Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-623/2025 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İddiaçı barəsində ##.##.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı ##.##.2022-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2003-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı “Sol ayağın İ-II barmaqlarının IV hər iki ayağın və ayaq barmaqlarının II-III donvurması nəticəsində, II mərhələ angiotrofoneyrozu qan dövranın və funksiyanın mülayim dərəcədə pozulması ilə, Sol ayağın İ-II barmaqlarının IV dərəcəli donvurmasına görə əsas falanqaların proksimal ucu səviyyəsində amputasion güdülləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2005-ci il tarixli ****** nömrəli, ##.##.2006-cı il tarixli ****** nömrəli, ##.##.2008-ci il tarixli ****** nömrəli, ##.##.2010-cu il tarixli ****** nömrəli, ##.##.2011-ci il tarixli ****** nömrəli, ##.##.2013-cü il tarixli ****** nömrəli, ##.##.2014-cü il tarixli ****** nömrəli və ##.##.2015-ci il tarixli ****** nömrəli arayışlarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ##.##.2005-ci il tarixli müayinə aktına əsasən ##.##.2006-cı il tarixədək və ##.##.2006-cı il tarixli müayinə aktına əsasən ##.##.2007-cı il tarixədək III dərəcə əlillik, ##.##.2008-ci il tarixli, ##.##.2010-cu il tarixli, ##.##.2011-ci il tarixli, ##.##.2013-cü il tarixli, ##.##.2014-cü il tarixli və ##.##.2015-ci il tarixli müayinə aktlarına əsasən isə hər dəfə 1 il müddətinə II dərəcə əlillik təyin edilmişdir.
3. ** saylı Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı “Hər iki a/ə-da III-IV dərəcəli donvurmadan sonrakı obliterasiya edici endoartrıt Sol ayağın İ-II barmaqların amputasıyası III barmağın deformasiyası Xr pielonefrit A/ə-da arteroal poz-sı II dər” diaqnoza əsasən ##.##.2016-cı il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə (##.##.2021-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün ##.##.2022-ci il tarixli, T********ABT nömrəli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: “Əsas diaqnoz: T34 Toxumaların nekrozlaşan donvurması, Hər iki pəncənin donvurmadan sonrakı vəziyyəti; Ağırlaşma: I73.1 Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], Donvurmadan sonrakı vəziyyət.Obliterasiya edici trombangit; Ağırlaşma: I79.8* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı, arteriyalar, arteriolalar və kapilyarların başqa zədələnmələri, Hər iki aşağı ətrafların dizaltı arteriyaların stenozu.Baldır arteriyaların okkluziyası.Aşağı ətrafların III dərəcə xroniki işemiyası; Ağırlaşma: M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sol pəncənin medial deformasiyası, hər iki pəncənin varus deformasiyası; Ağırlaşma: M24.5 Oynaqların kontrakturası, Pəncə əzələsinin hipertrofiyası, barmaqların kontrakturası ağrı sindomu; Ağırlaşma: S98.2 Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, Sol pəncənin İ, II barmaqların proksimal falanqaların distal ucundan amputasiyasından sonrakı güdülləri; Ağırlaşma: R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Axsama yeriş funksiyasının pozulması; Ağırlaşma: T95.3 Aşağı ətrafın donmasının, termiki və kimyəvi yanığının nəticələri, Sağ pəncənin İ,II barmaqlarının dırnaq falanqalarının distal ucunun sümük defekti.
5. İddiaçı əlillik vəziyyəti həmin göndəriş əsasında ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
7. X4 tərəfindən iddiaçı barəsində ##.##.2026-cı il tarixdə aparılan aşağı ətraf arteriyalarının rəngli dopler müayinəsindən görünür ki, müayinə nəticəsində sağ və sol aşağı ətrafda arterial qan dövranı pozğunluğu 2 dər., stenodik d-r əl-ri, eləcə də monofozik axın-keçiriciliyin 70%-dən çox pozulması, 2 fazlı axının 50-60%-ə qədər keçiriciliyinin pozulması müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutu” PHŞ-nin ##.##.2026-cı il tarixli, ********** nömrəli arayışdan görünür ki, İddiaçı “Hər iki pəncənin donvurmadan sonrakı vəziyyəti, sol pəncənin İ və II barmaqlarının dırnaq falanqalarının distal ucunun sümük defekti, deformasiyası, sol pəncənin İ və II barmaqlarının proksional falanqalarının amputasiyadan sonrakı güdülləri, II barmağın medial deformasiyası, hər iki pəncənin varus deformasiyası, pəncə əzələləri hipotofriyası, barmaqların kontrakturası, daimi ağrı sindromu, axsama, yerişin pozulması” diaqnozu qoyulmuşdur.
9. ##.##.2026-cı il tarixli, ****** nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Mustafa Topçubaşov adına X1 PHŞ-də müayinə olunmuş və ona aşağıdakı diaqnozlar qoyulmuşdur: I73.1 Obliterasiya edən trombangiit; I77.1 Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu; T34 Sol ayaq İ və II barmaqlarının distal amputasiyası (1993). Hər iki ayağın donvurmadan sonrakı vəziyyəti. II dərəcə xroniki işemiya; T95.3 Yeriş funksiyasının pozulması.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək cavabdehin ##.##.2023-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona döyüş tapşırığını və hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı ikinci qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü il tarixdə ərizəsi əsasında Daşkəsən rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılaraq N nömrəli hərbi hissənin tərkibində döyüş zonasinda hərbi vəzifəsini yerinə yetirərkən Kəlbəcər rayonunun Qannı kənd istiqamətində döyüşlər gedən zaman ## ###### 1994-cü il tarixdə sol ayağının İ-II barmaqların IV dərəcəli donvurması, hər iki ayağın barmaqlarının II-III dərəcəli donvurması nəticəsində II mərhələ angioiotfoevrozu qan dövranı funksiyanın mülayim dərəcədə pozulması ilə, sol ayağın İ,II barmaqlarının IV dərəcə donvurması görə əas falanqaların proksimal ucu səviyyəsində amputasion güdülləri ilə bağlı Kəlbəcər rayon hərbi tibb məntəqəsində ilkin yardım aldıqdan sonra Daşkəsən rayon Mərkəzi Xəstəxanasında ##.##.1994-cü il tarixindən, ##.##.1994-cü il tarixinə kimi müayinə və müalicə olunmuşdur. O, ##.##.1994-cü il tarixindən ##.##.1994-cü il tarixinə kimi müayinə və müalicə olunmağına baxmayaraq səhhətində heç bir müsbət dəyişiklik olmamış, və ambulator müalicəsini davam etdirmişdir. 2003-cü ilə kimi o, müalicəni davam etdirdikdən sonra iş qabiliyyəti olmadığına görə ona əlillik təyin edilməsi ilə bağlı o, Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmiş, oradan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müariət etməli olduğu bildirildikdən sonra, o, tibbi sənədlərini toplayıb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edib müayinə olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası müayinənin nəticəsi barədə Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmək üçün ona ## ###### 2003-cü il tarixli, ** nömrəli Mərkəzi Hərbi Həkim Komissisasının Qərarını vermişdir. Mərkəzi Hərbi Həkim Komissisasmın ## ###### 2003-cü il tarixli, ** nömrəli Qərarında göstərilir: “Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı travma- diaqnoz: “sol ayağın İ- II barmaqlarının IV dərəcə donvurması, hər iki ayağın və əyaq barmaqlarının II-III dərəcəli donvurması nəticəsində, II mərhələ angiotofonevrozu, qan dövranın və funksiyasının mülayim dərəcədə pozulması ilə, sol ayağın İ-II barmaqlarının IV dərəcəli donvurmasına görə əsas falanqaların proksimal ucu vəviyyətində amputasion güdülləri”, nə səbəbə ki, ##.##.1994-cü ilə kimi (Kəlbəcər RMXnın ##.##.1994-cü il tarixli çıxarış epiqrizi, Kəlbəcər RHK-nın ##.##.2003-cü il tarixli ** saylı arayışı, AO № ******* nömrəli, ##.##.1988-ci il tarixli hərbi bilet) “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası müayinənin nəticəsi barədə ## ###### 2003-cü il tarixli, ** nömrəli Qərarı əsasında TSEK-ə təqdim etdiyi tibbi sənədlər əsasında müayinə olunaraq TSEK ##.##.2003-cü il tarixli müayinə Aktı əsasında ona ##.##.2004-cü il tarixinə kimi III qrup müharibə əlilliyi təyin edilmiş, 2004-cü ilin fevral ayından, 2005-ci ilin fevral ayına kimi əlilliyi bir il müddətinə artırılmışdır. ##.##.2005-ci il tarixli **** nömrəli müayinə aktına əsasən ona ##.##.2006-cı il tarixə kimi III qrup müharibə əlilik, daha sonra ##.##.2007-ci il tarixə kimi III qrup müharibə əliliyi təyin olunmuş, 2008-ci ildə ona II qrup əlillik təyin edilmiş, TSEK ##.##.2008-ci il tarixli, ** saylı müayinə Aktı əsasında ona ##.##.2009-cu il tarixə kimi II qrup müharibə əliliyi ,TSEK ##.##.2010-cu il tarixli, *** saylı müayinə Aktı əsasında ona ##.##.2011-ci il tarixə kimi II qrup müharibə əlilik, TSEK ##.##.2010-cu il tarixli, *** saylı müayinə Aktı əsasında ##.##.2011-ci il tarixə kimi II qrup müharibə əliliyi, TSEK ##.##.2011-ci il tarixli, *** saylı müayinə Aktı əsasında ##.##.2012-ci il tarixə kimi II qrup müharibə əliliyi , TSEK ##.##.2013-cü il tarixli, *** saylı müayinə Aktı əsasında ##.##.2014-cü il tarixə kimi II qrup müharibə əliliyi, TSEK ##.##.2014-cü il tarixli, *** saylı müayinə Aktı əsasında ##.##.2015-ci il tarixə kimi II qrup müharibə əliliyi , TSEK ##.##.2015-ci il tarixli, *** saylı müayinə Aktı əsasında ##.##.2016-cı il tarixə kimi II qrup müharibə əlilik təyin edilmişdir. TSEK ##.##.2016-cı il tarixli müayinə Aktı əsasında 5 il müddətinə mənə ##.##.2021-ci il tarixə kimi II qrup müharibə əliliyi təyin olunmuşdur. TSEK tərəfindən ##.##.2016-cı il tarixdə ona 5 il müddətinə II qrup müharibə əlilliyi təyin olunduqdan sonra o, Daşkəsən rayon mərkəzi xəstəxanasında ##.##.2017-ci il tarixdən, ##.##.2017-ci il tarixə kimi, ##.##.2018-ci il tarixdən, ##.##.2018-ci il marixinə kimi, ##.##.2019-cu il tarixdən, ##.##.2019-cu il tarixə kimi, ##.##.2020-ci il tarixdən, ##.##.2020-ci il tarixə kimi (pandemiya dövrü) stasionar müalicə olunmuşdur. ##.##.2021-ci il tarixdən onun II qrup müharibə əlilliyi cavabdeh orqan tərəfindən dayandırılmışdır. 2021-ci ilin aprel ayında Daşkəsən rayon Mərkəzi xəstəxanası onu Elmi- Tədqiqat Travmalogiya və Ortopediya instituna və Akademik Topçubaşov adma X2 müayinə olunmaq üçün göndərmişdir. ##.##.2022-ci il tarixlərdə hər iki tibb müəssisəsində müayinədən keçirilmiş və Elmi-Tədqiqat Travmalogiya və Ortopediya institu ##.##.2022-ci il tarixli mlk.*********** nömrəli tibbi arayışında diaqnoz: hər iki pəncənin donvurmadan sonrakı vəziyyəti; sağ pəncənin İ, II barmaqlarının dırnaq salandaların olistal ucunun sümük depekti, sol pəncənin İ, II barmaqlarının proksunal falandaların distal ucundan amputasiyadan güdülləri, sol pəncənin medikal deformasiyası, hər iki pəncənin vonus deformasiyası, pəncə əzələlərinin hipotosiyasası, falanqaların kantrurakturası don ağrısı sindiromu, axsama, yerişin pozulması. ##.##.2022. Hər iki pəncənin vanus diformasiyası sağ pəncədə İ, II barmaqların distolu uclan müşahidə edilməsi, sol pəncədəl, II barmaqların başlan səviyyəsindən omputasiya qeyd olunur, sağ pəncənin III, IV, V sol pəncənin III barmaqların alt tərəfə bükülməsi qeyd olunur. Hazırda da qeyd olunan xəstəliklərdən əziyyət çəkir və hazırda da müalicə olunur. Beş il müddətinə təyin edilmiş əlillik müddəti bitdiyinə görə axırıncı dəfə ##.##.2022-ci il tarixdə cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasında əyani müayinədə olsa da, ##.##.2023-cü il tarixdə onun istifadə etdiyi ***- ***-**-** nömrəli mobil telefonuna imtina mesajı göndərilmişdir. Bu isə cavabdeh orqanın qərəzli olması ilə əlaqədardır. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.
12. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş və etirazda göstərilmişdir ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş ##.##.2022-ci il tarixli imtina qərarından məlumatı ##.##.2023-cü il tarixində sms vasitəsi ilə olmuşdur. Iddiaçı müvafiq qərardan 1 il 8 aydan sonra məhkəməyə müraciət etdiyindən iddianı mümkünsüz hesab edilməsini xahiş edilir. Belə ki, IPM-in Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. [39] 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Bundan başqa Gəncə şəhər sakini ##.##.1970-ci il təvəllüdlü İddiaçı (FIN: İddiaçı) əlillik vəziyyəti tibb müəssisəsinin *******AAGSC nömrəli ##.##.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2003-cü il tarixli, ** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol ayağın İ-II barmaqlarının IV, hər iki ayağın və ayaq barmaqlarının II-III dərəcəli donvurması nəticəsində II mərhələ angiorrofonevrozu, qan dövranının və funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol ayağın İ-II barmaqlarının IV dərəcəli donvurmasına görə əsas falanqaların proksimal ucu səviyyəsində amputasion güdülləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarının sanki “buz kəsdiyini”, gecələr bu səbəbdən yuxusuzluqdan əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı sol ayağın İ, II-ci barmaqlarının distal falanqasının amputasion güdülü izlənilmiş, aşağı ətraflarda tük örtüyü seyrəlməmiş, hipotrofiya, atrofiya, parez, iflic müşahidə edilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. X5 ##.##.2022-ci il tarixli Sağ aşağı ətraf arteriyalarının KT-angioqrafiyası müayinəsinin nəticəsi “Kontrast seyrəlməsi və venoz kontaminasiya səbəbilə trifurkasiya arteriyalarının dəyərləndirilməsi suboptimaldır” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X5 ##.##.2022-ci il tarixli Sol aşağı ətraf arteriyalarının KT-angioqrafiyası müayinəsinin nəticəsi “Kontrast seyrəlməsi və venoz kontaminasiya səbəbilə trifurkasiya arteriyalarının dəyərləndirilməsi suboptimaldır” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axınlar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
13. Iddiaçı məhkəmə iclasında müddətin bərpası barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh orqanının diaqnoz əlillik əlaməti təyin etməməsi barədə ##.##.2022-ci il tarixli qərarından xəbəri olmadığından üzürlü səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət verə bilməmişdir, bu səbəbdən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.
14. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması və iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı cavabdehin ## ###### 2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona sağlamlığının itirilmə faizi 61-80 faiz olmaqla müvafiq əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
15. Iddiaçı İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(114)- ***/**** saylı qərardadının ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını və ya iş üzrə məhkəmə baxışının davam etdirilməsi üçün işin Gəncə Inzibati Məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadının ləğv edilməsi və iş materiallarının baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərar alınmışdır.
17. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İddiaçı barəsində ##.##.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı ##.##.2022-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
18. Gəncə Inzibati Məhkəməsinin (hakim L.Əliyeva) ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn İddiaçı barəsində ##.##.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı ##.##.2022-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
19. Birinci instansiya məhkəməsi öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, məhkəmə sorğusu ilə təqdim edilən göndərişlə (forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu T34 “Toxumaların nekrozu ilə gedən donvurma” diaqnozu ilə ##.##.1994- ##.##.1994,##.##.2017-##.##.2017,##.##.2018-##.##.2018,##.##.2019- ##.##.2019-cu il tarixlərində Daşkəsən rayon Mərkəzi Xəstəxanasında,##.##.2022-ci il tarixində Elmi Tədqiqat Travmatologiya Ortopediya Institutunda, I73.1 Obliterasiya edən tromangiit (Byurger xəstəliyi) ilə ##.##.2020-##.##.2020,##.##.2021-##.##.2021-ci illərdə Gəncə şəhər Birləşmiş Xəstəxanasında, ##.##.2022-ci il tarixində Akad.M.A.Topçubaşov adına X3, T34.8 Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozu ilə gedən donvurma xəstəliyə görə stasionar müalicə almışdır. Xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı iddiaçı İddiaçı diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Iş materialları ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın əsasən iddiaçıda orqanizmin funksiyasının 65-80 faiz pozuntusunun mövcud olması təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətində iddiaya dair təqdim edilmiş etirazın dəlilləri sadalanmış, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş, etirazda iddia ərizəsinin dəlilləri sadalanmış, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, ##.##.2021-ci il tarixdən onun Il qrup müharibə əlilliyi cavabdeh orqan tərəfindən tam qanunsuz və əsassız olaraq dayandırılmışdır. Ona görə ki, 10 ildən artıq əlil kimi pensiya alan şəxslərə əlillik müddətsiz təyin olunmalıdır. Qanunvericiliyin bu tələbinə əməl edən yoxdur. 2021-ci ilin aprel ayında Daşkəsən rayon Mərkəzi xəstəxanası onu Elmi-Tədqiqat Travmalogiya və Ortopediya Institutuna və Akademik Topçubaşov adına X2 müayinə olunmaq üçün göndərdi. ##.##.2022-ci il tarixlərdə hər iki tibb müəssisəsində müayinədən keçirildi və Elmi-Tədqiqat Travmalogiya və Ortopediya institu ##.##.2022-ci il tarixli mlk.*********** nömrəli tibbi arayışında diaqnoz: hər iki pəncənin donvurmadan sonrakı vəziyyəti; sağ pəncənin İ, II barmaqlarının dırnaq salandaların olistal ucunun sümük depekti, sol pəncənin İ, Il barmaqlarının proksunal falandaların distal ucundan amputasiyadan güdülləri, sol pəncənin medikal deformasiyası, hər iki pəncənin vonus deformasiyası, pəncə əzələlərinin hipotosiyasası, falanqaların kantrurakturası don ağrısı sindiromu, axsama, yerişin pozulması. ##.##.2022. Hər iki pəncənin vanus diformasiyası sağ pəncədə İ, II barmaqların distolu uclan müşahidə edilməsi, sol pəncədəl, Il barmaqların başlan səviyyəsindən amputasiya qeyd olunur, sağ pəncənin III, IV, V sol pəncənin III barmaqların alt tərəfə bükülməsi qeyd olunur. Bundan başqa ##.##.2022-ci il tarixdən, ##.##.2022-ci il tarixə kimi X6 müalicə olunmuşdur. Bundan əlavə Topçubaşov adına Elmi Cərrahiyyə mərkəzində ##.##.2022-ci il tarixdə Aşağı (yuxarı) ətrafların venoz (arterial) sisteminin dupleks skanlaşdırılması və Dopoleroqrafiyası müayonəsindən keçmişəm. Gəncə Beynəlxalq xəstəxanasında ##.##.2022-ci il tarixdə sol aşağı ətraf arteriyalarının KT-angioqrafiyası müayinəsindən keçmişdir. Qeyd etdiyi bu tibbi sənədlərlə, eləcə də iddia ərizəsinə əlavə etdiyi digər sənədlərlə onun donvurma ilə travma alması, hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkməklə müayinə və müalicə olunduğu tam təsdiq olunur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarlar%C 4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \t "_blank" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://e-qanun.az/framework/44232" \l "%C9%99lav%C9%99"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 13.4. Bud-çanaq nahiyəsi və budun toxumalarının, diz və baldır nahiyəsinin, aşıq-baldır oynağı nahiyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması - T34.6-T34.8. Ətrafların digər qazanılma deformasiyaları - M21. Bənd 2.6.2. Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə arteriyaların, arterialların və kapilyarların zədələnmələri I79 Bənd 2.6.1. periferik damarların digər xəstəlikləri - I73 Qeyd. Xroniki arterial çatışmazlıq, aşağı ətraf damarlarının obliterasiya edən arteriti və eləcə də revaskulyarizasiyadan sonrakı vəziyyət olduğu halda. 6.1.10 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr - R25-R29 6.1.10.1. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları Bənd 13.4. Aşıq-baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya - S98
29. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X7: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
30. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
31. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
32. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
33. IPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
34. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
35. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
36. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
37. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
38. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
39. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
40. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
42. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.
43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2003-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı “Sol ayağın İ-II barmaqlarının IV hər iki ayağın və ayaq barmaqlarının II-III donvurması nəticəsində, II mərhələ angiotrofoneyrozu qan dövranın və funksiyanın mülayim dərəcədə pozulması ilə, Sol ayağın İ-II barmaqlarının IV dərəcəli donvurmasına görə əsas falanqaların proksimal ucu səviyyəsində amputasion güdülləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.
47. İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ##.##.2005-ci il tarixli müayinə aktına əsasən ##.##.2006-cı il tarixədək və ##.##.2006-cı il tarixli müayinə aktına əsasən ##.##.2007-cı il tarixədək III dərəcə əlillik, ##.##.2008-ci il tarixli, ##.##.2010-cu il tarixli, ##.##.2011-ci il tarixli, ##.##.2013-cü il tarixli, ##.##.2014-cü il tarixli və ##.##.2015ci il tarixli müayinə aktlarına əsasən isə hər dəfə 1 il müddətinə II dərəcə əlillik təyin edilmişdir.
48. Daha sonra ** saylı Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2016-cı il tarixli qərarına əsasən İddiaçı “Hər iki a/ə-da III-IV dərəcəli donvurmadan sonrakı obliterasiya edici endoartrıt Sol ayağın İ-II barmaqların amputasıyası III barmağın deformasiyası Xr pielonefrit A/ə-da arteroal poz-sı II dər” diaqnoza əsasən ##.##.2016-cı il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə (##.##.2021-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir.
49. Sonuncu dəfə iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün ##.##.2022-ci il tarixli, T********ABT nömrəli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: “Əsas diaqnoz: T34 Toxumaların nekrozlaşan donvurması, Hər iki pəncənin donvurmadan sonrakı vəziyyəti; Ağırlaşma: I73.1 Obliterasiya edən trombangiit [Byurger xəstəliyi], Donvurmadan sonrakı vəziyyət.Obliterasiya edici trombangit; Ağırlaşma: I79.8* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı, arteriyalar, arteriolalar və kapilyarların başqa zədələnmələri, Hər iki aşağı ətrafların dizaltı arteriyaların stenozu.Baldır arteriyaların okkluziyası.Aşağı ətrafların III dərəcə xroniki işemiyası; Ağırlaşma: M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sol pəncənin medial deformasiyası, hər iki pəncənin varus deformasiyası; Ağırlaşma: M24.5 Oynaqların kontrakturası, Pəncə əzələsinin hipertrofiyası, barmaqların kontrakturası ağrı sindomu; Ağırlaşma: S98.2 Ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, Sol pəncənin İ, II barmaqların proksimal falanqaların distal ucundan amputasiyasından sonrakı güdülləri; Ağırlaşma: R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Axsama yeriş funksiyasının pozulması; Ağırlaşma: T95.3 Aşağı ətrafın donmasının, termiki və kimyəvi yanığının nəticələri, Sağ pəncənin İ,II barmaqlarının dırnaq falanqalarının distal ucunun sümük defekti.
50. Iddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra ##.##.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş və Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar qəbul edilmişdir.
51. Həmin göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “T34 Toxumaların nekrozu ilə gedən donvurma” diaqnozu ilə ##.##.1994-##.##.1994, ##.##.2017- ##.##.2017, ##.##.2018-##.##.2018 və ##.##.2019-##.##.2019-cu il tarixlərində Daşkəsən rayon Mərkəzi Xəstəxanasında, “I73.1 Obliterasiya edən tromangiit (Byurger xəstəliyi)” diaqnozu ilə ##.##.2020-##.##.2020, ##.##.2021-##.##.2021-ci illərdə Gəncə şəhər Birləşmiş Xəstəxanasında, ##.##.2022-ci il tarixində Elmi Tədqiqat Travmatologiya Ortopediya Institutunda, ##.##.2022-##.##.2022 il tarixlərində “T34.8 Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozu ilə gedən donvurması” diaqnozu üzrə Gəncə şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicə almışdır.
52. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutu” PHŞ-nin ##.##.2026-cı il tarixli, ********** nömrəli arayışdan görünür ki, İddiaçı “Hər iki pəncənin donvurmadan sonrakı vəziyyəti, sol pəncənin İ və II barmaqlarının dırnaq falanqalarının distal ucunun sümük defekti, deformasiyası, sol pəncənin İ və II barmaqlarının proksional falanqalarının amputasiyadan sonrakı güdülləri, II barmağın medial deformasiyası, hər iki pəncənin varus deformasiyası, pəncə əzələləri hipotofriyası, barmaqların kontrakturası, daimi ağrı sindromu, axsama, yerişin pozulması” diaqnozu qoyulmuşdur.
53. Həmçinin, ##.##.2026-cı il tarixli, ****** nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Mustafa Topçubaşov adına X1 PHŞ-də müayinə olunmuş və ona aşağıdakı diaqnozlar qoyulmuşdur: I73.1 Obliterasiya edən trombangiit; I77.1 Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu; T34 Sol ayaq İ və II barmaqlarının distal amputasiyası (1993). Hər iki ayağın donvurmadan sonrakı vəziyyəti. II dərəcə xroniki işemiya; T95.3 Yeriş funksiyasının pozulması.
54. Göründüyü kimi, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən ##.##.2022-ci il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar bu sahədə ixtisaslaşmış müəssisələr tərəfindən verilmiş tibbi sənədlərlə öz təsdiqini tapır. Qeyd olunan hal isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın yuxarıda qeyd edilən müvafiq bəndlərinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması səbəbindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin olunmasına əsas verir.
55. Əlilliyin təyin olunma müddəti ilə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 il müəyyən olunduğu halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir (Bənd 4.2).
56. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir (Bənd 4.3).
57. Iş materiallarından da göründüyü kimi iddiaçının II dərəcə üzrə 10 ildən artıq ardıcıl əlilliyi olmuşdur ki, bu hal da növbəti qiymətləndirmə zamanı ona müddətsiz əlillik təyinatına əsas verir.
58. Iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
59. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
60. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Inzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.
61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
62. “Inzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “Inzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.
63. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “Inzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
64. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən zaman, eləcə də əvvəlki əlillik təyinatı zamanı və hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir, ona qoyulmuş diaqnozlarda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər ona əlillik təyin olunmasına əsas verir.
65. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.
66. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
67. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.