Məhkəmə qərarları › İş №2-1(104)-637/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-637/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(104)-637/2025 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə Azərbaycan Respiblikası Müdafiə Nazirliyinə etdiyi müraciətin müsbət həllindən ##.##.2024-cü il tarixli, */*-**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarına əsasən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə bilavasitə döyüş əməliyyatlarında iştirak etməyinə və döyüş təminatı növləri üzrə tapşırıqların yerinə yetirməyinə dair təsdiqedici sənədlər (hərbi bilet (hərbi xidmət keçməyini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri), ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər) olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.

İşdə olan sənədlər:

2. AO № ******* nömrəli hərbi biletdə apöarılan qeydlərə əsasən, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Kəlbəcər rayonun işğaldan azad olunması uğrunda N nömrəli hərbi hissənin tərkibində yaralıların və şəhidlərin təxliyyəsində iştirak etmişdir.

3. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin: - ##.##.2024-ci il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı “Vərtən Müharibəsi” zamanı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı maddi-texniki təminat üzrə işləri (yaralıların 21, minbat və Koroğlular adlanan döyüş mövqelərindən təxliyyəsini) görmüş və döyüş əməliyyatlarının qələbə ilə nəticələnməsinə töhfə vermişdir. - ##.##.2023-ci il tarixli *** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.2020ci il tarixdə başlayan vətən müharibəsi vaxtı N nömrəli hərbi hissəyə ezamiyyət vərəqəsiz gəldiyi üçün hərbi hissədə qeydiyyata düşməmişdir. - ##.##.2024-cü il tarixli, *** nömrəli məktubunda qeyd edilmişdir ki, X3 ##.##.2020ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidməti ilə əlaqədar (şəxsi heyətin siyahısına daxil edilmə, digər hərbi hissələrə ezam edilmə, döyüşlərdə iştirak etməsi, döyüşdə xəsarət (yaralanma, travma, kontuziya) alması və medallarla təltif olunması, hərbi xidmətdən ehtiyyata buraxılması və s.) kimi rəsmi məlumat hərbi hissədə yoxdur. Məktuba əlavə edilmiş arayışdada qeyd edilmişdir ki, X3 ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək II Qarabağ istiqamətində gedən döyüş əməliyyatlarının döyüş təminatına cəlb edilmiş şəxsi heyətin tərkibində olması barədə hərbi hissədə rəsmi məlumat yoxdur. -##.##.2026-cı il tarixli, *-**-***/*-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus AO №******* nömrəli hərbi biletin 23-cü səhifəsində göstərilən qeydlərin əsaslandığı sənədin surəti (yanacaq paylama cədvəli) və məktubun qoşmasına əlavə edilən N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli *** nömrəli akta əsasən ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək “Vətən Müharibəsi” dövründə hərbi hissənin tərkibində həmin dövrdə N nömrəli hərbi hissəyə aid, Murovdağ silsiləsinin ətəyində yerləşən şərti adı “21, “Minbat” və “Koroğlular” adlanan döyüş mövqelərində şəhidlərin və yaralıların təxliyəsində iştirak etmişdir.

4. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi "xxxx" publik hüquqi şəxsinin: -##.##.2023-cü il tarixli, PHŞ-*-**/*-**/**** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı "xxxx" publik hüquqi şəxsdə ##.##.2016-##.##.2021-ci illərdə sürücü, ##.##.2021ci il tarixdən hal-hazıradək Təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində işləyir. - ##.##.2024-cü il tarixli, **-*-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Gədəbəy RMX-ın Təhlükəsizlik bölməsində mühafizəçi işləyir. İddiaçı 44 günlük vətən müharibəsi dövründə müharibədə iştirak etməsi ilə bağlı ona 21 AC199 nömrə nişanlı təcili yardım nəqiliyyat vasitəsi təhkim olunmamışdır. O, müharibə dövründə özü könüllü olaraq iştirak etmişdir. İddiaçı həmin dövr üçün vətən müharibəsinə getməsi barədə xəstəxananın rəhbərliyi tərəfindən heç bir əmr olmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müharibə veteranı vəsiqəsi almaq üçün cavabdeh orqana müraciət etsə də, əsassız olaraq onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası”-nın məktubuna əsasən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi tamamilə əsassızdır.

7. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

8. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2024-cü il tarixli, *-**-*/*-****/**** nömrəli etirazın məzmunu ##.##.2024-cü il tarixli, */*-**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

9. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, hazırki işdə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezam olunması müəyyən edilmir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, X1 və X2 tərəfindən verilmiş ##.##.2022-ci il tarixli notarial ərizələrdən görünür ki, onlar həmin ərizələrlə İddiaçı İkinci Qarabağ müharibəsində xxxxnın təcili yardım maşını ilə N saylı hərbi hissənin komandanlığının göstərişinə əsasən onlarla bərabər düşmənlə birbaşa təmas xəttindən yaralıların təxliyyəsində iştirak etdiyini bildirmişlər (Həmin şəxslər müharibə veteranı statusu almışlar).

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi ilə əvəz olunmasına dair ərizə təqdim etməsinə etiraz etmədiyini bildirdi.

15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

18. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hərbir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

19. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsinə dair Azərbaycan Respiblikası Müdafiə Nazirliyinə müraciət etmiş, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilərək döyüş əməliyyatlarının aparıldığı ərazilərdə bilavasitə döyüş əməliyyatlarında iştirak etməyinə və döyüş təminatı növləri üzrə tapşırıqların yerinə yetirməyinə dair təsdiqedici sənədlər olmaması ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi tərəfindən imtina qanuni hesab edilmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki tələbə cavab verməli olan inzibati orqan kimi Müdafiə Nazirliyini müəyyən etməkdə yanlışlığa yol vermişdir. Belə ki, iddiaçı ilə Müdafiə Nazirliyi arasında əmək və ya xidməti münasibət mövcud olmamış, iddiaçı döyüş zonasında hərbi qulluqçu kimi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil, məhz mülki şəxs kimi N nömrəli hərbi hissənin tərkibində iştirak etmişdir. Ona görə də iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciətinə baxılması Müdafiə Nazirliyinin deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin səlahiyyətinə aiddir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. İddiaçıya münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən verildiyi təsbit edilmişdir.

22. Belə ki, adışəkilən Əsasnamənin müddəalarına görə: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

23. Belə olan halda işə yenidən baxılan zaman iddiaçıya hüquqi yardım göstərilməklə sərəncam təqdim olunaraq cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi ilə əvəz etməsinə dair məhkəməyə ərizə təqdim etməsi təklif olunmalı, bundan sonra hazırki təqdim edilmiş ərizə üzrə müvafiq icraat aparılmaqla yekun məhkəmə aktı qəbul edilməlidir.

24. Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində yenidən araşdırma zamanı iddiaçıya tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməsi təklif olunaraq tələbin “iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində ifadə edilməsi izah olunmalıdır.

25. Belə ki, Əsasnamənin Qeyd hissəsində belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

26. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən inzibati orqan Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.

27. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından müvafiq inzibati orqan tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

28. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq qərar aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar