Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-62/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) X1, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi (vəkil) X5 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-643/2022 saylı qərarından İddiaçı vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilərək işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş, eyni zamanda həmin tarixli qərardadla Cavabdeh iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, Ə840-001-21 nömrəli əmrin ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-643/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı vəkili X3 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-643/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə idman nəaliyyətlərinə görə Daxili İşlər Nazirliyinin sıralarına daxil edilmiş, işlədiyi müddətdə rəhbərlik tərəfindən mükafatlar almış, bu günədək onun işi ilə bağlı hər hansı nöqsan olmamışdır. İddiaçı məzuniyyətdə olarkən rəis tərəfindən çağrılmış və ona bildirilmişdir ki, barəsində daxili təhqiqat idarəsində araşdırma aparılır. Həmin gün Bakı şəhərinə getmiş və orada iddiaçıdan analiz nümunələri götürülmüşdür. Bundan sonra Ağdam rayonuna qayıtmış, məzuniyyəti bitdikdən sonra xx.xx.2021-ci il tarixdə işə çıxmış və işini normal şəkildə icra etməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə o, yenidən Bakı şəhərinə çağrılmış, daxili təhqiqat tərəfindən aparılmış araşdırmaya etirazını bildirmiş, ancaq onu analizin cavabları ilə tanış etməmişlər. Yenidən işə qayıtmış, xx.xx.2021-ci il tarixdə ona işdən azad edildiyi bildirilmişdir. İddiaçı hesab edir ki, onun işdən çıxarılması qanunsuz və əsassız olmuşdur. Cavabdehin vəkili X7 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Ağdam RPŞ polis nəfəri İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspress- test” üsulu ilə tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin gün polis serjantı İddiaçı Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, ondan götürülmüş müvafiq nümunələrin tərkibində məhkəmə-kimyəvi tədqiqat nəticəsində narkotik vasitə olan “Kannabinoid” aşkar edilərək bu barədə xx.xx.2021-ci il tarixli 4011/K nömrəli ekspert aktı tərtib olunmuşdur. Polis nəfəri İddiaçı intizam məsuliyyətindən yayınmaq məqsədi ilə xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutmuşdur. İddiaçının hərəkətləri X10 əməkdaşlarının adına və polisin nüfuzuna ləkə gətirdiyinə görə “Azərbaycan Respublikasının X10nda xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndinə uyğun olaraq X10nda xidmətdən xaric edilmişdir. Odur ki, iddiaçının tələbi əsassızdır və bu işdə olan sübutlarla öz əksini tapır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 4011/K nömrəli aktından görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində sidikdə çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. - DİN-in Daxili Təhqiqat İdarəsinin dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Ağdam RPŞ polis nəfəri İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspress - test” üsulu ilə tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir, həmin gün polis serjantı İddiaçı Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, ondan götürülmüş müvafiq nümunələrin tərkibində məhkəmə-kimyəvi tədqiqat nəticəsində narkotik vasitə olan “Kannabinoid” aşkar edilərək bu barədə xx.xx.2021-ci il tarixli, 4011/K nömrəli ekspert aktı tərtib olunmuşdur, eyni zamanda polis nəfəri İddiaçı intizam məsuliyyətindən yayınmaq məqsədi ilə xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutmuşdur, bundan əlavə xidməti təhqiqat zamanı sabiq polis əməkdaşı İsgəndər Mehdiyev izahatında göstərmişdir ki, cari ilin sentyabr və oktyabr aylarında xidmətdən kənar vaxtı İddiaçıla birgə narkotik vasitə olan marixuana qəbul etmişlər. - Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, Ə840-001-21 nömrəli əmrindən görünür ki, ”X10 əməkdaşlarının etik davranış kodeksin”nin 1,2,3,11,17 və 22-ci maddələrinin, ”İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq qanunsuz olaraq narkotik vasitə əldə edib ondan istifadə etdiyinə, xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, habelə rəhbərlik tərəfindən mənfi xarekterizə olunduğuna, bu hərəkətləri ilə X10 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Ağdam RPŞ PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı RPŞ-nin xx.xx.2021-ci il tarixli 86 nömrəli əmri ilə elan edilmiş “şiddətli töhmət” intizam tənbehi nəzərə alınmaqla “Azərbaycan Respublikasının X10nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən X10nda xidmətdən xaric edilmişdir. - xx.xx.2021-ci il tarixli, 4666 nömrəli “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” aktdan görünür ki, İddiaçı müayinəsi zamanı şəxsin sidiyində narkotik maddə aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1946/K nömrəli ekspert rəyində bildirilir ki, kannabinoidlər uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin xüsusiyyətlərindən asılı olaraq 15-30 gündən sonra qanda aşkar oluna bilər. Sidikdə immunoferment üsul ilə kannabinoidlərin metobolitləri xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün ərzində, epizodik istifadədə isə 29 gün ərzində aşkar edilə bilər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qərar çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarı qanuni və əsaslı olmamışdır. Belə ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları araşdırmadan və onlara hüquqi qiymət vermədən iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Halbuki iş materiallarında olan, ekspertin xx.xx.2022-ci il tarixli, 1946/K nömrəli rəyində qeyd edilmişdir ki, kannabinoidlər lipidlərdə (piylərdə) çox yaxşı həll olunur və buna görədə beyində, piy toxunmasında, qaraciyərdə, sümük iliyində, böyrəklərdə toplanır və uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin xüsusiyyətlərindən asılı olaraq 15-30 gündən sonra qanda aşkar oluna bilər. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının narkotik maddə istifadə etməsi ilə bağlı cavabdeh inzibatı orqanın göstərdiyi dəlillər əsassızdır. Belə olan halda iddia təmin edilməli olduğu halda, məhkəmə ekspertin rəyini düzgün qiymətləndirməyərək iddianın rədd edilməsi barədə əsassız qərar qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-643/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi (vəkil) X7 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, şikayətin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-643/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ekspert X4 izahatında bildirdi ki, müayinə onun tərəfindən aparılmışdır. İddiaçı gətirən şəxslərin iştirakı ilə akt tərtib edilərək ondan qan və sidik analizi götürülmüşdür. İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində sidikdə çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. Narkotik vasitələrin orqanimzində özünə məxsus qalma müddəti vardır. Belə ki, bütün maddələr qaraciyərdə yığılır, lakin “marixuana” fərqlidir. Mütəmadi istifadə olunanda 77 gün sonra da aşkarlana bilər. Aktiv həyat tərzindən aslıdır, yəni gündəlik idmanla məşğul olan şəxslərdə narkotik vasitə orqanizmdən daha tez ifraz olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bu qənaətə gələrkən məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarına istinad edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 4011/K nömrəli aktından görünür ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində sidikdə çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağdam RPŞ polis nəfəri İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin gün polis serjantı İddiaçı Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, ondan götürülmüş müvafiq nümunələrin tərkibində məhkəmə-kimyəvi tədqiqat nəticəsində narkotik vasitə olan “Kannabinoid” aşkar edilərək bu barədə xx.xx.2021-ci il tarixli 4011/K nömrəli ekspert aktı tərtib olunmuşdur. Bundan əlavə, xidməti təhqiqat zamanı sabiq polis əməkdaşı İsgəndər Mehdiyev izahatında göstərmişdir ki, cari ilin sentyabr və oktyabr aylarında xidmətdən kənar vaxtı İddiaçıla birgə narkotik vasitə olan marixuana qəbul etmişlər. İddiaçının qeyd olunan hərəkətləri X10 əməkdaşlarının adına və polisin nüfuzuna ləkə gətirdiyinə görə o, cavabdeh orqan tərəfindən haqlı olaraq “Azərbaycan Respublikasının X10nda xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndinə əsasən X10nda xidmətdən xaric edilmişdir. «Azərbaycan Respublikasının X10nda xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinin tələbinə görə X6 əməkdaşı X10 əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkətlər etdikdə, 10-cu bəndinə görə isə intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. «X10 əməkdaşlarının etik davranış Kodeksi»nə əsasən: - Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır (maddə 1). - Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər (maddə 2). - Çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır (maddə 9). - Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. (maddə11). - Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. (maddə 17). «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə əsasən səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrinə aiddir. Həmin Qanunun 33-cü maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir. Məhkəmə kollegiyası iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Apellyator şikayətində göstərmişdir ki, ekspertin xx.xx.2022-ci il tarixli, 1946/K nömrəli rəyində qeyd edilmişdir ki, kannabinoidlər lipidlərdə (piylərdə) çox yaxşı həll olunur və buna görədə beyində, piy toxunmasında, qaraciyərdə, sümük iliyində, böyrəklərdə toplanır və uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin xüsusiyyətlərindən asılı olaraq 15-30 gündən sonra qanda aşkar oluna bilər. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının narkotik maddə istifadə etməsi ilə bağlı cavabdeh inzibatı orqanın göstərdiyi dəlillər əsassızdır. Həmin dəlilə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan DİN-in Daxili Təhqiqat İdarəsinin dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Ağdam RPŞ polis nəfəri İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspress - test” üsulu ilə tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir, həmin gün polis serjantı İddiaçı Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, ondan götürülmüş müvafiq nümunələrin tərkibində məhkəmə-kimyəvi tədqiqat nəticəsində narkotik vasitə olan “Kannabinoid” aşkar edilərək bu barədə xx.xx.2021-ci il tarixli, 4011/K nömrəli ekspert aktı tərtib olunmuşdur, bundan əlavə xidməti təhqiqat zamanı sabiq polis əməkdaşı İsgəndər Mehdiyev izahatında göstərmişdir ki, cari ilin sentyabr və oktyabr aylarında xidmətdən kənar vaxtı İddiaçıla birgə narkotik vasitə olan marixuana qəbul etmişlər. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən ekspert X2 izahatından da görünür ki, müayinə onun tərəfindən aparılmışdır. İddiaçı gətirən şəxslərin iştirakı ilə akt tərtib edilərək ondan qan və sidik analizi götürülmüşdür. İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində sidikdə çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Göründüyü kimi, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qanuna zidd olmaması məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir. Odur ki, onun ləğv edilməsinin qanuni əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İPM-in 87.5, 87.6, 89, 94.1-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-643/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Bu qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-62/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-62/2023
17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver