Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-602/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il il tarixli, 2-1(114)-1131/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, iddiaçının güzəştli iş stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğundan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmiş, onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan (5 il 1 ay 15 gün (xx.xx.1972-xx.xx.1976 və xx.xx.1982-xx.xx.1983)) təşkil edir.
2. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuşdur.
3. xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də 4- cü dərəcəli şüşəüfürən vəzifəsində işləmişdir.
4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli 10/06-İ-04-439 nömrəli arayışdan qeyd edilmişdir ki, Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Təchizat İdarəsinin Kirovabad İstehsalat sexində xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək və Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplekləşdirmə İdarəsinin Kirovabad İstehsalat sexində xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixədək işlədiyi “şüşə məmulatlarını üfürməklə hazırlayan fəhlə (şüşəçi)” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 15-ci bəndinin “bütün növ şüşə və şüşə məmulatları istehsalı” 15-ci yarımbəndinə daxildir.
5. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, 05 nömrəli arayışından görünür ki, xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işləmişdir.
6. "xxxx" ASC-nin direktoru tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 0306- M-005/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1989-xx.xx.1997-ci illər arası "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işləməsinə dair xx.xx.2014-cı il tarixdə arayış təqdim edilmişdir. Lakin sorğuda qeyd olunan “müvafiq sənədlərin surətini məhkəməyə təqdim edilməsi”nin icrası mümkün olmamışdır. Belə ki, vaxtı ilə "xxxx" ASC-nin baş direktor vəzifəsində çalışmış Y.H.Məmmədov vəfat etmiş və həmin illər ərzində toplanan sənədləri o heç kəsə təhvil-təslim etməmiş, həmin illər arxivləşdirilməmişdir. Eyni zamanda İddiaçı əmək kitabçasında qeyd olunan əsasən onun vəzifəsinin Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 15-ci bəndinin “bütün növ şüşə və şüşə məmulatları istehsalı” 15.1-ci yarımbəndinə daxil olması qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 avqust 2023-cü il tarixli, 3-17-1/2-192513/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı ümumi iş stajı 28 il 7 ay 3 gün (10.041967-xx.xx.1969, xx.xx.1970-xx.xx.1972, xx.xx.1972-xx.xx.1976, xx.xx.1976-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1984xx.xx.1989, xx.xx.1989-xx.xx.1997), güzəştli iş stajı isə 5 il 1 ay 15 gün (xx.xx.1972xx.xx.1976, xx.xx.1982-xx.xx.1983) təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Gəncə şəhəri Əhalinin Sosial Müdafiə Naziriliyinin Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası K.T.N-nin “İstehsalat və təchizat” İdarəsinin Kirovabad İstehsalat Sexində xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı ilədək, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Aztok, Reklam Kirovabad filialında Azərbaycan Respublikası MKTN-nin “İstehsalat və komlektləşdirmə” İdarəsinin Kirovabad İstehsalat Sexində xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilədək şüşə məmulatların üfürməklə (civə ilə) hazırlayan fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci ilədək "xxxx" ASC-də civə ilə şüşə üfürən vəzifəsində işləmişdir. Hal-hazırda təqaüd alır, ancaq bu işlədikləri illər düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. O, hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina etmişdir.
10. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Gəncə şəhəri Əhalinin Sosial Müdafiə Naziriliyinin Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçının xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xx.xx.2016- cı il tarixli 10/06-İ-04-439 nömrəli arayışa əsasən 5 il 1 ay 15 gün güzəştli iş stajı vardır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xx.xx.2016-cı il tarixli 10/06- İ-04-439 nömrəli arayışa əsasən iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Təchizat İdarəsinin sexində və xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Kirovabad İstehsalat sexində “şüşə məmulatların üfürməklə hazırlayan fəhlə” vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işlədiyini iddia edir. Həmin dövrlərdə iddiaçının 6 il 7 ay əmək fəaliyyəti dövrü "xxxx" ASC tərəfindən verilmiş arayış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların na uyğun olmadığından güzəşti iş stajı dövrü kimi qəbul edilməmişdir. Bundan başqa iddiaçının mübahisəsiz güzəştli iş stajı 5 il 1 ay 15 gün və mübahisəli güzəştli iş stajı 6 il 7 aydır. Göründüyü kimi mübahisəsiz dövr nəzərə alındıqda iddiaçının güzəştli iş stajı 11 il 8 ay 15 gün təşkil edir ki, bu da qanunla nəzərdə tutulan 12 il 6 aydan azdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun filiala təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş arayış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na uyğun olmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il il tarixli, 2-1(114)-1131/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “şüşəüfürən” vəzifəsinin arayışın düzgün tərtib edilməməsi səbəbindən xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməməsi hüququn hamılıqla qəbul edilmiş bərabərlik və ədalətlilik prinsiplərinə ziddir
14. Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının müvafiq müddəaları ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işlədiyini iddia etdiyi dövrlərə dair "xxxx" ASC tərəfindən verilmiş arayış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların na uyğun olmadığından güzəşti iş stajı dövrü kimi qəbul edilməmişdir. Habelə, Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yüngül sənaye bölməsinin (26) toxuculuq sənayesi bəndinin (26.1) fəhlələr yarımbəndində darama-toxuma avadanlığının operatorları vəzifəsi nəzərdə tutulmuşdur.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyası:
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı: 15.1. bütün növ şüşə və şüşə məmulatları istehsalı: şüşəüfürən.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .
23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlinmiş, maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
27. İşin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin inzibati orqan pensiya hüququ yaradan güzəştli iş stajının tələb olunan illərdən az olması əsası ilə imtina etmişdir.
28. İş mateliallarına əsasən cavabdeh inzibati orqan tərəfindən qəbul edilən iddiaçının ümumi iş stajı 28 il 7 ay 3 gün (10.041967-xx.xx.1969, xx.xx.1970-xx.xx.1972, xx.xx.1972-xx.xx.1976, xx.xx.1976-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1984xx.xx.1989, xx.xx.1989-xx.xx.1997), güzəştli iş stajı isə 5 il 1 ay 15 gün (xx.xx.1972xx.xx.1976, xx.xx.1982-xx.xx.1983) təşkil edir. İmtina ərizəsi və apellyasiya şikayətinə müvafiq olaraq iddiaçının xx.xx.1989-xx.xx.1997-ci illər üzrə iş stajı inzibati orqan tərəfindən nəzərə alınmamışdır.
29. Belə ki, inzibati orqan iddiaçının "xxxx" ASC-də xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək “şüşəüfürən” vəzifəsində işləməsinə dair arayışın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na uyğun olmadığından həmin dövrü güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş stajına daxil etməkdən imtina etmişdir.
30. Apellyasiya icraatı zamanı təqdim edilən "xxxx" ASC-nin direktoru tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 0306-M-005/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1989-xx.xx.1997-ci illər arası "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işləməsinə dair xx.xx.2014-cı il tarixdə arayış təqdim edilmişdir. Lakinn sorğuda qeyd olunan “müvafiq sənədlərin surətini məhkəməyə təqdim edilməsi”nin icrası mümkün olmamışdır. Belə ki, vaxtı ilə "xxxx" ASC-nin baş direktor vəzifəsində çalışmış Y.H.Məmmədov vəfat etmiş və həmin illər ərzində toplanan sənədləri o heç kəsə təhviltəslim etməmişdir, həmin illər arxivləşdirilməmişdir. Eyni zamanda İddiaçı əmək kitabçasında qeyd olunan əsasən onun vəzifəsinin Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 15-ci bəndinin “bütün növ şüşə və şüşə məmulatları istehsalı” 15.1-ci yarımbəndinə daxil olması qeyd edilmişdir.
31. Həmçinin, xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də 4- cü dərəcəli şüşəüfürən vəzifəsində işləmişdir, əmək kitabçası işəgötürənin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. .
32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırki tələb üzrə iddiaçının əmək fəaliyyəti və bu fəaliyyətdən yaranan əmək stajı əsasən 2006-cı ilə qədər olan dövrü əhatə edir. Habelə, şəxsə güzəştli şərtlərlə pensiya hüququ verən iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də güzəştli şərtlərlə işlədiyi illər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun hüquqi qüvvəsi olduğu dövrə aiddir.
33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
34. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X4) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
35. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
36. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir.
37. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir və hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir.
38. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
39. Bundan başqa, işəgötürən tərəfindən verilmiş arayış məhkəmə icraatı zamanı dəqiqləşdirilmiş, "xxxx" ASC-nin direktoru tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 0306-M-005/2023 nömrəli məktubda İddiaçı əmək kitabçasında qeyd olunanlara əsasən onun vəzifəsinin Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 15-ci bəndinin “bütün növ şüşə və şüşə məmulatları istehsalı” 15.1-ci yarımbəndinə daxil olması qeyd edilmişdir. Arxiv məlumatlarının təqdim edilməməsi iddiaçının ziyanına şərh olunmamalı, sonuncunun hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz həmin əmək stajının yarandığı dövrə aid maddi hüquq norması tətbiq edilməlidir. Qeyd edilən maddi normada güzəştli şərtlərlə pensiya təyininə dair 3 şərt müəyyən edilir: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin müvafiq siyahıda göstərilməsi.
41. Hazırki halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün hər üç şərt yerinə yetirilmişdir. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından ona pensiya həmin tarixdən təyin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
42. Odur ki, hazırki iş üzrə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il il tarixli, 2-1(114)-1131/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov