Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-617/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 55 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1065/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-K- 232696/2023 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubu ilə münasibət bildirilmiş və qeyd olunmuşdur ki, alt sistemdən çıxarışa əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə ona münasibətdə 46800 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20326,44 manat təşkil etmişdir.
2. Azərbaycan SSR X4 Təhsil Komitəsi tərəfindən təqdim edilən Q №610193 diplomda aparılmış qeydlərə əsasən İddiaçı xx.xx.1984-cü ilədək Texniki Peşə məktəbində orta texniki peşə təhsili almışdır.
3. İT-İ ******* nömrəli əmək kitabçasında aparalmış qeydlərdən məlum olur ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyininin 243 №-li Hərbi Hospitalında kiçik tibb bacısı, xx.xx.1996-cı ildən xx.xx.2021-ci ilədək Tərtər Rayon Mərkəzi Xəstəxanasının Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə işləmişdir. xx.xx.2022-ci ildən hal-hazıradək Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində kiçik tibb bacısı işləyir.
4. İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə ona münasibətdə 46800 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20942,76 manat təşkil etmişdir (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 260120/2024 nömrəli məktubu).
Birinci instansiya məhkəməsində icraat.
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək (1 il 9 ay 28 gün ) Texniki Peşə məktəbində orta texniki peşə təhsili aldığı müddətin, xx.xx.1985-cü ildən xx.xx.1988-ci ilədək (2 il 8 ay 20 gün) Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək (lil 9 ay 19 gün) Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək (1 il 3 ay 15 gün) AR MN-nin 243 №-li Hərbi Hospitalında kiçik tibb bacısı, xx.xx.1996-cı ildən xx.xx.2021-ci ilədək (24 il 21 gün) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək (1 il 8 ay 27 gün) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (infeksion) xəstəliklər Şöbəsində xadimə, xx.xx.2022-ci ildən halhazıradək 1 (bir) il (1 ay ) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində kiçik tibb bacısı işlədiyi müddətlərin, ümumilikdə xx.xx.2006-cı ilədək 16 il 8 ay 10 gün ümumi, 9 il 18 gün xüsusi (güzəştli) şərtlərlə iş stajının, pensiya hüququnun yarandığı xx.xx.2021-ci ilədək isə 31 il 8 ay 1 gün ümumi, 24 il 9 ay 27 gün xüsusi ( güzəştli ) şərtlərlə iş (sığorta) stajının ona sığorta stajı kimi hesablanması və bu əsasla da güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1966-cı ildə anadan olmuş, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək (1 il 9 ay 28 gün ) Texniki Peşə məktəbində orta texniki peşə təhsili almış, əmək fəaliyyətinə xx.xx.1985-ci ildən başlamışdır. Belə ki, xx.xx.1985-cü ildən xx.xx.1988-ci ilədək (2 il 8 ay 20 gün) Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək (lil 9 ay 19 gün) Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək (1 il 3 ay 15 gün) AR MN-nin 243 №-li Hərbi Hospitalında kiçik tibb bacısı, xx.xx.1996-cı ildən xx.xx.2021-ci ilədək (24 il 21 gün) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək (1 il 8 ay 27 gün) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə işləmişdir. xx.xx.2022-ci ildən hal-hazıradək (11 ay) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində kiçik tibb bacısı işləyir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1041№-li arayışda və güzəştli arayışda müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Əmək kitabçasında göstərilən əmək fəaliyyəti əmək müqaviləsinə dair Elektron İnformasiya sistemi Portalından çıxarılmış bildirişlərlə təsdiq edilir. Beləliklə, əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş güzəştli arayışda olan qeydlərə əsasən o xx.xx.2006-cı ilədək 16 il 8 ay 10 gün ümumi, 9 il 18 gün xüsusi (güzəştli) şərtlərlə iş stajına, pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu xx.xx.2021-ci ilədək isə 31 il 8 ay 1 gün ümumi, 24 il 9 ay 27 gün (xüsusi ) güzəştli şərtlərlə iş (sığorta) stajına malikdir. xx.xx.2006-cı ilədək 16 il 8 ay 10 gün ümumi, 9 il 18 gün xüsusi ( güzəştli) şərtlərlə iş stajına, 55 yaşının tamam olduğu pensiya hüququnun yarandığı xx.xx.2021-ci ilədək isə 31 il 8 av 1 gün ümumi, 24 il 9 ay 27 gün xüsusi (güzəştli) şərtlərlə iş (sığorta) stajına malik olduğundan, xx.xx.2006-cı ildən qüvvəyə minmiş « Əmək pensiyaları haqqında » Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ №-li Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 3(üç) mühüm şərtdən (55 yaşma çatmaq, azı 20 il ümumi iş stajına malik olmaq və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və digər olan işlərdə işləmək) ikisi (azı 20 il ümumi iş stajına malik olmaq və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və digər olan işlərdə işləmək) mövcud olmuş, üçüncü sərt olan 55 yaşna çatmaq isə xx.xx.2021-ci il tarixdə mövcud olmuşdur. Bu səbəbdən də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 10 oktyabr 2021-ci il tarixdə yaranmışdır.
7. Cavabdeh orqanın 13 dekabr 2023-cü il tarixli 3-17-1/2-291735/2023 nömrəli etiraz qeydləri onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.2022-ci il tarixədək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı, 2) azı 20 il sığorta stajı olmalı, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işləməli, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, iddiaçının 55 yaşının tamam olduğu xx.xx.2021 -ci ıl tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20326,44 manat təşkil edirdi. Beləliklə dördüncü şərt ödənilmir. Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 58 yaş 06 ayının ( 63 yaş 06 ay - 5 il) tamam olduğu xx.xx.2025-ci il tarixdə çatacaqdır. Beləliklə dördüncü şərt ödənilmir. Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -57yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.2017-ci il tarixədək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır. 1) tələb olunan yaş həddinə çatmalı (52 yaş), 2) azı 20 il sığoıta stajı olmalı, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işləməli. Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 52 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 52 yaşı xx.xx.2018-ci il tarixdə tamam olması səbəbindən birinci şərt ödənilmir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1065/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilən hüquqi mövqeyə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 46800,00 manat tələb olunduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 24107,12 manat olmuşdur. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin hamısı mövcud olmadığından onun hazırkı tələbi təmin oluna bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya hesablanmış pensiya kapitalı adi rəqəmlərdir və hər hansı düsturla hesablanması iş materiallarında öz əksini tapmır.
12. Apellyasiya şikayətinə etirazın dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir.
b) apellyasiya icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etdi, əlavə olaraq bildirdi ki, hazırda şəkərli diabet xəstəliyindən əziyyət çəkir, yaşca ondan böyük olan iş yoldaşlarına xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçının xx.xx.2021-ci il üzrə pensiya hüququnun yaranması üçün tələb olunan pensiya kapitalı toplanmamışdır. İddiaçının pensiya hüququ yalnız 10 aprel 2025-ci il tarixdən yarana bilər.
Tətbiq edilən hüquq:
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
18. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuş, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək (2 il 8 ay 20 gün) Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək (1 il 9 ay 19 gün) Mirbəşir (Tərtər) Konserv zavodunda fəhlə, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək (1 il 3 ay 15 gün) Azərbaycan Respublikası Müdafiə Nazirliyininnin 243 №-li Hərbi Hospitalında kiçik tibb bacısı, xx.xx.1996-cı ildən xx.xx.2021-ci ilədək (24 il 21 gün) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək (1 il 8 ay 27 gün) Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə işləmişdir. xx.xx.2022-ci ildən hal-hazıradək Tərtər Rayon Mərkəzi X2 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində kiçik tibb bacısı işləyir.
19. Hazırki tələb ilə iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-K-232696/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmiş, belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə ona münasibətdə 46800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20326,44 manat təşkil etmişdir. Sözügedən Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş 6 ay) çatdıqdan sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır, buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
20. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır.
21. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mövqeyi haqlı hesab edilərək qərarında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 46800,00 manat tələb olunduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 24107,12 manat olmuşdur.
22. İş materiallarına əsasən, iddiaçının 55 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
23. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək tələb edilən ümumi və güzəştli iş stajını toplamış şəxslərə münasibətdə tətbiq edilir. Başqa sözlə, Qanunun 9.1-ci maddəsi Qanunun 9.8-ci maddəsi ilə əlaqəli şəkildə o halda tətbiq oluna bilər ki, şəxs qanunla tələb edilən ümumi və xüsusi stajların hər ikisini xx.xx.2006-cı il tarixədək toplamış olsun. Bu halda, şəxsin qanunla tələb edilən yaş həddinə hansı tarixdə çatması əhəmiyyət kəsb etmir və həmin şəxsə əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi nəzərə alınmalıdır.
24. Hazırkı işdə iddiaçı qanunla tələb edilən ümumi stajı xx.xx.2006-ci il tarixdən sonra tamamladığından “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi də iddiaçıya münasibətdə tətbiq oluna bilməz. İddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tətbiqi üçün isə həmin normada nəzərdə tutulan üç şərt (52 yaş, 20 il ümumi staj, 10 il xüsusi staj) qeyd olunan tarixədək ödənilməlidir.
25. İddiaçı qanunla tələb olunan yaş həddinə xx.xx.2021-ci il tarixdə çatdığından, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin həmin tarixdə qüvvədə olan redaksiyası tətbiq olunmalıdır. Həmin tarixdə qüvvədə olan norma isə qadınlara münasibətdə 55 yaş, azı 20 il ümumi sığorta stajı, azı 10 il xüsusi staj və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb olunur. Bu sonuncu şərt iddiaçı tərəfindən ödənilmədiyindən inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.
26. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri).
27. İddiaçının apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi cavabdeh orqan tərəfindən iddiaçıya hesablanmış pensiya kapitalının adi rəqəmlər olması və hər hansı düsturla hesablanmasına dair sənədlərin olmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının ona xüsusi şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün kifayət etməməsi yalnız cavabdeh orqan tərəfindən təqdim edilən məktublarla deyil, həmçinin X3 çıxarışla öz təsdiqini tapır.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər ödənilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1065/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov