ilə xəstə olduğu və qohumu Məhəmmədəli müəllimin dediyi üçün göstərdikləri bütün sənədlərə imza atmışdır, lakin sənədlər ağ olmuş, heç bir yazı yazılmamışdır. İddiaçı yalnız beton sexini icarəyə götürmüşdür, həmin sahədə bir neçə istehsal sahəsi var və ola bilsin ki, həmin işçilər qeyd olunan obyektlərin işçiləri olmuşlar. Faktiki olaraq iddiaçı işləməmişdir və aktda göstərilən adamlar onun işçiləri olmamış, həmin şəxslərin adları akt imzalandıqdan sonra yazılmışdır.
13. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" ASC özünə məxsus beton sexini İddiaçı icarəyə vermişdir. İddiaçı “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizəsi ilə sahəsi 10000 m2 olan Betonzavod vergi ödəyicisinin təsərrüfat subyekti kimi uçota alınmışdır. Göründüyü kimi həmin obyekt bütövlükdə İddiaçı tərəfindən icarəyə götürülmüşdür. İddiaçı isə iddia ərizəsində ancaq beton sexin icarəyə götürdüyünü, həmin sahədə bir neçə istehsal sahəsinin olduğunu qeyd etmişdir. İddiaçı təqdim etdiyi sadələşdirilmiş vergi hesabatlarına əsasən 2019-cu ilin 1-ci rübü üzrə 30000 manat, 2019-cu ilin 2-ci rübü üzrə 15000 manat, 2019-cu ilin 3-cü rübü üzrə 20600 manat, 2019-cu ilin 4-cü rübü üzrə 91800 manat dövriyyəsi olmuşdur. Lakin 2019-cu il üzrə İddiaçı tərəfindən təqdim olunmuş hesabatların muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması bölməsində işçi sayı göstərilməmişdir. Həmçinin, iddiaçının əmək müqaviləsi bildirişinin elektron bazasının məlumatlarından da görünür ki, operativ vergi nəzarətinin həyata keçirildiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə əmək müqaviləsi ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçisi olmamışdır. Əmək müqaviləsi bildirişinin elektron bazasında vergi ödəyicisinin, ümumiyyətlə, 2 nəfər işçisi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, ondan əvvəlki dövrlərdə heç bir işçi qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunanlardan da görünür ki, İddiaçı 2019-cu il üzrə cəmi 157400 manat dövriyyəsi olmuş, buna baxmayaraq heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. İddiaçı yoxlama dövründə heç bir işçisi olmadığını bildirsə də bəyannamədə qeyd edilən həcmdə dövriyyənin işçisiz həyata keçirilməsi mümkün deyil.
14. Gəncə İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(114)-981/2020 nömrəli qərarı (hakim F.Hüseynov) ilə iddia təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və digər sahibkarlar eyni xırdalayıcıdan növbə ilə istifadə edirlər və aktda adı olan şəxslərdən Aslan və Zaməddinin digər sahibkarla əmək müqaviləsi bağlaması onların iddiaçının işlərinə kömək göstərilmələrini istisna etmir və bu hal hüquq pozuntusu hesab edilə bilməz. Aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Belə ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hal isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Apellyasiya instansiyasında birinci icraat:
16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2-1(104)-779/2020 nömrəli qərarı (hakimlər A.Bayramov (sədrlik edən və məruzəçi), R.Mamedov və A.Hüseynzadə) ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
Kassasiya instansiyasında icraat:
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1023/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən Z.Quliyev, hakimlər S.Kərimov, R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2-1(104)-779/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Apellyasiya instansiyasında ikinci icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********1231 saylı, xx.xx.2020-ci il tarixli, “Operativ vergi nızarətinin keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi İddiaçı məxsus obyektdə operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən operativ vergi nəzarəti nəticəsində 5 nəfər fiziki şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Buna görə də, 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-981/2020 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Bu halda da X2 və X6 "xxxx" Kiçik Müəssisəsinin işçiləri olmaları faktı həmin şəxslərin İddiaçı məxsus betonzavodda hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini istisna etmir. Belə ki, Əmək Məcəlləsinin müvafiq normasına əsasən işçi həm əsas iş yerində, həm də əlavə iş yerində işləyə bilər və bu halda əlavə iş yerlərində də işçi ilə əmək müqaviləsi bağlanılmalıdır. Digər tərəfdən Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-ci bəndinə əsasən iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Operativ vergi nəzarəti aparıldığı zamanı da X2 və X6 İddiaçı məxsus istehsal sahəsində işləri (xidmətləri) yerinə yetirdiyi aşkar olunmuşdur. Sözügedən məhkəmə qərarında da X1 da qeyd edir ki, 2018-ci ildən "xxxx" Kiçik Müəssisəsində işləyir, qum-çınqıl qarışdırır, həm də Yaşarın işini görür. Bu hal bir daha sübut edir ki, həmin işçilər operativ vergi nəzarətinin həyata keçirildiyi vaxt İddiaçı işlərini yerinə yetirərkən vergi orqanının əməkdaşları tərəfindən aşkar edilmişdir. Bu səbəbdən də operativ vergi yoxlamasının nəticələri haqqında aktda haqlı olaraq həmin işçilər İddiaçı işçiləri kimi qeyd edilmişdir. X1 ifadəsində həmçinin qeyd edir ki, Yaşarın özünün işçiləri olmuş, onlar 2 ildir ki, işləyirlər. Lakin həmin işçilərlə əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Buradan da görünür ki, qeyd edilən tarixə iddiaçının rəsmi olaraq heç bir işçisi olmamış, həmin işçiləri də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir.xx.xx.2020-ci il tarixdə tərtib olunmuş sərbəst aktda qeyd edilir ki, İddiaçı, eyni zamanda işlərin yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxs heç bir səbəb göstərmədən izahat verməkdən imtina etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
22. Cavabadehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.
23. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, o, VÖEN hesabını 2019-2020-ci il tarixdən bağlamışdır. Hazırda fəaliyyət göstərmir, həmin işçilərlə isə əlaqəsi olmamışdır.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
43. Əmək müqaviləsinin məzmunu …….
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi);
49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. İşin hallarından müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********1231 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan Betonzavoda operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 5 nəfər fiziki şəxsin, yəni X6, X7, X8 və X2 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli, 003889 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyəyə cəlb edilmişdir.
30. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsində işə baxılarkən sübutların obyektiv qiymətləndirilməməsi və inzibati orqanın sübutlarına qiymət verilməməsini qeyd etmişdir.
31. Belə ki, inzibati orqan işçilərin eyni anda əsas və əvəzçilik üzrə işləyə bilmələrini, bu səbəbdən də digər müəssisə ilə əmək müqavilələrinin mövcud olduğu dəlilini irəli sürmüşdür.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə iddiaçının vergi ödəyicisi kimi fəaliyyətindən yaranan və onun tərəfindən pozuntulara yol verilməsinə əsaslanan qərarın ləğvi ilə bağlı irəli sürülən iddia tələbidir.
33. Qüvvədə olan vergi qanunvericiliyi birmənalı şəkildə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
34. Hazırki halda vergi orqanı həqiqətən operativ vergi nəzarəti zamanı şəxslərin müəssisədə əmək fəaliyyətini yerinə yetirmələrinin müəyyən olunduğunu bildirmiş, apellyasiya şikayətində həmin şəxslərin başqa müəssisədə işləməsinin vergi orqanın qərarının əsassızlığını doğurmasını mübahisələndirmişdir.
35. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır, lakin qohumluq əlaqəsi yoxdur. Həmin gün onu Vidadi Novruzov ora çağırmışdı və o, orada yerləşən tamet sexini müqavilə bağlayıb icarəyə götürməli idi. Dostu Elçini də özü ilə ora aparmışdı. 5-10 dəqiqə idi ki, həmin yerdə durmuşdular, verginin işçiləri girdi və onlardan soruşdurlar ki, burada işləyirsinizmi və burada nə işlər var?. Onlar sexi arendaya götürməyə gəldiklərini bildirdilər. Sonradan ad, soyad soruşdular, yazdılar və getdilər. Həmin vaxtı o, beton zavodda işləmirdi. 5-6 ay olar orada işləyir.Hazırda da İddiaçılə işləmir və həmin günü ora tamet sexini icarəyə götürməyə getmişdi, lakin pandemiya düşdü və iş alınmadı. O sexə gələndə İddiaçı orada yox idi, sonradan gəldi.
36. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X14 ifadəsində qeyd etmişdir ki, o, yükdaşıma işi ilə məşğuldur. Hazırda ölkə xaricinə şəxsi tırını idarə edir. İddiaçı tanımır. Məhkəmə tərəfindən göndərilən bildiriş 10 gün bundan qabaq gəldi, o də Gəraya zəng edərək Yaşarın adına ona məktub gəldiyini bildirdi. O, beton zavodda işləmir. Gəray Səfərov onun sinif yoldaşıdır və eyni kənddə yaşayırlar. Həmin gün ona zəng etdi ki, gəl zavoda apar, bəs o orada sex götürmüşdür. O da öz maşını ilə Gərayı ora apardı. Ümumiyyətlə həmin zavodun ona hər hansı bir aidiyyəti yoxdur. Həmin vaxtı o, Bakıda işləyirdi. O, zavodda birinci dəfə idi ki, olurdu. Həmin gün onlar izahat verməmişlər və onlara vergi işçiləri tərfindən izahat verilməsi təklif olunmamışdır. Dövlət işçiləri olduğu üçün adını və soyadını deyib, şəxsiyyət vəsiqəsini təqdim etmişdir.
37. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli əmək müqavilələrindən görünür ki, Aslan Paşayev xx.xx.2019-cu il tarixdən, Zaməddin Abbasov isə xx.xx.2018-ci il tarixdən "xxxx" Kiçik Müəssisəsinin işçiləridirlər.
38. 11 yanvar 2023-cü il tarixdə kassasiya icraatı zamanı təqdim edilən izahatda X3 adlı şəxsi tanımadığını və işçisi olmadığını, oraya iş axtarmaq üçün getdiyini bildirmişdir.
39. 15 yanvar 2023-cü il tarixdə kassasiya icraatı zamanı təqdim edilən izahatda X12 "xxxx" KM-nin işçisi olduğunu bildirmişdir.
40. 19 yanvar 2023-cü il tarixdə kassasiya icraatı zamanı təqdim edilən izahatda X4 "xxxx" ASC ilə icarə müqaviləsi bağlayaraq işdədiklərini, "xxxx" KM-nin işçisi olduğunu, vergi əməkdaşları gələndə də beton hazırladıqlarını, ifadəsinin məhkəmədə düzgün bildirmədiyini qeyd etmişdir.
41. "xxxx" ASC-nin sədri X5 apellyasiya icraatı zamanı təqdim etdiyi 27 oktyabr 2023-cü il tarixli, 12nömrəli məktubda qeyd edilmişdir ki, rəhbərlik etdiyi “ünvan 2 ünvanda yerləşən daş-qırma sexini müqavilə əsasında İddiaçı icarəyə vermişdir. İddiaçı 30 oktyabr 2019-cu il tarixdə fəaliyyətini dayandırdığı üçün bağlanmış müqaviləyə xitam verilməsini xahiş etmiş, o da icarə müqaviləsi ləğv etmişdir, qəbul edilən avadanlıqlar isə qaytarılmışdır.
42. Göründüyü kimi iddiaçı və digər sahibkarlar eyni xırdalayıcıdan növbə ilə istifadə edirlər və aktda adı olan şəxslərdən Aslan və Zaməddinin digər sahibkarla əmək müqaviləsi bağlaması onların iddiaçının işlərinə kömək göstərilmələrini istisna etmir və bu hal hüquq pozuntusu hesab edilə bilməz.
43. Aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Belə ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hal isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
44. Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyə edilsin ki, vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələrinin qorunmasına diqqətlə yanaşsınlar. Vergi yoxlanması zamanı – vergi münasibətlərində bilavasitə vergi ödəyicisinin özünün və ya onun nümayəndəsinin iştirak etməsi, onların vergi yoxlamasına dair aktın məzmununa yazılı izahatlarının aparılması, vergi yoxlamasının qanunvericiliyin tələblərinə tam uyğun aparılması, vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək və vergi borclarından azad edilməsi, vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün imkan verilməsi və bütövlükdə Vergi Məcəlləsinin tələblərinə əməl olunması məsələlərinə diqqət yetirsinlər. Məhkəmələrə izah edilsin ki, vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, lakin vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür (“Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 27 noyabr 2003-cü il tarixli qərarın 1,4,8-ci bəndləri).
45. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
46. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən inzibati aktı- qərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısada, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını sübut edə bilməmişdir.
47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunanlara əsasən dəyişdirilmədən qüvvədə salanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(114)-981/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Şamil Rzaquliyev, Əlizamin Abdullayev