Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-626/2025 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Gəncə Şəhər Icra Hakimiyyətinə qarşı inzibati iş üzrə QƏRARI Açar sözlər: real zərər və əldən çıxmış faydanın ödənilməsi və.s Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Vəkil və X1 iştirakları ilə, Iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Gəncə Şəhər Icra Hakimiyyətinə qarşı “tikinti obyektində hasarın uçurulmasını, tikinti və texniki avadanlıqlarının - köməkçi vasitələrin yarasız hala salınmasını, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulmasını kompensasiya etmək üçün 296.865,2 (iki yüz doxsan altı min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat dəymiş ziyana görə vəsaitin, həmçinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verilməməsi, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik ərazidə onun icarəsində olan 0,33 ha torpaq sahəsində 4-mərtəbəli, beşulduzlu mehmanxananın inşa edilməsinin qarşısının alınması səbəbindən (reallaşmasına imkan verilməməsi səbəbindən) əldən çıxmış faydanı (illər ərzində 4mərtəbəli, beşulduzlu mehmanxananın icarəyə verilməsindən, o cümlədən fəaliyyətindən nəzərdə tutulan (əldə edilə bilən) gəlir kimi) kompensasiya etmək üçün 1.000.000 (bir milyon) manat (cəmi 1.296.865,2 (bir milyon iki yüz doxsan altı min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat) vəsaitin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına, bundan əlavə iddiaçı1 MMC-yə ayrılmış (icarəsində olan) 0,33 ha torpaq sahəsinin zəbt edilməmiş hissəsində Hacıkənd qəsəbəsinin turizm xüsusiyyətinə uyğun formada istifadə edilməsinə şərait yaratmaqla, heç bir maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2003-cü il tarixdə ********** nömrə (VÖEN) ilə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamına əsasən: 1) “xxxx” MMC-nin məktubu nəzərə alınaraq, Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik ərazidə 0,33 ha torpaq sahəsi beşulduzlu mehmanxananın tikintisi üçün iddiaçıya təhkim edilsin. 2) Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, mülk sahiblərinə müvafiq kompensasiyanın ödənilməsi “xxxx” MMC-nin vəsaiti hesabına həyata keçirilsin.
3. ##.##.2005-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd Bələdiyyəsi ilə iddiaçı arasında 3300 kv.m torpaq sahəsinin 99 il müddətinə icarə verilməsinə dair ** nömrəli müqavilə bağlanmışdır.
4. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamı və ##.##.2005-ci il tarixli, ** nömrəli icarə müqaviləsi ilə Gəncə şəhəri, Hacıkənd Bələdiyyəsinin torpaq sahəsindən beşulduzlu mehmanxana tikintisi üçün 0,33 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi 99 il müddətinə iddiaçıya müvəqqəti istifadə üçün verilmişdir. Bu barədə ##.##.2005-ci il tarixdə JN-**** nömrəli (20001016 kodlu) torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə tərtib edilmiş, torpaq sahəsinin planı (miqyası) DTXK Gəncə şəhər şöbəsinin müdiri tərəfindən imzalanmış və möhürlənmişdir.
5. Gəncə Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin ##.##.2009cu il tarixli, *** nömrəli məktubuna əsasən, Gəncə Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** saylı sərəncamına əsasən Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik 0.33 ha torpaq sahəsində “xxxx” MMC tərəfindən inşa olunan beşulduzlu mehmanxananın 24 vərəqədən ibarət eskiz layihəsi Memarlıq və Şəhərsalma idarəsi ilə razılaşdırılmışdır.
6. Iddiaçı ##.##.2022-ci il tarixli, CS-** nömrəli məktubla Gəncə Şəhər Icra Hakimiyyətinə müraciət edərək ünvan 2 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərindəki sökülmüş 3 otaqlı fərdi yaşayış evinin bərpa edilməsi, həmin torpaq sahəsinin və onun qonşuluğundakı Azərbaycan küçəsi 31 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin, bundan əlavə ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi - hamamın yerləşdiyi torpaq sahəsinin olduğu kimi iddiaçı2 qaytarılması, yəni 0,33 ha torpaq sahəsi üzərində iddiaçının otel tikintisi üçün istifadə hüququnun bərpa edilməsi, eləcə də, həmin torpaq sahəsi və fərdi yaşayış evinin qarşısındakı abidənin əvvəlki vəziyyətdə bərpa olunmasının təmin edilməsini xahiş etmişdir.
7. Gəncə Şəhər Icra Hakimiyyəti başçısının Aparatı iddiaçıya ünvanladığı ##.##.2022-ci il tarixli, S-**-*** nömrəli məktubunda qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətində olan tikinti sökülməmişdir.
8. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh ##.##.2023-cü il tarixli, 5-1/2- **/***/**** nömrəli məktubunda qeyd etmişdir ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində parkın salınması, köhnə abidənin dəyişdirilməsi və ya ərazisinin genişləndirilməsinə dair Gəncə Şəhər Icra Hakimiyyəti tərəfindən qərar verilməmiş, bununla bağlı dövlət büdcəsindən hər hansı vəsait ayrılmamışdır.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əsasən: 1) Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamına və ##.##.2005-ci il tarixli, ** nömrəli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş 0.33 ha (3300.0 kv.m) torpaq sahəsinə dair tərtib olunmuş JN- 8444 (KOD ********) saylı planda göstərilən sahənin sərhəd uzunluq məsafələrinə istinadən həmin sahə 0.33 ha deyil, 0.32 ha (3200.0 kv.m) təşkil edir. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamına və ##.##.2005-ci il tarixli, ** nömrəli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş 0.33 ha (0.32 ha 3200.0 kv.m) torpaq sahəsinə dair tərtib olunmuş JN8444 (KOD ********) saylı planda göstərilən sahə, elektron baza materiallarına əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olamaqla, 31.0 kv.m hissəsi ifrastruktur (yol), (1297.0 kv.m hissəsi park ərazisi, 1617.0 kv.m hissəsi isə həyətyanı sahədir. 2) Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamına və ##.##.2005-ci il tarixli, ** nömrəli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş 0.33 ha (0.32 ha 3200.0 kv.m) torpaq sahəsinin 153.0 kv.m hissəsi ************ reyestr nömrəli Çıxarış sənədində göstərilən torpaq sahəsi ilə, 102.0 kv.m hissəsi isə ************ reyestr nömrəli Çıxarış sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. ************ və ************ reyestr nömrəli Çıxarış sənədində göstərilən torpaq sahələri üzərində hər hansı park və ya ictimai iaşə obyekti salınmamışdır. Gəncə Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncamına və ##.##.2005-ci il tarixli ** nömrəli icarə müqaviləsinə əsasən iddiaçı1 MMC-nin istifadəsinə sahəsinə dair tərtib olunmuş JN-8444 (KOD ********) saylı planda göstərilən torpaq sahəsinin 1297.0 kv.m hissəsi üzərində park sahəsi mövcuddur. 3) Üst-üstə düşən torpaq sahələrinin ölçüləri barədə yuxarıda qeyd olunmuşdur.
10. Məhkəmə sorğusuna cavab olaraq X2 Filialı ##.##.2024-cü il tarixli, *-**-DA- *F/*-****//*/**** nömrəli məktubunda bildirmişdir ki, sərəncama başqa sənədlər əlavə edilməmişdir. Həmçinin həmin sərəncamın hazırda qüvvədə olub-olmaması, ləğv edilibedilməməsi, dəyişiklik edilib-edilməməsi barədə məlumat, iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin başqa şəxslərə verilib-verilməməsi, verilibsə bu barədə qəbul edilmiş inzibati aktlar, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ünvanında parkın salınması ilə bağlı aparılmış icraat materialları barədə X2 filialına sənəd təqdim edilməmişdir.
11. Gəncə şəhəri Hacıkənd Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli, ** nömrəli məktubunda bildirmişdir ki, 2005-2006-cı illərdə Gəncə şəhər Hacıkənd Bələdiyyəsi ilə iddiaçı1 MMC və iddiaçı2 arasında torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmamışdır.
12. Məhkəmə sorğusuna cavab olaraq X2 Filialı ##.##.2024-cü il tarixli, *-**-DA- *F/*-****//*/**** nömrəli məktubunda bildirmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayonu Hacıkənd Bələdiyyəsi torpaq sahələrinin icarə müqavilələri filiala təhvil verilməmişdir.
13. Məhkəmə sorğusuna cavab olaraq “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, *-**- *-**/*-****/**** nömrəli məktubuna əsasən JN-8444 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”yə dair Elektron məlumat bazasında (DBF) məlumat olsa da, həmin şəhadətnaməyə dair DWG faylı barədə heç bir məlumat aşkar edilməmişdir.
14. Iddiaçı tərəfindən təqdim edilən “xxxx” Qiymətləndirmə Şirkətinin ##.##.2024-cü il tarixli, CVN/M **-**/** nömrəli “Daşınmaz əmlaka dəymiş zərərin və əldən çıxmış faydanın müəyyən edilməsi barədə” hesabatına əsasən təqdim edilmiş foto və videotəsvirlərə, layihə sənədlərinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik ərazidə 0,33 ha torpaq sahəsində beşulduzlu mehmanxananın inşa edilməməsi səbəbindən əldən çıxmış faydanın məbləği; 1.246.155,40 manat və 296.865,2 manat təşkil edir.
15. Məhkəmə kollegiyasının sorğusuna Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Gəncə Inzibati Məhkəməsinin icraatında olan iddiaçı iddiaçı2 cavabdeh Gəncə Şəhər Icra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair *-*(***)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilməmiş və qeyd olunan iş üzrə sübutların cəlb olunmasının təmin edilməsi barədə ##.##.2025-ci il tarixli qərardad qəbul edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
17. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Icra Hakimiyyəti başçısının *** saylı, ## ######## 2005-ci il tarixli sərəncamı ilə Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0.33 ha torpaq sahəsi otel tikintisi üçün iddiaçı1 MMC-yə ayrılmışdır. Əvvəllər həmin ünvanda iddiaçı2 mülkiyyətində torpaq sahəsi, onun üzərində isə yaşayış və qeyri-yaşayış sahələri olmuşdur. ##.##.2005-ci il tarixdə JN**** saylı şəhadətnamə ilə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən 0.33 ha torpaq sahəsi iddiaçı1 MMC-nin istifadəsinə verilmişdir. Daha sonra layihə sənədləri hazırlanmış və eskiz layihəsi *** saylı, ## ### 2009-cu il tarixli məktubla Gəncə şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılmış, ərazi hasara alınmış və tikinti işləri başlanılaraq otelin özül çalası qazılmışdır. Sonradan Gəncə Şəhər Icra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev qanunsuz tapşırığı ilə mülkiyyətlərində və istifadələrində olan torpaq sahəsi zəbt edilmişdir. Belə ki, qanunsuz olaraq iddiaçı2 məxsus olan və Azərbaycan küçəsi 35 ünvanında yerləşən 3 otaqlı ev uçurulmuş və altındakı torpaq zəbt edilmişdir. Eyni zamanda tikinti obyektinin hasarı sökülərək özül çalası doldurulmuş və torpağın bir hissəsi qonşuluqda yerləşən parkın ərazisinin genişləndirilməsi üçün parka qatılmışdır. Cavabdeh tərəfindən törədilən qeyri-qanuni hərəkətlər: 1) ##.##.2005-ci il tarixdə JN-**** saylı şəhadətnamə ilə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən 0.33 ha torpaq sahəsi iddiaçı1 MMC-nin istifadəsinə verilsə də, hazırda cavabdeh tərəfindən ərazi zəbt edilmişdir, 2) Eskiz layihəsi *** saylı, ## ### 2009-cu il tarixli məktubla cavabdehin icra orqanı olan Gəncə şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılsa da hazırda ərazinin əhəmiyyətli qisminin zəbt edilməsinə görə, layihəni icra etmək qeyri-mümkün olmur, ümumiyyətlə cavabdeh buna imkan vermir, 3) Gəncə Şəhər Icra Hakimiyyəti və Hacıkənd Bələdiyyəsi ilə razılaşdırılaraq, onlara ayrılmış ərazinin qarşısındakı Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidə tərəflərindən yenidən inşa edilərək, ətrafı abadlaşdırılsa da, hazırda dağıdılmış və Böyük vətən müharibəsi iştirakçılarına, eləcə də onların ailələrinə hörmətsizlik edilmişdir. 4) Gəncə Şəhər Icra Hakimiyyətinin əvvəlki başçısı Elmar Vəliyevin qanunsuz tapşırığı ilə Azərbaycan küçəsi 35 ünvanında yerləşən 3 otaqlı ev uçurulmuş və altındakı torpaq zəbt edilmişdir. Mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar cavabdehə çoxsaylı müraciətləri olsa da heç birinə dolğun, ətraflı və işin mahiyyətinə uyğun cavablar verilməmişdir. Konkret olaraq ##.##.2022-ci il tarixli ərizə ilə (eyni məzmunlu müraciət ilə iddiaçı1 MMC də ##.##.2022-də cavabdehə müraciət etmişdir) iddiaçı iddiaçı2 cavbdeh Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət edərək, ünvan 2 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərindəki sökülmüş 3 otaqlı fərdi yaşayış evinin tikilərək qaytarılması, həmin torpağın qonşuluğunda, Azərbaycan küçəsi 31 ünvanında, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin, bundan əlavə ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi — hamamın yerləşdiyi torpaq sahəsinin olduğu kimi qaytarılması və abidənin olduğu kimi bərpa edilməsini xahiş etmişdir. Həmin müraciətə cavabdeh ##.##.2022-ci il tarixdə cavab vermişdir ki, Gəncə Şəhər Icra Hakimiyyəti tərəfindən iddiaçı1 MMCyə mülkiyyət hüququ ilə məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətində olan tikinti sökülməmişdir. Göründüyü kimi cavabdehin bu cavabı da işin həqiqi halından yayınmaq və ümumiyyətlə pozulmuş hüququn bərpa edilməsində maraqlı olmamaq anlamına gəlir. Belə ki, ərizəçi iddiaçı1 MMC deyil, iddiaçı2 olmuşdur və öz mülkiyyətində olan torpağın zəbt edilməsini və mülkiyyətində olan yaşayış evinin sökülməsini bildirmişdir. Lakin, cavabdeh bilərəkdən iddiaçı1 MMC-nin mülkiyyətində olan torpağın zəbt edilməməsinə dair cavab vermiş, iddiaçı2 mülkiyyətində olan torpağın zəbt edilməməsinə münasibət bildirməmişdir. Həmçinin, sökülən fərdi yaşayış evi də iddiaçı2 mülkiyyətində olmuşdur. Cavabdeh bilərəkdən iddiaçı2 mülkiyyətində, həmçinin, iddiaçı1 MMC-nin qanuni istifadəsində olan torpağın zəbt edilməsindən yayınmağa cəhd etmişdir. Lakin, bu yayınma da uğursuz olmuşdur. Belə ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0.33 ha torpaq sahəsi iddiaçı1 MMC-yə 4 mərtəbəli otel binasının tikintisi üçün ayrılmış və layihəsi razılaşdırılmışdır. Həmçinin, həmin torpaq sahəsi iddiaçı2 xüsusi mülkiyyətində olmuşdur. Bu barədə rəsmi sənədlər dəfələrlə icra hakimiyyətinə təqdim edilmiş, qanuni əsasların olmasına baxmayaraq, otel binasının tikintisi mümkün olmamış, cavabdeh buna maneələr yaratmış, 2009- 2010-cu illərdə otel binasının tikintisi üçün qazılan özül çalası cavabdehin göstərişi ilə doldurulmuş, mülkiyyətdə olan torpaq sahəsinin üzərindəki özəl şəxsi yaşayış evi sökülmüş, eləcə də, şəxsi mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsi, həm də otel tikintisi üçün iddiaçı1 MMC-nin istifadəsinə verilən torpaq sahəsi zəbt edilərək, qonşuluqdakı parkın tərkibinə qatılmışdır. Bununla bağlı şəxsən iddiaçı2 3 dəfə Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbulunda olmuşdur. Həmin görüşlər zamanı müavinə tapşırılmışdır ki, iddiaçı2 pozulan hüquqları bərpa edilsin. Həmçinin şəhərin baş memarı Hacıkənd qəsəbəsinə, zəbt edilən torpaq sahəsinə yerində baxış etməyə göndərilmiş, eyni zamanda həmin baxış zamanı reyestr xidmətinin əməkdaşı da dəvət edilmişdir. Bütün bunlara baxmayaraq bu günə kimi pozulan mülkiyyət hüquqları bərpa edilməmişdir.
18. Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli 2- *(***)-***/**** nömrəli qərardadı ilə Gəncə Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli nömrəli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
20. ##.##.2023-cü il tarixdə iddiaçı iddiaçı2 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsi üzərindəki 3 otaqlı fərdi yaşayış evinin sökülməsini (3 otaqdan ibarət fərdi yaşayış evinin tikilməsi, təmiri, yaşayışa yararlı hala gətirilməsi və bütün kommunikasiyalar ilə ümumi qəsəbə şəbəkəsinə qoşulmuş və razılaşdırılmış şəkildə təmin edilməsi, həmçinin öz sərhədləri daxilində hasarlanmış vəziyyətə salınması) kompensasiya etmək üçün ümumilikdə 100.000 manat vəsaitin ödənilməsi, həmçinin ünvan 2 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsindən və ünvan 1 ünvanında ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə olan maneələrin aradan qaldırılması, bundan əlavə ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi – hamamın yerləşdiyi torpaq sahəsi və bitişik ərazidən ümumi sahəsi 0,33 ha torpaq sahəsinin təsisçisi olduğu iddiaçı1 MMC-ə ayrıldığı nəzərə alınaraq, həmin MMC-ə Hacıkənd qəsəbəsinin başqa bir yerində müvafiq torpaq sahəsinin ayrılması və üzərində beşulduzlu mehmanxana binasının tikintisinin cavabdeh tərəfindən razılaşdırılmaqla kompensasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Həmin tarixdə iddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində iddiaçının tikinti obyektində hasarın uçurulması, tikinti və texniki avadanlıqların – köməkçi vasitələrin yararsız hala salınması, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulması və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verilməməsini kompensasiya etmək üçün 300.000 manat vəsaitin ödənilməsi, bundan əlavə iddiaçının istifadəsində olan və zəbt edilmiş Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 407,9 kv.m olan qeyri-yaşayış sahəsi – hamamın yerləşdiyi torpaq sahəsi və bitişik ərazidən ümumi sahəsi 0,33 ha torpaq sahəsinin iddiaçının istifadəsində olması nəzərə alınaraq, Hacıkənd qəsəbəsinin başqa bir yerində müvafiq torpaq sahəsinin ayrılması və üzərində beşulduzlu mehmanxana binasının tikintisinin cavabdeh tərəfindən razılaşdırılmaqla kompensasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Iddiaçı analoji tələblə cavabdehə ##.##.2023-cü il tarixdə müraciət etmişdir.
23. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ərizə inzibati məhkəmə icraatına qəbul edilmiş və iddiaçı iddiaçı2 cavabdeh Gəncə Şəhər Icra Hakimiyyətinə qarşı “100.000 manat kompensasiyanın ödənilməsi, həmçinin ünvan 2 ünvanında, ümumi sahəsi 0.086 ha olan torpaq sahəsindən və ünvan 1 ünvanında ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə olan maneələrin aradan qaldırılması” tələbi *-*(***)-**/**** nömrəli işdən ayrıca icraata ayrılmış və həmin işə yeni nömrə verilməsi qərara alınmışdır.
24. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Hacıkənd Bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Icra Hakimiyyəti başçısının “Hacıkənd qəsəbəsində beşulduzlu mehmanxananın tikintisi üçün torpaq sahəsinin təhkim edilməsi haqqında” ## ######## 2005-ci il tarixli, *** №-li Sərəncamı ilə iddiaçı1 MMC-nin müraciəti nəzərə alınaraq, Hacıkənd qəsəbəsindəki hamamın yerində ona bitişik ərazidə 0,33 ha torpaq sahəsinin beşulduzlu mehmanxananın tikintisi üçün iddiaçı1 MMC-yə təhkim edilməsi, həmin torpaq sahəsində Hacıkənd Bələdiyyəsi ilə icarə müqaviləsi bağlanıldıqdan sonra tikinti işlərinə başlanılması qərara alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçı1 MMC ilə Hacıkənd Bələdiyyəsi arasında icarə müqaviləsi bağlanılmış, müqavilənin şərtinə görə 660 manat illik olaraq icarə haqqı bələdiyyənin bank hesabına ödənilməli idi. Lakin iddiaçı1 MMC tərəfindən 2006-cı ildən 2010-cu ilə qədər illik 330 manat olmaqla cəmi 1650 manat bələdiyyənin bank hesabına ödənilmişdir. Beləliklə, iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış və həmin ərazidə hər hansı bir tikinti işi aparılmamışdır. Iddia ərizəsinə nəzər salınanda torpaq sahəsinin 2005-ci ildə iddiaçının istifadəsinə verilməsinə baxmayaraq, uzun müddət orada iş aparılmamış, torpaq sahəsi istifadəsiz qalmış, iddiaçının həmin torpaq sahəsindən məlumatı olmamışdır. Iddia ərizəsində Gəncə Şəhər lcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qanunsuz tapşırığı əsasında söküntü işlərinin aparıldığını vurğulansa da, sonradan iddiaçı özü qeyd edir ki, 2009-2010-cu illərdə söküntü işləri aparılmış, torpaq sahəsi əlindən alınmışdır. Göründüyü kimi, iddiaçı söküntü işlərinin kimin tərəfindən aparılmasından məlumatsızdır, əlində hər hansı sübut yoxdur və yalnız bununla bağlı öz mülahizələrini gətirir. Nəzərə çatdırılır ki, cavabdeh tərəfindən nə iddiaçı1 MMC-yə, nə də ki iddiaçı2 mülkiyyət hüququ ilə məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətlərində olan hər hansı bir tikinti sökülməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar verilməsi xahiş edilmişdir.
26. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbini müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ərazidə yerləşən hamam 2005-ci ildə, yaşayış evi 2012-ci ildə iddiaçı tərəfindən sökülmüşdür.
27. Gəncə Inzibati Məhkəməsinin (hakim Z.Quliyev) ##.##.2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
28. Məhkəmə öz möveyində qeyd etmişdir ki, iddiaçının əmlaklarına və fəaliyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmamış, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini və əldən çıxmış faydanı tələb etmək hüququna malik olmur. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi zərər vurulmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Digər tərəfdən, tələbin sonuncu hissəsi ilə bağlı da məhkəmə qeyd etmişdir ki, hazırda mübahisəli torpaq sahəsi iddiaçı tərəfin faktiki istifadəsində olmaqla, cavabdeh tərəfindən heç bir müdaxilə olunması müəyyən edilməmişdir. Ona görə də iddia rədd olunmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
29. Iddiaçı iddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə düzgün olmayan nəticəyə gəlmiş və qanuni və əsaslı qərar qəbul etməmişdir. Məhkəmə, dövlət tərəfindən və dövlət ehtiyacları üçün salınmış, hazırda mövcud olan və dövlət qurumları tərəfindən saxlanması həyata keçirilən parkın mövcudluğun kimi mötəbər və danılmaz sübuta istinad etməmişdir. Belə çıxır ki, hazırda zəbt edilmiş torpaq sahəsində mövcud olan park, dövlət tərəfindən deyil, digər naməlum şəxs tərəfindən idarə edilir. Həmçinin, məhkəmə həmin naməlum şəxsin müəyyən edilməsi üçün tədbir görməmiş, mülkiyyət hüququna qəsd faktı mövcud olsa da, onun araşdırılması istiqamətində hüquq mühafizə orqanlarına müraciət edilməsi istiqamətində hərəkətsizlik göstərmişdir. Qanuni əsasların olmasına baxmayaraq otel binasının tikintisi mümkün olmamış, cavabdeh buna maneələr yaratmış, 2009- 2010-cu illərdə otel binasının tikintisi üçün qazılan özül çalası cavabdehin göstərişi ilə doldurulmuş, eləcə də, otel tikintisi üçün iddiaçı1 MMC-nin istifadəsinə verilən torpaq sahəsi zəbt edilərək, qonşuludakı parkın tərkibinə qatılmışdır. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Hacıkənd Bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli, ** nömrəli məktubunda bildirmişdir ki, 2005-2006-cı illərdə Gəncə şəhər Hacıkənd Bələdiyyəsi ilə iddiaçı1 MMC və iddiaçı2 arasında torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Halbuki, cavabdeh ##.##.2022-ci il tarixli, **/**** nömrəli məktubunda bildirmişdir ki, Gəncə Şəhər Icra Hakimiyyəti başçısının "Hacıkənd qəsəbəsində beşulduzlu mehmanxananın tikintisi üçün torpaq sahəsinin təhkim edilməsi haqqında" ## ######## 2005-ci il tarixli, *** №-li Sərəncamı ilə iddiaçı1 MMC-nin müraciəti nəzərə alınaraq, Hacıkənd qəsəbəsindəki hamamın yerində ona bitişik ərazidə 0,33 ha torpaq sahəsinin beşulduzlu mehmanxananın tikintisi üçün iddiaçı1 MMC-yə təhkim edilməsi, həmin torpaq sahəsində Hacıkənd Bələdiyyəsi ilə icarə müqaviləsi bağlanıldıqdan sonra tikinti işlərinə başlanılması qərara alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçı1 MMC ilə Hacıkənd Bələdiyyəsi arasında icarə müqaviləsi bağlanılmış, müqavilənin şərtinə görə 660 manat illik olaraq icarə haqqı bələdiyyənin bank hesabına ödənilməli idi. Lakin iddiaçı1 MMC tərəfindən 2006-cı ildən 2010-cu ilə qədər illik 330 manat olmaqla cəmi 1650 manat bələdiyyənin bank hesabına ödənilmişdir. Göründüyü kimi, iş materiallarında cavabdeh dövlət qurumu və üçüncü şəxs bələdiyyə təsisatı tərəfindən təqdim edilmiş rəsmi cavablarda uyğunsuzluqlar olsa da, məhkəmə tərəfindən araşdırılmamış, ziddiyyətlər aradan qaldırılmamışdır. Birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli qərarda yazır ki, “Məhkəmə sorğusuna cavab olaraq cavabdeh ##.##.2023-cü il tarixli, 5-1/2- **/***/**** nömrəli məktubunda qeyd etmişdir ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində parkın salınması, köhnə abidənin dəyişdirilməsi və ya ərazisinin genişləndirilməsinə dair Gəncə Şəhər Icra Hakimiyyəti tərəfindən qərar verilməmiş, bununla bağlı dövlət büdcəsindən hər hansı vəsait ayrılmamışdır”. Həmin məktubda cavabdeh parkın mövcudluğunu inkar etməmişdir. Həmçinin, bundan əvvəl həmin məhkəmədə digər hakimin icraatında olan hazırki iş üzrə Hacıkənd qəsəbəsində yerləşən parka ##.##.2022-ci il tarixdə yerli baxış keçirilmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsinin məktubu ilə təsdiq edilir ki, iddiaçının istifadəsinə verilmiş 0.33 ha (0.32 ha 3200.0 kv.m) torpaq sahəsinə dair tərtib olunmuş JN8444 (KOD ********) saylı planda göstərilən sahə, elektron baza materiallarına əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olamaqla, 31.0 kv.m hissəsi ifrastruktur (yol), 1297.0 kv.m hissəsi park ərazisi, 1617.0 kv.m hissəsi isə həyətyanı sahədir. Göründüyü kimi iddiaçıya ayrılan torpaq sahəsində parkın salınmasını, yəni iddiaçının əmlakına qəsd edilməsini, torpağın zəbt olunmasını və sahibkarlıq fəaliyyətinin qeyri-mümkünlüyünü iddiaçı sübut edir. Halbuki, məhkəmənin qərarında yazılır ki, işin faktiki hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının əmlaklarına və fəaliyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmamış, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini və əldən çıxmış faydanı tələb etmək hüququna malik olmur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi zərər vurulmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Digər tərəfdən, tələbin sonuncu hissəsi ilə bağlı da məhkəmə qeyd edir ki, hazırda mübahisəli torpaq sahəsi iddiaçı tərəfin faktiki istifadəsində olmaqla, cavabdeh tərəfindən heç bir müdaxilə olunması müəyyən edilməmişdir. Iş materiallarından görünr ki, ##.##.2022-ci il tarixdə mübahisələndiriən torpaq sahəsinə yerli baxış keçirmişdir. Həmin prosessual hərəkətə dair protokoldan görünür ki, torpaq sahəsi Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşir və iddiaçı1 MMC-nin istifadəsinə verilmiş torpaq sahəsində salınmışdır. Məhkəmənin öz qərarında təsdiq edildiyi kimi mülkiyyətdə olan torpaq sahəsində cavabdeh tərəfindən park salınmışdır. Belə olduğu təqdirdə, iddia tələbinin təmin edilməməsi qərarın təsviri və əsaslandırcı hissəsi ilə onun nəticəvi hissəsinin uyğun gəlməməsi anlamına gəlir ki, bu da qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Birinci instansiya məhkəməsi qərarda birbaşa göstərmək istəməsə də, iş materiallarından məlum olur ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində iddiaçıya biznes məqsədi üçün ayrılmış torpaq sahəsinin yerində park salınmışdır. Amma həmin park salan və hazırda onun mövcudluğunda maraqlı olan şəxs naməlumdur və ya cavabdeh Gəncə Şəhər Icra Hakimiyyətidir. Belə bir yanaşma məhkəməni düzgün olmayan nətəcəyə gətirmişdir. Apellyasiya Kollegiyasının diqqətinə çatdırılır ki, ##.##.2018-ci il tarixli “AZƏRTAC”ın rəsmi saytında olan məqalədən məlum olur ki : “Gəncənin Hacıkənd qəsəbəsində “Nizami Gəncəvi: sələflər və xələflər” parkı açılıb. Gəncə, 16 iyun, Rauf Hacıyev, AZƏRTAC. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı1 MMC-yə qanuni əsaslarla torpaq sahəsi ayrılmışdır. Həmçinin, həmin torpaq sahəsində otel binasının tikintisi layihələndirilərək cavabdehin özü tərəfindən razılaşdırılmışdır. Sual yaranır ki, əgər cavabvdeh tərəfindən təsdiqlənmiş layihə, hazırda mübahisələndirlən ərazidəki torpaq sahəsini etiva etmirsə, onda bəs həmin torpaq sahəsi harda iddiaçıya ayrılmışdır və cavabdeh tərəfindən təsdiqlənmiş layihə və digər sənədlər hansı ərazidə otel binası tikilməyi nəzərdə tutur?.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh Gəncə Şəhər Icra Hakimiyyəti tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və etirazda göstərilmişdir ki, iddiaçı tikinti obyektində hasarın uçurulması, texniki avadanlıqların yararsız hala salınması və özül çalasının doldurulması nəticəsində ona 296.865,2 manat məbləğində ziyan dəydiyini iddia etsə də, bu iddiasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Iş materiallarında ziyanın məbləğini əks etdirən maliyyə sənədləri, qiymətləndirmə rəyləri mövcud deyil. Hadisənin baş vermə faktını, ziyanın həcmini və yaranma səbəblərini təsbit edən hər hansı akt, fotoşəkil və ya video material məhkəməyə təqdim olunmamışdır. Iddia edilən zərərin məhz cavabdehin (Gəncə Şəhər Icra Hakimiyyəti) hərəkətləri nəticəsində yaranması sübuta yetirilməmiş, habelə iş üzrə heç bir şahid cəlb edilməmişdir. Daha sonra iddiaçının 1.000.000 manat məbləğində əldən çıxmış fayda tələbi tamamilə ehtimal və subyektiv mülahizələrə söykənir. Belə ki, inşa olunmamış və fəaliyyət göstərməyən mehmanxanadan gələcəkdə əldə edilə biləcək gəlirin indidən tələb edilməsi hüquqi məntiqə ziddir. Bu tələb heç bir rəsmi sənədlə əsaslandırılmamışdır. Əlavə olaraq bildiririk ki, Gəncə Şəhər Icra Hakimiyyəti tərəfindən iddiaçı1 MMC-yə məxsus hər hansı torpaq sahəsi zəbt edilməmiş və qanuni tikili sökülməmişdir. Həmçinin iddiaçı tərəfin 0,33 ha torpaq sahəsindən istifadəsinə heç bir qanunsuz maneə törədilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 MMC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən tikinti layihəsi cənab Prezidentin rayonların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bilavasitə Hacıkənd qəsəbəsində həyata keçirilən böyük bir layihənin tərkib hissəsi kimi nəzərdə tutulmuşdur, bu səbəbdən buna çox ciddi yanaşılmış və kifayət qədər böyük məbləğdə real xərclər çəkilmişdir, belə ki təkcə otelin maketinin hazırlanmasına 2300 manat pul xərclənmişdir. Həmçinin, sədrlik edənin suallarına cavabında bildirdi ki, xərcləri təsdiq edən sənədlərlə bağlı qeyd edilməlidir ki, iddiaçı şirkət tikinti şirkətidir, məlum dövrdə eyni vaxtda bir neçə yerdə tikinti işləri həyata keçirildiyinə görə tikinti üçün alınan tikinti materialları sırf Hacıkənd qəsəbəsində aparılan tikinti üçün deyil, aparılan bütün tikinti işləri üçün ümumi şəkildə alınmışdır.
33. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
36. “Inzibati icraat haqqında” Qanun: Maddə 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
37. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında “ Əsasnamə: Bənd 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Bənd 1.3. Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.
38. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
39. IPM-in 2.2.7. Inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
40. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
41. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
42. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
43. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
44. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
45. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
46. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
47. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
48. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ödənilməsi haqqında iddiadır.
49. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının tələbi 3 hissədən ibarətdir: 1) tikinti obyektində hasarın uçurulmasını, tikinti və texniki avadanlıqlarının - köməkçi vasitələrin yarasız hala salınmasını, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulmasını kompensasiya etmək üçün 296.865,2 (iki yüz doxsan altı min səkkiz yüz altmış beş manat iyirmi qəpik) manat dəymiş ziyana görə vəsaitin ödənilməsi; 2) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verilməməsi, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsindəki hamamın yerində və ona bitişik ərazidə icarəsində olan 0,33 ha torpaq sahəsində 4-mərtəbəli, beşulduzlu mehmanxananın inşa edilməsinin qarşısının alınması səbəbindən (reallaşmasına imkan verilməməsi səbəbindən) əldən çıxmış faydanı (illər ərzində 4-mərtəbəli, beşulduzlu mehmanxananın icarəyə verilməsindən, o cümlədən fəaliyyətindən nəzərdə tutulan (əldə edilə bilən) gəlir kimi) kompensasiya etmək üçün 1.000.000 (bir milyon) manat vəsaitin ödənilməsi; 3) iddiaçıya ayrılmış (icarəsində olan) 0,33 ha torpaq sahəsinin zəbt edilməmiş hissəsində Hacıkənd qəsəbəsinin turizm xüsusiyyətinə uyğun formada istifadə edilməsinə şərait yaratmaqla, heç bir maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması.
53. Məhkəmə kollegiyası işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən şikayəti əsassız hesab edir.
54. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
55. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
56. Göründüyü kimi, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir:
1. zərərin mövcud olması,
2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,
3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması,
4. zərər vuran şəxsin təqsirli olması. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.
57. Həmçinin qeyd edilməlidir ki, bu qəbildən olan mübahisələr üzrə göstərilən əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
58. Hazırkı iş üzrə iddiaçı tərəf tikinti obyektində hasarın uçurulması, tikinti və texniki avadanlıqlarının - köməkçi vasitələrin yararsız hala salınmasını, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulmasına görə dəymiş zərərin ödənilməsini tələb edir. Lakin iddiaçı məhz cavabdeh tərəfindən tikinti obyektində hasarın uçurulmasını, tikinti və texniki avadanlıqlarının - köməkçi vasitələrin yararsız hala salınmasını, həmçinin mehmanxana binasının tikintisi üçün qazılan özül çalasının doldurulmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir.
59. Həmçinin məhkəmə kollegiyasının iclasında tədqiq olunan audio-video yazıya baxış keçirilmiş, lakin iddiaçının iddia etdiyi faktların həmin video-yazıda öz təsdiqini tapmadığı müəyyən edilmişdir.
60. Həmçinin müəyyən edilir ki, iddiaçı tərəf hasarın inşasına və özül çalasının qazılmasına çəkilən xərclərini təsdiq edən sənədləri (bu işlər aparılan zaman tərtib edilmiş smetanı) təqdim etməmiş, yararsız hala salınmış tikinti və texniki avadanlıqları sadalamamış, onlara dəymiş zərərin nədən ibarət olmasını (qüsur aktları) göstərməmişdir.
61. Məhkəmə kollegiyasının iclası zamanı iddiaçının nümayəndəsi sədrlik edənin suallarına cavabında xərcləri təsdiq edən sənədlərlə bağlı qeyd etmişdir ki, iddiaçı şirkət tikinti şirkətidir, məlum dövrdə eyni vaxtda bir neçə yerdə tikinti işləri həyata keçirildiyinə görə tikinti üçün alınan tikinti materialları sırf Hacıkənd qəsəbəsində aparılan tikinti üçün deyil, aparılan bütün tikinti işləri üçün ümumi şəkildə alınmışdır.
62. Qeyd olunan dəlili məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, nümayəndənin qeyd etdiyi halları təsdiq edən hər hansı sübut (həmin dövrdə tikinti materiallarının alışını təsdiq edən müvafiq sənədlər) iş materiallarında olmadığından göstərilən səbəb məhkəmə kollegiyası inandırıcı hesab etmir.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir.
64. Işin faktiki hallarına hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmlaklarına və fəaliyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olunması, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi müəyyən edilmir. Belə olduqda, iddiaçı zərərin əvəzini və əldən çıxmış faydanı tələb etmək hüququna malik olmur.
65. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi zərər vurulmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir.
66. Digər tərəfdən, tələbin sonuncu-iddiaçıya ayrılmış (icarəsində olan) 0,33 ha torpaq sahəsinin zəbt edilməmiş hissəsində Hacıkənd qəsəbəsinin turizm xüsusiyyətinə uyğun formada istifadə edilməsinə şərait yaratmaqla, heç bir maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı da məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisəli torpaq sahəsi iddiaçı tərəfin faktiki istifadəsində olmaqla, cavabdeh tərəfindən heç bir müdaxilə olunması müəyyən edilməmişdir.
67. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırki halda iddiaçı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
68. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə müvafiq torpaq sahəsi ilə bağlı qeyd edilən araşdırılmalı olan məsələlər icraatı ayrılmış digər iddianın predmetini təşkil edir və məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən edilir ki, həmin iş üzrə araşdırma davam edir.
69. Həmçinin apellyasiya şikayətində qeyd olunan digər hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.
70. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
71. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.