Məhkəmə qərarları › İş №2-1(104)-598/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-598/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-598/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2738/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. N nömrəli hərbi hissə komandirinin “MAHHXHQ baş əsgər İddiaçı davranışı haqqında” aktından görünür ki, kəşfiyyat bölüyünün 1-ci taqım 2-ci manqasının baş kəşfiyyatçısı vəzifəsində xidmət edən xx.xx.2016-cı il tarixində Daşkəsən rayon SHXÇDX tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış baş əsgər İddiaçı xx.xx.2021-ci il; xx.xx.2021-ci il; xx.xx.2021-ci il tarixlərində əsəbilik, davranış pozuntusu, özünüidarəetməni itirmə, yuxusuzluq və baş ağrılarından başını divara vurma kimi hallar müşahidə olunmuşdur. Onunla aparılan söhbətlər zamanı müharibədə yaşadığı hadisələri səbəb gətirir. Komissiya MAHHXHQ baş əsgər İddiaçı hərbi həkim komissiyasına göndərilərək hərbi xidmətə yararlılıq dərəcəsinin təyin olunması və gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması məqsədə uyğun hesab olunur. Əks halda hərbi qulluqçunun həyatı təhlükə altında qala bilər.

2. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 461/22 nömrəli məktubundan görünür ki, Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 88 nömrəli əmrinə əsasən xx.xx.1989-ci il təvəllüdlü, Daşkəsən rayonu, Alunitdağ kənd sakini İddiaçı Gəncə şəhər X4 Psixiatr Komissiyası (HPK) tərəfindən müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və tibbi rəy verilmişdir, diaqnoz: “F07.0 - F07.2 - F06.6 - F43.1 - Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beynin silkələnməsindən sonrakı vəziyyət, kəskin dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu davamlı postkommosion sindrom, davranış pozuntuları, kəskin dərəcədə ifadə olunmuş postravmatik stress pozuntusu” kimi müəyyən edilmişdir.

3. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2980 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci ildə sol baldırın qəlpə yarası və qapalı kəllə beyin travması, baş beyin silkələnməsi diaqnozu ilə Daşkəsən RMX PHŞ-də ambulator müalicə olmuş və həmin gün Gəncə şəhər Hərbi Hospitala göndərilmişdir.

4. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 9710/21 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2021-ci il tarixli çıxarışında İddiaçı əsas diaqnozu “F07.0, F06.3 və S06.0 Partlayış travması nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı üzvi emosional labil pozuntu, ifadə olunmuş davranış və yaddaş pozuntuları ilə depressiv sindrom” kimi qeyd edilmişdir.

5. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 379/22 nömrəli Stasionar kitabçadan (xəstəlik tarixindən) xx.xx.2022-ci il tarixli çıxarışında İddiaçı əsas diaqnozu “F07.0, F07.2, F06.6 və F43.1: Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı üzvi emosional labil pozuntu, kəskin şəkildə ifadə olunmuş postravmatik stress pozuntusu” kimi qeyd edilmişdir.

6. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 5930/22 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2022-ci il tarixli çıxarışında İddiaçı əsas diaqnozu “F43.1, F06.6, F06.2 və F07.2: Postravmatik stress pozuntusu, Üzvi (partlayış travması nəticəsində yaranmış) emosional-labil pozuntu, psixotik daxilolmalarla” kimi qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 6270 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və onun diaqnozu “Üzvi mənşəli (qapalı kəlləbeyin travması) şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə F07.0” kimi müəyyən edilmişdir.

8. Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, İddiaçı stasionar üzrə xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixdə çıxmış, tam diaqnozu “T90.5- Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması”, “F07.0 Baş beyin silkələnməsindən sonrakı kəskin dərəcəli ifadə olunmuş üzvü emosional pozuntu”, “G93.4 Posrtavmatik ensefalopatiya İİ mərhələ”, “G93.2 Kəllədaxili hipertenziya”, “F06.6 Vegetodamar davamsızlığı və davranış pozuntuları daimi posttrvmatik sindrom. Partlayış travması uzunmüddətli postravmatik stress pozuntuları. İki tətrəfli koxlear nevrit. İki tərəfli neyrosensor ağır eşitmə. Partlayış travması nəticəsində sol baldırın orta 1/3 mm arxa səthinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumuşaq toxumaların yad cismi (metal qəlpə) Hissi hərəki funksiyaların pozulması ilə” olmuşdur.

9. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 2346 nömrəli Travma haqqında arayışında göstərilmişdir ki, MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Republikasının ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərminin yaxınlığında partlaması nəticəsində “Partlayış travması (xx.xx.2020), sol baldırın orta 1/3-nin kor qəlpə yaralanması” xəsarətini almışdır.

10. “Gəncə şəhər Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Stasionar kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında İddiaçı əsas diaqnozu “F07.0, F43.1 və F33.3: Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travmasından sonra şəxsiyyət pozuntusu, postravmatik stress pozuntusu, psixotik simptomlarla cərəyan edən ağır depressiya (suisidal cəhdlərlə)” kimi qeyd edilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1547 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş və onun diaqnozu “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və psixotik epizodlarla F07.0” kimi müəyyən edilmişdir.

12. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 9885/2 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında İddiaçı əsas diaqnozu “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, psixotik epizodlar, intihar cəhdləri ilə” kimi qeyd edilmişdir.

13. Azərbaycan Respublikiası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli, 10027 nömrəli qərarı (Xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və psixotik epizodlarla, özünü kəsmələrlə, anamnezində intihar cəhdi; Kəskin (ağır) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu; Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı tez-tez baş verən vegetativ damar paroksizmləri, tez-tez baş verən qıcolma tutmaları və kəllədaxılı hipertenziya ilə müşayiət olunan posttravmatik ensefalopatiya; Partlayış zamanı (xx.xx.2020), sol baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki saidin ön və arxa səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları; Hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 0.75 D, solda Em və M 1,5 D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya 1.0 olmaqla; Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyən edilmiş, həmçinin həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Hərbi Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 2349 nömrəli və xx.xx.2024-cü il tarixli, 157 nömrəli rəylərindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il, 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və onun diaqnozu “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri ilə -F07.0” kimi müəyyən edilmişdir.

15. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 12766/23 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışında İddiaçı əsas diaqnozu “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, psixotik epizodlar, intihar cəhdləri ilə” kimi qeyd edilmişdir.

16. “X8” publik hüquqi şəxsin 12220928 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışında İddiaçı əsas diaqnozu “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.

17. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 177/25 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindan görünür ki, Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 88 nömrəli əmrinə əsasən xx.xx.1989-ci il təvəllüdlü, Daşkəsən rayon sakini İddiaçı Gəncə şəhər X4 Psixiatr Komissiyası (HPK) tərəfindən müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və tibbi rəy verilmişdir, diaqnoz: “F07.0 – Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri, vaxtaşırı kəskin ifadə olunmuş düşüncə pozuntusu” kimi müəyyən edilmişdir.

18. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 11186/24 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışında İddiaçı əsas diaqnozu “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, psixotik epizodlar, intihar cəhdləri ilə” kimi qeyd edilmişdir.

19. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 12676/24 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışında İddiaçı əsas diaqnozu “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, psixotik epizodlar, intihar cəhdləri, kəskin ifadə olunmuş düşüncə pozuntusu şəxlində parokstizmlər” kimi qeyd edilmişdir.

20. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 13252350 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışında İddiaçı əsas diaqnozu “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Hərbi Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 68 nömrəli rəyindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023cü il, 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və onun diaqnozu “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri, kəskin ifadə olunmuş düşüncə pozuntusu şəklində paroksizmlər- F07.0” kimi müəyyən edilmişdir.

22. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 107 nömrəli rəyində qeyd edilmişdir ki, 1) İddiaçı təyin edilmiş - F07.0 - Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri kəskin ifadə olunmuş düşüncə pozuntusu şəklində paroksizmlər; F43.1 - Posttravmatik stress pozuntusu; S06.0 - Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi- diaqnozlar öz təsdiqini tapır, X2 uyğundur, həmçinin müxtəlif İxtisaslaşmış xəstəxanalar tərəfindən verilmiş çıxarış epikrizləri və professor rəyləri ilə təsdiqlənir. 2) Gəncə ş. Psixiatriya xəstəxanasının rəsmiləşdirdiyi xx.xx.2024-cü il tarixli, B00239421KEİ saylı göndərişində, xəstə, İddiaçı əlilliyinin təyin edilməsi üçün tələb edilən bütün sənədlər və məlumatlar ətraflı qeyd edilmişdir. 3) Bəli, xəstəyə təyin edilən diaqnozlar mütləq müayinə metodları ilə təsdiq edilir. 4) Xəstənin daimi ambulator və vaxtaşırı stasionar müalicəyə ehtiyacı olsa da, əlilliyin təyini üçün əlavə müalicəyə zərurət yoxdur. 5) Xəstəyə təyin edilən diaqnozlar onun hal hazırki vəziyyətini təsvir edir. 6) Xəstə, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı, xx.xx.2025-ci il tarixdə Gəncə ş. Psixiatriya xəstəxanasında müayinə edilmişdir və xəstəyə təyin edilmiş - F07.0 - Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri kəskin ifadə olunmuş düşüncə pozuntusu şəklində paroksizmlər; F43.1 - Posttravmatik stress pozuntusu; S06.0 - Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi diaqnozları qüvvədə saxlanılmışdır.

23. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri ilə müəyyən edilir ki, əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi (X7) tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş B00239421KEİ nömrəli göndərişdə ona qoyulmuş diaqnozlar “Əsas diaqnoz S06.0- Baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi; Ağırlaşma F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri kəskin ifadə olunmuş düşüncə pozuntusu şəklində paroksizmlər; Ağırlaşma F43.1- Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu; Yanaşı xəstəliklər H52.2- Astiqmatizm, Hər iki gözün sadə miopik astiqmatizmi” kimi olmuşdur. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

24. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi Sosial Ekspert Komissiyasının qəbul etdiyi xx.xx.2024-cü il tarixli qiymətləndirmənin ləğv edilməsi və ona əlillik dərəcəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İİ Qarabağ müharibəsinin iştirakçısıdır və xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı partlayış nəticəsində travma almışdır. 02 oktyabr 2023-cü il tarixli, 10027 saylı xəstəlik haqqında şəhadətnaməsində Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı belə göstərilmişdir: Diaqnoz: “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və psixotik epizodlarla. Kəskin (ağır) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı tez-tez baş verən vegetativ damar paroksizmləri, tez-tez baş verən qıcolma tutmaları və kəllədaxili hipertenziya ilə müşayiət olunan posttravmatik ensefalopatiya. Partlayış zamanı (xx.xx.2020), sol baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə)”. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Diaqnoz: “Hər iki saidin ön və arxa səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Hər iki gözün sadə mtopik astiqmatizmi sağda Em və M 0,75D, solda Em və M1.5D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə.” “Ümumi xəstəlikdir”. Bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələr olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən, habelə Həkim Psixiatr Komissiyası tərəfindən dəfələrlə ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və psixotik epizodlarla F07.0. intihar cəhdi ilə” diaqnozu təyin edilmişdir. Aldığı stasionar müalicələr zamanı çox zaman əlləri bağlı, təcrid olunmuş otaqlarda təkbaşına müalicə olunmuşdur. Dəfələrlə cavabdeh inzibati orqana müraciət etsə də, ona əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

26. Cavabdeh inzibati orqan iddia tələbinə dair məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, Gəncə şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 10027 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və psixotik epizodlarla. Kəskin (ağır) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı tez-tez baş verən vegetativ damar paroksizmləri, tez-tez baş verən qıcolma tutmaları və kəllədaxili hipertenziya ilə müşayiət olunan posttravmatik ensefalopatiya. Partlayış travması (xx.xx.2020), sol baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki saidin ön və arxa səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 0,75D, solda Em və M 1,5D nəticəsində görmə itiliyinin 0,8-ə qdər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli, ******* nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12701144 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 11186/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 157 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 12676/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri, kəskin ifadə olunmuş düşüncə pozuntusu şəklində paroksizmlər” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 68 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri, kəskin ifadə olunmuş düşüncə pozuntusu şəklində paroksizmlər” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından şikayətlənmiş, halının pisləşəcəyini əsas gətirərək oturmamışdır. Axşamlar 2 ədəd Klonozepam, gündə 2 dəfə Depakin, 3 dəfə Finlepsal qəbul etdiyini bildirmişdir. Müayinə zamanı stabil olmuş, ünsiyyətə daxil olmuş, sualları qavramış, mahiyyətinə uyğun cavablar vermişdir. Heç bir qıcıqlandırıcı təsir olmadan öncədən pisləşəcəyi xəbərdarlığını etmişdir. Daha sonra spesifik sual verdikdə əl çalmağa başlamış, qışqıraraq polislərə hücum çəkmiş, polis əməkdaşları vasitəsi ilə otaqdan çıxarılmışdır. Ailəli, 1 yaş yarım və 2 yaşında övladlarının olduğunu söyləmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (xx.xx.2024-cü il tarixli 4 nömrəli Qoşma-11 əsasında) mənşəli isterik tip şəxsiyyət pozuntusu, simulyativ davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən dekompensasiya halları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar çıxarılması xahiş edilmişdir.

27. Daha sonra iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçıya əlillik təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

28. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, hüquqlarını təmsil etdiyi şəxs hazırda Gəncə şəhər Psixiatriya Xəstəxanasındadır. Hədsiz aqressiv olduğu üçün məhkəmə iclasına iştirakı mümkün deyil. Hesab edir ki, iddia əsaslıdır. Çünki, cavabdeh orqan qanunsuz olaraq iddiaçıya əlillik dərəcəsi təyin etməmişdir.

29. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Əliyev) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2738/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 02 (iki) il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

30. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus X7 tərəfindən B00239421KEİ saylı tibbi göndərişdə (Forma 88) ona qoyulmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri kəskin ifadə olunmuş düşüncə pozuntusu şəklində paroksizmlər və posttravmatik stress pozuntusu diaqnozları yuxarıda göstərilən Əlavənin F07.0 və F43.1 kod təsnifatlarına uyğundur. Nəzərə almaq lazımdır ki, iddiaçı bu xəstəliyi Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi travma olaraq almışdır (10027 nömrəli xəstəlik haqqında şəhadətnamə). Eyni zamanda iddiaçıya qoyulan diaqnozlar “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli, 2349 nömrəli, xx.xx.2024-cü il tarixli, 157 nömrəli rəyləri, xx.xx.2024-cü il tarixli, 68 nömrəli rəyləri və Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli rəyi ilə də təsdiq edilir. Göründüyü kimi cavabdeh orqanın iddiaçıya əlillik təyin edilməməsi barədə mövqeyi əsassız olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

31. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2738/2025 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə əsaslandırılmış, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus X7 tərəfindən B00239421KEİ saylı tibbi göndərişdə (Forma 88) ona qoyulmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri kəskin ifadə olunmuş düşüncə pozuntusu şəklində paroksizmlər və posttravmatik stress pozuntusu diaqnozları yuxarıda göstərilən Əlavənin F07.0 və F43.1 kod təsnifatlarına uyğundur. Yuxarıda qeyd edilənləri qəbul etməyərək bildirilir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

36. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.5.1. posttravmatik stres pozuntusu. F43.1 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət zamanı- orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. Bənd 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı- orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

39. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

42. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

43. İPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

44. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

45. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

46. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

47. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

48. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

49. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

50. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

51. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qaldırılmış iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı barəsində qəbul edilmiş inzibati aktın ona hansı tarixdə təqdim olunması iş materialları ilə müəyyən olunmur və bunu təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmçinin işin bu halı cavabdeh orqan tərəfindən mübahisələndirilmir.

52. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.

53. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır.

57. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə X7 tərəfindən rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli B00239421KEİ nömrəli göndərişdə ona qoyulmuş qoyulmuş diaqnoz aşağıdakı qaydada olmuşdur: 1) Əsas diaqnoz –“ S06.0. Baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi”; 2) Ağırlaşma – “F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri kəskin ifadə olunmuş düşüncə pozuntusu şəklində paroksizmlər”; 3) Ağırlaşma - “F43.1. Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu”; 4) Yanaşı xəstəliklər – “H52.2. Astiqmatizm, Hər iki gözün sadə miopik astiqmatizmi”.

58. İddiaçı əlilliyi həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. İddiaçı hazırda ona əlillik təyin olunmasını tələb edir.

59. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən İddiaçı əlillik verilməsindən imtina edilməsi əsaslı olmamışdır.

60. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Hərbi Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 2349 nömrəli və xx.xx.2024-cü il tarixli, 157 nömrəli rəylərindən görünür ki, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və onun diaqnozu “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar, intihar cəhdləri ilə -F07.0” kimi müəyyən edilmişdir.

61. Həmçinin, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən olunur ki, İddiaçı “F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2022-xx.xx.2022, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə X9, Bakı “Respublika Psixiatriya Xəstəxanası” PHŞ və Bakı Psixi Sağlamlıq Mərkəzində, “F07.2-Postkontuzion sindrom” diaqnozu üzrə xx.xx.2021-xx.xx.2021, xx.xx.2021xx.xx.2021, xx.xx.2022-xx.xx.2022 və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə X9, Bakı “Respublika Psixiatriya Xəstəxanası” PHŞ və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında, “F43.1-postravmatik stress pozğunluğu” diaqnozu üzrə xx.xx.2021-xx.xx.2021-ci il tarixdə Bakı “Respublika Psixiatriya Xəstəxanası” PHŞ, “S06.0. Baş beynin silkələnməsi” diaqnozu üzrə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicələrdə olmuşdur.

62. Bununla yanaşı, birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən Gəncə şəhər Psixatriya Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 107 nömrəli rəydən görünür ki, İddiaçı təyin edilmiş - F07.0, F43.1 və S06.0 diaqnozları öz təsdiqini tapır, X2 uyğundur, həmçinin müxtəlif İxtisaslaşmış xəstəxanalar tərəfindən verilmiş çıxarış epikrizləri və professor rəyləri ilə təsdiqlənir. Xəstəyə təyin edilən diaqnozlar mütləq müayinə metodları ilə təsdiq edilir. Xəstənin daimi ambulator və vaxtaşırı stasionar müalicəyə ehtiyacı olsa da, əlilliyin təyini üçün əlavə müalicəyə zərurət yoxdur. Xəstəyə təyin edilən diaqnozlar onun hal-hazırki vəziyyətini təsvir edir.

63. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 10027 nömrəli qərarı (Xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və psixotik epizodlarla, özünü kəsmələrlə, anamnezində intihar cəhdi; Kəskin (ağır) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu; Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı tez-tez baş verən vegetativ damar paroksizmləri, tez-tez baş verən qıcolma tutmaları və kəllədaxılı hipertenziya ilə müşayiət olunan posttravmatik ensefalopatiya; Partlayış zamanı (xx.xx.2020), sol baldırın orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə)” diaqnozlu travmaların səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

64. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1ci bəndində nəzərdə tutulan posttravmatik stres pozuntusu-F43.1 və 7.6.2-ci bəndində nəzərdə tutulan üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 koduna uyğun gələn patalogiya iddiaçıda aşkar olunmuşdur.

65. “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.2-ci bəndinə əsasən 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət zamanı- orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

66. Həmçinin, həmin Meyarların 7.6.2.2-ci bəndinə əsasən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı- orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

67. İddiaçı barəsində tərtib edilmiş Forma 88 arayışında “Status localis” qrafasında qeyd edilmişdir ki, “Zahirən gərgindir. Ünsiyyətə həvəssiz daxil olur. Verilən suallara ləng və qısa cavablar verir, bəzən səbəbsiz gülür. Hər cümlənin əvvəlində “Bayramınız mübarək” deyir. Həyəcanlanan və yaxud əsəbləşən zaman yüksək səslə qışqırır, çığırır, bu hal səsi batana qədər davam edir. Əllərini bir birinə vurur, gülür, sonra aqressiv olur, özünü bilmir, düşüncəsi pozulur, əlinə keçəni qırır dağıdır, dəfələrlə ətrafa zərər vermişdir, tutma zamanı polislər (10 dan çox polis) çox çətinliklə, güclə onu zəbt edib sarıya bilmişlər. Əhval ruhiyyəsi kəskin dəyişkəndir. Meyl və maraqları məhduddur. Xəstədə qorxular, şübhələrlə gedən depressiv əlamətlər müşahidə edilir. Özünə qəsd fikirlərinin olduğunu bildirir. Emosional reaksiyaları kütləşib, “Silah yoldaşıma gözümün önündə güllə dəydi və şəhid oldu, şəhid yoldaşımı xilas etmək istəyərkən mərmi partlayışı nəticəsində zərbə məni qaldırdı çırpdı yerə, arxasını xatırlamıram, məni kim xilas etdi” deyir. “O vaxt elə bildilər ki mən şəhid olmuşam və atam dözməyib rəhmətə getdi mənə görə” deyib özünü günahlandırır, özünü ələ ala bilmir. Yaddaşında zəifləmə müşahidə edilir. Yuxusuzluqdan əziyyət çəkir. Bir neçə dəfə intihar cəhdləri edib”.

68. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

69. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən zaman və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1-ci və 7.6.2-ci bəndlərinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə əlillik təyin olunmasına əsas verir.

70. Məhkəmə kollegiyası inzibati orqanın diskresion səlahiyyətə malik olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

71. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

72. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2738/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar