Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-625/2025 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı İsayev Mahir Bəhrəm oğlunun iştirakı ilə, İddiaçı İsayev Mahir Bəhrəm oğlunun cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı İ qrup gözdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ##.##.2013-cü il tarixli müqaviləyə əsasən İsayev Mahir Bəhrəm oğlu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Gəncə Ərazi idarəsi tərəfindən reyestr nömrəsi 506013002585, qeydiyyat nömrəsi 1512017508 olan, ##.##.2013-cü il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** №-li vərəqində qeydiyyata alınmış çıxarışına və ##.##.2013-cü il tarixli. **** №-li arayışına əsasən ona məxsus olan Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0,02 ha torpaq sahəsini İsmayılova Dürdanə Bəhram qızı bağışlamışdır. Elektron sistemdən çıxarışla müəyyən edilir ki, İsayev Mahir Bəhrəm oğluna ##.##.2023-cü il tarixindən Ümumi xəstəlik-Gözdən əlil səbəbilə orqanizmin funksiyasının 90% pozulmasına görə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli arayışına əsasən İsayev Mahir Bəhrəm oğlunun adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçının cavabdeh orqana müraciətinə, sonunucu tərəfindən ##.##.2024-cü il tarixli, 5-1/2-İ-25-611/2024 saylı cavab məktubu ilə, ********** qeydiyyat nömrəli ##.##.2015-ci il tarixli çıxarışa əsasən arvadının mülkiyyətində Gəncə şəhərində yerləşən ümumi sahəsi 91.6 kv.metr, yaşayış sahəsi 62.6 kv. metr olan 3 (üç) otaqlı fərdi yaşayış evinin, onun mülkiyyətində isə Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.02 ha torpaq sahəsi vardır. Bunları nəzərə alaraq, mənzil uçotuna alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti başçısının * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ## ##### 2026-cı il tarixli məktubunda bildirilmişdir ki, Bayan küçəsi, 2-ci döngə, ev 10A ünvanında yerləşən fərdi yaşayış evində hal-hazırda yaşayış yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun İ qrup gözdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun hər iki valideyni 1937-ci ildə keçmiş Ermənistan SSSR-nin Basarkeçər rayonunun, Böyük Məzrə kəndindən köçkün olaraq, Daşkəsən rayonunun Zağalı kəndində məskunlaşmışlar. O, 1961-ci ildə həmin kənddə anadan olmuşdur. 1977-ci ildə orta təhsil alaraq, həmin dövrdən fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətinə başladıqdan sonra istehsalatdan ayrılmamaqla, qiyabi olaraq Kənd Təsərrüfatı İnstitunda Ali təhsil almışdır. 1987-1990-cı illərdə Azərbaycan KP Daşkəsən Rayon Komitəsində Təşkilat şöbəsinin təlimatçısı vəzifəsində işləyərkən, göndərişlə Bakı Ali Partiya Məktəbinə (indiki Dövlət İdarəetmə Akademiyası) göndərilərək, idarəetmə üzrə ikinci Ali təhsil almışdır. Ümumilikdə 40 (qırx) il əmək stajı olmaqla, 19 (on doqquz) il müxtəlif dövlət orqanlarında dövlət qulluqçusu olaraq işləmişdir. Hazırda, 1-ci dərəcəli dövlət qulluqçusudur. 2003-cü ildən hal-hazıradək Qlaukoma (qara su) xəstəsiyəm. Xəstəliyimin başladığı dövrdən Türkiyə Respublikasında və ölkəmizin qabaqcıl tibb müəssisələrində 10 dəfə əməliyyat olunmuşdur. Əməliyyatlardan özümdə olan Qlaukoma xəstəliyi, 1-i açıq ürək əməliyyatı, 3-ü isə öd və digər qida yollarının xəstəlikləri ilə bağlı olmuşdur. 2016-cı ildə aparılan müalicələrə baxmayaraq, sağ gözümün tamam görməsini itirməsi və sol gözümdə görmənin cəmi 5- 6 faizə düşməsi ilə əlaqədar olaraq, 3-cü qrup gözdən əlilliyə görə əlillik dərəcəsi alaraq, 2017-ci ilin fevral ayında əmək fəaliyyətimə xitam verərək, əlilliyə görə əmək pensiyasına çıxmışdır. Davam etdirilən müalicə və müayinələrə baxmayaraq, 2022-ci ildə sol gözüm də tamamilə tutulmuş, hər iki gözümdə görmə Sıfır dərəcə olduğundan, ona 2023-cü ilin əvvəllərindən 1-ci qrup gözdən əlillik dərəcəsi verilmişdir. 20 ildən artıq davam edən xəstəlik dövründə səhhətilə əlaqədar olaraq, aparılan müalicə və müayinələrin haqqını ödəmək məqsədilə bütün Daşmar və Daşınmaz əmlaklarımı satmaq məcburiyyətində qalmışdır, banklara olan kredit borclarım bu günədək də davam etməkdədir. Bir Dövlət qulluqçusu olaraq, evi olmadığından, dövlətimizin gözdən əlil xəstələrə göstərdiyi qayğıya görə, imtiyazlı şəxs kimi, ev növbəsinə alınmaqdan ötrü, ##.##.2024-cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinə yazılı ərizə ilə müraciət edərək, müvafiq sənədləri təqdim etmişdir. Gəncə şəhəri İcra Hakimiyyətinin ##.##.2024-ci il tarixli, 5-1/2-İ-25-611/2024 saylı imtina məktubu ilə onun mənzil növbəsinə götürülməyimdən imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən İsayev Mahir Bəhrəm oğlunun adına Daşkəsən rayon Zağalı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün 0,02 ha torpaq sahəsinə dair A№******, ************** reyestr nömrəli keçmiş DT və XK-nin "Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. Həmin torpaq sahəsi üzərində İsayev Mahir Bəhrəm oğlunun hər hansı hüququnun qeydə alınmasına dair məlumat aşkarlanmamışdır. İsayeva Mehriban İsa qızının adına Daşkəsən şəhər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarı ilə sahibkarlıq məqsədi üçün 60 kv.m torpaq sahəsinə dair A№******, ************** reyestr nömrəli keçmiş DT və XK-nin "Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. Həmin torpaq sahəsi üzərində İsayeva Mehriban İsa qızının hər hansı hüququnun qeydə alınmasına dair məlumat aşkarlanmamışdır. Əlavə olaraq bildirilir ki, * saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən * saylı Gəncə Ərazi İdarəsinə daxil olan ərazilər üzrə (Gəncə şəhəri, Daşkəsən rayonu, Göygöl rayonu, Samux rayonu) İsayev Mahir Bəhram oğlu və İsayeva Mehriban İsa qızının adına yuxarıda qeyd olunan daşınmaz əmlakdan başqa əmlak aşkar edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmiş, İsayev Mahir Bəhrəm oğlunun İ qrup gözdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinin məktubu ilə müəyyən edilmişdir ki, İsayev Mahir Bəhrəm oğlunun adına Daşkəsən rayon Zağalı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün 0,02 ha torpaq sahəsinə dair A№******, ************** reyestr nömrəli keçmiş DT və XK-nin "Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. Həmin torpaq sahəsi üzərində İsayev Mahir Bəhrəm oğlunun hər hansı hüququnun qeydə alınmasına dair məlumat aşkarlanmamışdır. İsayeva Mehriban İsa qızının adına Daşkəsən şəhər Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarı ilə sahibkarlıq məqsədi üçün 60 kv.m torpaq sahəsinə dair A№******, ************** reyestr nömrəli keçmiş DT və XK-nin "Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. Həmin torpaq sahəsi üzərində İsayeva Mehriban İsa qızının hər hansı hüququnun qeydə alınmasına dair məlumat aşkarlanmamışdır. Əlavə olaraq bildirilir ki, * saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən * saylı Gəncə Ərazi İdarəsinə daxil olan ərazilər üzrə (Gəncə şəhəri, Daşkəsən rayonu, Göygöl rayonu, Samux rayonu) İsayev Mahir Bəhram oğlu və İsayeva Mehriban İsa qızının adına yuxarıda qeyd olunan daşınmaz əmlakdan başqa əmlak aşkar edilməmişdir. Məhkəmə ##.##.2013-cü il tarixli müqaviləyə münasibətdə isə qeyd edir ki, iddiaçı Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0,02 ha torpaq sahəsini İsmayılova Dürdanə Bəhram qızına bağışlamışdır və bundan 12 il keçmişdir buna əsasən Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Göründüyü kimi, nə iddiaçının nə də iddiaçının həyat yoldaşınını mülkiyyətində daşınmaz əmlak olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni və əsassız olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Gəncə İcra Hakimiyyəti qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsayev Mahir Bəhrəm oğlu 2023cü ildə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdikdə onun arvadı İsayeva Mehriban İsa qızının mülkiyyətində Gəncə şəhərində yerləşən ümumi sahəsi 154.4 kv.metr, yaşayış sahəsi 62.6 kv. metr olan 3 (üç) otaqlı fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Həmin vaxt İsayev Mahir Bəhrəm oğlunun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtina edilmişdir. Lakin artıq 2024-cü ildə təqdim edilmiş arayışla iddiaçının arvadı İsayeva Mehriban İsa qızının mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İsayev Mahir Bəhrəm oğlu yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətə yol verərək arvadının mülkiyyətində olan yaşayış sahəsini digər şəxsin adına özgəninkiləşdirmişdir. Bu səbəbdən onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ beş ildən tez yarana bilməz. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən işin bütün faktiki hallarını araşdırmamış və İnzibati Prosessual Məcəlləsinin 12cimaddəsinin tələblərini pozaraq əsassız qərar qəbul etmişdir. İsayev Mahir Bəhrəm oğlu yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətə yol verərək arvadının mülkiyyətində olan yaşayış sahəsini digər şəxsin adına özgəninkiləşdirmişdir. Məhkəmə İsayev Mahir Bəhrəm oğlunun arvadının mülkiyyətində olan yaşayış sahəsinin hansı səbəblə və nə vaxt özgəninkiləşdirilməsini araşdırmamışdır. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçı Mahir İsayev apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə tərəflərə məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onların iştirak etməməsini üzrlü hesab etməmiş və Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 16. Sosial inkişaf və dövlət 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 43. Mənzil hüququ ... 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 27.0 Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: Maddə 27.0.1 Əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; Maddə 27.0.2 Əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; Maddə 31. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir . Azərbaycan Respublikası Mənzil Məcəlləsi 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 50.1 Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2 Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. ... 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. ... 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. ... 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi birinci dərəcəli əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına nail olmaqdan ibarətdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilərək ##.##.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ********** qeydiyyat nömrəli ##.##.2015-ci il tarixli çıxarışa əsasən arvadının mülkiyyətində Gəncə şəhərində yerləşən ümumi sahəsi 91.6 kv.metr, yaşayış sahəsi 62.6 kv. metr olan 3 (üç) otaqlı fərdi yaşayış evinin, onun mülkiyyətində isə Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.02 ha torpaq sahəsi vardır. Bunları nəzərə alaraq, mənzil uçotuna alınmasından imtina edilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan ##.##.2013-cü il tarixli müqavilədən görünür ki, imtinada göstərilən, iddiaçının mülkiyyətində olmuş Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.02 ha torpaq sahəsi iddiaçı Mahir İsayev tərəfindən İsmayılova Dürdanə Bəhram qızına bağışlanmış, lakin Dürdanə İsmayılova tərəfindən torpaq sahəsi üzərində hüquqları ##.##.2024-cü il tarixdə 1524026574 qeydiyyat nömrəsi ilə qeydə alınaraq çıxarış verilmişdir. Daha sonra isə həmin torpaq sahəsi Dürdanə İsmayılova tərəfindən alqı-satqı müqaviləsinə əsasən ##.##.2025-ci il tarixdə X3 və sonuncunun adına ##.##.2025-ci il tarixdə çıxarış verilmişdir. Cavabdehin imtinasının digər dəlilinə (iddiaçının arvadının mülkiyyətində fərdi yaşayış evinin olmasına) münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında görünür ki, Gəncə şəhəri Nizami rayonunda yerləşən, 201013006289- ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2015-ci il tarixli çıxarış əsasında iddiaçının arvadı İsayeva Mehriban İsa qızının mülkiyyətində olan fərdi yaşayış evi ##.##.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İsayev Ramil Mahir oğluna, İsayev Emil Mahir oğluna və İsayev Mahir Bəhrəm oğluna bağışlanmış, sonra isə ##.##.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında paylı mülkiyyətcilər İsayev Ramil Mahir oğlu, İsayev Emil Mahir oğlu, İsayeva Mehriban İsa qızı və İsayev Mahir Bəhrəm oğlu tərəfindən X4 və sonuncunun adına 200013005112- ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, qeydiyyat tarixi ##.##.2024-cü il olan çıxarış verilmişdir. Beləliklə cavabdehin imtinasında göstərilən dəlillər məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, aradan qalxmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə müraciət edilən zamandan uzun müddət öncə (10 ilə yaxın) iddiaçının mülkiyyətində olmuş Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.02 ha torpaq sahəsi onun tərəfindən özgəninkiləşdirilmiş, lakin torpaq sahəsini əldə edən şəxs həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırmamışdır. Bundan sonra həmin torpaq sahəsinin alıcısı Dürdanə İsmayılova tərəfindən torpaq sahəsi üzərində hüquqları ##.##.2024-cü il tarixdə 1524026574 qeydiyyat nömrəsi ilə qeydə alınaraq çıxarış əldə edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilərkən imtina üçün əsas mövcud olmuş, lakin məhkəmə araşdırması zamanı daha sonra həmin əsasın artıq aradan qalxdığı müəyyən olunmuşdur. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılarkən həmin əsas mövcud olmuş buna görə də hazırki iş üzrə inzibati orqanın hərəkətləri özlüyündə aşkar qanunsuz hesab edilə bilməz. Lakin nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Yuxarıda göstərilən normaların tələbindən göründüyü kimi vətəndaş uçota alınma haqqında ərizə ilə müraciət etdikdən sonra inzibati orqan bununla bağlı müvafiq qərar qəbul etməli, qərar uçota alınmadan imtina haqqında olduqda həmin qərar Mənzil Məcəlləsinin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbindən irəli gələn müvafiq inzibati aktın qəbul edilməsi iş materiallarından müəyyən edilmir. Bununla belə, işə məhkəmə baxışı zamanı müəyyən edilmiş yeni hallar cavabdehin imtinasının əsasını təşkil edən hüquqi və faktiki vəziyyətin artıq aradan qalxdığını təsdiq edir. Hazırkı vəziyyətdə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması məsələsinə yenidən baxılması zərurəti yaranmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciəti üzrə yenidən inzibati icraat aparılmalı, məhkəmənin bu qərarında ifadə olunmuş hüquqi mövqe və iş üzrə müəyyən edilmiş hallar nəzərə alınmaqla müraciətə yenidən baxılmalı və nəticəsi üzrə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış inzibati akt qəbul edilməlidir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı tamamilə ləğv edilərək yeni qərar qəbul edilməli və iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilərək yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı İsayev Mahir Bəhrəm oğlunun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına dair müraciəti üzrə yenidən inzibati icraat aparılması və məhkəmənin bu qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun inzibati akt qəbul edilməsi vəzifəsi cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərar qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-625/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-625/2025
23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver