Məhkəmə qərarları › İş №2-1(104)-635/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-635/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-635/2025 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, M********QSK nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F06.2 Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu. Yanaşı xəstəliklər – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Yanaşı xəstəliklər – S06.0 Baş beyinin silkələnməsi, Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Yanaşı xəstəliklər – T70.0 Qulağın barotravması, Barotravma (##.##.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosesnsor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4.5m (dörd tamm onda beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə.

2. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, M********QSK nömrəli göndərişindəki diaqnozlar üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi (“Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

3. İddiaçı imtina barədə qərardan verdiyi şikayətə baxılaraq onun ##.##.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə ##.##.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir.

İşdə olan sənədlər:

4. İddiaçı ilk dəfə ##.##.2017-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilmişdir.

5. İddiaçı əlillik vəziyyəti ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

6. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında ##.##.2022 və ##.##.2023-ci il tarixlərdə qiymətləndirərək, “Diaqnozun əlillik təyin etməməsi barədə” barədə qərar qəbul edilmişdir.

7. ##.##.2024-cü il tarixli göndəriş və xəstəlik tarixindən çıxarışlara əsasən, İddiaçı “T92 Yuxarı ətraf travmalarının nəticələri” diaqnozu üzrə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, “S.06.0 Baş beyinin silkələnməsi” diaqnozu üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək X1 adına Xəstəxanada, “F06.0 Üzvi hallyüsinoz” diaqnozu üzrə ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək Gəncə Psixiatriya Xəstəxanasında, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək, ##.##.2022-ci il tarixdən ##.##.2022ci il tarixədək Gəncə Psixiatriya Xəstəxanasında, “F06.2 Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu diaqnozu üzrə ##.##.2023-cü il tarixdən ##.##.2023cü il tarixədək və ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək X5, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Gəncə Psixiatriya Xəstəxanasında, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Bakı “xxxx” publik hüquqi şəxsdə stasionar müalicələr almışdır.

8. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin ##.##.2022-ci il tarixli, **** nömrəli Travma haqqında arayışında qeyd edilmişdir ki, MAHHXHQ əsgər İddiaçı deməsinə görə ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər istiqamətində düşmən tərəfindən odlu silahdan açılan atəş nəticəsində xəsarət almışdır. Diaqnoz: Partlayış travması (##.##.2020). Sol çiyin nahiyyəsinin arxa hissəsinin qəlpə yarası. Xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır.

9. ##.##.2022-ci il tarixli, **** nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı barəsində müəyyən edilmiş “Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyiın silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli psixotik (şizofrenəbənzər) pozuntu, emosional labil pozuntu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin kəllə daxili hipertenziya və vegetativ damar paroksizmləri ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (##.##.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sol kürək nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.

10. AO ******* nömrəli hərbi biletin 7-ci səhifəsində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi uğrunda Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

11. 849121 və ****** nömrəli stasionar çıxarışlara əsasən, İddiaçı barəsində müvafiq olaraq ##.##.2022-ci il və ##.##.2022-ci il tarixlərdə “F07.0 Partlayış travması, keçirilmiş KBT nəticəsində beyin silkələnməsi” və “F06.06 Üzvi mənşəli emosional labil pozuntu” diaqnozları müəyyən edilmişdir.

12. Ambulator kitabçadan 11367490 və ******** nömrəli çıxarışlara əsasən, İddiaçı barəsində müvafiq olaraq ##.##.2023 və ##.##.2023-cü il tarixlərdə “F07.0 Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində psixotik hallar” diaqnozu müəyyən edilmişdir.

13. Ambulator kitabçadan 13438558 və ******** nömrəli çıxarışlara əsasən, İddiaçı barəsində müvafiq olaraq ##.##.2024 və ##.##.2025-ci il tarixlərdə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu müəyyən edilmişdir.

14. Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli və ##.##.2024-cü il tarixli, *** nömrəli rəylərində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin ##.##.2023-cü il, *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində psixotik hallar F07.0”

15. *** nömrəli statistik kartaya əsasən (stasionarın adı: Gəncə Dəmir yol xəstəxanası), İddiaçı barəsində “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu müəyyən edilmişdir.

16. “xxxx” publik hüquqi şəxsinin X3 Şöbəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində psixotik və depressiv daxilolmalarla F07” müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat:

17. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona üçüncü dərəcəli müharibə əlili əlillik dərəcəsinin verilməsindən imtina edilməsi barədə ləğv edilməi və ona təyin edilmiş üçüncü dərəcəli müharibə əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ######## 2020-ci il tarixdə ölkəmizdə elan edilmiş səfərbərliklə bağlı ordu sıralarına qatılmış, müharibə zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı "Partlayış travması (##.##.2020), sol çiyin nahiyəsinin arxa hissəsinin qəlpə yarası" xəsarətini almışdır. ##.##.2020- ##.##.2020-ci il tarixədək Şəmkir RMX-da "Sol çiyin nahiyəsinin arxa hissəsinin qəlpə yarası" diaqnozu ilə stasionar müalicədə olmuş (əsas: **** nömrəli çıxarış epikrizi), ##.##.2021-ci il tarixlərində N nömrəli hərbi hissədə şəhadətləndirilərək "Hərbi xidmətə yararlıdır" qərarı verilmiş (əsas: **** nömrəli arayış), ##.##.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. ##.##.2021-##.##.2021-ci il tarixində Gəncə şəhəri A.Səhhət adına Birləşmiş Şəhər Xəstəxanasında "Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Travmadan sonrakı ensefalopatiya. Kəllə-daxili hipertenziya və vegetativ damar paroksizmləri ilə. İkitərəfli xroniki koxlear nevrit, sağ qulaqda çox ağır dərəcə qarışıq tip, sol qulaqda neyrosensor tip eşitmə. Kəskin ifadəli asteno-nevrotik-sindrom. Sol kürək nahiyəsinin yumşaq toxumalarının qəlpə yaralanması" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: ****/**** nömrəli çıxarış epikrizi)…/Davamı var. ##.##.2020-##.##.2020-Şəmkir RMX-da; ##.##.2021-##.##.2021-Gəncə şəhəri A.Səhhət adına Birləşmiş Şəhər Xəstəxanasında; ##.##.2022-##.##.2022, ##.##.2022-##.##.2022-SN Gəncə şəhəri Xəstəxanasında; MHP-da ##.##.2022-MN müayinə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Fiziki inkişafı, qidalanması kafidir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy izafi inkişaf etmişdir. Periferik limfa vəzləri böyüməmişdir. Hər iki ağciyər tənəffüsdə simmetrik iştirak edir. Perkussiya zamanı ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Ürəyin hüdudları normal, tonları aydın, A/T 110/70 mm cv.st. Nəbzi ritmik, dəqiqədə sayı 78 vurğudur. Dili nəmdir, təmizdir. Qarnı yumşaq, palpasiya zamanı ağrısızdır. Bel nahiyəsinə döyəcləmə hər iki tərəfdə ağrısızdır. Fizioloji aktlar sərbəst, adekvatdır. Psixi status: Huşu aydındır, bələdliyi bütün növlər üzrə saxlanılıb. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Ünsiyyətə həvəssiz daxil olur. Əhvalruhiyyəsi dəyişkəndir. Emosional labildir. Zahirən narahatdır. Davranışı qeyri-adekvatdır. İntelekti aldığı təhsilə uyğundur. Maraq dairəsi öz şəxsiyyətinə bağlıdır. Yaddaşı pozulub. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd edilmir. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğundur. Nevroloji status: Yuxarı Kerer nöqtələri ağrılıdır. Romberq vəziyyətində səndələyir, əllərin tremoru qeyd olunur. Piçiltı nitqini sağ qulaqda 4,5 metr, sol qulaqda 6 metr məsafədən eşitməsi ilə diaqnozları qoyulmuşdur. Ona üçüncü dərəcəli müharibə əlili əlillik dərəcəsinin verilməsi üçün cavabdeh təşkilata müraciət etsə də, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarla diaqnozun öz təsdiqini tapmaması səbəbindən ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən onun həqiqətən yuxarıda qeyd etdiyi diaqnozlardan əziyyət çəkdiyi sübut edilir. Cavabdeh orqan tərəfindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi barədə qərar tamamilə qanunsuzdur.

19. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

20. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilən etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2024 tarixdə əyani müayinədə olmuş Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bu səbəbdən iddia ərizəsinin qeyri mümkün hesab edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirlər. “Diaqnozun mətni: Üzvi sayıqlama [şizofreniyayabənzər] pozğunluğu.Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Barotrvama (##.##.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4.5m (dörd tam onda beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. X6: XVII Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara... Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - XVII Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara... əməliyyatından sonrakı vəziyyət.. diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar.

21. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.

22. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının ambulator müalicəsinin olmaması, stasionar müalicəsinin isə son 12 ay ərzində (##.##.2024-cü il tarixdən əvvəlki son 12 ay) “F07.0” və “F06.2” diaqnozları üzrə cəmi 92 gün olması müəyyən edilir ki, bu da 6 aydan azdır. Hansı ki, qanunvericinin həmin normanın müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir. Eyni zamanda, iddiaçının barədə rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş və əlillik təyinatına əsas verən əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu və yanaşı xəstəlik – F06.2 – Üzvi sayıqlama (şizofreniyayabənzər” pozğunluğu olmuşdur. Hansı ki, həmin xəstəliklərin heç bir müddət gözlənilmədən göndəriş rəsmiləşdirilməsi nəzərdə tutulan (Qaydaya * nömrəli əlavədə qeyd olunan) xəstəlik deyildir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

26. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% aralığında pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçıda olan xəstəliyə dair kifayət qədər tibbi sənədlər olsa da, məhkəmə iddia tələbini əsassız olaraq təmin etməmişdir.

28. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62-ci maddəsinə əsasən inzibati işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiy orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

30. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – 35-60% - 2 il; 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti – 65-80% - 2 il.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.1. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.

36. İşin halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, M********QSK nömrəli göndərişindəki diaqnozlar üzrə cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

37. İddiaçı barəsində əlilliyin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, sonuncu tərəfindən tələb təmin edilməyərək iddiaçının ambulator müalicəsinin olmaması, stasionar müalicəsinin isə son 12 ay ərzində (##.##.2024-cü il tarixdən əvvəlki son 12 ay) “F07.0” və “F06.2” diaqnozları üzrə cəmi 92 gün olması (6 aydan az) ilə əsaslandırılmışdır.

38. Məhkəmə kollegiyası gəlinən hüquqi nəticə ilə razılaşmır və qeyd edir ki, hazırki qərarın 31-ci bəndində göstərilən normaların təhlilindən məlum olur ki, şəxsə əlilliyin təyin edilməsi 1) tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən göndərişin rəsmiləşdirilməsi; 2) göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirərək, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edilməsi mərhələsini əhatə edir.

39. Hazırki işin halları ilə müəyyən olunur ki, iddiaçı barəsində bir neçə dəfə göndəriş rəsmiləşdirilmiş və sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin rəsmiləşdirilmiş yeni göndərişi qərar qəbul edilməsi üçün Agentliyə göndərilmiş və sonuncu tərəfindən qiymətləndirilmə aparılmaqla “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

40. Göründüyü kimi cavabdeh orqan iddiaçı barəsində rəsmiləşdirilmiş sonuncu göndərişdə qeyd olunmuş məlumatlar əsasında “əlavə müalicəyə ehtiyacın olması” və ya “müalicə müddətinin yetərli olmaması” səbəbi ilə deyil, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən barəsində imtina qərarı qəbul etmişdir.

41. Bundan başqa iş materialları ilə göndərişin yalnış doldurulması, ümumiyyətlə göndəriş rəsmiləşdirilərkən müəyyən edilmiş tələblərə riayət edilməməsi səbəbindən müvafiq qeyd aparmaqla bu barədə bildirişin altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərilmə halı da müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən qeyd edilən hal mübahisələndirilməmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi mübahisə predmeti olmayan halları araşdırmış və həmin hallara istinad edərək yekunda iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

42. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK-in altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərmək səlahiyyəti mövcuddur. Normanın məzmunundan aydın olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatı sonlandıra bilməz. Buna baxmayaraq, hazırki iş üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün sonuncu rəsmiləşdirilmiş göndərişi onu rəsmiləşdirmiş Komissiyaya göndərməmiş, icraatı yekunlaşdıraraq iddiaçıya əlillik təyinatından imtina etmişdir.

43. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarından görünür ki, iddiaçının əlillik vəziyyəti həmin tarixdə qiymətləndirilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

44. İddiaçının sözügedən imtina barədə qərardan verdiyi şikayətə baxılaraq onun ##.##.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə ##.##.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir.

45. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işə baxarkən şəxsə qoyulmuş diaqnoz əsasında barəsində qəbul edilmiş imtinaya dair qərarın əsaslı olub-olmamasını yoxlamaq əvəzinə, şəxs barəsində rəsmiləşdirilmiş göndərişin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərə əməl edilmədiyini əsas gətirərək iddianı rədd etmişdir. Başqa sözlə, hazırki işin faktiki hallarına görə mübahisə əlilliyin təyin edilməsindən imtinaya dair inzibati aktdan verilmiş şikayət olmaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyinin qiymətləndirilərək imtinaya dair qərar qəbul edilməsi ilə bağlı olmuşdur.

46. Bundan başqa əlilliyin təyin edilməsindən imtinaya dair inzibati aktda ümumiyyətlə məhkəmənin əsaslandığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1ci maddəsinə istinad olunmamış, iddia tələbinə dair verilmiş etirazda isə norma kimi qeyd edilsə də, iddiaçıya aid edilməsi və ya iddia tələbinin rədd edilməsinə dair əsaslandırılma qeyd edilməmişdir.

47. İddia tələbinin əsaslılığı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ambulator kitabçadan 13438558 və ******** nömrəli çıxarışlara əsasən, İddiaçı barəsində müvafiq olaraq ##.##.2024 və ##.##.2025-ci il tarixlərdə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu müəyyən edilmişdir.

48. Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli, **** nömrəli və ##.##.2024-cü il tarixli, *** nömrəli rəylərində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin ##.##.2023-cü il, *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində psixotik hallar F07.0”

49. *** nömrəli statistik kartaya əsasən (stasionarın adı: Gəncə Dəmir yol xəstəxanası), İddiaçı barəsində “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu müəyyən edilmişdir.

50. İddiaçıda mövcud olan “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu XBT-10 kodu F07.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndində öz əksini tapmışdır. F07 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik kimi Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.

51. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, M********QSK nömrəli göndərişində aşağıdakılar qeyd edilmişdir (səh. 99): - Həkim müayinəsi (##.##.2024) – Üzvi sayıqlama [şizofreniyayabənzər] pоzuntusu, Xəstədə baş ağrıları, unutqanlıq, sayıqlama fikirləri, psixotik hallar müşahidə olunur. Zahirən narahat, gərgindir. Depressivdir. Emosional dayanıqsızdır. Xırda qıcıqlara kəskin reaksiyalar göstərir, səbəbsiz konfliktlər törədir. Ətrafdakəları ona təsir etməkdə günahladırır. Başında olan səs küydən şikayətlənir. Ətrafda baş verənlərə qarşı qeyri-adekvat reaksiyalar göstərir. Ünsiyyətə aqressiv daxil olur. Suallara əsəbi, bəzən yalnış cavablar verir. Diqqəti dağınıqdır, fikirlərini cəmləşdirə bilmir. Təfəkkürü ləngdir. Meyl və maraqları zəifləyib, ailə problemləri ilə maraqlanmır, yaxınlarına qarşı soyuq laqeyiddir. Deməsinə görə başında və bədənində müxtəlif xoşagəlməz duyğular, ağrılar var. Yaddaşı pozulub. İntellekti enib. Yuxusu səthi olub, dərman qəbulundan sonra yuxuya gedir. Şəxsiyyəti və davranışı qüsurludur. - Beyin MRT (##.##.2022) – Sağ təpə payının ağ maddəsində yerləşən qliotik ocaqlar. Hərəkət artefaktları. - Beyin KT (aksial və ya koronal və ya sagital) (##.##.2022) – Sağ təpə payının ağ maddəsində yerləşən qliotik ocaqlar. Hərəkət artefaktları. - Beyin MRT (##.##.2024) – Baş beyin hər iki hemisferdə periventrikulyar ağ maddəsində, sentrum semiovaledə korono radiatada, beyincik hemisferlərində yerləşən, T2 və FLAİR hiperintens, bir-biri ilə birləşməyə meyli 10-12 mm ölçülərdə glial ocaqlarensefalopatiyaya uyğun MRT görüntüsü. Hər iki hemisferdə giruslararası məsafələrin artışı, atrofik dəyişiklər. III mədəcəyin transverzal ölçüsü və lateral mədəciklərin ölçüləri bir qədər artması, periventrikulyar leykoaraiozis. - BERA Test (##.##.2022) – Sol qulaqda normal eçitmə, sağ qulaqda 1-ci dərəcə neyrosensor tip ağıreşitmə təsbit edilmişdir.

52. “xxxx” publik hüquqi şəxsinin X3 Şöbəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, anamnezində psixotik və depressiv daxilolmalarla F07” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə Il Qarabağ döyüşləri zamanı Kəlbəcər istiqamətində atılan mərminin partlaması nəticəsində xəsarət alması, tərxis edildikdən sonra aldığı travmadan sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, yuxu pozuntusu, davranışında aqressivlik halları meydana gəldiyi üçün psixiatrik tibbi müəssisələrə müraciətlərinin olması, AR SN-nın xxxxnda ona ##.##.2023- ##.##.2023, ##.##.2024-##.##.2024-cü il tarixlərdə “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində psixotik hallar” diaqnozu ilə stasionar müalicədə olması, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında, həmçinin Gəncə Şəhər Psixiatriya Xəstəxanasında ##.##.2022-##.##.2022, ##.##.2022-##.##.2022, ##.##.2022- ##.##.2022, ##.##.2022-##.##.2022, ##.##.2023-##.##.2023,##.##.2023- ##.##.2023,##.##.2023-##.##.2023-cü il tarixlərdə “Partlayış travması (##.##.2020) nəticəsində üzvi sayıqlama (şizofreniyaya bənzər) pozuntusu, Keçirilmiş QKBT-sı, baş beynin silkələnməsindən sonrakı kəskin affektiv pozuntu” diaqnozu ilə stasionar müalicədə olması, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, almış olduğu travma və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsini, psixi vəziyyətində əsəbilik, daxili gərginlik, baş ağrıları, yuxu və yaddaş pozuntusu, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, evdəkilərlə münaqişə etməsi, yuxuda müharibə səhnələrini görərək yuxudan oyanması, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olduğunu, özünə qapanması, qıcıqlara və səslərə qarşı həssas olması, nitqində kəkələmə biruzə verməsi, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərdiyini bildirməsi, hazırki sorğu-sual gedişatında emosional gərginliyinin artması, səsinin titrəməsi ilə müşayiət olunan, gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi aşkar biruzə verməsi və s. sübut edir.

53. Bundan başqa, sözügedən rəyin tədqiqi hissəsində qeyd edilmişdir ki: - Somatik statusu – Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. - Nevroloji statusu – Mərkəzi sinir sistemi tərəfindən yayılmış üzvi simptomatika əlamətləri müəyyən edilir. - Psixi statusu – Zahirən narahat, bir qədər süst görünür. Özünə, zamana və məkana görə bələdliyi saxlanılıb. Ünsiyyətə bir qədər həvəssiz daxil olur, nitqində kəkələmə nəzərə çarpır. Verilən suallara əsasən ləng cavablar verir, təfəkküründə zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilir. Müayinə zamanı kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar etmir.

54. İddiaçıda Meyarların 7.6.2-ci bəndində qeyd olunan xəstəliklərin olması iş materiallarında olan tibbi sənədlər və psixiatrik ekspertizanın rəyi ilə öz təsdiqini tapır və bu hal onun barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik müəyyən edilməsinə əsas verir.

55. Meyarların sözügedən bəndinə əsasən əlillik təyinatının aparılması üçün şəxsin təfəkküründə nəzərəçarpan dəyişikliklər (müfəsəllik, rigidlik, ləngimə) və ya teztez kəskinləşən psixotik epizodlar müşahidə olunmalıdır ki, həmin hallar da yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçıda mövcuddur.

56. Torpidlik – tibbi və psixoloji mənada süstlük, hərəkətlərin, fəaliyyətin və psixi proseslərin ləngiməsi vəziyyətidir. Bu termin həmçinin xəstəliklərin və ya orqanizmin müalicəyə qarşı zəif reaksiya verməsini, yəni müqavimətini və ya ləngliyini ifadə etmək üçün də işlədilir.

57. Psixotik epizod — insanın reallıqla əlaqəsini qismən və ya tamamilə itirdiyi, düşüncə, qavrayış və emosiyaların ağır şəkildə pozulduğu psixiatrik vəziyyətdir. Bu zaman xəstə xarici dünyanı həqiqət olduğundan fərqli qəbul edir və epizod adətən halüsinasiya və sayıqlamalarla müşayiət olunur.

58. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müəyyən edilməlidir. Belə ki, ##.##.2022ci il tarixli, **** nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı barəsində müəyyən edilmiş “Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyiın silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli psixotik (şizofrenəbənzər) pozuntu, emosional labil pozuntu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin kəllə daxili hipertenziya və vegetativ damar paroksizmləri ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (##.##.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sol kürək nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.

59. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

60. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

61. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

63. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.

64. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

65. Nəzərə almaq lazımdır ki, qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.

66. Göründüyü kimi iddiaçının əsas diaqnozu (üzvi mənşəli şəxsiyyət pozuntusu) onda psixi təzahür edən pozuntulara səbəb olmuş, iş materiallarına əlavə edilmiş digər tibbi sənədlərdə iddiaçıda qeyd edilən diaqnozun əlamətlərinin olması öz təsdiqini tapmışdır.

67. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

68. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar qəbul edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilsin. İddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80% aralığında pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar