Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-619/2024 22.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əmlak kompleksinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə 21 iyun 2024-cü il tarixli, 2-1(114)-133/2024 saylı qərarından cavabdeh verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Kirovabad şəhər ZDS-in İK-nin xx.xx.1973-cü il tarixli 21 nömrəli protokol-qərarı ilə Kirovabad şəhərində Voljski avtomobil zavodunda texniki xidmət stansiyasının tikintisi üçün 2705 nömrəli yük avtokolonun cənub-qərbindən 0.84 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Voljski avtomobil zavodunda ildə 2000 avtomobil üçün tikilmiş texniki xidmət stansiyası 28 dekabr 1978-ci iİ tarixli aktla istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MKTK “Aztexinventarlaşdırma” istehsalat birliyi tərəfindən inventarlaşdırıldığı xx.xx.2001-ci xx.xx.2001-ci il və xx.xx.2001ci il tarixlərə olan vəziyyətə uyğun olaraq İddiaçı ASC-yə məxsus Gəncə texniki xidmət stansiyasına (tikintialtı sahəsi 1372 kv.m olan “A” literli inzibati bina və istehsal sexi, tikintialtı sahəsi 259 kv.m olan “Б” literli istehsalat binası, tikintialtı sahəsi 130.7 kv.m olan “B” literli karbürator və vulkanizasiya sexləri, tikintialtı sahəsi 46.7 kv.m olan “Г” literli inzibati bina, tikintialtı sahəsi 64.0 kv.m olan “E” literli yağ dəyişmə sexi, tikintialtı sahəsi 88.9 kv.m olan “З” literli anbar, tikintialtı sahəsi 297.0 kv.m olan “M” literli anbar, tikintialtı sahəsi 236.4 kv.m olan “Д” literli yeməkxana, tikintialtı sahəsi 256.8 kv.m olan “H” literli anbar, tikintialtı sahəsi 189.4 kv.m olan “Л” literli anbar, tikintialtı sahəsi 484.6 kv.m olan “П” literli anbar və tikintialtı sahəsi 84.0 kv.m olan “O” literli inzibati binaya) dair texniki pasportlar tərtib edilmişdir. Həmin texniki xidmət stansiyasına dair Gəncə şəhəri DTİ və MHQİ tərəfindən xx.xx.2001-ci il tarixli 566 saylı arayış verilmiş və İddiaçı sahibkar müştərək müəssisəsi xx.xx.2001-ci il tarixdə X6 və X8 ilə alğı-satqı müqaviləsi bağlayaraq, tikintialtı sahəsi 88.9 kv.m olan “З” literli anbar, tikintialtı sahəsi 297.0 kv.m olan “M” literli anbar, tikintialtı sahəsi 256.8 kv.m olan “H” literli anbar, tikintialtı sahəsi 189.4 kv.m olan “Л” literli anbar, tikintialtı sahəsi 484.6 kv.m olan “П” literli anbar və tikintialtı sahəsi 84.0 kv.m olan “O” literli inzibati bina, o cümlədən “C” literli nasos və “K” literli transformator tikintilərini sonunculara satmış, yerdə qalan literləri isə öz balansında saxlamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********475900 nömrəli m\ktubuna əsasən, İddiaçı ASC (VÖEN **********) Rusiya Federasiyasının Voljski avtomobil zavodunun “AvtoVAZtexobslujivanie”, “Lada-Servis” səhmdar cəmiyyətlərinin və Azərbaycan Respublikası “AvtoVAZtexnikixidmət” mərkəzlərinin bazasında xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmış İddiaçı Qapalı tipli səhmdar müştərək müəssisəsinin çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-9429/2023 nömrəli məktubuna əsasən, İddiaçı ASC-yə məxsus əmlak kompleksi dövlət əmlakının Registrində qeydə alınmamışdır. Eyni zamanda, torpaqların elektron kadastr uçot informasiya sisteminə əsasən sözügedən əmlak kompleksinə aid torpaq sahəsi dövlət mülkiyyətindədir "xxxx" ASC Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı əmlak kompleksi üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ qeydiyyata alınmadan, arayış əsasında xx.xx.2001-ci il tarixli, 4Ə-1-71 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə tikililərinin bir hissəsinin özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, arxiv qovluğunda mövcud olan 28 dekabr 1978-ci iİ tarixli aktda istismara verilmiş tikililərin sahəsi, ölçüsü qeyd olunmamışdır. Onun tərəfindən təqdim olunmuş keçmiş 0.84 ha torpaq sahəsinin ayrılması barədə Kirovabad ZDS-in 31 iyul 1973-cü il tarixli, 21 nömrəli protokolundan çıxarışa əsasən torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsi şəhərin baş memarına tapşırılmışdır. Lakin, torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsinə dair sənədlər təqdim olunmamışdır. Ərizəyə əlavə edilmiş emissiya prospekti əmlakın özəlləşməsinə deyil, səhmlərin emissiya prospektinə aid olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan əmlak kompleksləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3- 21-3- 33/2-1447/2023 saylı məktubu ilə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişlər. İmtina onunla əsaslandırılmışdır ki, əmlak komleksi üzərində İddiaçı ASC-nin mülkiyyət hüququ qeydiyyata alınmadan, arayış əsasında xx.xx.2001-ci il tarixli, 4Ə-1-71 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə tikililərin bir hissəsinin özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, arxiv qovluğunda mövcud olan 28 dekabr 1978-ci il tarixli aktda istismara verilmiş tikililərin sahəsi, ölçüsü qeyd olunmamışdır. Təqdim olunmuş keçmiş 0.84 ha torpaq sahəsinin ayrılması barədə Kirovabad ZDS-in 31 iyul 1973-cü il tarixli, 21 nömrəli protokolundan çıxarışa əsasən torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirməsi şəhərin baş memarına tapşırılmışdır. Lakin torpaq sahəsinin naturada ayrılması tikililərin layihələndirilməsinə dair sənədlər təqdim olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, emissiya prospekti əmlakın özəlləşməsinə deyil, səhmlərin emissiya prospektinə aid olduğu müəyyən edilmişdir. Cavabdeh orqanın imtinası əsassızdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, texniki pasport və arxiv sənədləri ilə tikililərin 1978-ci il tarixdən iddiaçının sahiblik və istifadəsində olduğu müəyyən edilmişdir. Hətta həmin əmlakın bir hissəsi ilə bağlı da sərəncam verilmişdir. İddiaçının iddia tələbi əsaslıdır. Belə ki, emissiya prospekti ilə hüquqi şəxslərin balansında olan daşmar və daşınmaz əmlaklar birbaşa özəlləşdirmənin predmetidir. Çünki, özəlləşmə gedən zaman emissiya prospektinə istinad edilir. İddiaçının qeyd olunan əmlakla bağlı gözlənilən mülkiyyət hüququ vardır. Həmin hüquq Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 2(83)- 336/2018 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı özbaşına zəbt edilmiş torpaq sahəsindən hasarın sökülüb yeni hasar çəkilməsi tələbinə dair ilk iddiası təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı 90,89 kv.m hissəsindən çıxarılması tələbi rədd edilmişdir. Qeyd olunan qətnamə ilə bir daha təsdiq olunur ki, iddiaçının sahiblik və istifadəsində olan əmlak kompleksi ilə bağlı gözlənilən mülkiyyət hüququ vardır. Ona görə də, cavabdeh orqanın imtinası qanunsuzdur. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksinin ərazi hüdudları daxilində yerləşən 24 kv.m tikilialtı sahəyə malik əlavə tikili istisna olmaqla, Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən 0.47 ha torpaq sahəsinin üzərində yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan, xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli və xx.xx.2001-ci il tarixli texniki pasportlarda qeyd edilən qeyriyaşayış binalarından ibarət əmlak kompleksinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-133/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə əmlak kompleksi yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaması və arxiv qovluğunda mövcud olan 28 dekabr 1978-ci iİ tarixli aktda istismara verilmiş tikililərin sahəsinin ölçüsünün qeyd olunmaması dəlili ilə bağlı qeyd edir ki, hazırki tələb üzrə kompleksin yerləşdiyi torpaq sahəsi iddia predmeti deyildir. Həmin torpaq sahəsi iddia predmeti olmadığından bu əsasla hüquqların qeydə alınmasında imtina əsassızdır. İstimar aktında tikililərin sahəsinin ölçüsünün qeyd olunmaması dəlilinə münasibətdə isə qeyd edir ki, həmin aktda qeyd edilməsə də, həm əmlaklara dair texniki pasportlarda, həm Gəncə şəhəri DTİ və MHQİ tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 566 saylı arayışda ölçülər qeyd edilmişdir və bütün müddət ərzində iddiaçı Cəmiyyət həmin sahələrdən mübahisəsiz istifadə etmişdir. Həm mütəxəssis, həm ekspert rəyləri ilə alğı-satqı müqaviləsindən sonra İddiaçı ASC-nin faktiki istifadəsində qalan A, B (Б), Q, D və E literli tikililərin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), torpaq sahəsinin ölçüləri və digər texniki parametrlərinin texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 10cu maddəsinin tələbinə uyğun olaraq hüquqların Dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində göstərilən əsaslardan birini, yəni dövlətə məxsus olmuş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı, habelə torpaq sahəsində yerləşən daşınmaz əmlakın texniki pasportunu, tikililərin istismarı aktını təqdim etmişdir. Həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmaması imtina üçün əsas ola bilməz. İddiaçı da hazırkı tələbində məhz səlahiyyətli inzibati orqan tərəfindən verilən texniki pasportlar əsasında hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. V (В) literli tikilinin (24 kv.m tikilialtı sahənin) sökülməsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, B literli tikilinin bir hissəsi sökülmüş və hazırda həmin tikilinin mövcud faktiki tikilialtı sahəsi 35.7 kv.m hissəsi təşkil edir. Məhkəmə hesab etmişdir ki, həmin tikilinin bir hissəsi sökülsə də, 35.7 kv.m ibarət hissəsi qaldığından həmin ölçüdə hissə üzərində hüquqların qeydiyyatı aparılmalıdır Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmas barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı əmlak kompleksi üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ qeydiyyata alınmadan, arayış əsasında xx.xx.2001-ci il tarixli, 4Ə-1-71 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə tikililərinin bir hissəsinin özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, arxiv qovluğunda mövcud olan 28 dekabr 1978-ci il tarixli aktda istismara verilmiş tikililərin sahəsi, ölçüsü qeyd olunmamışdır. Təqdim olunmuş keçmiş 0.84 ha torpaq sahəsinin ayrılması barədə Kirobabad ZDS-in 31 iyul 1973-cü iltarixli, 21 nömrəli protokolundan çıxarışa əsasən torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsi şəhərin baş memarına tapşırılmışdır. Lakin, torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsinə dair sənədlər təqdim olunmamışdır. Qanunvericiliyin tələbləri baxımdan torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Gəncə şəhəri ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. Bildirilir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş emissiya prospekti əmlakın özəlləşməsinə deyil, səhmlərin emisiyya prospektinə aid olduğu müəyyən edilmişdir. Müraciətə Gəncə şəhər 1 saylı Dövlət notariat ofisində xx.xx.2001-ci ildə aparılmış alqı-satqı əməliyyatı ilə bağlı toplanmış sənədlər toplusu, İddiaçı ASC-nin nizamnaməsi, Qiymətli kağız mülkiyyətçilərinin reyestri, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsini tərəfindən verilmiş Səhimlərin Emissiya prospekti, Emitent haqqında məlumat, İddiaçıSC-nin səhmdarlarının reyestri, İddiaçı ASC-nin srukturuna aid olan filial və bölmələr haqqında Arayış, Tikilinin (əmlak kompleksinin) xx.xx.1976-cı il tarixində razılaşdırılmış layihəsi əlavə edilmişdir. Araşdırma aparılması üçün Gəncə şəhəri, M.Əliyev və X.Şeyxzamanov küçələrinin kəsişməsində yerləşən əmlak kompleksi kimi müəssisənin dövlət əmlakı olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktub göndərilmişdir. Cavab məktubunda (**********) qeyd olunan əmlak kompleksinin dövlət əmlakının dislokasiyasında aşkar edilmədiyi və həmin yerdə özəlləşmə aparılmadığı bildirilmişdir. Hal-hazırda əmlak kompleksinin tərkibində olmuş bəzi tikililər sökülmüş, əlavə tikililər inşa edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə ona ayrılmış torpaq sahəsinin harada yerləşməsi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, işə baxan məhkəmə mümkün və mötəbər olmayan sübutlara əsaslanaraq, səhv nəticəyə gəlmiş, bu hal da öz növbəsində iş üzrə yuxarıda göstərilən qanunsuz və əsassız qərarın çıxarılmasına səbəb olmuşdur. Hesab edilir ki, 3 saylı Gəncə Ərazi İdarəsi haqlı olara hazırki iş üzrə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Belə ki, hazırki işin halla onu deməyə əsas verir ki, sözügedən daşınmaz əmlak üzərində İddiaçı ASC-nin mülkiyyət hüququ qeydə alınmadığından həmin əmlak istənilən şəxsin iradəsindən asılı olmayaraq alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Odur ki, hazırda iddiaçının öz adına qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasını xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlərdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
11. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda
İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İşin hallardan müəyyən olunur ki, Kirovabad şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1973-cü il tarixli, 21 nömrəli protokol-qərarına əsasən Voljski minik avtomobilləri istehsalı birliyinə, Kirovabad şəhərində yerləşən X4 10 postlu avtomobil texniki xidmət stansiyasının tikintisi üçün Qərb sənaye zonasının 2705 nömrəli yük avtomobil kolonunun cənub-qərb tərəfində yerləşən 0,84 ha sahəsi olan torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsində Voljski avtomobil zavodunun ildə 2000 avtomobil üçün texniki xidmət stansiyası tikilərək, 28 dekabr 1978-ci iİ tarixli aktla istismara qəbul edilmişdir. Bundan sonra xx.xx.2001-ci il, xx.xx.2001-ci il və xx.xx.2001-ci il tarixlərdə İddiaçı SMM-nə məxsus Gəncə texniki xidmət stansiyasına (tikintialtı sahəsi 1372 kv.m olan “A” literli inzibati bina və istehsal sexi, tikintialtı sahəsi 259 kv.m olan “Б” literli istehsalat binası, tikintialtı sahəsi 130.7 kv.m olan “B” literli karbürator və vulkanizasiya sexləri, tikintialtı sahəsi 46.7 kv.m olan “Г” literli inzibati bina, tikintialtı sahəsi 64.0 kv.m olan “E” literli yağ dəyişmə sexi, tikintialtı sahəsi 88.9 kv.m olan “З” literli anbar, tikintialtı sahəsi 297.0 kv.m olan “M” literli anbar, tikintialtı sahəsi 236.4 kv.m olan “Д” literli yeməkxana, tikintialtı sahəsi 256.8 kv.m olan “H” literli anbar, tikintialtı sahəsi 189.4 kv.m olan “Л” literli anbar, tikintialtı sahəsi 484.6 kv.m olan “П” literli anbar və tikintialtı sahəsi 84.0 kv.m olan “O” literli inzibati binaya) dair texniki pasportlar tərtib edilmiş və iddiaçı həmin texniki pasportlar əsasında həmin əmlaklardan istifadə etmişdir. İş materiallarında olan xx.xx.2001-ciu il tarixli "xxxx"ndən görünür ki, İddiaçı sahibkar müştərək müəssisəsi xx.xx.2001-ci il tarixdə X6 və X8 ilə alğı-satqı müqaviləsi bağlayaraq, tikintialtı sahəsi 88.9 kv.m olan “З” literli anbar, tikintialtı sahəsi 297.0 kv.m olan “M” literli anbar, tikintialtı sahəsi 256.8 kv.m olan “H” literli anbar, tikintialtı sahəsi 189.4 kv.m olan “Л” literli anbar, tikintialtı sahəsi 484.6 kv.m olan “П” literli anbar və tikintialtı sahəsi 84.0 kv.m olan “O” literli inzibati bina, o cümlədən “C” literli nasos və “K” literli transformator tikintilərini X6 və X1, yerdə qalan literləri isə öz balansında saxlamışdır. Hazırda iddiaçı balansında saxlanılan əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyita alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu bildirmişdir ki, aparılan araşdırma zamanı əmlak kompleksi üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ qeydiyyata alınmadan, arayış əsasında xx.xx.2001-ci il tarixli, 4Ə-1-71 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə tikililərinin bir hissəsinin özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, arxiv qovluğunda mövcud olan 28 dekabr 1978-ci iİ tarixli aktda istismara verilmiş tikililərin sahəsi, ölçüsü qeyd olunmamışdır. Ərazi İdarəsinə təqdim olunmuş keçmiş 0.84 ha torpaq sahəsinin ayrılması barədə Kirobabad ZDS-in 31 iyul 1973-cü il tarixli, 21 nömrəli protokolundan çıxarışa əsasən torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsi şəhərin baş memarına tapşırılmışdır. Lakin torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsinə dair sənədlər təqdim olunmamışdır. Ərizəyə əlavə edilmiş emissiya prospekti əmlakın özəlləşməsinə deyil, səhmlərin emissiya prospektinə aid olduğu müəyyən edilmişdir. Bunlara əsasən cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasının və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız olduğunu bildirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, apellyasiya şikayətinin dəlillərində bildirilmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə ona ayrılmış torpaq sahəsinin harada yerləşməsi müəyyən edilməlidir. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ASC istər inzibati orqana, istərsə də müvafiq iddia tələbilə məhkəməyə müraciət edərkən üzərində əmlak kompleksi inşa edilmiş torpaq sahəsinin deyil, məhz həmin əmlak kompeksinə münasibətdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyindən artıq həmin dəlil öz mahiyyətini itirmiş olur. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin qurum sözügedən torpaqlara münasibətdə sərəncam vermək (mülkiyyətə, icarəyə, istifadəyə) səlahiyyətlərinə malikdir. Bundan başqa məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, Kirobabad ZDS-in 31 iyul 1973-cü il tarixli, 21 nömrəli protokolundan çıxarışa əsasən torpaq sahəsinin naturada ayrılması və tikililərin layihələndirilməsi şəhərin baş memarına tapşırılmış, tikililərə dair müvafiq texniki pasportlar tərtib edilmiş həmin texniki pasportda əks olunan texniki göstəricilərə əsasən tikililər inşa edilmiş və həmin zamandan təyinatı üzrə istifadə edilmiş, hazırda da iddiaçı ASC tərəfindən təyinatı üzrə istifadə edilir. İş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəyindən görünür ki, alqı-satqı müqaviləsindən sonra iddiaçının faktiki istifadəsində qalan A, Б, Г, Д və E literli tikililər, texniki pasportda göstərilən ölçülərə uyğun olaraq, "xxxx" ASC-nin faktiki istifadəsindədir. B literli tikili isə, sökülmüş və həmin sahədə faktiki tikili altı sahəsi 35.7 kv.m olan tikili mövcuddur. Apellyasiya şikayətinin digər bir dəlilində qeyd edilmişdir ki, sözügedən daşınmaz əmlak üzərində İddiaçı ASC-nin mülkiyyət hüququ qeydə alınmadığından həmin əmlak istənilən şəxsin iradəsindən asılı olmayaraq alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Odur ki, hazırda iddiaçının öz adına qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası xatırladır ki, əmlak kompleksinin müvafiq literli tikililərinin alqısatqı müqaviləsinin predmeti olub-olubmaması hazırkı mübahisənin predmetini təşkil etmədiyindən bu dəlil əsassız olmuşdur və iddianın mümkün sayılmamasına əsas olan hal kimi çıxış edə bilməz. Həmçinin iş materiallarında olan Gəncə şəhər DTİ və MHQİ tərəfindən verilmiş 1/24 saylı, xx.xx.2002-ci il tarixli “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, Gəncə şəhəri, Nizami rayonu 2705 nömrəli avtokolonunun cənub qərbində yerləşən qeyri-yaşayış binası üzərində X2 və X5 ½ payları müəyyən edilərək qeydiyyata alınmışdır. Göründüyü kimi vaxtı ilə hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı səlahiyyətli orqan tərəfindən xx.xx.2001-ci il tarixli "xxxx" əsasında iddiaçı ASC tərəfindən yuxarıda adları qeyd edilən şəxslərə satılmış əmlak qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, hazırda sadəcə olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparan orqanların adı dəyişdirilmişdir. Belə olan halda inzibati orqan tərəfdən tərəfindən mövcud vahid təcrübədən kənara çıxılması etimad hüququnun qorunması prinsipinin pozulması ilə nəticələnir ki, bu da yol verilməzdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Bununla yanaşı iddiaçı tərəfindən inzibati orqana müraciət edilən zaman ərizəyə əlavə edilmiş sənədlər sırasında əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina haqlı olmamışdır. Belə ki, iddiaçı müraciəti zamanı əmlak üzərində hüquqlarının qeydiyyata alınmasına əsasən olan sənədləri (dövlətə məxsus olmuş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı, torpaq sahəsində yerləşən daşınmaz əmlakın texniki pasportu, tikililərin istismarı aktı) təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Göründüyü kimi qanunvericilikdə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında və siyahısı qanunla müəyyən edilən sənədlərin təqdim olunması ilə aparılır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədi inzibati orqana təqdim etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-133/2024 saylı qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.