Məhkəmə qərarları › İş №2-1(104)-620/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-620/2025

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-620/2025 19.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı onun pensiya hüququnun yarandığı # #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları İddiaçı ##.##.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) – Rentgen şöbəsi,rentgen-labarant, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 22 il 7 ay 14 gün təşkil edir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19.4-cü bəndinə/(yarımbəndinə) və ya 12300000-24577 vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyinin Şəmkir Rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, 18-1-73/3- ****/**** nömrəli arayışına əsasən İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.2010-cu il tarixinə kimi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında rentgen-labarant vəzifəsində işləmişdir. Iddiaçı İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən ##.##.2024-cü il tarixli, *- **-*/*-Ş-******/**** nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz ## ###### 1984-cü il tarixli AT-IV ******* nömrəli əmək kitabçanızda və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının sizə dair arayışında ##.##.1987-##.##.2010-cu il tarixləri arasındakı dövr ərzində rentgen şöbəsində rentgen lobarant vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəssisədə işlədiyi dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq ## #### 1986-cı tarixində Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi statistik olaraq işə qəbul edildiyi, 1986-2010-cu illər arasında əmrlər kitabında heç bir dəyişiklik olmadan # ##### 2010-cu il tarixində sözügedən müəssisənin rentgen şöbəsindən 0,75 ştat vahidi ilə rentgen laborantı vəzifəsindən işdən azad edildiyini bildirilib. Eyni zamanda, müvafiq alt sistemdə mövcud olan əmək müqaviləsində ##.##.1987-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində feldşer vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, ona dair sənədlərdə uyğunsuzluqlar mövcuddur. Göstərilən səbəblərdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" publik hüquqi şəxs “Şəmkir Rayon Mərkəzi Xəstəxanası”nın ##.##.2026-cı il tarixli, **-*-**/*-**/**** nömrəli məktubunda bildirilir ki: - İddiaçı ##.##.1986-cı ildə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Metod kabinetinə *** №-li əmrə əsasən tibb statistiki vəzifəsinə işə qəbul edilmiş, ##.##.1987-ci ildə ** №-li əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. (Əmək kitabçasında qeydlər aparılıb, əmrlərin surəti qoşmaya əlavə olunur, şəxsi işində həmin əmək müqaviləsinin əsli və ya surəti mövcud deyil). - ##.##.1987-ci ildə *** №-li əmrə əsasən Poliklinika şöbəsinə rentgen-laborant vəzifəsinə işə qəbul edilmiş, ##.##.2010-cu ildə **/k №-li əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. (Əmək kitabçasında qeydlər aparılıb, əmrlərin surəti qoşmaya əlavə olunur, şəxsi işində həmin əmək müqaviləsinin əsli və ya surəti mövcud deyil). - Eyni əmrə əsasən (**/k №-li) ##.##.2010-cu ildə Təşkilati-metodik kabinetə feldşer vəzifəsinə təyin olunmuş, ##.##.2010-cu ildə **/k №-li əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. (Əmək kitabçasında qeydlər aparılıb, əmrlərin surəti qoşmaya əlavə olunur, şəxsi işində həmin əmək müqaviləsinin əsli və ya surəti mövcud deyil). - Eyni əmrə əsasən (**/k №-li) ##.##.2010-cu ildə Fizioterapiya və tibbi bərpa şöbəsinə (əmək kitabçasına Fizioterapiya şöbəsi kimi qeyd edilib) tibb qardaşı vəzifəsinə təyin olunmuş, ##.##.2021-ci il tarixində struktur dəyişikliyi ilə əlaqədar olaraq şöbə Fizioterapiya adlanmış, bu günə qədər həmin şöbədə tibb bacısı (qardaşı) vəzifəsində çalışır. (Əmək kitabçasında şöbə adının dəyişməsi ilə əlaqədar qeyd aparılmamışdır). Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun uzun müddət zərəli iş şəraitində işləməyilə bağlı olaraq güzəştli şərtlərlə ona pensiya təyin olunmasının vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ## ### 1962-ci ildə Şəmkir şəhərində anadan olmuş və qeyd olunan ünvanda ailə üzvülərilə birlikdə yaşayır. Hərbi xidmət keçmiş, təhsil almışdır. Eyni zamanda ##.##.1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1983-cü ildən 1986-cı ilə kimi tibbi təhsil almışdır. ##.##.1987-ci ildən *** saylı əmrlə Şamxor rayon Mərkəzi Xəstəxanası üzrə 1.0 ştat vahidi ilə mərkəzi xətəxananın poliklinika şöbəsinə rentgen-labarant vəzifəsinə təyin olunmuş,##.##.2010-cu ildən 43/K saylə əmrlə X2 şöbəsinin Rentgen Labarantı islahatla əlaqədar tutduğu vəzifədən azad olunmuş və köçürmə yolu ilə X4-Metodik Kabinəsinə ferdşel vəzifəsinə təyin olunmuş və hazırda da işləyir. Hesab edir ki, onun güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Cavabdeh orqanın iddiaya qarşı ##.##.2025-ci il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ## ##### 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarıınbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışa əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirmokdir Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri giymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ## ###### 1984-cü il tarixli AT- IV ******* nömrəli əmək kitabçasında və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının iddiaçıya dair arayışında ##.##.1987- ##.##.2010-cu il tarixləri arasındakı dövr ərzində rentgen şöbəsində laborant vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq ## #### 1986-cı il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi statistik olaraq işə qəbul edildiyi, 1986-2010-cu illər arasında əmrlər kitabında heç bir dəyişiklik olmadan ## ##### 2010-cu il tarixdə sözügedən müəssisənin rentgen şöbəsindən 0,75 ştat vahidi ilə rentgen laborantı vəzifəsindən işdən azad edildiyi bildirilmişdir. Eyni zamanda müvafiq alt sistemdə mövcud olan əmək müqaviləsində ##.##.1987-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində feldşer vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçıya dair sənədlərdə uyğunsuzluq mövcuddur. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və onun pensiya hüququnun yarandığı # #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin həmin tarixli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim L.Əliyev) iddianın təmin edilməsi, iddiaçı İddiaçı # #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, r. Məhkəmə qeyd edir ki, cavabdeh orqan öz imtinasında iddiaçının ## #### 1986-cı il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi statistik olaraq işə qəbul edildiyi, 1986-2010-cu illər arasında əmrlər kitabında heç bir dəyişiklik olmadan ## ##### 2010-cu il tarixdə sözügedən müəssisənin rentgen şöbəsindən 0,75 ştat vahidi ilə rentgen laborantı vəzifəsindən işdən azad edildiyi bildiildiyini ,eyni zamanda müvafiq alt sistemdə mövcud olan əmək müqaviləsində ##.##.1987-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində feldşer vəzifəsində işlədiyinin qeyd olunduğunu , bu səbəbdəndə iddiaçıya dair sənədlərdə uyğunsuzluq mövcud olduğunu qeyd etsə də, iddiaçı # #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmiş,iş materiallarındakı Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış ilə İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) – Rentgen şöbəsi,rentgen-labarant, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 22 il 7 ay 14 gün təşkil edir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19.4-cü bəndinə/(yarımbəndinə) və ya 12300000-24577 vəzifə koduna uyğun olması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyinin Şəmkir Rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, **-*-**/*-****/**** nömrəli arayışına əsasən İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.2010-cu il tarixinə kimi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında rentgen-labarant vəzifəsində işləmiş olması faktı öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanunu «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunuun 9.1-ci maddəsində dəyişikilik olunmuş (maddə yeni redaksiyada verilmiş) və # #### 2022-ci il tarixdən qüvvəyə minmiş bu Qanunun 2-ci maddəsinin (Keçid müddəaları) 2.1-ci bəndinə nəzərdə tutulmuşdur ki, bu Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin tələblərinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Odur ki, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin tələbləri rəhbər tutulmaqla iddiaçı İddiaçı # #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ## ###### 1984-cü il tarixli AT-IV ******* nömrəli əmək kitabçasında və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının iddiaçıya dair arayışında ##.##.1987-##.##.2010-cu il tarixləri arasındakı dövr ərzində rentgen şöbəsində laborant vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq ## #### 1986-cı il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi statistik olaraq işə qəbul edildiyi, 1986-2010-cu illər arasında əmrlər kitabında heç bir dəyişiklik olmadan ## ##### 2010-cu il tarixdə sözügedən müəssisənin rentgen şöbəsindən 0,75 ştat vahidi ilə rentgen laborantı vəzifəsindən işdən azad edildiyi bildirilmişdir. Eyni zamanda müvafiq alt sistemdə mövcud olan əmək müqaviləsində ##.##.1987- ##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində feldşer vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçıya dair sənədlərdə uyğunsuzluq mövcuddur. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi Yasin Zeynalov apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Iş üzrə tərəflərə məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı»:

12300000 XIX. Səhiyyə idarələri 12300000—4577 rentgenlaborantları, o cümlədən rentgen cərrahiyyəsi, angioqrafiya və flüroqrafiya kabinetlərinin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı:

19. Tibb və sosial təminat müəssisələri rentgen laborantları, o cümlədən rentgen cərrahiyyəsi, angioqrafiya və flüroqrafiya kabinetlərinin, rentgen şöbələrinin (kabinetlərinin) orta tibb heyəti, həmçinin rentgen cərrahiyyəsi, angioqrafiya kabinetlərində daimi məşğul olan orta tibb heyəti

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Iş materiallarından göründüyü kimi iddiaçının hüquqi marağı onun pensiya hüququnun yarandığı # #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: o, 60 yaşına çatmalı, bu yaşadək 25 ildən az olmayan ümumi, o cümlədən həmin müddət daxilində, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. Hazırda cavabdeh orqan tərəfindən yeganə mübahisələndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdeh qeyd edir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının iddiaçı barəsində arayışında və əmək kitabçasında onun ##.##.1987-ci il tarixdən ##.##.2010-cu il tarixədək olan dövrdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında rentgen şöbəsində laborant vəzifəsində işlədiyi qeyd olunmuş, lakin müvafiq alt sistemdə mövcud olan əmək müqaviləsində ##.##.1987- ##.##.2021-ci il tarixlər arasındakı dövr ərzində feldşer vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçıya dair sənədlərdə uyğunsuzluq mövcud olduğundan onun güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır və buna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ilk öncə iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, ##.##.1987-ci il tarixdə *** nömrəli əmr ilə Şəmkir Rayon Mərkəzi Xəstəxananın Poliklinika şöbəsinə rentgenlaborant vəzifəsinə təyin edilmiş, daha sonra ##.##.2010-cu il tarixdə **/k nömrəli əmr ilə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" publik hüquqi şəxs “Şəmkir Rayon Mərkəzi Xəstəxanası”nın ##.##.2026-cı il tarixli, **-*-**/*-**/**** nömrəli məktubunda da bildirilir ki, İddiaçı ##.##.1986-cı ildə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Metod kabinetinə *** №-li əmrə əsasən tibb statistiki vəzifəsinə işə qəbul edilmiş, ##.##.1987-ci ildə ** №-li əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. (Əmək kitabçasında qeydlər aparılıb, əmrlərin surəti qoşmaya əlavə olunur, şəxsi işində həmin əmək müqaviləsinin əsli və ya surəti mövcud deyil). ##.##.1987-ci ildə *** №-li əmrə əsasən Poliklinika şöbəsinə rentgen-laborant vəzifəsinə işə qəbul edilmiş, ##.##.2010-cu ildə **/k №-li əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. (Əmək kitabçasında qeydlər aparılıb, əmrlərin surəti qoşmaya əlavə olunur, şəxsi işində həmin əmək müqaviləsinin əsli və ya surəti mövcud deyil). Eyni əmrə əsasən (**/k №-li) ##.##.2010-cu ildə Təşkilatimetodik kabinetə feldşer vəzifəsinə təyin olunmuş, ##.##.2010-cu ildə **/k №-li əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. (Əmək kitabçasında qeydlər aparılıb, əmrlərin surəti qoşmaya əlavə olunur, şəxsi işində həmin əmək müqaviləsinin əsli və ya surəti mövcud deyil). Eyni əmrə əsasən (**/k №-li) ##.##.2010-cu ildə Fizioterapiya və tibbi bərpa şöbəsinə (əmək kitabçasına Fizioterapiya şöbəsi kimi qeyd edilib) tibb qardaşı vəzifəsinə təyin olunmuş, ##.##.2021-ci il tarixində struktur dəyişikliyi ilə əlaqədar olaraq şöbə Fizioterapiya adlanmış, bu günə qədər həmin şöbədə tibb bacısı (qardaşı) vəzifəsində çalışır. (Əmək kitabçasında şöbə adının dəyişməsi ilə əlaqədar qeyd aparılmamışdır). Bundan başqa müəssisə tərəfindən verilmiş Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) – Rentgen şöbəsi, rentgen-laborant işlədiyi vəzifə üzrə sosial sığorta stajı 22 il 7 ay 14 gün təşkil edir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19.4-cü bəndinə (yarımbəndinə) və ya 12300000-24577 vəzifə koduna uyğundur. Göründüyü kimi iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.2010-cu il tarixədək olan dövrdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında poliklinika şöbəsində rentgen-laborant vəzifəsində işləməsi faktı iş materiallarında olan əmək kitabçası və digər sənədlərlə təsdiq olunur. Həmçinin müəssisə tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən görünür ki, iddiaçının Şəmkir Rayon Mərkəzi Xəstəxanasında poliklinika şöbəsində işlədiyi rentgen-laborant vəzifəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısının, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının müvafiq bəndlərində təsbit olunmuşdur. (Qərarın tətbiq edilən hüquq hissəsinə bax). Beləliklə hazırki mübahisəyə münasibətdə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün qanunvericilikdə tələb olunan dispozisiya şərtləri mövcud olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Göründüyü kimi nəticə etibarilə birinci instansiya məhkəməsinin qərarı mahiyyəti üzrə olmaqla əsaslı və qanunidir. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərində də bunun əksini göstərəcək hallar qeyd olunmamış və apellyasiya baxışı zamanı da birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslar müəyyən olunmamışdır. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar