Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-648/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1711/2023 saylı qərarından cavabdeh Azərbacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi və üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2019-cu il yazılış tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 8.500 manat məbləğində borcu vardır. Cavabdeh Azərbacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********4 nömrəli bildirişilə həmin borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçı həmin borcun açıqlama gətirilməsi ilə bağlı 2021-ci ildə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişdir. Cavabdeh iddiaçıya təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********15500 nömrəli məktubunda baza məlumatlarının yetərli olmaması ilə əlaqədar açıqlamanın verilməsinin mümkünsüzlüyünü bildirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 8.500 manat məbləğində borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə elektron qaydada məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kommersiya hüquqi şəxsi olaraq Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən 1998-ci ildə yaradılmış və özünün Nizamnaməsinə və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun fəaliyyət göstərir. Cəmiyyət dövlət müəssisəsi olan Bərdə 4 saylı Mexanikləşdirilmiş Dəstəsinin çevrilməsi nəticəsində yaradılmaqla onun hüquqi varisidir. Cəmiyyətin Nizamnaməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə D2753 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyat almmışdır. Cəmiyyətin Nizamnaməsi 2-ci redaksiyasında cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə yenidən dövlət qeydiyyatına alınmaqla həmin Nizamnamə əsasında fəaliyyətini həyata keçirir. 2021-ci ildən başlayaraq Cəmiyyətin ünvanına cavabdeh tərəfindən dəfələrlə xəbərdarlıq bildirişləri göndərilməklə tələb edilmişdir ki, Cəmiyyət dövlət büdcəsinə vergilər üzrə 328 manat əsas, 240,75 manat faiz borcu və məcburi dövlət sosial sığorta haqları üzrə 8500 manat borc ödəməlidir. Həmin xəbərdarlıq bildirişlərində 8500 manat sığorta borcunun xx.xx.2018-ci il tarixə olan vəziyyətə yarandığı göstərilmişdir. Cəmiyyət tərəfindən həmin tələblər əsassız hesab edildiyi üçün cavabdehə və onun yuxarı orqanı olan Dövlət Vergi Xidmətinə müraciətlər göndərilərək tələbin əsassız olduğu bildirilmiş, həmçinin xahiş edilmişdir ki, həmin borcların hansı tarixlərdən yaranması və yaranma mənbəyi barəsində baza məlumatlarını cəmiyyətə təqdim etsin. Müraciətlərə sonuncu dəfə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin rəisi Məhəmməd Yunusovun imzası ilə verilmiş cavabla bildirilmişdir ki, "Cəmiyyətin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə Vergilər üzrə 328 manat əsas, 240,75 manat faiz borcu olmuşdur və həmin borc Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə 328 manat əsas, 177,76 manat faiz borcu olmaqla silinmişdir. Cəmiyyətin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna 8500 manat əsas borcu vardır və həmin borcun dərhal ödənilməsi tələb olunur." Bundan başqa xx.xx.2022-ci il tarxidə **********485000 nömrəli məktub ilə yenidən (AVİS Qeydiyyatı) Dövlət Vergi Xidmətinə müraciət edilmiş, lakin alınmış xx.xx.2023-cü il tarixli **********020300 saylı cavab məktubundan görünür ki, müraciətlə əlaqədar araşdırma aparılması zərurəti yarandığı üçün araşdırma müddəti uzadılır. Ancaq bu araşdırmanın və yaranmış borcun iddiaçının hesabının bağlanmasına gətirib-çıxarmışdır. Beləliklə də, cavabdeh və onun Baş İdarəsi tərəfindən Cəmiyyətin haqlı tələbi qismən təmin edilərək Vergilər üzrə borc silinsə də, Cəmiyyətə məcburi dövlət sosial sığorta haqları üzrə əsassız hesablanmış 8500 manat borc silinməmiş və həmin borcun hansı tarixdən yaranması və yaranmasının mənbəyi barədə məlumatlar Cəmiyyətə təqdim edilməmişdir. Cəmiyyətin xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiəsi Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə 8500 manat əsas borcun olması və həmin borcun dərhal ödənilməli olması barədə cavabdehin tələbini iddiaçı qanunsuz hesab edir. Cəmiyyət tərəfindən çoxsaylı müraciətlərə baxmayaraq cavabdeh və onun Baş İdarəsi həmin borcun hansı tarixdən yaranması və yaranmasının mənbəyi (əsasları) barədə baza məlumatlarını Cəmiyyətə təqdim etməkdən yayınır, onu qəsdən təqdim etmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafisi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Bərdə regional ərazi şöbəsi tərəfindən Cəmiyyətin vəkil vasitəsi ilə edilmiş sorğusuna cavab olaraq verilmiş 31 may 2021-ci il tarixli, **********4 nömrəli Arayışda göstərilir ki, iddiaçıda bu günə qədər olan əmək müqaviləsi əsasında işləyən əməkdaşlar barədə məlumatın olub-olmaması barədə məlumat verilməsi haqda istəyinizlə əlaqədar olaraq tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələrinin elektron informasiya sisteminə baxış zamanı aidiyyatı müəssisə üzrə heç bir nəticə aşkarlanmamışdır". Belə olan halda, yəni ən azından xx.xx.2021-ci il tarixə olan vəziyyətə əmək müqaviləsi ilə işləyən işçiləri olmadığı halda cavabdehin Cəmiyyətdən məcburi dövlət sosial sığorta haqları üzrə 8500 manat borcun olmasının və həmin borcun ödənilməsinin cavabdeh tərəfindən tələb edilməsi qanunsuzluqdur. Qanunvericiliyin tələbinə əsasən məcburi dövlət sosial sığorta haqqı ödənişi mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar tərəfindən yalnız qanuni əmək müqaviləsi üzrə işləyən işçilərə görə dövlət sosial müdafiə fonduna ödənilməli olan məcburi ödənişlər. Cəmiyyətin vəkil vasitəsi ilə verdiyi soğruya cavab olaraq cavabdehin özü tərəfindən təqdim edilmiş cədvəl şəklində olan xx.xx.2021-ci il tarixli, **********173400 nömrəli Arayışla da müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdən etibarən Cəmiyyətin fəaliyyəti olmamışdır və Cəmiyyət fəaliyyətini dayandırması barədə qanunla müəyyən edilmiş qaydada yazılı formada vergi orqanına xəbərdarlıq ərizələri təqdim etmişdir. 8500 manat məbləğində məcburi sığorta ödənişi borcunun hansı meyarlarla və neçə işçiyə görə hesablanması barədə də cavabdeh tərəfindən Cəmiyyətə hər hansı bir əsaslandırıcı təqdim edilmir. Şərh edilən səbəblərdən Cəmiyyət tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsaslı olmaqdan başqa, həm də Azərbaycan Respublikasının qanunvericilik aktları baxımından qanunidir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, **********474100 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırkı: Azərbaycan Respublikası lqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir. Mübahisələndirilən borc məbləği xx.xx.2019-cu il tarixdən əvvəlki dövrü əhatə, etdiyindən borc məbləğinin hansı dövrdə və hansı əsaslarla yaranmasını, borcun tərkibini müəyyən etmək mümkün olmadığından halhazırda Azərbaycan Respublikası lqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin icratında olan xx.xx.2022-ci il tarixli iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, **********954900 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla eyni vaxtda Dövlət Vergi Xidmətinə də müraciət etmiş və müraciətinə baxılmışdır. Cəmiyyətin müraciətinin icrası ilə bağlı "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən sosial sığorta haqları üzrə silinməli olan borc məbləği (o cümlədən, silinmiş məbləği) barədə məlumatların təqdim edilməsi haqqında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2022-ci il tarixli **********171900 nörməli məktubla müraciət olunmuşdur. Fonddan daxil olan xx.xx.2023-cü tarixli **********5 nömrəli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********013700 nömrəli) cavab məktubunda sığortaedənin məcburi dövlət sosial sığorta haqları üzrə borclarında olan uyğunsuzluqlar səbəbindən "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun tələblərinə uyğun olaraq silinməli borclarının müəyyənləşdirilməsi mümkün olmadığı və Cəmiyyətin 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinə kimi olan borcları və ödənişləri barədə məlumatın vergi orqanına təqdim edildiyi bildirilmişdir. Təqdim edilən borclar və ödənişlər barədə məlumatda ASC-nin xx.xx.2006-cı il tarixə MDSSH üzrə 4 000,0 manat və maliyyə sanksiyası (o cümlədən penya) üzrə 4 000,0 manat olmaqla cəmi 8 000,0 manat borcu olduğu göstərilmişdir. Həmin məlumatda ASC-nin maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcları azalaraq 2009-cu ilin 1 yanvar tarixinə 2 500,0 manat, həmin ilin 2-ci rübünün əvvəlinə isə 0,0 manat təşkil etdiyi qeyd olunmuşdur. Eyni zamanda, sonrakı dövrlərdə maliyyə sanksiyası (o cümlədən penya) üzrə borclarin azalmasına baxmayaraq, təqdim edilmiş cədvəl məlumatlarında həmin dövrlər ərzində silinmiş və ödənilmiş sütunlarda hər hansı məbləğ göstərilmir. Eyni zamanda 2009-cu ilin 1 yanvar tarixinə və həmin ilin 2-ci rübünün əvvəlinə MDSSH üzrə borcların artdığı müşahidə olunur. Həmçinin, DSMF tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, ASCnin 2015-ci ilin 1 yanvar tarixinə maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcu mövcud deyildir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 6 mart 2018- ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmçinin, Qanunun 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Borcun tərkibinə dair təqdim edilmiş məlumatlarda xx.xx.2006-cı il tarixə ASC-nin maliyyə sanksiyası (o cümlədən penya) üzrə 4000,0 manat borcunun olmasını, 2009-cu ilin 1 yanvar tarixinə və həmin ilin 2-ci rübünün əvvəlinə həmin borclarının azalmasına baxmayaraq o dövr ərzində "dövr ərzində ödənilb" və "dövr ərzində silinib" sütunlarında hər hansı məbləğin göstərilmədiyini və digər uyğunsuzluqların mövcud olmasını əsas götürməklə 2015-ci ilin 1 yanvar tarixinə silinməli olan maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcun müəyyən edilməsi mümkün olmaması səbəbindən vergi orqanı tərəfindən düzgün olmayan məlumatlar əsasında hər hansı silinmənin aparılması həyata keçirilməmişdir. Üçüncü şəxs məhkəməyə təqdim etidiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-36727/2023 nömrəli məktubunda bildirmişdir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı il 1 yanvar tarixdən etibarən başlanılmışdır. Müraciətlə bağlı Nazirliyin elektron proqram təminatlarına əsasən sığortaedənin 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövrlər ürzə məcburi dövlət sosial sığorta haqları üzrə borc məlumatlarını qoşmadakı cədvəldə təqdim edilir. Əlavə olaraq qeyd edilir ki, aparılan araşdırma zamanı "xxxx" ASC-yə aid iş qovluğu aşkar edilmədiyindən müraciətdə qeyd edilən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1711/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 8.500 manat məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə bildirir ki, hər nə qədər də cavabdeh iddiaçıdan 8500 manat məbləğində borcun ödənilməsini tələb etsə də, o, həmin borc məbləğinin xx.xx.2019-cu il tarixdən əvvəl yarandığını qəbul edərək (sorğuya cavab məktubunda qeyd etmişdir), borc məbləğinin yaranmasını təsdiq edən tutarlı və ən əsası mötəbər sübut təqdim edə bilməmişdir. Hətta, həmin dövrdə bu hesablamaları aparan Dövlət Sosial Müdafiə Fondu belə, “X1 Sistemi”nin altsistemindən əldə etmiş olduğu məlumat əsasında sığortaedənin borcunun olduğunu göstərmiş, lakin iş qovluğu olmadığından, həmin hissədə araşdırmanın aparılmasını mümkün hesab etməmişdir. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı borc ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan “X1 Sistemi”ndə göstərilmiş məlumatı mötəbər sübut kimi qəbul etməklə borcu əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı vəziyyətdə inzibati prosessual qanunvericiliyin tələbləri əsasında 8.500 manat borcun yaranması ilə bağlı halları sübut etmək vəzifəsi iddiaçının yox, cavabdehin öhdəliyindədir. Cavabdeh isə həmin borcun yaranma əsaslarını sübut edə bilməmişdir. Məhkəmənin araşdırması zamanı da, istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, borcun yaranma əsasları, hesablanma qaydasının təqdim edilməsi xahiş edilmiş, lakin hər iki orqanın borcla bağlı yeganə istinadı borcun mövcudluğu ilə bağlı olmuşdur. Bununla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə hər hansı məlumatın əsası olmadan mövcudluğu vəziyyəti iddiaçının ziyanına dəyişmir. Borcun mövcudluğu barədə məlumat, həmin borcun yaranması, hesablanması ilə bağlı hallar müəyyən edilmədən, heç bir hüquqi əsası olmayan məlumatlardır. Hər nə qədər həmin borcun yaranma əsasları və s inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və elektron informasiya sistemində olan məlumatın mənbəyini müəyyən edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(114)-1711/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, Gəncə İnzibati Məhkəməsi qərarının əsaslandırma hissəsində göstərmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirilir ki, Azərbaycan Respuiblikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının tələbetmə müddətinin keçməsi ilə əlaqədar ümidsiz borc kimi silinməsi nəzərdə tutulmamışdır. Bundan başqa Gəncə İnzibati Məhkəməsinin qərarında göstərilmişdir ki, məhkəmə bildirir ki, hər nə qədər də cavabdeh iddiaçıdan 8500 manat məbləğində borcun ödənilməsini tələb etsə də, o, həmin borc məbləğinin xx.xx.2019-cu il tarixdən əvvəl yarandığını qəbul edərək (sorğuya cavab məktubunda qeyd etmişdir), borc məbləğinin yaranmasını təsdiq edən tutarlı və ən əsası mötəbər sübut təqdim edə bilməmişdir. Hətta, həmin dövrdə bu hesablamaları aparan Dövlət Sosial Müdafiə Fondu belə, “X1 Sistemi”nin altsistemindən əldə etmiş olduğu məlumat əsasında sığortaedənin borcunun olduğunu göstərmiş, lakin iş qovluğu olmadığından, həmin hissədə araşdırmanın aparılmasınımümkün hesab etməmişdir. Məhkəmənin bu mövqeyi ilə əlaqədar bildirilir ki, Dövlət Sosial Müdafiə Fondundan verilmiş məlumatdan görünür ki, iddiaçının 2006-cı il tarixə MDSS haqları üzrə əsas borc məbləğinin 4000 manat, 2009-cu ilin 2-ci rübünə olan məlumatda isə 8500 manat olduğu göstərilmişdir. Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, iddiaçının şəxsi hesab vərəqəsində olan məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləği 2006-cı il tarixdən sonra yarandığından həmin məbləğin silinməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda göstərilənlərdən göründüyü kimi maddi hüquq normalasının düzgün tətbiq olunmaması məhkəmə tərəfindən qanunvericiliyə zidd olan öhdəliyin cavabdehin üzrəinə qoyulması ilə nəticələnmişdir. Daha sonra üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1711/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsi qərarının əsaslandırma hissəsində göstərmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirilir ki, Azərbaycan Respuiblikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.5-1ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının tələbetmə müddətinin keçməsi ilə əlaqədar ümidsiz borc kimi silinməsi nəzərdə tutulmamışdır. Bundan başqa Gəncə İnzibati Məhkəməsinin qərarında göstərilmişdir ki, məhkəmə bildirir ki, hər nə qədər də cavabdeh iddiaçıdan 8500 manat məbləğində borcun ödənilməsini tələb etsə də, o, həmin borc məbləğinin xx.xx.2019-cu il tarixdən əvvəl yarandığını qəbul edərək (sorğuya cavab məktubunda qeyd etmişdir), borc məbləğinin yaranmasını təsdiq edən tutarlı və ən əsası mötəbər sübut təqdim edə bilməmişdir. Hətta, həmin dövrdə bu hesablamaları aparan Dövlət Sosial Müdafiə Fondu belə, “X1 Sistemi”nin altsistemindən əldə etmiş olduğu məlumat əsasında sığortaedənin borcunun olduğunu göstərmiş, lakin iş qovluğu olmadığından, həmin hissədə araşdırmanın aparılmasınımümkün hesab etməmişdir. Məhkəmənin bu mövqeyi ilə əlaqədar bildirilir ki, Dövlət Sosial Müdafiə Fondundan verilmiş məlumatdan görünür ki, iddiaçının 2006-cı il tarixə MDSS haqları üzrə əsas borc məbləğinin 4000 manat, 2009-cu ilin 2-ci rübünə olan məlumatda isə 8500 manat olduğu göstərilmişdir. Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, iddiaçının şəxsi hesab vərəqəsində olan məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləği 2006-cı il tarixdən sonra yarandığından həmin məbləğin silinməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda göstərilənlərdən göründüyü kimi maddi hüquq normalasının düzgün tətbiq olunmaması məhkəmə tərəfindən qanunvericiliyə zidd olan öhdəliyin cavabdehin üzrəinə qoyulması ilə nəticələnmişdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Cavabdehin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçıya aid iş qovluğu mövcud olmadığından onun məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının hesablanması əsas olan sənədlərin, həmçinin həmin borcların hansı qaydada hesablanmasına dair məlumatların təqdim edilməsi mümkün deyil. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikası Vergi Məcəlləsi”: - - 1.4-cü maddəsinə görə bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; - 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. - 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. - 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: - - 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - Həmin Qanunun 11-ci maddəsində göstərilmişdir ki, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. - Həmin Qanunun 14.3-cü maddəsində göstərilmişdir ki, Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. - Həmin Qanunun 18-ci maddəsində göstərilmişdir ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. - Həmin Qanunun 21-ci maddəsində göstərilmişdir ki, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:- Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsindən əsasən xx.xx.2019-cu il yazılış tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 8.500 manat məbləğində borcu mövcuddur. Cavabdeh həmin borcun ödənilməsini xx.xx.2019-cu il tarixli, **********4 nömrəli bildirişlə iddiaçıdan tələb etmişdir. İddiaçı qeyd olunan borc məbləğinə dair açıqlamanın verilməsi üçün cavabdehə 2021-ci ildə müraciət etsə də, cavabdehin xx.xx.2021-ci il tarixli, **********15500 nömrəli məktubu ilə baza məlumatlarının yetərli olmadığından açıqlamanın verilməsinin mümkün olmadığı bildirmişdir. Kollegiya qeyd edir ki, hazırda silinməsi tələb olunan borc məcburi dövlət sosial sığortası sahəsində idarəetmə vergi orqanına həvalə edilənədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış hesablanmışdır. Daha sonra hesablanmış borc barədə məlumatlar vergi orqanına ötürülmüşdür. Mübahisələndirilən borc məbləği xx.xx.2019-cu il tarixədək hesablandığından məhkəmə tərəfindən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fonduna müvafiq sorğu verilmiş və üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, aparılan araşdırma zamanı "xxxx" ASC-yə aid iş qovluğu aşkar edilmədiyindən onun məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının hesablanması əsas olan sənədlərin, həmin borcların hansı qaydada hesablanması və işçilərin sayı barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş cədvəldə qeyd edilmişdir ki, əldə edilən məlumatlara əsasən sığortaedənin (iddiaçının) 2008-ci ilin sonuna borcu məcburi dövlət sosial sığorta haqqı üzrə 4000 manat, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 4000 manat olduğu halda 2009-cu ilin İ rübünün əvvəlinə həmin borc məbləğləri məcburi dövlət sosial sığorta haqqı üzrə 6000 manat, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 2500 manat kimi öz əksini tapmışdır. Həmçinin sığortaedənin (iddiaçının) 2009-cu il ilin İ rübünün sonuna borcu məcburi dövlət sosial sığorta haqqı üzrə 6000 manat, maliyyə sanksiyası ( o cümlədən penya) üzrə 2500 manat olduğu halda 2009-cu ilin İİ rübünün əvvəlinə həmin borc məbləğləri məcburi dövlət sosial sığorta haqqı üzrə 8500 manat kimi öz əksini tapmışdır. Lakin həmin dövrlərə aid “ödənilmiş” və “silinmiş” qrafalarında müvafiq qeydlər aparılmamışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçıdan ödənilməsi tələb olunan borcun yaranmasına əsas olmuş sənədlərin, həmçinin hansı qaydada hesablanması dair məlumat aşkarlanması mümkün olmamışdır. Başqa sözlə cavabdeh tərəfindən, hesablanmış borc məbləğinin yaranmasına dair mötəbər və əsaslı süburları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən hazırki mübahisənin yaransına zəmin olmuş borcula bağlı inzibati icraatın aparılması inzibati icraata dair qanunvericiliyinin müddəalarına əməl edilməmişdir. Belə ki, bu qərarın “Tətbiq edilən hüquq” hissəsində göstərilən “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrinə əsasən vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi cavabdeh inzibati icraat zamanı iş üçün əhəmiyyət kəsb edən faktiki halları tam və obyektiv araşdırmamış, iddiaçıya hesablanmış borc məbləğinin yaranmasının əsası ilə bağlı müvafiq araşdırmalar aparmadan sadəcə “X1 Sistemi”ndən əldə edilmiş məlumatla kifayətlənərək iddiaçıdan borc məbləğinin ödənilməsini tələb etməklə vəzifələrini düzgün icra etməmişdir. Kollegiya hesab edir ki, hesablanmış borcun əsasının, başqa sözlə borcun yaranma halının, həmçinin hesablanması qaydasının müəyyən edilə bilməməsi artıq həmin borcun mövcudluğunu istisna edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1711/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-648/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-648/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver