Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-637/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2358/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli,166 saylı orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı və onun ailə üzvləri X4, X9 və X5 daimi istifadəsinə verilmişdir. X14 Filialının xx.xx.2022-ci il tarixli, 949(657)/4 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli,785 nömrəli sərəncamı ilə Gəncə şəhər Polis İdarəsinin DYP-nin müfəttişinin 1989-cu il tarixli mənzil növbəsində dayanan sıra №-si 56 olan İddiaçı Abdulsəlim oğluna Gülüstan qəsəbəsi 3 mikrorayon 1 №-li binanın 12 №-li sahəsi 50, 15 kv.metr olan 4 (dörd) otaqlı mənzilinin verilməsi təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli ərizələrin məzmunundan görünür ki, X4, X9 və X1 şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, bina 1, mənzil 12 ünvanda yerləşən mənzilin İddiaçı adına bütövlükdə özəlləşməsinə etiraz etmirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-1462/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-4862/2023 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi 1 nömrəli binada 16 mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Polis İdarəsinin X17 Şöbəsində xidmət edən zaman Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ünvan 2 ünvanda yerləşən binadan 12 nömrəli mənzil almışdır. İddiaçı həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsi ilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2358/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdeh orqanın imtinasının əsaslı olub-olmamasının araşdırılması məqsədilə mübahisəli mənzilin yerləşdiyi binaya yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehin imtina aktında qeyd etdiyindən fərqli olaraq sözügedən bina yarımçıq tikili deyil, vizual baxışla görünür ki, binanın bütün mənzillərində yaşayış var, bina qaz, su, elektrik təchizatı ilə təmin edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən yaşayış sahəsinin verilməsinə dair müvafiq order əmlakın dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən iddiaçının ailə üzvləri sözügedən mənzilin iddiaçının adına bütövlükdə özəlləşməsinə etiraz etməmişdir. Həmçinin sözügedən Qanunun müvafiq normasının tələblərinə görə mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan qanunda qeyd olunmuş sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Eyni zamanda, məhkəmənin müvafiq sorğusuna cavabdeh orqan tərəfindən verilmiş cavabdan görünür ki, sözügedən mübahisəli binada ümumilikdə 16 mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, müəyyən olunur ki, bununla da cavabdeh inzibati orqan eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etmiş və beləliklə bərabərlik prinsipini pozmuşdur, halbuki hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunmalı idi. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzilin özəlləşdirilməsi qanunauyğun hesab edilmir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən mənzilə dair iddiaçının adına "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanuna uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir, həmçinin sözügedən mənzilə müayinə keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi bina yarımçıq tikili olmuş və istismara qəbul edilməmişdir. Lakin işə baxmış məhkəmə göstərilən halalları nəzərə almamışdır. Göründüyü kimi mənzilin qeydiyyata alınması qanunvericiliyin tələbinə ziddir. Həmçinin birinci instansiya məhkəməsi mənzilin balans saxlayıcısını araşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı İdarəsi qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139-cu və "Daşınmaz əmlakın "Mənzil fondunun özəlləşdirilməsi haqqında" maddəsinin tələbləri pozulur. İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 2358/2023 saylı iş üzrə 06 iyun 2023-cü ildə qəbul etdiyi qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, mənzilin özəlləşdirilməsi hüquqi norma tələbi baxımından qanuna uyğun hesab edilmir. Cavabdeh hesab edir ki, sözü gedən mənzilə dair iddiaçı qanuna uyğun hüquq müəyyənedici sənəd təqdim etməmişdir, müayinə zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi bina yarımçıq tikili olmuş və istismara qəbul edilməmişdir. Lakin cavabdəhin əsaslandırdığının əksinə olaraq Gəncə İnzibati Məhkəməsi tərəfindən cavabdeh orqanın imtinasının əsaslı olub - olmamasının araşdırılması məqsədilə mübahisəli mənzilin yerləşdiyi binaya yerli baxış keçirilmişdir və müəyyən edilmişdir ki, cavabdehin imtina aktında qeyd etdiyindən fərqi olaraq sözügedən bina yarımçıq tikili deyil, vizual baxışla görünür ki, binanın mənzillərində yaşayış var, bina qaz, su, elektrik təchizatı ilə təmin edilmişdir. Cavabdehin sözü gedən mənzilə dair iddiaçı qanuna uyğun hüquq müəyyənedici sənəd təqdim etmədiyinin əksinə olaraq Gəncə İnzibati Məhkəməsi qərarının təsviri hissəsində qeyd edilib ki, iddiaçı surəti işə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 166 saylı orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı və onun ailə üzvləri X4, X9 və X5 daimi istifadəsinə verilmişdir. İşə əlavə edilmiş X14 Filialının xx.xx.2022-ci il tarixli 949(657)/4 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 785 nömrəli sərəncamı ilə Gəncə şəhər Polis İdarəsinin DYP-nin müfəttişinin 1989-cu il tarixli mənzil növbəsində dayanan sıra №-si 56 olan İddiaçı Gülüstan qəsəbəsi 3-cü mikrorayon 1 №-li binanın 12 №-li sahəsi 50,15 kv.metr olan 4 (dörd) otaqlı mənzilin verilməsi təsdiq edilmişdir. Surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizələrin məzmunundan görünür ki, X4, X9 və X1 şəhəri Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, bina 1, mənzil 12 ünvanda yerləşən mənzilin İddiaçı adına bütövlükdə özəlləşdirilməsinə etiraz etmirlər. Bunlardan görünür ki, birinci instansiya məhkəməsi cavabdehin qeyd etdiyinin əksinə olaraq tam obyektiv əsaslı araşdırma aparmışdır. Cavabdeh apellyasi şikayətində qeyd etmişdir ki, sözü gedin mənzilin qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Lakin bunun əksinə olaraq cavabdehin özü tərəfindən məhkəməyə təqdim etdiyi məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-4862/2023 nəmrəli məktubundan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi 1 nömrəli binada 16 mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh hesab edir ki, ilk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır, belə olan halda Mülki Məcəllənin 139-cu və "Daşınmaz əmlakın "Mənzil fondunun özəlləşdirilməsi" haqqında" maddəsinin tələbləri pozulur. Əgər həqiqətən belədirsə görəsən Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfində 16 ədəd mənzilə çıxarışı necə verib və bunu necə izah edə bilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nüamyəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətə etiraza uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25, bənd 5. hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. İ. hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; (-); 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri 29.1. yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2. yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12.1. hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materialları ilə müəyyən edilir ki, Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli,166 saylı orderə əsasən ünvan 1 İddiaçı və onun ailə üzvlərinin daimi istifadəsinə verilmişdir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 1462/2023 saylı məktubla bundan imtina etmişdir. Kollegiya cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, inzibati orqan mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın yarımçıq tikili olduğu üçün istismara qəbul edilmədiyini bildirərək, hüquqların qeydiyyatından imtina etmişdir. İddiaçı adına Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli,166 saylı orderin verilməsi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-4862/2023 saylı cavab məktubundan görünür ki, aparılmış araşdırma zamanı Gəncə şəhəri, Gülüstan qəsəbəsi 1 nömrəli binada 16 mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizələrin məzmunundan görünür ki, X4, X9 və X1 şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, bina 1, mənzil 12 ünvanda yerləşən mənzilin İddiaçı adına bütövlükdə özəlləşməsinə etiraz etmirlər. Göründüyü kimi, yuxarıda qeyd edilən yaşayış sahəsinə dair mövcud olan sənədlər “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri baxımından iddiaçının yaşadığı yaşayış sahəsinin özəlləşdirilməsinə əsas verən sənədlər hesab edilir. Bu da İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması dair tələbininin əsaslı olduğu qənaətinə gəlməyə əsas verir. Bu baxımdan kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2358/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-637/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-637/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver