Məhkəmə qərarları › İş №2-1(104)-647/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-647/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-647/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, blikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəxsi işinin tapılaraq bərpa olunması və.s tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1115/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xidməti ilə əlaqədar (ZE-61867) şəxsi işinin tapılaraq bərpa olunması, zabitin şəxsi vəsiqəsinin tapılaraq işin içərisinə yerləşdirilməsi və təsdiq olunmuş surətinin ona verilməsi, doğum kağızının tapılaraq işin içərisinə əlavə edilməsi və təsdiq edilmiş surətinin ona verilməsi, hərbi biletinin düzgün yəni ki, ona təhkim olunmuş silahların nömrələri, fakultəsi , ixtisası və bütün vəzifələri tarixi düzgün qeyd edilməklə və hərbi hissə komandirinin əmrləri düzgün və tarixi və yeri ilə qeyd edilməklə yenidən tərtib edilərək dəyişdirilib yenidən ona verilməsi öhdəliyinin Müdafiə Nazirliyinin və SHXÇDX-nin üzərinə qoyulması, ərizələrinə yazılı və rəsmi qaydada cavab verilməsi öhdəliyinin SHXÇDX-nin və SHXÇDX-nin Goranboy rayon şöbəsinin üzərinə qoyulması, X1 391 və 601-ci maddələrinə görə arxiv sənədlərini bərbad hala saldıqlarına və lazım olmayan sənədləri tələb etdiklərinə və Cinayət Məcəlləsinin 313-314-cü maddələrinə əsasən xüsusi qərardad çıxardaraq müvafiq orqana göndərilməsi və şəxsi işinin tapılmadığı halda araşdırılma aparılması barədə xüsusi qərardad qəbul edərək müvafiq orqanlara göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-2011-ci illər ərzində Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun 181 saylı Hərbi Hissəsində zabit kimi taborun Kəşfiyyat rəisi və kəşfiyyat tağımının komandiri kimi xidmət etmişdir. Bu xidmət illərimdə o, bir neçə əməliyyatlarda iştirak etmişdir. Aldığı xəsarətdən sonra 2-ci qrup əlil kimi ehtiyyata göndərilmişdir. İddiaçı iştirak etdiyi əməliyyatlarla əlaqədar veteranlar haqqında qanunun tələblərinə uyğun olaraq Müdafiə Nazirliyinə müraciət etmiş, müharibə veteranı adı və vəsiqəsini alması üçün Müdafiə Nazirliyinin nəzdindəki Veteran adlarının və müvafiq sənədlərin verilməsi üzrə Komissiyayaya şəxsi işində olan bəzi sənədləri göndərməyi lazım olmuşdur. Ancaq çox təssüf ki, şəxsi işimin orijinalını əvvəlki Goranboy rayon Hərbi komissarlığı indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsindən tapa bilməmişdir. Ona bildirilmişdir ki, bu əsl nüsxə deyil əsli Müdafiə Nazirliyindədir. Bundan sonra iddiaçı xidmətin özünə ərizə ilə müraciət etmiş, cavab olaraq xx.xx.2022 ci ildə saat 11:30 da ona zəng edib xidmətin binasına çağırmışlar. İddiaçı 16:30-da ora getmiş və ona bildirilmişdir ki, şəxsi işi Müdafiə Nazirliyinə göndərilmişdir. Yenə şəxsi işinə baxmış, qeyd etdiyi sənədlərlə yanaşı doğum kağızı və əmək kitabçası da orda olmamışdır. Bundan sonra onu rəisin otağına aparmışlar, rəis şifahi olaraq cavab vermişdir ki, işin əsli Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsindədir. Amma bir dəfə də olsun rəsmi cavab verilmədi. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, Müdafiə Nazirliyindən gələn cavab məktubunda ona bildirilmişdir ki, xx.xx.2011-ci il tarixdə şəxsi işi Goranboy Rayon Hərbi Komissarlığına göndərilmişdir. Çox təəssüf ki, bu gün də iddiaçı şəxsi işinin hansı Nazirlikdə və xidmətdə olduğunu öyrənə bilmir və şəxsi işi ilə tanış ola bilmir. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinin Baş Arxiv idarəsindən gələn məktuba əsasən Goranboy rayon hərbi Komissarlığı vasitəsi ilə şəxsi işi ilə bağlı xidmət etdiyi 181 saylı Hərbi hissəyə müraciət ünvanlamışdır. Eyni zamanda zabitin şəxsi vəsiqəsi və Hərbi hissə komandirlərinin 2,3,4, taborlarda döyüş tapşırıqları barədə əmr və sərəncamları ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə də Goranboy rayon Hərbi Komissarlığı vasitəsi ilə müraciət ünvanlamışdır. Bütün ərizələrinə gələn cavab məktublarında bildirilir ki onun şəxsi işi yoxdur. Deməli onun xidmətinə aid şəxsi işi itirilmişdir. Bu səbəbdən də hərbi biletindən heç nə anlamaq mümkün deyil. Hərbi biletdə ona təhkim olunmuş silahlarının nömrəsi, vəzifələri, fakultəsi və ixtisası yazılmayıb. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “ərizələrinə yazılı və rəsmi qaydada cavab verilməsi öhdəliyinin SHXÇDX-nin və SHXÇDX-nin Goranboy rayon şöbəsinin üzərinə qoyulması, doğum kağızının tapılaraq işin içərisinə əlavə edilməsi və təsdiq edilmiş surətinin ona verilməsi, hərbi biletinin düzgün yəni ki, ona təhkim olunmuş silahların nömrələri, fakultəsi, ixtisası və bütün vəzifələri tarixi düzgün qeyd edilməklə və hərbi hissə komandirinin əmrləri düzgün və tarixi və yeri ilə qeyd edilməklə yenidən tərtib edilərək dəyişdirilib yenidən ona verilməsi öhdəliyinin Müdafiə Nazirliyinin və SHXÇDX-nin üzərinə qoyulması, X1 391 və 601-ci maddələrinə görə arxiv sənədlərini bərbad hala saldıqlarına və lazım olmayan sənədləri tələb etdiklərinə və Cinayət Məcəlləsinin 313-314-cü maddələrinə əsasən xüsusi qərardad çıxardaraq müvafiq orqana göndərilməsi və şəxsi işinin tapılmadığı halda araşdırılma aparılması barədə xüsusi qərardad qəbul edərək müvafiq orqanlara göndərilməsi” hissəsində mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)1155/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəxsi işinin tapılaraq bərpa olunması, zabitin şəxsi vəsiqəsinin tapılaraq işin içərisinə yerləşdirilməsi və təsdiq olunmuş surətinin ona verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılaraq icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələbin “xidməti ilə əlaqədar (ZE-61867) şəxsi işinin tapılaraq bərpa olunması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-22/2- 403/2023 nömrəli məktubu, eləcə də cavabdehlər tərəfindən məhkəməyə iddia ilə bağlı təqdim olunmuş etiraz ərizələrinin məzmunu ilə müəyyən olunur ki, iddiaçının şəxsi işi mövcuddur və xidməti haqqında məlumatlar şəxsi işdə qeyd edilmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud olan şəxsi işin bərpa edilməsini tələb etməkdə haqlı deyildir. Bundan başqa tələbin “zabitin şəxsi vəsiqəsinin tapılaraq işin içərisinə yerləşdirilməsi və təsdiq olunmuş surətinin ona verilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Ordusunda qüvvədə olan müvafiq təlimata əsasən zabitin şəxsi vəsiqəsi hərbi xidmət dövrü başlayarkən hərbi qulluqçuya verilir və hərbi qulluqçu ehtiyata və ya istefaya buraxılarkən şəxsən özü həmin vəsiqəni qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və ya bölmələrinə verir. İddiaçı məhkəmə iclası zamanı zabitin şəxsi vəsiqəsinin ehtiyata buraxılarkən ondan alındığını, ona görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə təhvil vermədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı zabitin şəxsi vəsiqəsinin ondan alındığını iddia etsə də, bu halı təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddia edən şəxsin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu hal xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehlər sözügedən vəsiqənin tapılması ilə bağlı hər hansı öhdəlik daşıya bilməz. Odur ki, məhkəmə tələbi həmin hissədə də əsaslı hesab etməyərək təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası bu yanaşmanı əsaslı hesab etmir və aşağıdakıları göstərir. Belə ki, AR İPM-nin 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-ci maddəsinə əsasən, inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Qanunvericiliyə görə prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. Göründüyü kimi İPM-in 30.4-cü maddəsinə uyğun olaraq, zəruri prosessual həmiştirakçılıq maddi-hüquqi və prosessual səbəblərdən mövcud ola bilər. Zəruri prosessual həmiştirakçılığın əsas xüsusiyyəti isə ondan ibarətdir ki, burada bütün prosessual həmiştirakçılar haqqında vahid qərarın qəbulu zəruri olsun. Prosessual həmiştirakçılıq, ilk növbədə prosesə qənaət edilməsinə, yəni oxşar faktiki hal üzrə bir neçə hüquqi mübahisə yaranmasının qarşısının alınmasına xidmət edir. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hazırkı iş üzrə birgə cavabdeh ola bilmələri məsələsinə qiymət vermədən iddia tələbini rədd etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya düzgün cavabdehin seçilməsi ilə bağlı hüquqi yardım göstərməməklə, beləliklə də inzibati prosessual qanunvericiliyin tələblərini pozmaqla iddia tələbini rədd etmişdir. Belə ki, hər hansı iddianın ümumi və ya xüsusi mümkünlük şərtlərinə cavab veribverməməsinə qiymət verilməsi üçün ilk növbədə iddianın hansı cavabdehə qarşı qaldırılmalı olduğu məsələsinə aydınlıq gətirilməlidir. Çünki, konkret iş üzrə cavabdehin kim olması aydınlaşdırılmadığı halda cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulub-pozulmamasına və ya cavabdehə ilkin müraciət edilib-edilməməsinə qiymət verilməsi mümkün deyil. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət vermədən qərar qəbul etməklə, İPM-in 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipini pozmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarındakı mövqeyə əsasən, məhkəmələr prosessual həmiştirakçılığın yolverilənliyini öz xidməti vəzifələrinə uyğun olaraq yoxlamalı olsalar da, bu yoxlama İPM-in 13-cü maddəsi ilə yardım etmək vəzifəsini istisna etmir. Belə ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 48.1-ci maddəsində isə deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Kollegiya qeyd edir ki, hazırki tələblərə hər iki cavabdehə qarşı baxıla bilməsi mümkün olmadıqda birinci instansiya məhkəməsi tərəfindən AR İPM-nin 13 maddəsinin tələblərinə əsasən iddiaçıya yardım göstərilərək iddia tələbləri dəqiqləşdirilməli və iş üzrə icraat ayrılmaqla müstəqil tələblər üzrə işə baxılmalı idi. Hər hansı tələb üzrə baxılması mümkün olmadığı qənaətinə gəldikdə məhkəmə bir iddiaya mahiyyəti üzrə baxmalı digərini isə mümkün saymamalı idi. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabrn 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməli olduğu halda bunu etməmiş və Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əməl etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələri) “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, apellyasiya institutu əksər dövlətlərin mülki-prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin qismən edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları iddia tələbinin mümkünlük şərtlərinin yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 12, 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1115/2023 saylı qərarı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar