Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-645/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər Tovuz rayon Böyük Qışlaq bələdiyyəsi və X9) qarşı hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1090/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-6527/2023 nömrəli məktubunda qeyd olunur ki, X5 adına keçmiş DTİ və MHQİ-si tərəfindən ünvan 1ində yerləşən fərdi yaşayış evinə 503-06/134 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
2. xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-7-0xx-xx/2023 nömrəli məktubunda isə bildirilir ki, Böyük Qışlaq kənd İcra nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1991-1995-ci il tarixli 07 saylı təsərrüfatbaşına kitabın 427-ci şəxsi hesabında X5 adına 0.35 ha torpaq sahəsi, ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin olması və eyni zamanda X8 vəfat etdikdən sonra təsərrüfatın onun adından çıxarılması qeyd edilmişdir. X5 adından təsərrüfat çıxarıldığına görə təsrrüfatbaşına kitabdan verilmiş arayışın hüquqi qüvvəsi qalmamışdır. Torpaq sahəsinə naturada baxış keçirilmiş və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması aşkarlanmışdır. X2 məxsus olmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi torpaq islahatına uyğun şəkildə hazırlanmış kəndin kompleks yer quruluşu layihəsində bələdiyyə mülkiyyəti kimi göstərilmişdir.
3. Tovuz rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli 3-48-44RA/2-Z-309/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Böyük Qışlaq kənd İcra nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1991-1995-ci il tarixli 07 saylı təsərrüfatbaşına kitabın 427-ci şəxsi hesabında X5 xx.xx.1994-cü il tarixdə vəfat etdiyi qeyd edilib və mərhumun adının üstündən xətt çəkilib. Təsərrüfatda FOT sözü yazılıb.
4. Tovuz regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 3800 nömrəli məktubundan məlum olur ki, xx.xx.1908-ci il tarixdə ünvan 1ində doğulmuş və xx.xx.1994-cü il tarixdə ünvan 1i ünvanında vəfat etmiş hesabında X3 miras qalmış əmlaka dair Tovuz regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində xx.xx.2023-cü ildə mərhumun oğlu İddiaçı müraciəti ilə V – 797 (2023) nömrəli vərəsəlik işi açılmışdır.
5. Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən mübahisələndirilən fərdi yaşayış evinə və torpaq sahəsinə dair hər hansı çıxarış və hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-37/2-7877 nömrəli məktubu).
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi, xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin üzərinə ünvan 1ində yerləşən mərhum anası X5 adına olan təsərrüfatda 0,35 ha torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 36 kv.m olan daşınmaz əmlakın mərhum anası X5 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası Şamil Quliyev 1943-cü il taixdə müharibədə həlak olmuşdur, ata yurdunda anası ilə o qalmışdır, anası isə 1994-cii ildə vəfat etmişdir. O, arxiv arayışı əsasında vərəsəlik qaydasında evi və torpağı adına rəsmiləşdirmək istəmiş,lakin atasından və anasından ona miras qalmış sadə bir kənd evini və 0.30 ha torpaq sahəsini rəsmiləşdirə bilməmişdir.Daşınmaz əmlakdan ona bildirilir ki həmin torpaq sahəsi bələdiyyə mülkiyətinə keçirilmişdir. O, Tovuz Rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək, X5 barəsində arxiv məlumlarının olub-olmamasını maraqlanmış, Tovuz Rayon Dövlət Arxivinin xx.xx.2023-ci il tarixli məktubuna əsasən ünvan 1 İcra Nümayəndəliyinin Tovuz Rayon Dövlət Arxivində saxlanılan 1991-1995-ci il tarixli 07 saylı təsərüffatbaşına kitabın 427-ci şəxsi hesabında təsərüffat X5 adına olmaq təsərüffatda 0.35 ha torpaq sahəsi, yaşayış evi ümumi sahəsi 36 kv.metr, o cümlədən yaşayış sahəsinin 36 kv.metr olması göstərilmişdir. Mərhumun xx.xx.1994-cü ildə vəfat etdyi qeyd edilib və mərhumun adının üzərindən xətt çəkildiyini bildirmişdir. O, vərəsəlik şəhadətnaməsi almaq üçün Tovuz Regional "ASAN Xidmət” mərkəzinin natoriat ofisinə müraciət etmiş, ona bildirilmişdir ki, anasından miras qalmış əmlaka dair natoriat ofisində xx.xx.2023-ci il tarixdə mərhumun oğlu o, İddiaçı müraciəti ilə V-797 (2023) nömrəli vərəsəlik işi açılmışdır, açılmış vərəsəlik işi ilə əlaqədar mərhum Xatın Zeynalovadan miras qalmış daşınmaz əmlak barədə sorğunu təqdim edən oğlu İddiaçı vasitəsi ilə çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. X5 adına keçmiş DTİ və MHQİ-si tərəfindən ünvan 1ində yerləşən fərdi yaşayış evinə 503-06/134 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Onun cavabdeh orqana müraciətinə sonuncu tərəfndən imtina cavabı verilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ünvan 1 İcra nümayəndəliyi, xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2-8918/2023 nömrəli etirazında qeyd olunur ki, arxiv arayışına əsasən, Böyük Qışlaq kənd İcra nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1991-1995-ci il tarixli 07 saylı təsərrüfatbaşına kitabın 427-ci şəxsi hesabında X5 adına 0.35 ha torpaq sahəsi, ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin olması və eyni zamanda X8 vəfat etdikdən sonra təsərrüfatın onun adından çıxarılması qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların qeydiyyatı üçün əsas hesab edilir. X1 məxsus olmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi torpaq islahatına uyğun şəkildə hazırlanmış kəndin kompleks yer quruluşu layihəsində bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1090/2024 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilir ki, iddiaçının anası vəfat etdikdən sonra, sonuncuya məxsus olan ümumi sahəsi 35 kv.m ev və 0.35 ha torpaq sahəsi nəvəsi X9 tərəfindən idarə edildiyindən təsərrüfat başına kitabdada həmin təsərrüfatın üçüncü şəxsə məxus olması qeyd edilmişdir. İddiaçı sözügedən ev və torpaq sahəsi ilə bağlı hər hansı hüquqi bağlılığının olduğuna dair, bu faktı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçılar qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1090/2024 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, onun adına açılmış vərəsəlik işi mövcuddur və həmin evin boş qalmaması üçün üçüncü şəxsin orada yaşamasına razılıq verilmişdir. Onun illərdir daimi yaşayış yeri Bakı şəhəridir. Üçüncü şəxs X7 adının təsərrüfatbaşına kitabda hansı əsasla qeyd edilməsi məlum deyildir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi X10 izahatında birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, SSRİ dövründə torpaqlar xüsusi mülkiyyətdə olmadığından və evin sahibi öldükdə təsərrüfatı qəbul edən şəxsin adına qeydiyyat aparılırdı. Bu hüquqi əsasla da təsərrüfatbaşına kitabdan çıxarışla bağlı arayışda da qeyd olunur ki, bir nəfərin adının üstündən xətt çəkilmiş, başqasının adı qeyd edilmişdir.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs X9 izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, o, hazırda Bakı şəhərində yaşasa da, uşaqlıqdan nənəsi ilə birlikdə yaşayıb, nənəsi öldükdən sonra isə təsərrüfatı o idarə edib. Buna görə də təsərrüfatbaşına kitabda qeydiyyat məhz onun adına apırılmışdır. İddiaçı həmin ünvanda heç vaxt yaşamayıb. O, hazırda işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşasa da, daimi yaşayış yeri Tovuz rayonudur.
Tətbiq edilən hüquq:
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.
21. İş materialları ilə müəyyən olunur ki, ünvan 1ində yerləşən 0.35 ha torpaq sahəsi və ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evi Böyük Qışlaq kənd İcra nümayəndəliyinin 1991-1995-ci il tarixli 07 saylı təsərrüfatbaşına kitabın 427-ci şəxsi hesabında X5 adına qeyd edilmiş, keçmiş DTİ və MHQİ-si tərəfindən həmin fərdi yaşayış evinə dair 503-06/134 inventar nömrəli texniki pasport tərtib edilmişdir. X.Zeynalova xx.xx.1994-cü il tarixdə vəfat etdikdən sonra təsərrüfatbaşına kitabda onun adının üstündən xətt çəkilmiş, təsərrüfat onun adından çıxarılmış, fəaliyyətdə olmayan təsərrüfat olmuşdur.
22. Böyük Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəliyinin xx.xx.2024cü il tarixli, 5-79-14/2-07/2024 saylı məktubunda qeyd edilir ki, 1991-1995-ci illərin Böyük Qışlaq kənd İƏD-si üzrə təsərrüfatbaşına kitabda X2 məxsus təsərrüfat xx.xx.1994-cü il tarixdə vəfat etdikdən sonra təsərrüfatbaşına kitabda adının üstündən xətt çəkilərək FOT göstərilmişdir. 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabda X5 oğul nəvəsi X7 adına olan təsərrüfatda ev və torpaq sahəsi göstərilməmişdir. 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitabda X7 təsərrüfatına ata nənəsi X6 məxsus olmuş 1948-ci ildə tikilmiş ümumi sahəsi 32 kv.m olan ev göstərilmişdir. 2006-2010 və 2011-2015-ci illərə dair təsərrüfatbaşına kitablarda X7 adına olan təsərrüfatda ev və torpaq sahəsi göstərilməmişdir. 2016-2020-ci illər və 2020-2025-ci illərə dair təsərrüfatbaşına kitablarda X7 adına olan təsərrüfatda ümumi sahəsi 35 kv.m və 0.40 ha torpaq sahəsi göstərilmişdir. X2 məxsus olmuş ev və torpaq sahəsində 2018-ci ilədək oğul nəvəsi X9 yaşamışdır və hal-hazırda həmin evdə yaşayan yoxdur.
23. Hazırki tələb üzrə iddiaçı ünvan 1ində yerləşən 0,35 ha torpaq sahəsi və ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin mərhum anası X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
24. İddia tələbinin əsası kimi Böyük Qışlaq kənd İcra nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1991-1995-ci il tarixli 07 saylı təsərrüfatbaşına kitabın 427-ci şəxsi hesabında X5 adına 0.35 ha torpaq sahəsi, ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin qeyd olunması və X3 miras qalmış əmlaka dair Tovuz regional “ASAN xidmət” mərkəzində Notariat ofisində vərəsəlik işi açılmasına istinad edir.
25. Məhkəmə tərkibi qeyd edir ki, işdə olan sənədlərə əsasən Tovuz rayon Dövlət arxivində saxlanılan 1991-1995-ci il tarixli 07 saylı təsərrüfatbaşına kitabın 427-ci şəxsi hesabında X5 adına 0.35 ha torpaq sahəsi, ümumi sahəsi 36 kv.m olan fərdi yaşayış evinin olması, X8 vəfat etdikdən sonra təsərrüfatın onun adından çıxarılması, mərhumun adının üstündən xətt çəkilib, təsərrüfatda FOT sözü yazılması qeyd olunmuşdur. Daha sonra həmin təsərrüfat iş üzrə üçüncü şəxsin adına qeydiyyat aparılmışdır. Belə olan halda iddiaçının anasının adına heç bir təsərrüfat üzrə qeydiyyat mövcud deyildir və həmin qeydiyyat məhz fəaliyyətdə olmayan təsərrüfat kimi ləğv edilərək, həmin təsərrüfatı idarə edən üçüncü şəxsin adına keçirilmişdir.
26. Başqa sözlə X5 adından təsərrüfat çıxarıldığına görə təsərrüfatbaşına kitabdan verilmiş arayışın hüquqi qüvvəsi qalmamışdır.
27. Məhkəmə tərkibi qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
28. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
31. Qeyd olunan normaların məzmununa əsasən daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Ərazi İdarəsinə Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə Ərazi İdarəsinə müraciət etmədən öldükdə araşıyın verilməsinin təmini mümkündür. Hazırki halda iddiaçı tələbində mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin mərhum anasına məxsus olmasına dair arayışın verilməsini xahiş etsə də, məhz «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hər hansı bir əsası təqdim etməmişdir.
32. Hazırki iş üzrə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X5 adından təsərrüfat çıxarıldığına və həmin təsərrüfat fəaliyyətdə olmadığına görə iddiaçının iddia ərizəsi və apellyasiya şikayətində qeyd etdiyi vərəsəlik işinin, həmçinin təsərrüfatbaşına kitabdan verilmiş arayışın hüquqi qüvvəsi yoxdur və həmin sənəd hüququn dövlət reyestirində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz.
33. Beləliklə məhkəmə tərkibi qeyd edir ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə olan halda isə iddiaçının hazırki mübahisə predmetləri barədə subyektiv hüququ istisna olunur.
34. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
35. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1090/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov