Məhkəmə qərarları › İş №2-1(104)-593/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-593/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-593/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, X2 etibarnamə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı, X9, X11, X6, X7 cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkəti) qarşı birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-901/2024 saylı qərardadından iddiaçı X4 etibarnamə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş 24 iyun 2022-ci il tarixli **********82 saylı bildirişin ləğvi və **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən uyğun torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciətlər etmişdir. Həmin müraciətlər **********, **********, **********, ********** nömrələri ilə qeydiyyata alınmışdır. Bunun üzrə əsas olaraq təqdim etdiyi JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mövcud olan 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəninin ərazisində yerləşdiyi, habelə müvafiq kontur üzrə torpaq sahəsinin ölçüsünə dair dövlət aktı və elektron baza xəritələrində uyğunsuzluq olması səbəbindən ünvanladığı sözügedən ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, qeyd olunan imtina əsassızdır. Belə ki, qeyd olunan imtinada hüquqi əsas təsvir olunmamışdır. Eyni zamanda, bildirişdə konkret olaraq hüquqların qeydiyyatından imtinanın qanunvericilik əsasları təsbit olunmamışdır. Belə ki, nə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər müvafiq normativ hüquqi aktlarda, nə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda torpaq sahəsinin qızıl mədəni ərazisində yerləşməsi əsası ilə ona dair hüquqların qeydiyyatından imtina halı nəzərdə tutulmuşdur. Beləliklə, imtinanın əsaslandırılmaması onun qeyri-obyektivliyinə, qərəzli olmasına dəlalət edir. Üstəlik, iddiaçıya məxsus sahə qızıl yataqlarının istismarı üçün “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə faktiki mülkiyyətinə təqdim olunduqdan sonrakı illərdə “Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti”nə təqdim olunub. Həmçinin cavabdeh tərəfindən ona “Daşınmaz əmlakın dövlət reyestrindən Arayış” da təqdim edilib. O, ona məxsus torpaq sahələri üzərində qızıl yataqlarının istismarı ilə bağlı işlərə görə adıçəkilən şirkət tərəfindən kompensasiya ödənilməsi istiqamətində hüquqlarını reallaşdırmaq istəyir. Lakin cavabdeh süni maneələr törətməklə, hüquqlarının təminatına sədd çəkmiş olur. Bunun üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə analoji müraciətlər ünvanlamışdır. Uzun müddət gözlədikdən sonra şəxsi təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin qaynar xəttinə zəng edərək cavab məktubunu əldə etməyə nail olmuşdur. Hesab edir ki, cavabdehin 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəninin ərazisində yerləşdiyi, habelə müvafiq kontur üzrə torpaq sahəsinin ölçüsünə dair dövlət aktı və elektron baza xəritələrində uyğunsuzluqla bağlı qondarma mövqeyi inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlər kimi qəbul edilə bilməz. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddianın predmetinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “24" iyun 2022-ci il tarixli **********82 saylı Bildirişin ləğvi və **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən “daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədinin verilməsi vəzifəsinin (öhdəliyin icrası haqqında) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş 24 iyun 2022-ci il tarixli **********82 saylı bildirişin ləğvi və **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2320/2023 nömrəli qərarı ilə (hakim Fikrət Hüseynov) iddia tələbi təmin edilərək 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2320/2023 nömrəli qərarının tamamilə ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qəradadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2320/2023 nömrəli qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qəradadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çxarışın verilməsi tələbinə dair iş üzrə X9, X11, X6, X14 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçılar İddiaçı Kərım oglu, X1 Sədaqət Musa qızı, X6, X14 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş “24” iyun 2022-ci il tarixli **********82 saylı Bildirişin, həmçinin “20” fevral 2024-cü il tarixli 3-21-3-40/2-KƏL-001/24 saylı cavab məktubunun ləğvi ilə yanaşı **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərındə JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, habelə ölmüş şəxslər X19 və X8 mülkiyyət hüququnun İddiaçı məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-901/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı, X9, X11, X6, X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkəti) qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş "24" iyun 2022-ci il tarixli **********82 saylı Bildirişin həmçinin "20" fevral 2024-cü il tarixli 3- 21 -3-40/2-KƏL-001/24 saylı cavab məktubunun ləğvi ilə yanaşı **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərındə JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət akt” əsasında birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, habelə ölmüş şəxslər X19 və X8 mülkiyyət hüququnun İddiaçı məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərınə qoyulması tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-901/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş 24 iyun 2022ci il tarixli **********82 saylı bildirişin ləğvi və **********,**********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D, 118F nömrəli konturlarda qeydə edilən torpaq sahələri üzərində JN-118 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə inzibati aktın qəbul edilməsi tələbinə dair iş üzrə X9.X11, X6, X14 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-901/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı, X9, X11, X6, X7 cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkəti) qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş “24” iyun 2022-ci il tarixli **********82 saylı Bildirişin, həmçinin “20” fevral 2024-cü il tarixli 3-21-3-40/2-KƏL-001/24 saylı cavab məktubunun ləğvi ilə yanaşı **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, habelə ölmüş şəxslər X19 və X8 mülkiyyət hüququnun İddiaçı məxsus olması barədə arayışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan X2 etibarnamə nümayəndəsi Nümayəndə şikayət verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş “24” iyun 2022-ci il tarixli **********82 saylı Bildirişin ləğvi və **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” qeydə alınmış mülkiyyət hüquqlarına dair sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmişdi. Cavabdeh tərərəfindən verilmiş şikayətə əsasən həmin qərar ləğv edilərək və iş yenidən birinci instansiya məhkəməsində araşdırılması qaytarılmışdır. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin 2007-ci il tarixli qondarma qətnaməsini (sözügedən dövlət aktının ləvğ edilməsi və əvəzində eyni keyfiyyətdə və qiymətdə torpaq sahəsi, yaxud onun dəyərində kompensasiya verilməsi barədə) dövriyyəyə salmışlar. Halbuki həmin qətnamə cavabdehin baza məlumatında mövcud deyildi. Bu da onun qondarma olduğunu bir daha deməyə əsas verir. Bu işə təkrarən birinci instansiya məhkəməsində baxılması digər hakimə həvalə olunmuşdur. Məhkəmə İddiaçı ailə üzvlərini işə ilk öncə üçüncü şəxs qismində (maraqlarına toxunulan) cəlb etmiş, daha sonra isə onların iddiaçı kimi tanınmasını təkid etmişdir. İddiaya obyektiv, hərtərəfli və qanuni baxılması görüntüsü yaratmaq naminə bütün hərəkətləri nümayiş etdirən məhkəmə sonda hər dəfə iddianın nəticə hissəsində xırda məqamlara ilişərək dəqiqləşdirmə təklif etmiş, əks halda iddianın mümkün sayılmaması ilə bizi “hədələmişdir”. Hər dəfə məhkəmənin təklifini nəzərə alaraq iddianı lazımi qaydada dəqiqləşdirsələr də hakim bu dəfə işə mahiyyəti üzrə baxılmaqla, iddiaya mahiyyəti üzrə qiymət vermək əvəzinə iş üzrə Gədəbəy Rayon Məhkəməsinin müvafiq qərarına üz tutaraq iddianı mümkün saymamışdır. Məhkəmə isə qanunsuz olaraq iddiaçının səlahiyyətinin olmaması mövqeyindən çıxış etmiş və bunun əsası kimi Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı və ailə üzvlərinin torpağa mülkiyyət hüququnun ləğv edilməsini göstərmişdir. Təəccüblüsü odur ki, qərardadda 2007-ci ildə qəbul olunmuş qətnamənin yenidən icraya yönəldilməsi məsələsinə toxunulsa da torpağa mülkiyyət hüququnu ləğv edən və başqa yerdən eyni ölçüdə və keyfiyyətdə torpaq sahəsi ayrılmasını nəzərdə tutan həmin qətnamənin sonradan icrasının mümkün olmaması barədə icra qurumunun qərarına etinasız yanaşılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçılar, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 63.2-ci maddəsinə əsasən prosesdə iştirak etməyən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən X2 etibarnamə nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Məhkəmə kollegiyası iddia ilə bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2- 179/2007 saylı qətnaməsindən görünür ki, qətnamə ilə iddia təmin edilərək Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə X15 və ailə üzvlərinə verilmiş 118 saylı ”Torpağın mülkiyyət hüququna dair Dövlət akı”nın ləğv edilməsi, həmin Dövlət aktı əsasında vətəndaşların şəxsi mülkiyyətinə verilmiş əkin və biçənək torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılıb, bağlanılan sazişə əsasən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin istifadəsinə verilməsi, adları göstərilən 150 nəfər vətəndaşlara verilmiş əvvəlki “Torpağın mülkiyyət hüququna dair Dövlət akında” olan ölçülərə uyğun olaraq həmin vətəndaşlara başqa sahədən torpaq sahəsi ayrılması qət edilmişdir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli. 2(041)- 832/12 saylı qətnaməsindən görünür ki, qətnamə ilə iddia tələbi təmin edilərək X16 verilmiş A seriyalı 135897, 135898 və 135899 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv olunması və X12 hüquqi varisi İddiaçı adına olan torpaq sahələrindən çıxaırlaraq, bu sahələrin “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin istifadəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1251/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 05 iyul 2012-ci il tarixli, 2-832 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkəti ilə ünvan 1i ünvanında yaşayan İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli razılaşmanın şərtlərindən görünür ki, şəxs (İddiaçı) bəyan edir ki, bütün ailə üzvlərininadından çıxış etməyə tam səlahiyyətlidir və 17 mart 19998-ci il tarixli Qanunla sazişin icrası üçün Şirkətə ayrılmış və müstəsna istifadə hüququ verilmiş Gədəbəy rayonu üzrə 300 km2 ərazini əhatə edən torpaq sahəsi Gədəbəy Rayon Aqrar İslahat Komissiyası tərəfindən qanunsuz aparılmış islahatla yerli sakinlər arasında torpaqların bölüşdürülməsi nəticəsində sahənin sərhədləri daxilində səxsə də qeyri-qanuni olaraq əkin üçün cəmi 4356,13 kv.m pay torpağı verilmişdir. Razılaşma imzalandığı gündən qüvvəyə minir və Şirkətin fəaliyyət göstərdiyi müddətdə qüvvədədir. Tərəflər razılaşır və bəyan edirlər ki, Şirkət tərəfindən Şəxsə (İddiaçı) 4356.13 kv.m-dən ibarət əkin torpaq sahəsi üçün 6056 manat məbləğində birdəfəlik kompensasiya ödəniləcəkdir. Həmin razılaşmanı hər iki tərəf imzalamaqla İddiaçı 6056 manat məbləğində birdəfəlik kompensasiyanı aldığını özü yazmışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Gədəbəy rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(041)-179/2007 nömrəli icra sənədinə əsasən X26 Komissiyasının, X17 Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə X3 və qeyrilərinin (150 nəfər cavabdeh) adına olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ləğv edilməlidir. Həmin dövlət Aktları əsasında vətəndaşların şəxsi mülkiyyətinə verilmiş 8.53 ha əkin və 44,98 ha biçənək torpaq sahəsi Dövlət mülkiyyətinə qaytarılıb, bağlanılan sazişə əsasən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin istifadəsinə verilməlidir. Adları göstərilən 150 nəfər vətəndaşa verilmiş əvvəlki “Torpağa mülkiyyət hüququna dair Dövlət aktlarında” olan ölçülərə uyqun olaraq həmin vətəndaşlara başqa sahələrdən torpaq sahəsi ayrılmalıdır. İcra sənədi xx.xx.2016-cü il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlanılmış və borcluya bu barədə qanuna müvafiq qaydada qərar, bildiriş göndərilmişdir, (əvvəllər icra məmuru Arif Zeynalovun icraatında olmuşdur). İcra sənədi üzrə 150 nəfər vətəndaşa məxsus dövlət akları ləğv edilmiş, ləğv edilmiş dövlət akları üzrə olan torpaq sahələri Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin istifadəsinə verilmiş və 150 nəfər vətəndaşa torpaq sahəsi ayrılaraq təhvil verilmişdir. Belə olan halda icra sənədinin icraatına xx.xx.2023-cü il tarixli qərarla xitam verilmişdir. Daha sonra Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(042)-29/2023 nömrəli qərardadı ilə xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərar ləğv edilərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(041)-179/2007 nömrəli icra vərəqəsi yenidən icraya yönəldilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçılardan İddiaçı ona və ailə üzvlərinə məxsus olduğunu iddia etdiyi Azərbaycan Respublikası Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciətlər etmiş, həmin müraciətlər **********, **********, **********, ********** nömrələri ilə qeydiyyata alınmışdır. Təqdim edilmiş JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mövcud olan 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəninin ərazisində yerləşdiyindən ərizənin icrasından imtina edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, dövlət aktında 118 nömrəli konturda torpaq sahəsi 0,8079 ha göstərilməsinə baxmayaraq, elektron baza xəritəsində 0,3113 ha kimi göstərilmişdir. İş materialları ilə həm də müəyyən edilmişdir ki, üçüncü şəxs “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkəti ilə ünvan 1i ünvanında yaşayan İddiaçı arasında həmin Şirkətin istifadəsinə verilmiş 4356.13 kv.m-dən ibarət əkin torpaq sahəsi ilə bağlı xx.xx.2012-ci il tarixli Razılaşma bağlanmış və razılaşmanın şərtlərinə uyğun olaraq İddiaçı Şirkətin istifadəsinə verilmiş 4356.13 kv.mdən ibarət əkin torpaq sahəsinə görə 6056 manat məbləğində birdəfəlik kompensasiya ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı artıq mövcud deyildir. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, iddiaçılar tərəfindəın Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə X15 və ailə üzvlərinə verilmiş 118 saylı ”Torpağın mülkiyyət hüququna dair Dövlət akı”nın ləğv edilməsini qət etmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-179/2007 saylı qətnaməsinin ləğv edilməsinə dair hər hansı sübut təqdim edilməmiş. həmin xüsusat iş materialları ilə də müəyyən edilməmişdir. İddiaçılar isə hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir ki, bu da iddianın mümkün sayılmamasına səbəb olur. Kollegiya apellyasiya şikayətinin təəccüblüsü odur ki, qərardadda 2007-ci ildə qəbul olunmuş qətnamənin yenidən icraya yönəldilməsi məsələsinə toxunulsa da torpağa mülkiyyət hüququnu ləğv edən və başqa yerdən eyni ölçüdə və keyfiyyətdə torpaq sahəsi ayrılmasını nəzərdə tutan həmin qətnamənin sonradan icrasının mümkün olmaması barədə icra qurumunun qərarına etinasız yanaşılmışdır – kimi dəlili ilə bağlı qeyd edir ki, şikayətin həmin dəlili mübahisənin predmetini təşkil etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının qanuna əsaslanmayan formal mülahizələri kimi qiymətləndirir və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, 2- 1(114)-901/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68-69, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X2 etibarnamə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-901/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad ondan kassasiya şikayəti verilməzsə, ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar