Məhkəmə qərarları › İş №2-1(104)-619/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-619/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-619/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X13, üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxs X6 nümayəndəsi X10 iştirakları ilə, “daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1341/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ağstafa rayon Dövlət arxivinin 31 oktyabr 2017-ci il tarixli, 159 nömrəli arxiv arayışı ilə Ağstafa rayonu, Xətai kəndinin 24 nömrəli təsərrüfatbaşına kitabının 1963-1965ci illərə dair 1041 nömrəli qeydində X3 və 10 nəfər ailə üzvü qeyd edilərək 0,10 ha torpaq sahəsinin ayrılması, 04 aprel 2023-cü il tarixli, 32 nömrəli arxiv arayışı ilə Ağstafa rayonu, Xətai kəndinin 24 nömrəli təsərrüfatbaşına kitabının 1986-1990-cı illərə dair qeydində X1 adına 1314 nömrəli şəxsi hesada 0,19 ha torpaq sahəsi və 96 kv metr sahəsi olan fərdi yaşayış evi əks olunmuşdur.

2. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018 nömrəli qətnaməsinə əsasən Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə JN 126A KOD 50208028 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, X4 miras qalmış yaşayış evinə və 0,06 ha torpaq sahəsinə dair İddiaçı adına qanun üzrə vərəsəlik şəhadətnaməsi, X2 və X5 miras qalmış 0,19 ha torpaq sahəsinə və orada inşa edilmiş yaşayış evinə dair X6 və X10 adına qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi qət edilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-681/2020 saylı qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddia tələbinin Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1999-cu il tarixli, 01№-li qərarı ilə verilmiş JN-126A Kod 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsində işin icraatına xitam verilməsi, iddiaçılara hazırki tələbləri ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-681/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddiaçılar X11 və X10 X4 miras qalmış yaşayış evi və 0,06 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin cavabdeh İddiaçı adına, mərhum X2 və mərhum X5 miras qalmış yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin X6 və X10 adına verilməsinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolllegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(102)-4296/2020 nömrəli qətnaməsi ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(104)-681/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır.

6. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsindən görünür ki, Ağstafa rayonu Yenigün kəndində yerləşən 0,06 ha və 0,19 ha torpaq sahələrinin və həmin torpaq üzərində inşa edilmiş cavabdeh İddiaçı tərəfindən yaranmış maneənin aradan qaldırılması və real bölgünün aparılması (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq), mübahisəli torpaq sahələrinin və fərdi yaşayış evinin bölünüb ayrılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir.

7. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(104)-1656/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Ağstafa Rayon Məhkəməsi tərəfindən 10 iyun 2019-cu il tarixdə verilmiş icra vərəsi ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi icraya yönəlmiş, Ağstafa İcra və Probasiya şöbəsinin 18 iyun 2021-ci il tarixli, 297 nömrəli məktubu ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)- 104/2019 nömrəli icra vərəqəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə icra edilməsi üçün göndərilmişdir.

9. 16 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, Ağstafa rayonu Yenigün kəndində yerləşən 0,06 ha və 0,19 ha torpaq sahələrinin və həmin torpaq üzərində cavabdeh İddiaçı tərəfindən yaranmış maneələr aradan qaldırılmışdır.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağstafa rayonu, Yenigün kəndində 0.19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X10 və X6 mülkiyyət hüququ qeydiyyata alınmışdır.

11. Ağstafa Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(015)-931/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X11, X14 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı 03 avqust 2021-ci il tarixli, **********31- 10301 reyestr nömrəli çıxarışın ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi tələbinə dair iddiasına xitam verilmişdir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 21 noyabr 2022-ci il tarixli, **********22 nömrəli məktubu ilə İddiaçı çıxarışın ləğvinə dair müraciətindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinin tələblərinə əsasən imtina edilmişdir.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 23 fevral 2023-cü il tarixli, 3-21-3-37/2-1510/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli, 3-21-3-37/2-5975/2023 nömrəli məktublarından və əlavə edilmiş sənədlərdən X10 və X6 ½ hissə olmaqla ********** qeydiyyat nömrəsi ilə 03 avqust 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)104/2019 nömrəli qətnaməsi əsasında aparılması müəyyən olunur. Birinci instansiya məhkəməsində icraat:

14. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X14 və X6 adına cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********31-10301 reyestr nömrəli çıxarışın verilməsinə səbəb olmuş qeydin ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Ağstafa rayonu Yenigün kəndində yerləşən yaşayış evi vardır. Ağstafa Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X6 və X10 ona qarşı "vərəsəlik şəhadətnaməsinin ləğv olunması, qanun və vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Sonradan iddiaçı tərəfindən müddətin bərpası və apellyasiya şikayəti barədə ərizə verilmiş, müddət bərpa olunaraq mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli 2(015)-114/2018 saylı qətnaməsi tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi qərara alınmış, iddia tələbinin Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş JN-126A KOD 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsində işin icraatına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardadla yanaşı qətnamə də qəbul olunmuş, qətnamədə iddiaçılar X11 və X10 X4 miras qalmış yaşayış evi və 0,06 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin cavabdeh İddiaçı adına, mərhum X2 və mərhum X5 miras qalmış yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin X6 və X10 adına verilməsinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-681/2020 saylı qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişlər və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4296/2020 saylı Qərarı ilə kassaiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərardad və qətnaməsi qüvvəsində saxlanılmışdır. Bu olanlara baxmayaraq Ağstafa Rayon Məhkəməsinin 2(015)-114/2018 saylı qətnaməsinə əsasən iddiaçı X11 Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********87-10301 reyster nömrəli çıxarışı almağa müvəffəq olmuşdur və sonradan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli qeyri-qanuni şəkildə çıxarış almışlar. İddiaçı sözügedən çıxarışın ləğv edilməsi barədə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə ərizə ilə müraciət etməyinə baxmayaraq, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

16. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3- 21- 3-37/2-1460/2023 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-114/2018 saylı qətnaməsi ilə X11 və X10 iddiası təmin edilmiş və məhkəmə qərarı əsasında Ağstafa rayonu Yenigün kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv.m fərdi yaşayış evi xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrə ilə hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X6, X10 iddiası təmin edilmiş və Ağstafa rayonu Yenigün kəndində yerləşən 06 ha və 0.19 ha torpaq sahələrinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş cavabdeh İddiaçı tərəfindən yaranmış manelər aradan qaldırılmış və real bölgü aparılması barədə qətnaməsi icra edilərəkxx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrə ilə hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-114/2018 saylı qətnaməsinin Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-681/2020 saylı qərarı ilə ləğv edilməsinə baxmayaraq icra edilmiş məhkəmə qərarının nəticəsinin ləğv edilməsi barədə Apelyasiya məhkəməsi münasibət bildirməmişdir. Məlumat üçün bildirilir ki, sözügedən yaşayış evinə dair dövlət reyestrində sonuncu qeydiyyat Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli icra vərəqəsi əsasında naturada bölgü edilməklə aparılmışdır.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1341/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, Ağstafa rayonu, Yenigün kəndində 0.19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçının adına sənədləşdirilməsi üçün qanunvericiliklə tələb edilən hüquqmüəyyənedici sənədlər olmadığından, cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı X6, X10 iddiası təmin edilmiş və Ağstafa rayonu Yenigün kəndində yerləşən 06 ha və 0.19 ha torpaq sahələrinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş cavabdeh İddiaçı tərəfindən yaranmış manelər aradan qaldırılmış və real bölgü aparılması barədə qətnaməsi icra edilərək xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrə ilə hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisələndirilən qeydiyyatın aparılmasına əsas Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsidir və həmin qətnamə qüvvədə olduğundan qeydin tərflərindən ləğv edilməsi mümkün deyildir.

23. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X14 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisələndirilən qeyd Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 saylı qətnaməsi əsasında aparılmışdır, ona görə də ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

24. Məhkəmə iclasında iddiaçı və digər üçüncü şəxs iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və digər üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 23.1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İşin hallarından görünür ki, iddiaçı üçüncü şəxslərin xeyrinə aparılmış qeydi mübahisələndirərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsini və daşınmaz əmlaka dair ilkin sənədlərin bərpa edilməsini tələb etmişdir.

31. Cavabdeh inzibati orqan mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olmuş sənədin mötəbərliyini aradan qaldıran əsasın olmadığını, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın mötəbərliyi prezumpsiyasının qüvvədə olmasına əsaslanaraq müraciətin təmin olunmasından imtina etmişdir.

32. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 25 avqust 2023-cü il tarixli, 3-21-3-37/2-5975/2023 nömrəli məktubundan və əlavə edilmiş sənədlərdən məlum olur ki, X10 və X6 ½ hissə olmaqla ********** qeydiyyat nömrəsi ilə 03 avqust 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatın aparılmasına əsas Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)104/2019 nömrəli qətnaməsi olmuşdur.

33. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsindən görünür ki, Ağstafa rayonu Yenigün kəndində yerləşən 0,06 ha və 0,19 ha torpaq sahələrinin və həmin torpaq üzərində inşa edilmiş cavabdeh İddiaçı tərəfindən yaranmış maneənin aradan qaldırılması və real bölgünün aparılması (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq), mübahisəli torpaq sahələrinin və fərdi yaşayış evinin bölünüb ayrılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə həvalə olunması qət edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)- 1656/2020 nömrəli qətnaməsinə əsasən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Ağstafa Rayon Məhkəməsi tərəfindən 10 iyun 2019-cu il tarixdə verilmiş icra vərəqəsi ilə qətnamə icraya yönəlmiş, 16 iyul 2021-ci il tarixli aktın surətinə əsasən Ağstafa rayonu Yenigün kəndində yerləşən 0,06 ha və 0,19 ha torpaq sahələrinin və həmin torpaq üzərində cavabdeh İddiaçı tərəfindən yaranmış maneələr aradan qaldırılmışdır.

35. Hazırki halda üçüncü şəxsin adına dövlət qeydiyyatının aparılmasına əsas Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi olmuşdur və həmin qətnamə qanuni qüvvəsini almışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən X14 və X6 adına cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********31-10301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənəd qüvvədə olduğundan, həmin sənəd əsasında aparılmış qeydin ləğv edilməsinə də heç bir əsas yoxdur. .

37. Məhkəmə tərkibi iddia ərizəsinin əsas dəlili Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018 nömrəli qətnaməsinin apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və məhz bu səbəbdən qeydin ləğv edilməli olması ilə bağlı qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)- 681/2020 saylı qərardadı və qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018 nömrəli qətnaməsi sonradan tamamilə ləğv edilsə də, həmin qətnamə ilə bağlı icra hərəkətləri həyata keçirilmiş, bundan sonra mübahisəli qeydiyyat digər məhkəmə aktı əsasında aparılmışdır.

38. Belə ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)114/2018 nömrəli qətnaməsi icra edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Ağstafa rayonu, Yenigün kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində X10 fərdi yaşayış evi ½ hissə, torpaq sahəsi 0,095 ha, X7 fərdi yaşayış evi ½ hissə, torpaq sahəsi 0,095 ha, İddiaçı torpaq sahəsi 0,06 ha hissəsində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış, bundan sonra qətnamə (xx.xx.2020-ci il tarixdə) ləğv edilmişdir.

39. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağstafa rayonu, Yenigün kəndində 0.19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X10 və X6 mülkiyyət hüququ qeydiyyata alınmışdır.

40. Hazırki mübahisənin predmeti də məhz ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il qeydiyyat tarixli çıxarışa əsasən aparılmış qeydiyyatdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda mübahisələndirilən çıxarış Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-104/2019 nömrəli qətnaməsi əsasında aparılan müvafiq qeydiyyat olduğundan və qətnamə qanuni qüvvəsini aldığından onun əsasında aparılmış qeydin ləğv edilməsinə heç bir əsas yoxdur.

42. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).

43. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

44. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, inzibati orqanın hərəkəti qanunamüvafiq olduğundan iddianın təmin edilməsinə dair heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1341/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar