Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-589/2025 10.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvanda yerləşən iddiaçıya məxsus yaşayış evinə dair təmir-tikinti işlərinin həyata keçirilməsinin təşkili vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-3581/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X4 zamanı erməni silahlı qüvvələri tərəfindən raket atılması nəticəsində Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Qırmızı bölgə, 135 ünvanda yerləşən fərdi yaşayış evinə dəyən zərərin aradan qaldırılmasının cavabdeh orqana həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X4 zamanı erməni silahlı qüvvələri tərəfindən raket atılması nəticəsində iddiaçının ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə xeyli ziyan dəymişdir. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları gəlib evinə dəymiş ziyan barədə Akt tərtib etmişlər. Həmin vaxt iddiaçıya 1000 manat stress pulu verilmişdir. Əməkdaşlar söz vermişlər ki, evi yaxın vaxtlarda təmir ediləcəkdir. Bundan bir müddət sonra iddiaçı evdə olmayanda tanımadığı şəxslər gəlib həyat yoldaşına ağ bir vərəqə qol çəkdirərək 500 manat pul vermişdir. İddiaçı dəfələrlə müraciət etsə də, onun evini təmir edən olmamışdır. Məcbur olub Gəncə şəhər prokurorluğuna müraciət etmiş, bundan sonra onların hesabına 2300 manat pul keçirmişlər. İddiaçı o zaman bu pulla heç bir təmir işi aparmaq mümkün olmamasını desə də, bunu hələlik verdiklərini, sonra dəymiş ziyan barədə smeta tutalacağını bildirmişlər. Bir müddətdən sonra iddiaçını çağırıb, təmir üçün 45000 manatlıq smeta tutulduğu bildirilmi, iddiaçı və ailəsi isə gedib razılıq ərizə vermişdir. Bundan xeyli müddət keçəndən sonra heç bir xəbər çıxmadığına görə iddiaçı cavabdeh orqana müraciət etmişdir. Oradan xx.xx.2025-ci il tarixdə göndərilən məktubda bildirilmişdir ki, fərdi yaşayış evində Dövlət Komissiyası tərəfindən tərtib edilmiş texniki baxış aktına əsasən nəzərdə tutulan işlər yekunlaşmış və tərəflərindən xx.xx.2021-ci il tarixində təhviltəslim aktı imzalanmışdır. Eyni zamanda bildirilmişdir ki, evə baxış zamanı tərəfindən qeyd edilən işlər təsdiq edilmiş layihə-smeta sənədlərində nəzərdə tutulmadığından onların icrası Komitənin səlahiyyəti xaricindədir. İddiaçı bildirir ki, cavabdehin əsaslandığı akt saxta tərtib edilmişdir. Akta o, imza etməmişdir. Həyat yoldaşının savadsızlığından istifadə edib boş vərəqə ona imza etdirmişlər. Akta heç bir möhür, ştamp vurulmamışdır. Aktı tərtib edib imza edənlərin heç vəzifələri də göstərilməmişdir. Hansı təşkilatın onu tərtib edib təsdiq etdiyini də bilmirlər. Akta görə guya onlara təmir üçün mal-material təhvil verilmişdir. Akta baxanda açıq-aydın görünür ki, materiallar sonradan akta əlavə edilmişdir. Əslində iddiaçılara indiyənədək bir taxta qırığı da verən olmamışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvanda yerləşən iddiaçıya məxsus yaşayış evinə dair təmir-tikinti işlərinin həyata keçirilməsinin təşkili vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3581/2025 nömrəli qərardadı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvanda yerləşən iddiaçıya məxsus yaşayış evinə dair təmir-tikinti işlərinin həyata keçirilməsinin təşkili vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3581/2025 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsi onun məhkəməyə verdiyi sübutları tam araşdırmamış, İcra Hakimiyyətində ona 45000 manat smeta tutulması faktını və həmin pulun ona veriləcəyi ilə əlaqədar notariusda ərizə verməyi və bankda hesab açdırdıqlarını və həmin hesaba pul köçürüləcəyi vədi etdikləri faktını araşdırmamışdır (Gəncə şəhər 2 saylı Notarius ofisində verdiyi xx.xx.2024-cü il tarixli ərizənin və Kapital Bankda açılan hesab kartının surətini Apellyasiya şikayətinə əlavə edir). Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3581 /2025 nömrəli qərardadının qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Gəncə İnzibati Məhkəməsinin qərardadında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən də Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki:- -İddiaçı xx.xx.1970-ci il tarixdə Göygöl rayonu, Pənahlılar kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Qırmızı bölgə, 135 ünvanda yaşayır. -Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 3859 nömrəli sərəncamı ilə Gəncə şəhər X2 xx.xx.1992-ci il tarixli, 21/70 nömrəli qərarına əsasən 3 nömrəli tikinti quraşdırma trestinə, X6 iştirakçılarına və 3 nömrəli rayonlararası təmir tikinti trestinə bağ yeri üçün 8,8 ha torpaq sahəsi ayrılmışdır. -Avtozavod ərazisində bağçılıq üçün 8,8 hektar birliyə ayrılmış torpaqların birliyin üzvlərinə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 3859 nömrəli protokolu əsasında 3 nömrəli Trestin Bağçılıq birliyinin xx.xx.1992-ci il tarixli 4 nömrəli protokoluna əsasən Avtozavod ərazisindən bağçılıq üçün birliyin üzvü X1 torpaq sahəsi bağ evi üçün ayrılmışdır. -“İnşaatçı” Bağçılıq Yoldaşlığın xx.xx.1994-cü il tarixli, 04/191 nömrəli arayışına əsasən iddiaçıya Gəncə şəhər İcra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 3859 nömrəli sərəncamına əsasən Avtozavod ərazisindən ona bağ yeri üçün sahə ayrılmışdır. -AZEMİS-dən çıxarışa əsasən (iş səh.9) iddiaçının atası X3 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. -xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 2001-ci ildə tikilmiş 1 mərtəbəli daşınmaz əmlaka dair X4 zamanı erməni silahlı qüvvələri tərəfindən ziyan vurulmuş fərdi yaşayış evi/çoxmənzilli binada mənzil/qeyriyaşayış sahəsi üzrə texniki baxış aktı tərtib edilmişdir. Texniki baxışın nəticələrinə görə 2 ədəd 09x2,1m ölçüdə taxta qapı təmir olunmalıdır, 3 m2 pəncərə şüşəsi yenilənməlidir, 2 ədəd 1,5x1,5m ölçüdə taxta pəncərənin təmirə ehtiyacı var. 34 m2 kraskasız lambirin yenilənməlidir. 32 m2 plastik poduqa yenilənməli, 32 m2 tavanın dikti təmir olunmalı və 32 m2 tavan üçün divar kağızı yenilənməlidir. 5 ədəd asbest şifer yenilənməli, dam hissədə su axıdan hissədə təmir olunmalıdır. Mətbəxdə 3 m2 çat olan hissə (divar) qaşınmalı, alçı suvaq olunmalı, 36 m2 emilsiya olunmalıdır. S/Q-da 2 ədəd kafel yenilənməlidir. Texniki baxış aktını Maliyyə Nazirliyi Aparatın İnventisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin rəisi Ədalət Əliyev, Gəncə ŞİH Memarlıq və tikinti şöbəsinin müdiri Elxan Məmmədov, Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Agentliyinin 20 saylı Regional Xəzinadarlıq İdarəsinin rəisi Rəşid Yusifov, Gəncə Şəhər Prokurorluğundan prokuror müavini Rəsul Həsənov, Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırılması və ünvan şöbəsinin texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun müdiri Elçin Hüseynov tərəfindən imzalanmış həmin aktı iddiaçının həyat yoldaşı Məmmədova Samirə, Şəhərsalma komitəsinin nümayəndəsi Ş.Əhmədov, “Azərdövlətlayihə” DBLİ-nin nümayəndəsi R.Mehtiyev də imzalamışdır. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin nümayəndəsi Eyvazov Mehralı, “Azərdövlətlayihə” DBLİnin nümayəndəsi Vəlizadə Ramiz, "xxxx" MMC-nin nümayəndəsi Hüseynov Cavid, İcra Hakimiyyətinin nümayəndəsi Cavadov Amil tərəfindən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir ki, iddiaçının “yay aylarında əsaslı təmir aparmasını nəzərdə tutması və malmaterialların ona təhvil verilərək özü tərəfindən təmir-bərpa işlərinin aparılması” barədə müraciəti əsasında ona aktda qeyd edilən mal-materiallar təhvil verilmişdir. Həmin aktdan görünür ki, iddiaçı tərəfin razılığı əsasında təmir işi bitmiş hesab olunmuş, bu barədə iddiaçının həyat yoldaşı imza atmışdır. - İddiaçı X4 zamanı erməni silahlı qüvvələri tərəfindən raket atılması nəticəsində Gəncə şəhəri, Avtozavod qəsəbəsi ünvandakı fərdi yaşayış evinə dəyən zərərin aradan qaldırılmasına dair xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. -Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-35/2-M-387-20-266/2025 nömrəli məktubunda bildirmişdir ki, sözügedən fərdi yaşayış evində Dövlət Komissiyası tərəfindən tərtib edilmiş texniki baxış aktına əsasən nəzərdə tutulan işlər yekunlaşmış və tərəfinizdən xx.xx.2021-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. Əlavə olaraq bildirilir ki, fərdi yaşayış evinizə baxış zamanı tərəfinizdən qeyd edilən işlər təsdiq edilmiş layihəsmeta sənədlərində nəzərdə tutulmadığından, onların icrası Komitənin səlahiyyətləri xaricindədir. -Məhkəmə sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli, 5-1/2-976/2025 nömrəli məktubunda bildirmişdir ki, “2020-ci il sentyabr ayının 27dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2292 nömrəli Sərəncamının təmin edilməsi ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli, 612s nömrəli Sərəncamı ilə Dövlət Komissiyasının işinin təşkil edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrupları yaradılmışdır. İşçi qrup tərəfindən Cavadxan qəsəbəsində yerləşən evə baxış keçirilərək ev sahibinin imzası ilə texniki baxış aktı (“təmir”kateqoriyası) tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 25s nömrəli Sərəncamı ilə 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Əlavə olaraq, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2343 №li Sərəncamına əsasən məişət əşyalarına dəymiş ziyanla bağlı 1000 manat məbləğində vəsaitin bank vasitəsilə vətəndaşa ödənilməsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təmin edilmişdir. -Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 5052/2025 nömrəli məktubunda bildirmişdir ki, 3 saylı Gəncə Ərazi İdarədinin arxiv və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Qırmızı bölgə, ev 135 ünvanı ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. -Məhkəmə sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli, 5-1/2-1403/2025 nömrəli məktubunda bildirmişdir ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2343 №li Sərəncamına əsasən məişət əşyalarına dəymiş ziyanla bağlı 1000 manat məbləğində vəsaitin vətəndaşlara ödənilməsi sistemləşdirilərək bank vasitəsilə həyata keçirilmişdir. Əlavə olaraq, “2020-ci il sentyabr ayının 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2292 nömrəli Sərəncamının təmin edilməsi ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli, 612s nömrəli Sərəncamı ilə Dövlət Komissiyasının işinin təşkil edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrupları yaradılmışdır. İşçi qrup tərəfindən Cavadxan qəsəbəsində yerləşən evə baxış keçirilərək ev sahibinin imzası ilə texniki baxış aktı (“təmir”kateqoriyası) tərtib edilmişdir. Yekun olaraq ev “Təmir” kateqoriyasına aid edilmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İşin halları ilə müəyyən olunur ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvanında yerləşən iddiaçıya məxsus yaşayış evinə ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli, 612S saylı sərəncamı ilə yaradılmış və tərkibinə aidiyyəti qurumların, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mühəndis-layihəçi mütəxəssislərinin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin daxil olduğu işçi qrup tərəfindən iddiaçının evinə baxış keçirilmiş və ev “təmir” kateqoriyasına aid edilməklə xx.xx.2021-ci il tarixli texniki baxış aktı tərtib edilmişdir. Texniki baxış aktının sonuncu səhifəsində iddiaçının arvadı Samirə Məmmədovanın adı qeyd edilməklə, sonuncu tərəfindən imzalanmışdır. Bundan sonra, tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda vətəndaşa dəymiş ziyanın aradan qaldırılması üçün smetada göstərilmiş mal-materiallar və əmək haqqı məbləğinin təhvil verilməsi, eləcə də vətəndaşın razılığı əsasında təmir işinin bitmiş hesab olunması qeyd edilməklə, aktın doğruluğu müvafiq şəxslərin imzaları ilə təsdiq edilmişdir. Həmin aktın “təhvil aldı” hissəsinin qarşısında, eləcə də aktın doğruluğunun imzalarla təsdiq edilən hissəsində “İddiaçı”nun adı qeyd edilsə də, imza iddiaçının arvadı Samirə Məmmədova tərəfindən icra edilmişdir. Hazırki iş üzrə iddiaçı həmin aktın saxta olduğunu, aktın onun tərəfindən imzalanmadığını, aktı tərtib edən şəxslərin onun arvadının savadsızlığından istifadə edərək akta qol çəkdirdiklərini, əslində onlara təmir üçün heç bir mal-material verilmədiyini, həmçinin onlara təmir üçün 45000 manatlıq smeta tutulması bildirilməsinə baxmayaraq həmin pulun onlara verilmədiyini əsas gətirərək məhkəməyə müraciət etmiş, Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvanda yerləşən ona məxsus yaşayış evinə dair təmir-tikinti işlərinin həyata keçirilməsinin təşkili vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının nəticəsi ilə razılaşmır. Belə ki, birinci məhkəməsi iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının özü tərəfindən əsaslı təmir aparılması üçün ona mal-materiallar cavabdeh və digər qurum tərəfindən təhvil verilmiş, iddiaçı həmin malmaterialların təhvil alınması və bununla təmir işinin bitmiş hesab olunması barədə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktla razılaşaraq imza atmışdır. Başqa sözlə, iddiaçının razılığı ilə həmin vaxt təmir işi bitmiş hesab olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan imtinası iddiaçının hüquqlarına birbaşa müdaxilə mövcud olmadığından hazırkı tələb üzrə mübahisə yoxdur. Kollegiya iddianın mümkünlük şərtləri ilə əlaqədar yuxarıda göstərilənlərə istinadən qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkün sayılmaması üçün konkret – iddia müddətinin ötürülməsi, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcud olmaması, Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməməsi, inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin konkret hüquqlarının deyil, güman və ehtimal edilən hüquqlarının və qanunla qorunan maraqlarının pozulması nəticəsində iddianın qaldırılması kimi hallar mövcud olmalıdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə tərəflər arasında qaldırılan məsələ ilə bağlı mübahisə yoxdur. Hazırkı işdə isə mübahisənin olması açıq-aşkar görünür. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının özü tərəfindən əsaslı təmir aparılması üçün ona mal-materialların cavabdeh və digər qurum tərəfindən təhvil verilməsini, iddiaçının həmin mal-materialları təhvil alınmasını və bununla təmir işinin bitmiş hesab olunması barədə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktla razılaşaraq imza atmasını onun maraqlarının cavabdeh tərəfindən pozulmaması və hazırkı tələb üzrə mübahisənin olmaması kimi qiymətləndirməklə iddianın mümkün sayılmamasına əsas hesab etsə də, nəzərə almamışdır ki, hazırki iddia ilə məhz qeyd olunan hallar mübahisələndirildirilir, bu isə iddia tələbinə mahiyyəti üzrə baxılaraq müvafiq qərarın qəbul edilməsini zəruri edir. Belə olan halda qiymət verilməli olan məsələ Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvanda yerləşən iddiaçıya məxsus yaşayış evinin smeta dəyərinin cavabdeh tərəfindən düzgün müəyyən olunub-olunmaması, aktda qeyd edildiyi kimi təmir üçün malmaterialların və təmir üçün əmək haqqı məbləğinin ona verilib-verilməməsi, ümumiyyətlə həmin ev üçün iddiaçının dediyi kimi 45000 manatlıq smeta tutulub-tutulmamasının yoxlanılmasından ibarət olacaqdır. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, məhkəmə iddiaçının tələbinin mahiyyətini təşkil edən halların araşdırılması nəticəsində iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki, sözügedən məsələ iddianın mümkünlüyünün yoxlanılması prosesində həll edilməli bir məsələ deyildir. Belə ki, sözügedən amillər işə mahiyyəti üzrə baxıldıqda araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq ona müvafiq hüquqi qiymət verilərək yekun məhkəmə aktı qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3581/2025 nömrəli qərardadı ləğv edilsin. İş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-589/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-589/2025
10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver