Məhkəmə qərarları › İş №2-1(104)-64/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-64/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-64/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-893/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X1rşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gürcüstan Texniki Universiteti tərəfindən verilmiş bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci il tarixdə Gürcüstan Respublikası, Gürcüstan Texniki Universitetinin “İnformatika” ixtisasını bitirmiş, bu barədə BD №016494 saylı müvafiq diplomu almışdır. Diplomu aldıqdan sonra almış olduğu ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, Nazirliyin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, araşdırma nəticəsində onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası əsassızdır və heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı 6 il müddətində əyani təhsil almış, təhsil aldığı müddətdə bütün imtahanları özü vermişdir, rus dilini və ixtisasını yaxşı bilir. Orta məktəbi də rus bölməsində bitirmişdir. Lakin Nazirliyin Ekspert qrupu bunları nəzərə almamışdır. Gəncə İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(114)-893/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılması zamanı İddiaçı teleqram, daha sonra notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Gürcüstan Texniki Universiteti tərəfindən verilmiş diplom üzrə ixtisasın tanınması və nostrifikasiyası ilə əlaqədar məkəməyə müraciət etdiyini, lakin iddia ilə bağlı ərizəsindən heç kimin təsiri olmadan imtina etdiyini, ərizənin onun sözlərindən yazılıb və iradəsinə uyğun olduğunu bildirmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini və təqdim olunmuş ərizəni iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Göründüyü kimi iddiaçı tərəfindən notarial qaydada təsdiq olunmuş ərizə göndərilərək iddia tələbindən imtina edilmişdir və bu hal iş üzrə inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən,məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2.-ci maddəsinə əsasən,şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4.-ci maddəsinə əsasən,iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5.-ci maddəsinə əsasən,iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəmə prosesində təqdim edilmiş iddiadan imtinaya dair iradə ifadəsi Azərbaycan Respublikasının İPM-in 55-ci maddəsinə əsasən qəbul edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-893/2022 nömrəli qərar ləğv edilməli, işin icraatına xitam verilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının İPM-in 55, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı ərizəsi təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-893/2022 nömrəli ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X1rşı bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar