Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-59/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-308/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2004-cü il tarixdə ********** VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə Şahid1 tərəfindən 20.000 manat məbləğində avans ödənişi, xx.xx.2021-ci il tarixdə Şahid2 MMC tərəfindən 23.800 manat avans ödənişi iddiaçının subhesabına köçürülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra mətndə - cavabdeh) xx.xx.2022-ci il tarixli, **********690200 nömrəli qərarına əsasən, 2021-ci ilin oktyabr ayı hesabat dövrü üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması üzrə 18.593,56 manat məbləğində əlavə vergi hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********308400 nömrəli qərarına əsasən 2021-ci ilin avqust ayı hesabat dövrü üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması üzrə 23.800 manat məbləğində əlavə vergi hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2022-ci il tarixdə (müvafiq poçt xidmətinə təqdim etmişdir) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********690200 və **********308400 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, hazırda fəaliyyətini dayandırmışdır. xx.xx.2021-ci il tarixdə fərdi sahibkar Şahid1 tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 20.000 manat ƏDV məbləği, xx.xx.2021-ci il tarixdə isə Şahid2 MMC tərəfindən 23.800 manat ƏDV məbləği ödənilmişdir. Qeyd olunan proses vergi orqanı tərəfindən vergi tutulan əməliyyat kimi qiymətləndirilmiş və cavabdehin xx.xx.2022-ci il tarixli, **********690200 nömrəli qərarına əsasən, 2021-ci ilin oktyabr ayı üzrə 18.593,56 manat ƏDV və xx.xx.2022-ci il tarixli, **********308400 nömrəli qərarına əsasən 2021-ci ilin avqust ayı üzrə 23.800 ƏDV məbləği hesablanmışdır. İlk növbədə, iddiaçı ilə fərdi sahibkar Şahid1 və Şahid2 MMC arasında hər hansı vergi tutulan əməliyyat baş verməmiş, sonuncuya mal, iş, xidmət təqdim olunmamışdır. Təsadüfi deyildir ki, qeyd olunan dövr üzrə bank hesabına da hər hansı vəsait daxil olmamışdır. Mübahisə predmeti olan pul vəsaiti yanlışlıqda onun hesabına ödənilmiş və dövlət büdcəsinə olan vergi borcuna silinmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisələndirilən qərarların qəbul edilməsilə nəticələnən inzibati icraat düzgün aparılmamış və inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prosessual qaydalara əməl edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə 2021-ci ilin avqust və oktyabr ayları üzrə vergi bəyannamələri təqdim edilmiş, lakin inzibati orqan həmin bəyannamələr üzrə çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı iddiaçıdan əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı iştirakı olmadan aparmış və nəticədə bəyannamələri qəbul etməyərək mübahisələndirilən qərarları qəbul etmişdir. Cavabdeh iddia tələbinə dair xx.xx.2022-ci il tarixli, **********824800 nömrəli etirazını təqdim etmişdir. Etirazında bildirir ki, kameral vergi yoxlaması zamanı təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0,00 manat məbləğ, hesabat dövrü ərzində vergi ödəyicisinin ƏDV depozit hesabına 23.800,0 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 132 222,22 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 23.800,00 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 132.222,22 manat məbləğdən 132.222,22 manat az göstərilməsi müəyyən edilmişdir. Bundan əlavə kameral vergi yoxlaması zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 43800,0 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1406,44 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 42.393,56 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********325200 nömrəli və xx.xx.2021-ci il tarixli **********580300 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat məktubunun təqdim olunmasına baxmayaraq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 377-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin avqust ayı üçün 23800,0 manat, 2021-ci ilin oktyabr ayı üçün 18593,56 manat hesablama aparılmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********165300 nömrəli və xx.xx.2022-ci il tarixli **********423400 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı həmin qərarlardan yuxarı vergi orqanına şikayət vermiş, Dövlət Vergi Xidmətinin **********424200 nömrəli xx.xx.2022- ci il tarixli qərarı ilə vergi ödəyicisinin şikayəti təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən həmin dövrlər üzrə 0 göstərici ilə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. Həmin bəyannamələr üzrə kameral vergi yoxlaması keçirilən zaman bir sıra kənarlaşmalar yaranmış, bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********692000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, yaranmış uyğunsuzluqların aradan qaldırılaraq həmin dövrlər üzrə dəqiqləşmiş hesabatların vergi orqanına təqdim olunması ondan tələb olunmuşdur. Lakin vergi ödəyicisi həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim etməmişdir. Bu səbəbdən də vergi ödəyicisinin 2021-ci ilin avqust və oktyabr ayı üzrə ƏDV-si yenidən hesablanaraq vergi ödəyicisinin hazırda mübahisələndirdiyi qərarlar qəbul edilmişdir. İddiaçı ərizəsində onunla fərdi sahibkar Şahid1 və "xxxx" MMC arasında hər hansı vergi tutulan əməliyyatın baş vermədiyini, onlara onun tərəfindən mal, iş, xidmət təqdim olunmadığını, həmin dövr üzrə bank hesabına da hər hansı vəsaitin daxil olmadığını, mübahisə predmeti olan pul vəsaitinin yanlışlıqla onun hesabına ödənildiyini və dövlət büdəsinə olan vergi borcuna silindiyini qeyd edir. İddiaçının qeyd etdikləri ilə razılaşmayaraq bildiririk ki, iddiaçının şikayəti üzrə inzibati icraat aparılan zaman İddiaçı nümayəndəsi-mühasibi X3 araşdırmaya izahat təqdim etmiş, həmin izahatda qeyd olunan əməliyyatların aparıldığını qəbul etmişdir (qarşı tərəflərin, yəni Şahid1 və "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında vəsait olduğu üçün ƏDV məbləğlərinin ödənildiyini, sonradan fərdi sahibkara kameral vergi yoxlaması ilə hesablama aparıldığı üçün borc yarandığını, bank hesablarında sərəncam olduğu üçün əsas məbləğlərin ödənilməsinin təxirə salındığını, hesablanmış vergi məbləğləri ləğv edildikdən sonra əsas məbləğlərin qarşı tərəflərdən ödenilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir). Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq təqdim olunmuş izahatda vergi ödəyicisinin nümayəndəsi əməliyyatların həyata keçirildiyini qəbul etmiş, malların dəyərinin bank hesabı ilə ödənilmədiyinin səbəbini hesablarda olan sərəncamlarla və o sərəncamların kameral vergi yoxlaması nəticəsində yaranmış borcla əlaqələndirmişdir. Halbuki iddiaçıya kameral vergi yoxlaması ilə hesablanmış borc məbləği qeyd olunan məbləğlərlə bağlı olmuşdur. İddiaçı iddia ərizəsində həmçinin mübahisələndirilən qərarların qəbul edilməsi ilə nəticələnən inzibati icraatın düzgün aparılmadığını, inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prosessual qaydaya əməl edilmədiyini, tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin avqust və oktyabr ayları üzrə vergi bəyannamsənin təqdim edildiyi, lakin inzibati orqanın həmin bəyannamələr üzrə hansı çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı ondan əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı onun iştirakı olmadan apardığını qeyd edir. İddiaçının bu dəlili ilə bağlı cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il avqust və oktyabr ayları ƏDV üzrə dəqiqləşmiş hesabatlar təqdim edilmişdir. Həmin hesabatların kameral qaydada yoxlanılması zamanı hesabatlarda uyğunsuzluqlar müəyyən olunmuş və bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********692000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, vergi ödəyicisinin təqdim etdiyi 2021-ci il avqust ayı ƏDV bəyannaməsində, eləcə də 2021-ci ilin oktyabr ƏDV bəyannaməsində mövcud olan problemlər qeyd olunmuş, təqdim olunmuş bəyannamələr üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuş, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinin yenidən hesablalamaq hüququnun olduğu vergi ödəyicisinin diqqətinə çatdırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-308/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablabması barədə» xx.xx.2022-ci il tarixli **********690200 və **********308400 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ƏDV depozit hesabına Şahid1 tərəfindən 20.000 manat, xx.xx.2021-ci il tarixdə isə Şahid2 MMC tərəfindən 23.800 manat ödənilmişdir. Həmin məbləğlər 2021-ci ildə iddiaçı tərəfindən təqdim edilən bəyannamələrdə əks olunmamış, bu səbəbdən əlavə kameral vergi yoxlaması zamanı iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********325200 nömrəli və xx.xx.2021-ci il tarixli **********580300 nömrəli məktub göndərilmiş, lakin təsdiqedici sənədlər təqdim edilmədiyi üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin avqust ayı üçün 23.800 manat, 2021-ci ilin oktyabr ayı üçün 18.593,56 manat hesablama aparılmış Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablabması barədə» xx.xx.2021-ci il tarixli, **********165300 nömrəli və xx.xx.2022-ci il tarixli, **********423400 nömrəli qərarlar qəbul olunmuşdur. Həmin qərarlardan verilmiş şikayət üzrə inzibati araşdırma zamanı yaranmış kənarlaşmaların Şahid1 və Şahid2 MMC ilə əlaqədar olması, fərdi sahibkarın ƏDV-nin sub-uçot hesabına qeyd edilən ƏDV məbləğlərinin ödənildiyi, lakin bankda olan hesablaşma hesablarının araşdırılması zamanı qeyd olunan məbləğlərinin əsas məbləğlərinin ödənilmədiyi müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin **********424200 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin şikayəti təmin edilməmişdir. xx.xx.2022- ci il tarixdə iddiaçı həmin dövrlər üzrə 0 göstərici ilə dəqiqləşdirilmiş bəyannamələr təqdim etmiş, həmin bəyannamələr üzrə kameral vergi yoxlaması keçirilən zaman bir sıra kənarlaşmalar yaranmış, bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********692000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, yaranmış uyğunsuzluqların aradan qaldırılaraq həmin dövrlər üzrə dəqiqləşmiş hesabatların vergi orqanına təqdim olunması ondan tələb olunmuşdur. Lakin vergi ödəyicisi həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim etməmişdir. Bu səbəbdən də vergi ödəyicisinin 2021-ci ilin avqust və oktyabr ayı üzrə ƏDV-si yenidən hesablanaraq vergi ödəyicisi tərəfindən hazırda mübahisələndirdiyi qərarlar qəbul edilmişdir. Həmçinin o da, qeyd olunmalıdır ki, iddiaçının şikayəti üzrə aparılmış icraat aparılan zamanı iddiaçının mühasibi X3 izahatında qeyd olunan əməliyyatların aparıldığını qəbul etmiş, Şahid1 və "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında vəsait olduğu üçün ƏDV məbləğlərinin ödənildiyini, sonradan fərdi sahibkara kameral vergi yoxlaması ilə hesablama aparıldığı üçün borc yarandığını, bank hesablarında sərəncam olduğu üçün əsas məbləğlərin ödənilməsinin təxirə salındığını, hesablanmış vergi məbləğləri ləğv edildikdən sonra əsas məbləğlərin qarşı tərəflərdən ödənilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər aralarında hər hansı vergi tutulan əməliyyat olarsa bu ilk növbədə elektron qaimə ilə rəsmiləşdirilməli, yəni tərəfindən Şahid1 və "xxxx" MMC-yə portal vasitəsilə elektron qaimə göndərilməli həmin elektron qaimə Şahid1 və "xxxx" MMC tərəfindən təsdiq edilməli və elektron qaimədə göstərilən ƏDV məbləği müvafiq qaydada ona məxsus ƏDV depozit hesabına, malların ƏDV-siz dəyəri isə ona məxsus bank hesabına ödənilməli idi. Lakin sözügedən vergi ödəyiciləri ilə aralarında hər hansı vergi tutulan əməliyyat aparılmamış, elektron qaimə tərtib olunmamış, malların ƏDV-si dəyəri ödənilməmişdir. Hətta tərəflər arasında vergi tutulan əməliyyat aparılmış olsa belə malların ƏDV-siz dəyərinin ödənilməməsi Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinin tələbləri baxımından vergi orqanına ƏDV hesablamaq imkanı vermir. Buna baxmayaraq məhkəmə qanunvericilik normalarının tələblərini nəzərə almamış və iş üzrə yalnış qərar qəbul etmişdir. İddiaçı nümayəndəsinin izahatına münasibətdə bildirmək istəyir ki, həmin şəxs müəyyən dövr üçün İddiaçı mühasibatlıq xidməti göstərmiş, kameral qaydada hesablanmış vergi məbləğlərinin silinməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmiş və İddiaçılə Şahid1 və "xxxx" MMC arasında əməliyyatların aparılıbaparılmamasından xəbərdar olmadan yalnışlıqla əməliyyatların aparılması ilə bağlı izahat vermişdir. İddiaçılə Şahid1 və "xxxx" MMC arasında vergi tutulan əməliyyatların İddiaçı nümayəndəsi tərəfindən etiraf edilməsi barədə nümayəndənin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilməməlidir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd ola bilər. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan nümayəndənin izahatı məhkəmə üçün yetərli hesab edilməməli həmin izahatın işin materialları ilə təsdiqini tapıb-tapmaması aydınlaşdırılmalı idi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayətinə dair etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, apelyasiya şikayəti ilə bağlı bildirmək istəyir ki, iddiaçının şikayəti üzrə inzibati icraat aparılan zaman İddiaçı nümayəndəsi-mühasibi X3 araşdırmaya izahat təqdim etmiş, həmin izahatda qeyd olunan əməliyyatların aparıldığını qəbul etmişdir (qarşı tərəflərin, yəni Şahid1 və "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında vəsait olduğu üçün ƏDV məbləğlərinin ödənildiyini, sonradan fərdi sahibkara kameral vergi yoxlaması ilə hesablama aparıldığı üçün borc yarandığını, bank hesablarında sərəncam olduğu üçün əsas məbləğlərin ödənilməsinin təxirə salındığını, hesablanmış vergi məbləğləri ləğv edildikdən sonra əsas məbləğlərin qarşı tərəflərdən ödənilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir). Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq təqdim olunmuş izahatda vergi ödəyicisinin nümayəndəsi əməliyyatların həyata keçirildiyini qəbul etmiş, malların dəyərinin bank hesabı ilə ödənilmədiyinin səbəbini hesablarda olan sərəncamlarla və o sərəncamların kameral vergi yoxlaması nəticəsində yaranmış borcla əlaqələndirmişdir. Halbuki iddiaçıya kameral vergi yoxlaması ilə hesablanmış borc məbləği qeyd olunan məbləğlərlə bağlı olmuşdur. İddiaçının digər bir dəlili İddiaçı nümayəndəsinin izahatı ilə bağlıdır. Belə ki, həmin şəxs müəyyən dövr üçün İddiaçı mühasibatlıq xidməti göstərmiş, kameral qaydada hesablanmış vergi məbləğlərinin silinməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmiş və İddiaçılə Şahid1 və "xxxx" MMC arasında əməliyyatların aparılıb-aparılmamasından xəbərdar olmadan yalnışlıqla əməliyyatların aparılması ilə bağlı izahat vermişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair" 9 sentyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, vergiləri ödəməkdən yayınan şəxs qanunvericiliklə üzərinə vergiləri ödəmək vəzifəsi qoyulmuş subyekt, yəni vergi qanunvericiliyində anlayışı verilmiş fiziki şəxs və ya hüquqi şəxsin vergi öhdəliklərini faktiki yerinə yetirən şəxsi də ola bilər. Bu cinayətin subyektləri sırasına vergi və ya məcburi dövlət sosial sığorta haqları ödəyicisi olan fiziki şəxsləri, habelə hüquqi şəxslərin məsul işçilərini, yəni rəhbərini, baş mühasibini, eləcə də qanunvericiliklə və ya əmək müqaviləsi ilə mühasibat sənədlərinin tərtib edilməsi və rəsmiləşdirilməsi, müəssisənin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsi həvalə edilmiş digər şəxslərini də aid etmək olar. Göründüyü kimi mühasib heç də təsadüfi şəxs deyil, müəssisənin işlərindən məlumatlı səlahiyyətli şəxsdir. Belə ki, X3 araşdırmaya izahat təqdim etmiş, həmin izahatda qeyd olunan əməliyyatların aparıldığını qəbul etmişdir (qarşı tərəflərin, yəni Şahid1 və "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında vəsait olduğu üçün ƏDV məbləğlərinin ödənildiyini, sonradan fərdi sahibkara kameral vergi yoxlaması ilə hesablama aparıldığı üçün borc yarandığını, bank hesablarında sərəncam olduğu üçün əsas məbləğlərin ödənilməsinin təxirə salındığını, hesablanmış vergi məbləğləri ləğv edildikdən sonra əsas məbləğlərin qarşı tərəflərdən ödənilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir). Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq təqdim olunmuş izahatda vergi ödəyicisinin nümayəndəsi əməliyyatların həyata keçirildiyini qəbul etmiş, malların dəyərinin bank hesabı ilə ödənilmədiyinin səbəbini hesablarda olan sərəncamlarla və o sərəncamların kameral vergi yoxlaması nəticəsində yaranmış borcla əlaqələndirmişdir. Halbuki iddiaçıya kameral vergi yoxlaması ilə hesablanmış borc məbləği qeyd olunan məbləğlərlə bağlı olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsi üçün əsas təşkil etmədiyini qeyd edərək, hesab edir ki, iddiaçının iddiası təmin olunmamalıdır. Kameral vergi yoxlaması zamanı təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0,00 manat məbləğ, hesabat dövrü ərzində vergi ödəyicisinin ƏDV depozit hesabına 23800,0 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 132 222,22 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 23800,00 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 132 222,22 manat məbləğdən 132 222,22 manat az göstərilməsi müəyyən edilmişdir. Bundan əlavə kameral vergi yoxlaması zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 43800,0 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1406,44 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 42 393,56 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********325200 nömrəli və xx.xx.2021-ci il tarixli **********580300 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat məktubunun təqdim olunmasına baxmayaraq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin avqust ayı üçün 23800,0 manat, 2021-ci ilin oktyabr ayı üçün 18593,56 manat hesablama aparılmış və "Vergilərin, sosial sığorta və İşsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********165300 nömrəli və xx.xx.2022-ci il tarixli **********423400 nömrəli qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı həmin qərarlardan yuxarı vergi orqanına şikayət vermiş, Dövlət Vergi Xidmətinin **********424200 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin şikayəti təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən həmin dövrlər üzrə 0 göstərici ilə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. Həmin bəyannamələr üzrə kameral vergi yoxlaması keçirilən zaman bir sıra kənarlaşmalar yaranmış, bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********692000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, yaranmış uyğunsuzluqların aradan qaldırılaraq həmin dövrlər üzrə dəqiqləşmiş hesabatların vergi orqanına təqdim olunması ondan tələb olunmuşdur. Lakin vergi ödəyicisi həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim etməmişdir. Bu səbəbdən də vergi ödəyicisinin 2021-ci ilin avqust və oktyabr ayı üzrə ƏDV-si yenidən hesablanaraq vergi ödəyicisinin hazırda mübahisələndirdiyi qərarlar qəbul edilmişdir. İddiaçı ərizəsində onunla fərdi sahibkar Şahid1 və "xxxx" MMC arasında hər hansı vergi tutulan əməliyyatın baş vermədiyini, onlara onun tərəfindən mal, iş, xidmət təqdim olunmadığını, həmin dövr üzrə bank hesabına da hər hansı vəsaitin daxil olmadığını, mübahisə predmeti olan pul vəsaitinin yanlışlıqla onun hesabına ödənildiyini və dövlət büdəsinə olan vergi borcuna silindiyini qeyd edir. İddiaçının qeyd etdikləri ilə razılaşmayaraq bildirirlər ki, iddiaçının şikayəti üzrə inzibati icraat aparılan zaman İddiaçı nümayəndəsi-mühasibi X3 araşdırmaya izahat təqdim etmiş, həmin izahatda qeyd olunan əməliyyatların aparıldığını qəbul etmişdir (qarşı tərəflərin, yəni Şahid1 və "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında vəsait olduğu üçün ƏDV məbləğlərinin ödənildiyini, sonradan fərdi sahibkara kameral vergi yoxlaması ilə hesablama aparıldığı üçün borc yarandığını, bank hesablarında sərəncam olduğu üçün əsas məbləğlərin ödənilməsinin təxirə salındığını, hesablanmış vergi məbləğləri ləğv edildikdən sonra əsas məbləğlərin qarşı tərəflərdən ödənilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir). Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq təqdim olunmuş izahatda vergi ödəyicisinin nümayəndəsi əməliyyatların həyata keçirildiyini qəbul etmiş, malların dəyərinin bank hesabı ilə ödənilmədiyinin səbəbini hesablarda olan sərəncamlarla və o sərəncamların kameral vergi yoxlaması nəticəsində yaranmış borcla əlaqələndirmişdir. Halbuki iddiaçıya kameral vergi yoxlaması ilə hesablanmış borc məbləği qeyd olunan məbləğlərlə bağlı olmuşdur. İddiaçı iddia ərizəsində həmçinin mübahisələndirilən qərarların qəbul edilməsi ilə nəticələnən inzibati icraatın düzgün aparılmadığını, inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prosessual qaydaya əməl edilmədiyini, tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin avqust və oktyabr ayları üzrə vergi bəyannaməsinin təqdim edildiyi, lakin inzibati orqanın həmin bəyannamələr üzrə hansı çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı ondan əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı onun iştirakı olmadan apardığını qeyd edir. İddiaçının bu dəlili ilə bağlı cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il avqust və oktyabr ayları ƏDV üzrə dəqiqləşmiş hesabatlar təqdim edilmişdir. Həmin hesabatların kameral qaydada yoxlanılması zamanı hesabatlarda uyğunsuzluqlar müəyyən olunmuş və bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********692000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, vergi ödəyicisinin təqdim etdiyi 2021-ci il avqust ayı ƏDV bəyannaməsində, eləcə də 2021-ci ilin oktyabr ƏDV bəyannaməsində mövcud olan problemlər qeyd olunmuş, təqdim olunmuş bəyannamələr üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuş, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinin yenidən hesablamamaq hüququnun olduğu vergi ödəyicisinin diqqətinə çatdırılmışdır. İddiaçı və iddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicis i kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək: 16.1.11-6.1. ödəniş xidməti təchizatçıları tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 16.1.11-6.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi; 16.1.11-6.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə; Maddə 23.1.1. Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 64. Əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78.1 Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Maddə 78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; vergi yoxlaması materiallarına; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.2. Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. 166.3. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) sayılır.[940] 166.4. Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir: 166.4.1. mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt; 166.4.2. mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt. 166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır. 166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. “İnzibati icraat haqqında” Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İddia tələbini rədd edən birinci instasniya məhkəməsi qeyd etmişdir ki, iddiaçının şikayəti üzrə aparılmış icraat aparılan zamanı iddiaçının mühasibi X3 izahatında qeyd olunan əməliyyatların aparıldığını qəbul etmiş, Şahid1 və "xxxx" MMC-nin ƏDV subuçot hesabında vəsait olduğu üçün ƏDV məbləğlərinin ödənildiyini, sonradan fərdi sahibkara kameral vergi yoxlaması ilə hesablama aparıldığı üçün borc yarandığını, bank hesablarında sərəncam olduğu üçün əsas məbləğlərin ödənilməsinin təxirə salındığını, hesablanmış vergi məbləğləri ləğv edildikdən sonra əsas məbləğlərin qarşı tərəflərdən ödenilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. inzibati orqanın qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyilə razılaşmır və belə mövqeyi əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ƏDV depozit hesabına xx.xx.2021ci il tarixdə Şahid1 tərəfindən 20.000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə isə Şahid2 MMC tərəfindən 23.800 manat məbləğində vəsait ödənilmişdir. Vergi orqanı iddiaçı tərəfindən 2021-ci il üzrə təqdim edilən bəyanmalərdə əks olunmadığından keçirilmiş əlavə kameral yoxlaması zamanı İddiaçı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********325200 nömrəli və xx.xx.2021-ci il tarixli **********580300 nömrəli məktub göndərilmiş, lakin tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin avqust ayı üçün 23.800 manat, 2021-ci ilin oktyabr ayı üçün 18.593,56 manat hesablama aparılmış “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablabması barədə” xx.xx.2021-ci il tarixli, **********165300 nömrəli və xx.xx.2022-ci il tarixli, **********423400 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı qeyd olunan qərarlardan inzibati qaydada şikayət vermiş və Dövlət Vergi Xidmətinin **********424200 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin şikayəti təmin edilməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə iddiaçı həmin dövrlər üzrə 0 göstərici ilə dəqiqləşdirilmiş bəyannamələr təqdim etmiş, həmin bəyannamələr üzrə kameral vergi yoxlaması keçirilən zaman bir sıra kənarlaşmalar yaranmış, bununla bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********692000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, yaranmış uyğunsuzluqların aradan qaldırılaraq həmin dövrlər üzrə dəqiqləşmiş hesabatların vergi orqanına təqdim olunması ondan tələb olunmuşdur. Lakin vergi ödəyicisi həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim etməmişdir. Bu səbəbdən də vergi ödəyicisinin 2021-ci ilin avqust və oktyabr ayı üzrə ƏDV-si yenidən hesablanaraq vergi ödəyicisi tərəfindən hazırda mübahisələndirdiyi qərarlar qəbul edilmişdir. Bundan başqa məhkəmə kollegiyasının sorğusuna cavab olaraq 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş “Vergi ödəyicisinin ƏDVDH üzrə çıxarış”dan görünür ki, Şahid1 tərəfindən İddiaçı sub hesabına xx.xx.2021-ci il tarixdə 20000 manat, "xxxx" MMC tərəfindən isə iddiaçının sub hesabına 23800 manat avans ödənilmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən vergi tutulan əməliyyat İddiaçı ƏDV üzrə depozit hesabına Şahid1 və Şahid2 MMC tərəfindən köçürülmüş avans məbləğidir. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Vergi Məcəlləsinin 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sub-hesabına avans kimi ödənilmiş vəsaitlərin ƏDV-siz dəyərinin iddiaçının hesabına ödənilməsi öz təsdiqini tapmamışdır. Həmçinin cavabdeh inzibati orqandan bunu təsdiq edəcək mötəbər sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iş materiallarında olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ƏDV depozit hesabı məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan Şahid1 (VÖEN: **********) tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan İddiaçı ƏDV sub-uçot hesabına ödədiyi 20000,0 manat ƏDV məbləğinin ödəniş təyinatı avans ödənişi olmuşdur. Həmçinin bildirilmişdir ki, müvafiq dövr ərzində ƏDV depozit hesabı məlumatlarından başqa digər uçot məlumatlarında Şahid1 və İddiaçı arasında hər hansı qarşılıqlı əməliyyatlar aşkar edilməmişdir. Göründüyü kimi müvafiq dövr ərzində iddiaçının digər uçot məlumatlarından hər hansı qarşılıqlı əməliyyatların həyata keçirilməsi halı mövcud olmamış və iddiaçı tərəfindən Şahid1 və "xxxx" MMC-yə malın, işin və ya xidmətin təqdim edilməsi müəyyən edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, AR VM-nin 16.1.11-6. maddəsini tələbinə görə həmin maddədə qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vəzifələrindən biridir. Göründüyü kimi qanunvericiliyin tələblərindən biridə şəxslərin vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı müvafiq qaydada elektron qaimə-faktura göndərilməsidir ki, hazırkı iş üzrə də iddiaçı tərəfindən Şahid1 və "xxxx" MMC-yə müvafiq qaydalara uyğun olaraq elektron qaimənin göndərilməsi və onlar tərəfindən həmin elektron qaimə təsdiq edilməklə göstərilən ƏDV məbləği iddiaçının ƏDV depozit hesabına, malların ƏDV-siz dəyərinin isə iddiaçıya məxsus bank hesabına ödənilməsi müəyyən olunmur. Odur ki, iddiaçıya ƏDV hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələbləri nəzərə alınmadığından mübahisələndirilən qərarlar qanunsuzdur və ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-308/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********690200 və **********308400 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-59/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-59/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver