Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-590/2024 21.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2096/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Kirovabad şəhər, kvartal 8, sahə 2, döngə 28, Aprel küçəsi 43 ünvanında yerləşən 750,00 kv.m torpaq sahəsinə dair X8 və X4 adlarına xx.xx.1934-cü il tarixli və xx.xx.1939-cu il tarixli Torpaq qeydləri tərtib edilmişdir. Kirovabad şəhər notariat kontorunun 21,12.1953-cü il tarixli, 136-30986 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən mülkün 1/2 hissəsinin 1/3 hissəsi X8 adından X4 adına keçmişdir.
2. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8 saylı fərdi yaşayış evə dair X8 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılmasına və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir.
3. Kirovabad şəhər notariat kontorunun xx.xx.1958-ci il tarixli, 10-2K-1366 nömrəli alğı-satqı müqaviləsinə əsasən Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 10 saylı fərdi yaşayış evi X1.
4. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8 A saylı fərdi yaşayış evinə dair X6 adına Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılmasına və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir.
5. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8 saylı (Azərbaycan küçəsi, 1-ci döngə, 8) fərdi yaşayış evinə dair X6 adına xx.xx.1987-ci il tarixli texniki pasport tərtib edilmişdir.
6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)- 2119/2014 saylı qətnaməsinə əsasən X13 xx.xx.1958-ci ildə vəfat etmiş X6 qanun üzrə vərəsəsi tanınmış, ünvan 1 ünvanda yerləşən 240,0 kv.m torpaq sahəsində olan - 18, 7 kv.m, 11,3 kv.m, 21,6 kv.m, 17,6 kv.m yaşayış otağından , 26,7 kv.m örtülü eyvandan, 9,7 kv.m-dən ibarət mətbəxdən, 6,4 kv.m və 17,8 kv.m dəhlizdən, 2,4 kv.m mətbəxdən, 8,9 kv.m açıq eyvandan ibarət tikililərə və 240 kv.m torpaq sahəsinə X5 mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-136/2015 saylı qətnaməsi ilə ləğv edilərək, yeni qətnamə çıxarılmış və iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən 240,0 kv.m torpaq sahəsində olan - 18,7 kv.m, 11,3 kv.m, 21,6 kv.m, 17,6 kv.m yaşayış otaqlarından, 26,7 örtülü eyvandan, 9,7kv.m-dən ibarət mətbəxdən, 6,4 kv.m və 17,8 kv.m dəhlizdən, 2,4 kv.m mətbəxdən, 8,9 kv.m açıq eyvandan ibarət tikililərə və 240 kv.m torpaq sahəsinə X5 mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-4277/2015 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-136/2015 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
7. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir.
8. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-210 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinə əsasən X5 vərəsəsi X18 **********39-10301 reyestr nömrəli fərdi yaşayış evindən 1/1 hissəsində pay almışdır.
9. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X10 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
10. Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-177 reyestr nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən **********39-10301 reyestr nömrəli fərdi yaşayış evi X10 etibarnamə üzrə nümayəndəsi X27 tərəfindən X2.
11. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X7 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
12. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)- 2896/2020 saylı qətnaməsinə əsasən iddiaçı X14 və X15 cavabdehlər X12 və X11 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, alğı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)-1630/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5682/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-33/2-11020/2023 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanı ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notarius, Gəncə şəhər 3 saylı Notarius, "xxxx" ASC, “Azəriqaz” İB, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun evinin ona qaytarılmasına, saxta yolla alınmış Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən alınmış çıxarışların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qanunsuz olaraq X16 aid olan Azərbaycan küçəsi, 1-ci döngə, ev 8 A-nın sənədlərini mənimsəyərək vərəsəlik imzası olmayaraq həmin 8 A ünvanındakı evi ünvan 4 Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, "xxxx", “Azəriqaz” hamısı birlikdə dələduzluq edərək sənədləri saxtalaşdıraraq Azərbaycan küçəsi 8 və 8A ünvanında yerləşən mülkləri ələ keçiriblər. Əlavə onu da bildirmək istəyir ki, X19 Azərbaycan küçəsi, 1-ci döngə, ev 8 ünvanında qeydiyyatda ola-ola xəbəri olmadan ata mülkünün X3 sənədlə çıxarışı öz xeyrinə həll etmişdir. Bu barədə onlar Azərbaycan Respublikasının Baş Prokuroruna bildirmişlər.
16. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı onun evinin ona qaytarılmasını, saxta yolla alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış çıxarışların ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2024- cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
17. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə X7 adına qeydiyyata alınmasına dair **********39-10301 reyestr nömrəli reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Kirovabad şəhər, kvartal 8, sahə 2, döngə 28, Aprel küçəsi 43 ünvanında yerləşən 750,00 kv.m torpaq sahəsinə dair X8 və X4 adlarına xx.xx.1934-cü il tarixli və xx.xx.1939-cu il tarixli Torpaq qeydləri tərtib edilmişdir. Kirovabad şəhər notariat kontorunun 21,12.1953-cü il tarixli, 136-30986 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinə əsasən mülkün 1/2 hissəsinin 1/3 hissəsi X8 adından X4 adına keçmişdir. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8 saylı fərdi yaşayış evə dair X8 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılmasına və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir. Kirovabad şəhər notariat kontorunun xx.xx.1958-ci il tarixli, 10-2K-1366 nömrəli alğı-satqı müqaviləsinə əsasən Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 10 saylı fərdi yaşayış evi X1. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8 A saylı fərdi yaşayış evinə dair X6 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılmasına və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir. Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 8 saylı (Azərbaycanküçəsi, 1-ci döngə, 8) fərdi yaşayış evinə dair X6 adına xx.xx.1987-ci il tarixli texniki pasport tərtib edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2119/2014 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən X13 xx.xx.1958-ci ildə vəfat etmiş X6 qanun üzrə vərəsəsi tanınmış, ünvan 1 ünvanda yerləşən 240,0 kv.m torpaq sahəsində olan - 18,7 kv.m, 11,3 kv.m, 21,6 kv.m, 17,6 kv.m yaşayış otağından , 26,7 kv.m örtülü eyvandan, 9,7 kv.m-dən ibarət mətbəxdən, 6,4 kv.m və 17,8 kv.m dəhlizdən, 2,4 kv.m mətbəxdən, 8,9 kv.m açıq eyvandan ibarət tikililərə və 240 kv.m torpaq sahəsinə X5 mülkiyyət hüququ tanınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-136/2015 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən ünvan 1 ünvanda yerləşən 240,0 kv.m torpaq sahəsində olan - 18,7 kv.m, 11,3 kv.m, 21,6 kv.m, 17,6 kv.m yaşayış otaqlarından, 26,7 örtülü eyvandan, 9,7 kv.m-dən ibarət mətbəxdən, 6,4 kv.m və 17,8 kv.m dəhlizdən, 2,4 kv.m mətbəxdən, 8,9 kv.m açıq eyvandan ibarət tikililərə və 240 kv.m torpaq sahəsinə X5 mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-4277/2015 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-136/2015 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına xx.xx.2016- cı il tarixli, ********** qeydiyyat nömrəli, **********39- 10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Gəncə şəhəri, 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-210 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən X5 vərəsəsi X18 **********39-10301 reyestr nömrəli fərdi yaşayış evindən 1/1 hissəsində pay almışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X10 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-177 reyestr nömrəli “Daşınmaz əmlakın alğı-satqı” müqaviləsinə əsasən **********39-10301 reyestr nömrəli fərdi yaşayış evi X10 etibarnamə üzrə nümayəndəsi X27 tərəfindən X2. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X7 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2896/2020 saylı qətnaməsinə əsasən iddiaçı X14 və X15 cavabdehlər X12 və X11 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, alğı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 5682/2021 saylı qərarına əsasən iddiaçılar X20 və X21 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İddiaçının iddia tələbi ilə eyni məzmunlu müraciəti 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmamışdır. Bununla yanaşı iddiaçının onun evinin ona qaytarılması, saxtayolla alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış çıxarışın ləğv olunması iddiası üzrə dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbi irəli sürülsə də bununla bağlı mötəbər sübut təqdim edilməmişdir, eyni zamanda iddiaçı hər hansı bir qanuna söykənməmişdir. Qeyd edilir ki, X7 hüquqları həm də daşınmaz əmlakın dövlət reyestrinin tamamlığı və həqiqiliyi prezumpsiyasına əsasən müdafiə olunmalıdır. Buna görə də mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi üçün də heç bir əsas yoxdur. Göründüyü kimi, iddiaçılar öncədən iddia tələbində nəzərdə tutan ərizə ilə inzibati orqana müraciət etməli və nəticə əldə olunmadığı təqdirdə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Hazırki iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində göstərilən şərtlərə riayət etməmişdir. Belə olan halda hesab edirik ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2096/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı müqaviləsi) əsasında aparıldığı üçün bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2096/2024 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Apellyasiya şikayətinə qarşı tərəfi etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.
25. Cavabdeh inzibati orqana hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
27. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Qərar: “İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın növü məsələsi aydınlaşdırıldıqdan sonra, ilk növbədə ayrı-ayrı iddia növlərindən asılı olaraq, iddianın mümkünlüyü məsələsinə toxunulur. Belə məsələlər həmişə iddianın əsaslılığından əvvəl yoxlanılır. Bu ondan irəli gəlir ki, iddianın mümkün olmadığı halda qəbul edilən qərarın forması (İnzibati Prosessual Məcəllənin 35.3cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad) iddianın əsassız olduğuna görə rədd edildiyi zaman qəbul edilən qərarın formasından fərqli olur. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Əks yanaşma məhkəmə tərəfindən iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilər.”
28. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
29. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
31. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
32. İşin hallarından görünür ki, iddiaçı tələbində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2019- cu il tarixdə X7 adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində aparılmış **********39-10301 reyestr nömrəli reyestr qeydinin ləğv olunmasını xahiş etmişdir.
33. İş materiallarında olan Kirovabad şəhər notariat kontorunun xx.xx.1958-ci il tarixli, 10-2K-1366 nömrəli alğı-satqı müqaviləsinə əsasən Kirovabad şəhər, 1-ci döngə, Dəmiryol küçəsində yerləşən 10 saylı fərdi yaşayış evi X1.
34. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)- 2119/2014 saylı qətnaməsinə əsasən X13 xx.xx.1958-ci ildə vəfat etmiş X6 qanun üzrə vərəsəsi tanınmış, ünvan 1 ünvanda yerləşən 240,0 kv.m torpaq sahəsində olan - 18, 7 kv.m, 11,3 kv.m, 21,6 kv.m, 17,6 kv.m yaşayış otağından , 26,7 kv.m örtülü eyvandan, 9,7 kv.m-dən ibarət mətbəxdən, 6,4 kv.m və 17,8 kv.m dəhlizdən, 2,4 kv.m mətbəxdən, 8,9 kv.m açıq eyvandan ibarət tikililərə və 240 kv.m torpaq sahəsinə X5 mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-136/2015 saylı qətnaməsi ilə ləğv edilərək, yeni qətnamə çıxarılmış və iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən 240,0 kv.m torpaq sahəsində olan - 18,7 kv.m, 11,3 kv.m, 21,6 kv.m, 17,6 kv.m yaşayış otaqlarından, 26,7 örtülü eyvandan, 9,7 kv.m-dən ibarət mətbəxdən, 6,4 kv.m və 17,8 kv.m dəhlizdən, 2,4 kv.m mətbəxdən, 8,9 kv.m açıq eyvandan ibarət tikililərə və 240 kv.m torpaq sahəsinə X5 mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-4277/2015 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-136/2015 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
35. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-210 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinə əsasən X5 vərəsəsi X18 **********39-10301 reyestr nömrəli fərdi yaşayış evindən 1/1 hissəsində pay almışdır.
36. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X10 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
37. Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-177 reyestr nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən **********39-10301 reyestr nömrəli fərdi yaşayış evi X10 etibarnamə üzrə nümayəndəsi X27 tərəfindən X2.
38. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X7 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
39. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
40. Məhkəmə kllegiyası qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır.
41. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir.
42. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
43. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı).
44. Alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair reyestr qeydinin ləğvi ilə bağlı məhkəmə qeyd edir ki, həmin qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı müqaviləsi) əsasında aparıldığı üçün bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
46. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə:
47. Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
48. Göründüyü kimi, reyestrdə aparılmış qeydin mübahisələndirilməsi o zaman inzibati məhkəmədə mümkündür ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparılmış və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etmiş olsun, və yaxud reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparıldığ zaman, yəni inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olmuş olsun.
49. Beləliklə, hazırkı işdə isə iddiaçının ləğv edilməsini xahiş etdiyi reyestr qeydi mülki-hüquqi əqd olan alğı-satqı müqaviləsi əsasında verildiyindən, həm alğı-satqı müqaviləsinin və həm də müqavilə əsasında verilmiş çıxarışın (reyestrdə aparılmış qeydiyyatın) ləğvi tələbinə dair işin məhkəmə aidiyyatı mülki məhkəmə icraatı qaydasında baxan rayon (şəhər) məhkəməsinə aiddir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.
51. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.
52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı tələbin inzibati icraat qaydasında baxılması mümkün olsaydı belə, İddiaçı sözügedən evə dair hər hansı hüquqlarının olması və mübahisələndirilən reyestr qeydinin aparılması ilə hüququna müdaxilə müəyyən edilmir. Yəni, onun hazırkı iddia ilə çıxış etməyə subyektiv hüququ da yoxdur.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
54. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
55. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.
56. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2096/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov