Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-636/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-5701/2025 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayş evi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin orqan məhkəməyə vəsatət ünvanlayaraq, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X2nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, təqdim olunan “fərdi yaşayış evi”nin layihəsinə (memarlıq planlaşdırma bölməsinə) baxılan zaman və eyni zamanda texniki inventarlaşdırma işləri aparmaq məqsədilə daşınmaz əmlaka yerində baxış keçirərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evi kimi qeydiyyata alınması nəzərdə tutulan tikilinin aşkar şəkildə çoxmənzilli (apartman tipli) yaşayış binası olduğu məlum olmuşdur. İddiaçı məhkəmədə qaldırmış olduğu iddianın predmeti olan “fərdi yaşayış evi’’nin (faktiki olaraq, - çoxmənzilli (apartman tipli) yaşayış binasının) şəhərsalma və tikinti normalarına cavab verib-verməməsi, həmçinin həmin binanın saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozubpozmaması və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunub-qorunmaması, yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsiz olub-olmaması məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X2ni, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və Ağstafa Rayon İcra Hakimiyyətinin maraq və mənafelərinə toxunduğu, habelə iddia ərizəsində qaldırılan məsələ onların funksiyaları ilə bağlı olduğundan iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına həmin qurumlar zəruri cəlb olunmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Quliyev X1 Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Ağstafa Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə cavabdehin vəsatətinə etiraz edərək bildirmişdir ki, hazırki iş üzrə qəbul ediləcək məhkəmə aktının həmin orqanların qanunla qorunan maraqlarına toxunması halı müəyyən edilmir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-5701/2025 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X2nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin üçüncü şəxs kimi icraata cəlb edilməsi barədə cavabdeh orqanın yazılı vəsatəti təmin edilməmişdir. Qərardadın dəlilləri ilə razılaşmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-5701/2025 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən Ağstafa rayonu, Poylu kəndində yerləşən 0.12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur və torpaq sahəsi üzərində reyestrdə qeydiyyatdan keçməmiş üç mərtəbəli çoxmənzilli apartman tipli yaşayış binası mövcuddur. Ağstafa rayonu, Poylu kəndində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizəsi Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində daxil olmuşdur və sözügedən üç mərtəbəli çoxmənzilli apartman tipli yaşayış binasının qeydiyyatından imtina edilərək, cavab olaraq bildirilmişdir ki, bu kimi hallarla bağlı məsələyə aydınlıq gətirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub ünvanlanmış, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavab məktubunda həmin daşınmaz əmlak obyektlərinin məlumatlandırma icraatı qaydasının predmeti olmadığı qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəməyə vəsatət ünvanlayaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X2nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş, lakin, birinci insatansiya məhkəməsi tərəfindən vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati icraat haqqında Qanununun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Məhkəmə göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, iddia tələbi uğurlu olarsa məhkəmə qərarı icra edilməsi üçün, icra edəcək orqan olaraq gələcəkdə 15 saylı Tovuz Ərazi İdarəsinə göndəriləcək və qəbul ediləcək qərarın hazır ki, hallara münasibətdə icra edilməsi mümkün olmayacaq. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi müvafiq məhkəmə qərarını icra edən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2023-cü il tarixli 3-35/3-2- 6/2023 nömrəli Qərarı ilə təsdiq olunmuş AZDTN 2.7-3 “Fərdi yaşayış evlərinin layihələndirilmə normaları”mn tələblərinə əsasən yerüstü mərtəbələrinin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi fərdi yaşayış evi hesab olunur. Məhkəmə göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, dövlət reyestrində qeydiyyatının aparılması istənilən daşınmaz əmlak bir ailənin yaşaması üçün nəzərdə tutulmamışdır. Həmin daşınmaz əmlak qeyri- yaşayış binası kimi inşa edilmişdir yəni apartman tipli mənzil kimi nəzərdə tutulmuşdur. Həmin binayada tiklisinə icazə tələb edilən daşınmaz əmlaklara aiddir. Vəsatətlə üçüncü şəxs kimi icraata cəlb edilməsi istənilən orqanlardan biri də Ağstafa Rayon İcra Hakimiyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.11.5-ci bəndinə əsasən təmir- tikinti, memarlıq və şəhərsalma sahələrində tikinti norma və qaydalarına riayət olunmasına nəzarət Yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin 7.5-ci bəndinə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Komitə şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsinə əsasən Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012- ci il tarixli № 695 Fərmana əsasən sözügedən maddi hüquq normalarında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin daşınmaz əmlak qeyriyaşayış binası kimi inşa edidiyindən yəni, apartman tipli mənzil kimi nəzərdə tutulmuş daşınmaz əmla olduğunu nəzərə alaraq və eyni zamanda həmin binayada tiklisinə icazə tələb edilən daşınmaz əmlaka aid olduğundan tikliyə nəzarət həyətə keçirildiyindən həmin inzibati orqanların hüquq və maraqlarına toxunmasını nəzərə almamışdır. Məhkəmə cavabdeh və qərarı icra edəcək orqan 15 saylı Tovuz Ərazi İdarəsinin yazılı vəsatəti təmin etməmişdir, buda ki, apellyasiyanın mümkünlüyü üçün əsasdır. Uğurlu olacaq iddia tələbinin nəticəsində çıxarılacaq qərarı icra edən orqan olaraq Ərazi İdarəsi ilk növbədə həmin sənədi araşdırmalıdır və hüquqmüəyyənedici sənədlər həqiqiliyini yoxlamalıdır. Eyni zamanda, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə X2 və Tikintidə Təhlükəsizliyə X2nin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri vəsatətlə cəlb olunması istənilən orqandır. Məhkəmə nəzərə almamışdır ki, çıxarılacaq qərarının icrası zaman və mübahisənin düzgün həll edilməsi üçün zəruri olan maraqlarına toxunulan, yazılı vəsatətlə cəlb edilməsi istənilən digər dövlət orqanlarını cəlb etməklə, sözügedən inzibati mübahisənin daha ətraflı və keyfiyyətli nəticə ilə sonlanmasına gətirib çıxarardı. Mübahisənin tam ətraflı və düzgün həlli üçün yazılı vəsatətin təmin edilməsi mühüm olan prosessual hərəkətlərdəndir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-2463/2025 nömrəli bildirişində qeyd edilmişdir ki, “ərizənin icrası ilə bağlı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və texniki pasport sənədinin tərtib edilməsi üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən, həmin əmlakın faktiki olaraq bir neçə mənzildən ibarət apartman tipli yaşayış binası olduğu və ya tikintisinə icazə tələb olunan qeyri-yaşayış binası olması müəyyən edilmişdir. Bu kimi hallarla bağlı məsələyə aydınlıq gətirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub ünvanlanmış, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavab məktubunda həmin daşınmaz əmlak obyektlərinin məlumatlandırma icraatı qaydasında predmeti olmadığı qeyd edilmişdir. Yuxarıda göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən fərdi yaşayış evinin dövlət reyestrində qeydə alınmasından imtina olunur. Məlumat üçün bildiririk ki, tikintisinə icazə tələb olunan tikinti obyektləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədinə əsasən aparılır.” Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, ənənəvi olaraq, inzibati prosessual hüquqda iki qrup iştirakçılar fərqləndirilir. Birinci qrupa prosesin əsas iştirakçıları olan tərəflər (iddiaçı və cavabdeh) aid edilir. Dispozitivlik prinsipinə uyğun olaraq tərəflər proses iştirakçısı statuslarını bir qayda olaraq məhkəməyə iddia ərizəsinin verilməsi nəticəsində əldə edirlər. İştirakçıların digər qrupu isə məhkəmənin cəlb edilmə haqqında qərarı əsasında prosesdə iştirak edən üçüncü şəxslərdən ibarətdir. Onların isə məhkəmə icraatının iştirakçıları statusları əldə etmələri məhz məhkəmə tərəfindən cəlb edildiklərinə görə yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Göründüyü kimi, zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Burada əsas mahiyyət ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. Məsələn, qonşu A tərəfindən qaldırılmış iddia əsasında tikintiyə verilmiş icazənin ləğvi ilə bağlı işə baxılarkən onun hüquqi statusuna birbaşa təsir etdiyi nəzərə alınmaqla B icazə sahibi kimi zəruri cəlbetmə qaydasında icraata qoşulmalıdır. Çünki üçüncü şəxs (B) tikinti hüququnun normaları baxımından həmin mübahisəli hüquq münasibətinin iştirakçısıdır və məhkəmə icraatının sonunda mübahisəyə dair tərəflər (qonşu A və icazə sənədini vermiş inzibati orqan) və üçüncü şəxs (B) barəsində vahid qərar qəbul edilməli olacaqdır. Beləliklə, cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Buna görə, mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Hazırki mübahisənin mahiyyətindən də aydın olur ki, cavabdeh orqan iddiaçının üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq istədiyi daşınmaz əmlakın fərdi yaşayış evi deyil, bir neçə mənzildən ibarət apartman tipli yaşayış binası, yəni tikintisinə icazə tələb olunan qeyri-yaşayış binası olması qənatinə gələrək onun müraciətinin təmin edilməsindən imtina etdiyinə görə məhkəmə mübahisəsi yaranmışdır. Həmin əsasa görə də cavabdeh orqan hesab etmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Ağstafa Rayon İcra Hakimiyyəti zəruri cəlb edilmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. Cavabdehin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, hazırki halda mübahisə predmeti olan daşınmaz əmlakın faktiki olaraq çoxmənzilli (apartman tipli) yaşayış binası və ya fərdi yaşayış evi olması birinci instansiya məhkəməsi tərəfindən dəqiq müəyyən edilmədiyindən həmin orqanların iş üzrə zəruri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsindən söhbət gedə bilməz. Çünki, adı qeyd olunan dövlət orqanlarının zəruri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinin zəruriliyi o halda yaranmış ola bilər ki, həmin daşınmaz əmlak cavabdeh orqanın iddia etdiyi kimi bir neçə mənzildən ibarət apartman tipli yaşayış binası, yəni tikintisinə icazə tələb olunan qeyri-yaşayış binası olması öz təsdiqini tapmış olsun. Digər tərəfdən, əgər birinci instansiya məhkəməsi işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını zəruri hesab edərsə, bunu, üçüncü şəxs qismində cəlbetmə aparmaqla deyil, prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan – zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və.s istifadə etməklə həyata keçirə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin hazırki faktiki hallarına əsasən iş üzrə qəbul ediləcək məhkəmə aktının həmin orqanların qanunla qorunan maraqlarına toxunması halı müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-5701/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-636/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-636/2025
02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver