Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-633/2025 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARI Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdləyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışa əsasən, N nömrəli hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçuları xidməti zərurətlə əlaqədar olaraq 30 gün müddətinə ezamiyyətə gəlmiş və hərbi hissənin qazan təminatına qoyulmuş hesab edilmişdir: 1. R İddiaçı. Əsas: N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, **** nömrəli ezamiyyət vəsiqəsi.
2. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışa əsasən, N nömrəli hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçuları döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə 29 gün müddətinə ezamiyyətə gəlmiş və hərbi hissənin qazan təminatına qoyulmuş hesab edilmişdir: 1. R İddiaçı. Əsas: N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, 1837, 1838, 1839, 1840 və **** nömrəli ezamiyyət vəsiqələri.
3. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışa əsasən, N nömrəli hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçuları ezamiyyət müddətləri başa çatmadan hərbi hissənin qazan təminatından çıxarılaraq getmiş hesab edilmişdir: 1. R İddiaçı. Əsas: N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli 1837, 1838, 1839, 1840 və **** nömrəli ezamiyyət vəsiqələri.
4. N nömrəli hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparan zaman (27.09.-##.##.2020-ci il tarixlərində) N nömrəli hərbi hissədə R rütbəsində, silah saxlama bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi hərbi hissədən ##.##.2020-ci il tarixli, *** nömrəli əmrlə N nömrəli hərbi hissəyə ezam olunmuş, ##.##.2020-ci il tarixli, *** nömrəli əmrlə ezamdan qayıtmışdır. Vətən müharibəsinin başlandığı gündən etibarən döyüş mövqelərində və döyüşən hərbi hissələrin ərazisində sıradan çıxmış, nasazlıq yaranmış artilleriya və digər aparıcı silahların təmirini və bərpasını həyata keçirmişdir. Ezam olunduğu ərazilər Tərtər, Suqovuşan olmuşdur.
5. N nömrəli hərbi hissənin ##.##.2023-cü il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, “İddiaçı həqiqətən Vətən müharibəsi zamanı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Tərtər və Suqovuşan ərazisində döyüş mövqelərində və döyüşən hərbi hissələrin ərazisində sıradan çıxmış, nasazlıq yaranmış artilleriya və digər aparıcı silahların təmirini və bərpasını həyata keçirmişdir.”
6. Cavabdeh tərəfindən N nömrəli hərbi hissəyə göndərilmiş */*-***** nömrəli məktubda qeyd edilmişdir ki, “R İddiaçı ezam olunduğu N nömrəli hərbi hissənin Yevlax rayonu ərazisində olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarında göstərilən ərazilərdə fəaliyyəti təsdiq olunmadığına görə ##.##.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.”
7. N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışında qeyd edilmişdir ki, “İddiaçı ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək (əmr №***, ##.##.2020-ci il, əmr №***, ##.##.2020-ci il, əmr № ***, ##.##.2020-ci il, əmr №***,##.##.2020ci il) N nömrəli hərbi hissəyə ezam olunmuş və N nömrəli hərbi hissənin təmir və təxliyyə qrupları ilə birlikdə döyüş əməliyyatları aparılan zamanı Tərtər rayonun Talış və Suqovuşan kəndləri ərazisində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş meydanı zamanı sıradan çıxmış, zədələnmiş raket artileriya silahlarında təmir işlərinin yerişə yetirilməsində iştirak etmişdir.” 8.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi qulluqçudur və hazırda R rütbəsində xidmət edir. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək, yəni 44 günlük Vətən müharibəsi dövründə döyüş tapşırıqları aparan N №-li hərbi hissəyə ezam olunmuş və həmin hissənin tərkibində döyüşlərdə iştirak etmişdir, bununla bağlı müvafiq N№-li hərbi hissəyə ezam olunmağı haqqında əmr və *** №-li hissənin veteranlıq komissiyası tərəfindən tərtib edilmiş akt mövcuddur. Lakin buna baxmayarq ona müharibə veteran adı verilmir. Bununla bağlı onun etibarnamə ilə nümayəndəsi olan atası nümayəndə1 bir necə dəfə həm məktubla, həm teleqramla, həm də elektron mail ilə cavabdeh təşkilata (ilk müraciəti 2024-cü ilin may ayında olunub) müraciət etsə də, oradan ümumiyyətlə ona cavab verilməmişdir.
11. Iddiaçının vəkili nümayəndə2 Inqilab oğlu iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh Cavabdeh N saylı hərbi hissəsinin əsl cavabdeh Cavabdeh ilə əvəz olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
12. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçının nümayəndəsi nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir.
13. Cavabdeh Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Şəxsi Heyət Baş Idarəsi tərəfindən göndərilmiş ##.##.2025-ci il tarixli, *- **-**/*-****/**** nömrəli məktubuna əsasən təqdim olunmuş sənədlərdə iddiaçının “vətən müharibəsi” dövründə xidmət keçdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli, ## ######## 1995-ci il tarixli Qararı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası va şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd edilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə veteram” adının va vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Belə ki, “vətən müharibəsi” dövründə iddiaçının ezam olunduğu hərbi hissə olan N nömrəli hərbi hissə Yevlax rayonunda yerləşmişdir. Beləliklə də, Əsasnamədə göstərilən ərazilərdə xidmət etmədiyinə görə iddiaçıya “Müharibə veteram” adı və vəsiqəsi verilə bilməz. Buna görə də, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın qərarı əsaslı olmuşdur.
14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi olan vəkili nümayəndə2 Inqilab oğlu iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.
15. Gəncə Inzibati Məhkəməsinin (hakim L.Əliyeva) ##.##.2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi qərara alınmışdır.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq edilir. Iddiaçı N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş, ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixinədək o, N nömrəli hərbi hissəyə ezam olunmuş və N nömrəli hərbi hissənin təmir və təxliyyə qrupları ilə birlikdə döyüş əməliyyatları zamanı Tərtər rayonun Talış və Suqovuşan kəndləri ərazisində Maddi-Texniki Təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş meydanından sıradan çıxmış zədələnmiş raket artileriya silahlarından təmir işlərinin yerinə yetirilməsində iştirak etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıda göstərilənləri nəzərə alaraq məhkəmə qərarı tam ləğv olunmalıdır. Belə ki, həm maddi hüquq normaları, həm də prosessual hüquq normaları düzgün tətbiq edilməyərək əsassız qərar qəbul edilmişdir. Iş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın məktubuna əsasən R İddiaçı ezam olunduğu N nömrəli hərbi hissənin Yevlax rayonu ərazisində olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarının 1-ci hissəsinin 10cu abzasında qeyd olunan ərazilərdə fəaliyyəti təsdiq olunmadığına görə ##.##.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə isə iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müvafiq sənədlər əsasında müharibə veteranı statusunun verilməsi birbaşa təsbit edilmişdir. Lakin, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirməmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməmişdir. Belə ki, iddiaçı silah saxlama bölməsinin rəisi (atıcı silahların saxlanması üzrə) olmuş və Yevlax rayonunda yerləşən N nömrəli hərbi hissəyə ezam edilərək maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şəxs döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı, bu hallar isə öz növbəsində hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Is materiallarında olan N nömrəli hərbi hissənin ## ######## 2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışa əsasən bas R İddiaçı oqlu Yevlax rayonu N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Beləliklə, iddiaçı barəsində Əsasnamədə göstərlən müvafiq sənədlərdən biri olan hərbi hissənin nizami hissə üzrə əmrində iddiaçının Yevlax rayonunda yerləşən hərbi hissəyə ezam olunduğu göstərilmişdir. Iddiaçının Əsasnamədə göstərilmiş sənədlərə müvafiq olaraq işğal altında olmuş ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin əlavə olaraq qeyd etdi ki oğlu ilə birgə N nömrəli hərbi hissədə xidmət etmiş və N nömrəli hərbi hissəyə ezam edilmiş şəxsə (X1) müvafiq məhkəmə qərarına əsasən “müharibə veteranı” statusu verilmişdir.
21. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
23. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
24. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - - Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X5 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: - Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
26. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
27. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.
28. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
29. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
30. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
31. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
32. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
33. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
34. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
35. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
36. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
37. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
38. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
39. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
40. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən isə bundan imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
44. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqanın imtinasına əsası iddiaçı barəsində təqdim olunmuş arayış məlumata əsasən, döyüş əməliyyatları aparılan dövrdə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək ezam olunduğu hərbi hissənin yerləşdiyi ərazinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlməməsi olmuşdur.
45. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də “Müharibə veteranı” hesab edilirlər.
46. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin onuncu və on birinci abzaslarının tələblərinə görə müharibə veteranı adı aşağıdakı şəxslərə verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə;(Onuncu abzas)
47. Göründüyü kimi, onuncu abzasın tələblərinə görə adı qeyd olunan ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə isə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Döyüş əməliyyatları ilə bağlı tapşırıqlar yalnız döyüş təminatı anlamında qəbul edilə bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün döyüş təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən madditexniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.
48. Həmçinin, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, qanunvericiliyə əsasən, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir.
49. Qeyd olunan hüquqi mövqe kassasiya instansiyası məhkəməsinin analoji işlər üzrə digər qərarlarında da öz əksini tapmışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
50. Iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş, N nömrəli hərbi hissənin ezamiyyət vəsiqələrinə və N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş və N nömrəli hərbi hissənin təmir və təxliyyə qrupları ilə birlikdə döyüş əməliyyatları zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazisində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş meydanında sıradan çıxmış, zədələnmiş raket artilleriya silahlarında təmir işlərinin yerinə yetirilməsində iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin həmin əmrlərindən çıxarışlar hərbi hissə tərəfindən məhkəməyə təqdim edilmişdir.
51. Öz növbəsində iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının məzmunu ilə müəyyən edilir ki, Cavabdeh Hüquq Idarəsi tərəfindən ünvanlanmış ## ######## 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin ## #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə tam tərkibdə, N nömrəli hərbi hissənin texniki reqlament işləri bölüyü döyüş əməliyyatlarında iştirak etmişdir.
52. Göründüyü kimi, iddiaçının hərbi qulluqçusu olduğu hərbi hissənin texniki reqlament işləri bölüyü, ezam olunduğu hərbi hissə isə tam tərkibdə döyüş əməliyyatlarında iştirak etmişdir. Iddiaçı məhz müharibə dövründə ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək və ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək N nömrəli hərbi hissəyə ezam olunmuş, N nömrəli hərbi hissənin təmir və təxliyyə qrupları ilə birlikdə döyüş əməliyyatları zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazisində madditexniki təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş meydanında sıradan çıxmış, zədələnmiş raket artilleriya silahlarında təmir işlərinin yerinə yetirilməsində iştirak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir
53. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından görünür ki, iddiaçı X1 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərarın məzmunu ilə müəyyən edilir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş əsgər X1 həqiqətən ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş və N nömrəli hərbi hissənin təmir və təxliyyə qrupları ilə birlikdə döyüş əməliyyatları aparılan zamanı Tərtər rayonun Talış və Suqovuşan kəndləri ərazisində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş meydanı zamanı sıradan çıxmış, zədələnmiş raket artileriya silahlarında təmir işlərinin yerişə yetirilməsində iştirak etmişdir.
54. Beləliklə analoji iş üzrə şəxsə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur. Hazırki işin halları ilə həmin işin halları eynilik təşkil etdiyinə görə məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur.
55. Iddiaçının Vətən müharibəsi zamanı 033 nömrəli hərbi hissənin təkibində xidməti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin on birinci abzasının təsiri dairəsinə düşür. Göründüyü kimi, iddiaçının hərbi hissədə xidməti barədə məlumatlar, onun maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etməsi məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Odur ki, cavabdeh orqanın iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsi əsassız olmuşdur.
56. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.