Məhkəmə qərarları › İş №2-1(104)-648/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-648/2025

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-648/2025 18.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iş üzrə QƏRARI Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində qeydə düzəliş edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 (üçüncü şəxs Üçüncü şəxs) qarşı “ünvan 6 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydə alınmasına dair ##.##.20**-ci il tarixdə aparılmış qeydə düzəliş edilərək, torpaq sahəsinin ölçüsünün 399 kv.m qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-cı il tarixli, *-*(***)- **/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.

2. ##.##.1989-cu il tarixli, 651-71 inventar nömrəli fərdi yaşayış evinə aid texniki pasportda torpaq sahəsinin ümumi sahəsi 622 kv.m təşkil etdiyi müəyyən olunmuşdur.

3. Kirovabad şəhəri * saylı dövlət notariat kontorunun ##.##.1989-cu il tarixli, 2-1- *** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Camal qızına və X4.

4. Kirovabad şəhəri * saylı dövlət notariat kontorunun ##.##.1989-cu il tarixli, 2-2- *** reyestr nömrəli bölgü müqaviləsinə əsasən Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Camal qızı ilə X4 arasında bölünmüşdür.

5. ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına ##.##.1989-cu il tarixə tərtib olunmuş texniki pasportda evin torpaq sahəsinin faktiki ölçüsü 331,0 kv.m göstərilmişdir.

6. Həmin evə dair (Bəxtiyar Əliyev küçəsi, ev 59) ##.##.1992-ci il tarixə tərtib olunmuş texniki pasportda evin torpaq sahəsinin faktiki ölçüsü 399,0 kv.m göstərilmişdir. 7.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.20**-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0.0360 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 89.70 kv.m fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ ##.##.20**-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-V-****- **/**** nömrəli məktubunda bildirilmişdir ki, müraciəti ilə bağlı ona məxsus fərdi yaşayış evinin yerləşdiyi və hər tərəfdən fiziki sərhədlərlə təcrid edilmiş torpaq sahəsinə Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilmiş, torpaq sahəsinin bütün döngə nöqtələrinin faktiki koordinatları yerində götürülmüşdür. Ölçmə işləri nəticəsində müəyyən edilmişdir ki, ona məxsus torpaq sahəsinin ümumi sahəsi 351 kv.m təşkil edir. Müraciətində qeyd olunan məsələnin həlli üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qurumlara müraciət etmək tövsiyyə edilir.

10. Məhkəmənin ##.##.2023-cü il qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, faktiki olaraq daxili divarlara istinadən 360.0 kv.m, xarici divarlara istinadən isə 399.0 kv.m təşkil edir. 2) Həmin fərdi yaşayış evinə dair İddiaçı adına tərtib olunmuş ##.##.1989-cu il tarixli texniki pasportda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 399.0 kv.m, 20.08.**-ci il tarixli texniki pasportda isə 360.0 kv.m göstərilmişdir. Araşdırma nəticəsində, ##.##.1989-cu il tarixli texniki pasportda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 399.0 kv.m olduğu qeyd olunsa da, həmin texniki pasportun planında göstərilən ölçülərə istinadən, torpaq sahəsinin 360.0 kv.m olduğu müəyyən olundu. Belə ki, ##.##.1989-cu il tarixli texniki pasportun qüsurlu işləndiyi müəyyən olundu. 3) İddiaçı adına tərtib olunmuş ##.##.1989-cu il tarixli texniki pasportda göstərilən 399.0 kv.m (plana istinadən 360.0 kv.m) torpaq sahəsinin hər hansı subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmadı.

11. Məhkəmənin ##.##.2024-cü il qərardadı ilə əldə edilmiş əlavə mütəxəssis rəyində göstərilmişdir ki: 1) ünvan 4 ünvanında mövcud olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, faktiki olaraq daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edildi. Əlavə olaraq qeyd edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alnmaqla daxili divarlara istinadən 7.30 metr uzunluğunda daş hasar mövcuddur (bax plan 1). 2) Həmin ünvanda mövcud olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin faktiki ölçüsü və konfiqurasiyası ilə, həmin ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair 1989-cu il tarixli texniki pasport sənədində göstərilən torpaq sahəsinin ölçü və konfiqurasiyası arasında uyğunsuzluq halı aşkarlandı. Belə ki, 1989-cu il tarixli texniki pasport sənədində torpaq sahəsinin faktiki ölçüsü 209.0 kv.m göstərilmiş, tərəflərindən aparlan ölçmə işləri nəticəsində isə torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir. 3) 1989-cu il tarixli texniki pasport sənədində torpaq sahəsinin faktiki ölçüsü 209.0 kv.m göstərilmiş, tərəflərindən aparılan ölçmə işləri nəticəsində isə torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına istinadən, ünvan 5 ünvanında mövcud olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, başqa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmadı. 4) ünvan 4 ünvanında və Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi 59 ünvanında yerləşən fərdi yaşayış evlərinin ümumi torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmadan 564.08 kv.m təşkil edir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m təşkil edir. Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 358.8 kv.m, xarici divarlara istinadən isə 361.4 kv.m təşkil edir. Əlavə olaraq qeyd edilir ki, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 7.75 metr uzunluğunda daş hasar mövcuddur.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.20**-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6A ünvanında yerləşən ümumi sahəsi 117.30 kv.m fərdi yaşayış evi üzərində Üçüncü şəxs xüsusi mülkiyyət hüququ ##.##.20**-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin mülkiyyət növü “dövlət”, təyinatı (kateqoriyası) “Yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir.

13. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli daşınmaz əmlakların yerində müayinəsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus evin yerləşdiyi torpaq sahəsi iddiaçının evinin yerləşdiyi torpaq sahəsi ilə həmsərhəddir. Iddiaçının üçüncü şəxsin barı çəkməklə onun sahəsinə müdaxilə etdiyini iddia etdiyi hissələrdə mişar daşından hasar çəkilmiş, lakin həmin hasar əvvəldən mövcud olmuş hasar sökülmədən, iddiaçının evinə perpendikulyar düz xətt boyunca olan hissədə köhnə qırmızı daşların üst hissəsinə əlavə edilməklə tikilmiş, iddiaçının evinə paralel olan hissədə isə köhnə qırmızı daşların qabağından çəkilmişdir. Üçüncü şəxsin təqdim etdiyi fotoşəkillərlə müəyyən edilir ki, iddiaçının evinə paralel olan hissədə yerləşmiş hasarın yenisi tikilməzdən əvvəlki vəziyyət üzrə sərhəd iddiaçıya məxsus su çəninin yerləşdiyi hissədən olmuşdur. Baxış zamanı həmçinin müəyyən edilir ki, hazırkı vəziyyət üzrə də iddiaçıya məxsus su çəni iki torpaq sahəsinin sərhəddində iddiaçıya məxsus sahədə yerləşir. Həmin su çəni iddiaçıya məxsus sahədə yerləşən köməkçi tikilinin (toyuq hininin) üzərində yerləşir. Hinin daxilində isə ara sərhəddi olan köhnə qırmızı kərpiclər hələ də mövcuddur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə ##.##.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin verdiyi ##.##.20**-ci il tarixli 201012010338-***** reyestr nömrəli, 15**0**b n774 qeydiyyat nömrəli çıxarışın qanunsuz sayılmaqla əvəzində Gəncə Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli, **** nömrəli sərəncamına uyğun olaraq, əvvəlki 399,0 kv.m torpaq sahəsi ilə hüququnun dövlət qeydiyyatına alınmaqla çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin * saylı ünvan 1 ünvanındakı mülklərinə yeni çıxarışın verilməsini xahiş etmişlər. Sonra * saylı Gəncə Ərazi Idarəsinin mütəxəssisləri gəlib torpaq sahəsində texniki ölçü aparıb, torpaq sahəsinə və daşınmaz əmlaka dair reyestr nömrəsi 201013010338-20301, qeydiyyat nömrəsi ********** saylı çxarış, ##.##.20**-ci il tarixli, inventar nömrəsi ***** saylı texniki pasport vermişlər. Dövlət müstəqillik əldə edəndən sonra 1992-ci ildə verilən sənədlə yeni verilən sənədin çizgidəki ölçülərini tutuşdurduqda müəyyən edilmişdir ki, əvvəlki torpaq sahəsi 399,0 kv.m olduğu halda, indiki sxemdə torpaq sahəsini azaldaraq 360,0 kv.m qeyd etmişlər. Halbuki, Gəncə Şəhər Icra Hakimiyyəti başçısının 14-X-1992-ci il tarixli, 3273 N-li sərəncamına əsasən torpaq sahəsi ölçülərək 399.0 kv.m qeyd edilmişdir. Lakin, indiki reyestr nömrəsi 201013010338-*****, qeydiyyat nömrəsi ********** olan, ##.##.20**-ci il tarixli çıxarışı 360,0 kv-m qeyd edərək, təxminən 39.0 kv.m torpaq sahəsini faktiki qonşunun ərazisinə qatmışlar. Hətta axırıncı ## ### 2023-ci il tarixli rəsmi müraciətlərinə cavab olaraq gəlib təkrar ölçü apararaq, bir az da azaldaraq 351 kv.m kimi qeyd etmişlər. Bu mütəxəsisslərin hərəkətlərindən məlum olur ki, hər dəfə baxış keçirdikcə özəl torpaq sahəsi getdikcə azalır. * saylı Gəncə Ərazi Idarəsinin rəisi Fizuli Isayev ##.##.2023-cü il tarixli məktubunda da təsdiq edir ki, onlara məxsus torpaq sahəsinin ümumi sahəsi 351 kv.m təşkil edir. Müraciətlərində qeyd olunan məsələnin həlli üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qurumlara müraciət etmək tövsiyyə edilir. Əvvəlki rəis Xəyal Ismayılov isə ##.##.2022-ci il tarixli məktubunda bildirmişdir ki, "ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş 201013010338-***** reyestr nömrəli texniki pasportun əslini idarəyə təqdim edəciyi tədqirdə texniki pasportda uyğunsuzluq aradan qaldırılaraq onlara təqdim ediləcəkdir". Ona məlum olmayan səbəbdən Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanda yerləşən özəl torpaq sahəsi DƏDRX-nin * saylı Gəncə Ərazi Idarəsinin əməkdaşları tərəfindən azaldılır. Bununla da onun əmlakı ilə bağlı hüquqlarım kobud surətdə pozulur. Aydınlıq üçün bildirirlər ki, qonşuları Əliyeva Lətifə ilə həm də qohum olduğu üçün həmin torpaq sahəsini birlikdə alıb, bölüb sənədləşdirmişlər. Həmin mübahisə predmeti olan aradakı əl damı bölgüdə onların ərazisinə düşmüşdür. Onlar qohumluq xatirinə onların müvəqqəti istifadə etməsi üçün razılıq vermişlər. Axırıncı sənədləşmədən sonra X3 həmin əl damını sökərək , 75 sm enində, 7,1 metr uzunluğunda onların ərazisinə düşən hissəsini, divarı da sökərək zəbt edib yeni hasar çəkmişdir. Onlar etiraz edərək onlara mane olduqda onlar üstlərinə hücum çəkmişlər, dava-dalaş salaraq onları daşa basmışlar. Bir neçə dəfə polisə müraciət etsələr də onlar barəsində heç bir tədbir görülməmişdir. (##.##.1992-ci ildə tərtib edilmiş texniki pasportdakı çizgilərlə, indiki texniki pasportdakı cizgiləri tutuşdurduqda aydın görünür ki, qonşu ilə sərhədləri 2 tərəfdən də qısaldılmışdır. O cümlədən gediş-gəliş yolu 3,55 metrdən 3 metrə, əl damı olan sərhəd isə 26 metrdən 24 metrə qədər qısaldılmışdır. Qonşunun torpaq sahəsi isə artmışdır. Onlar DƏDRX-nin * saylı Gəncə Ərazi idarəsinə, torpaq ölçüsünün uyğunsuzluğunun düzəldilməsi ilə əlaqədar dəfələrlə müraciət etsələr də onlara məxsus olan natarudakı əvvəlki 399,0 kv.m torpaq sahəsinin qaytarılması barədə dəqiq cavab vermirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar.

16. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən baxış sahəsinin bütün döngə nöqtələrinin faktiki koordinatları yerində götürülərək İddiaçı məxsus torpaq sahəsinin ümumi sahəsi 351 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bildirilir ki, Kirovabad şəhəri * saylı dövlət notariat kontorunun ##.##.1989-cu il tarixli, 3-1-** reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Kirovabad şəhəri, Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi X8 verilmişdir. ##.##.1989-cu il tarixli, 651-71 inventar nömrəli fərdi yaşayış evinə aid texniki pasportda torpaq sahəsinin ümumi sahəsi 622 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Kirovabad şəhəri * saylı dövlət notariat kontorunun ##.##.1989-cu il tarixli, 2-1-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Camal qızına və X4. Kirovabad şəhəri * saylı dövlət notariat kontorunun ##.##.1989-cu il tarixli, 2-2-*** reyestr nömrəli bölgü müqaviləsinə əsasən Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Camal qızı ilə X4 arasında bölünmüşdür. Qeyd olunan müqavilə əsasında İddiaçı Camal qızı adına tərtib olunmuş ##.##.1989-cu il tarixli, 651-71 inventar nömrəli fərdi yaşayış evinə aid texniki pasportda torpaq sahəsinin uümumi sahəsi 333,1 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd olunan sənədlər əsasında İddiaçı Camal qızı adına ##.##.20**-ci il tarixli, 201013010338-***** reyestr nömrəli, ********** nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, tərəflərindən aparılmış qeydiyyat tam əsaslıdır, hüquqların qeydiyyatı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. "xxxx" X1 * saylı Gəncə Ərazi Idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən Idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya ##.##.2023-cü il tarixli, ************ nömrəli cavab məktubu ünvanlanmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verillən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən dsa sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hesab edirlər ki, iddiaçının "xxxx" X1 * saylı Gəncə Ərazi Idarəsinə qarşı iddia tələbi təmin edilməməlidir.

17. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

18. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “ünvan 6 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydə alınmasına dair ##.##.20**-ci il tarixdə aparılmış qeydə düzəliş edilərək, torpaq sahəsinin ölçüsünün 399 kv.m qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd etdiyinin əksinə üçüncü şəxs tərəfindən mübahisəli torpaq sahələri arasında mövcud olmuş hasar və əl damı sökülməmiş, iddiaçının evinə perpendikulyar düz xətt boyunca olan hissədə köhnə qırmızı daşların üst hissəsinə əlavə edilməklə, yalnız hasarın hündürlüyü artırılmış, iddiaçının evinə paralel olan hissədə isə köhnə qırmızı daşların qabağından, yəni sərhəddən üçüncü şəxsin torpaq sahəsində aid olan hissədən çəkilmişdir. Əldə edilmiş mütəxəssis rəyi ilə üçüncü şəxsin evinin torpaq sahəsinin 1989-cu il tarixli texniki pasport sənədində faktiki ölçüsü 209.0 kv.m göstərilsə də, torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir ki, bu da torpaq sahəsinin sonradan artmadığına, hasar çəkilən zaman iddiaçının torpaq sahəsinə müdaxilə edilmədiyinə dəlalət edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.20**-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və ##.##.20**-ci il tarixli texniki pasportda torpaq sahəsinin ölçüsünün 360 kv.m kimi qeyd edilməsi qanuni və əsaslı olmuşdur və bu əsasla iddiaçının tələbi təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

23. Iddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarını ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, həəmçinin əlavə olaraq qeyd edilmişdir ki, işə baxarkən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına ##.##.1992-ci il tarixə tərtib olunmuş texniki pasportda evin torpaq sahəsinin faktiki ölçüsü 399,0 kv.m göstərilmişdir. Həmin evə dair ##.##.20**-ci il tarixinə tərtib edilmiş texniki pasportda isə evin sənəd üzrə və faktiki torpaq sahəsinin ölçüsü kiçildilərək 360 kv.m qeyd edilib göstərilmişdir. Belə hesab edir ki, İddiaçı Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit olunmuş mülkiyyət hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

26. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinin hüquq varisi kimi tanınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Inzibati Məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

31. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

32. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

34. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

35. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

36. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

37. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

38. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

39. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

40. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

42. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Işin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Kirovabad şəhəri * saylı dövlət notariat kontorunun ##.##.1989-cu il tarixli, 2-2-*** reyestr nömrəli bölgü müqaviləsinə əsasən Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Camal qızı ilə X4 arasında bölünmüşdür. ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına ##.##.1989-cu il tarixə tərtib olunmuş texniki pasportda evin torpaq sahəsinin faktiki ölçüsü 331,0 kv.m göstərilmişdir. Həmin evə dair (Bəxtiyar Əliyev küçəsi, ev 59) ##.##.1992-ci il tarixə tərtib olunmuş texniki pasportda evin torpaq sahəsinin faktiki ölçüsü 399,0 kv.m göstərilmişdir. Həmin evə dair ##.##.20**-ci il tarixinə tərtib edilmiş texniki pasportda isə evin sənəd üzrə və faktiki torpaq sahəsinin ölçüsü 360 kv.m qeyd edilmişdir.

46. Hazırki tələbində iddiaçı Gəncə Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli, **** nömrəli sərəncamına uyğun olaraq, ona məxsus ünvan 3 ünvanında yerləşən evin əvvəlki texniki pasportunda evin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 399,0 kv.m göstərilməsinə əsas gətirməklə, evə dair ona verilmiş çıxarışda torpaq sahəsinin ölçüsünün daha az - 360 kv.m göstərilməsini mübahisələndirir.

47. Birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı əsasında əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, faktiki olaraq daxili divarlara istinadən 360.0 kv.m, xarici divarlara istinadən isə 399.0 kv.m təşkil edir. Həmin fərdi yaşayış evinə dair İddiaçı adına tərtib olunmuş ##.##.1989-cu il tarixli texniki pasportda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 399.0 kv.m, 20.08.**- ci il tarixli texniki pasportda isə 360.0 kv.m göstərilmişdir. Araşdırma nəticəsində, ##.##.1989-cu il tarixli texniki pasportda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 399.0 kv.m olduğu qeyd olunsa da, həmin texniki pasportun planında göstərilən ölçülərə istinadən, torpaq sahəsinin 360.0 kv.m olduğu müəyyən olunmuşdur. Beləki, ##.##.1989-cu il tarixli texniki pasportun qüsurlu işləndiyi müəyyən olunmuşdur. İddiaçı adına tərtib olunmuş ##.##.1989-cu il tarixli texniki pasportda göstərilən 399.0 kv.m (plana istinadən 360.0 kv.m) torpaq sahəsinin hər hansı subyektin mülkiyyətində olan torpaq sahəsi ilə, üst-üstə düşmə halı aşkarlanmamışdır.

48. Daha sonra birinci instansiya məhkəməsi mütəxəssis tədqiqatının ünvan 6A və ünvan 6 saylı ünvanlar üzrə aparılmasının mübahisəli məsələnin həlli baxımından əhəmiyyət kəsb etdiyini və xüsusi bilik tələb etdiyini nəzərə alaraq, həmin məsələnin aydınlaşdırılması üçün təkrar mütəxəssis rəyinin alınmasını zəruri hesab etmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında mövcud olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, faktiki olaraq daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m təşkil edir. Əlavə olaraq qeyd edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 7.30 metr uzunluğunda daş hasar mövcuddur. Həmin ünvanda mövcud olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin faktiki ölçüsü və konfiqurasiyası ilə, həmin ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair 1989-cu il tarixli texniki pasport sənədində göstərilən torpaq sahəsinin ölçü və konfiqurasiyası arasında uyğunsuzluq halı aşkarlanmışdır.

49. Belə ki, 1989-cu il tarixli texniki pasport sənədində torpaq sahəsinin faktiki ölçüsü 209.0 kv.m göstərilmiş, mütəxəssislər tərəfindən aparlan ölçmə işləri nəticəsində isə torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir. 1989-cu il tarixli texniki pasport sənədində torpaq sahəsinin faktiki ölçüsü 209.0 kv.m göstərilmiş, mütəxəssislər tərəfindən aparılan ölçmə işləri nəticəsində isə torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına istinadən, ünvan 5 ünvanında mövcud olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, başqa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmamışdır. ünvan 4 ünvanında və Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi 59 ünvanında yerləşən fərdi yaşayış evlərinin ümumi torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmadan 564.08 kv.m təşkil edir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m təşkil edir. Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 358.8 kv.m, xarici divarlara istinadən isə 361.4 kv.m təşkil edir. Əlavə olaraq qeyd edilir ki, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 7.75 metr uzunluğunda daş hasar mövcuddur.

50. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi faktiki olaraq 360.0 kv.m təşkil edir.

51. Iddiaçı hazırki tələbi irəli sürərkən o hala istinad etmişdir ki, qonşuları Əliyeva Lətifə ilə həm də qohum olduğu üçün həmin torpaq sahəsini birlikdə alıb, bölüb sənədləşdirmişlər. Həmin mübahisə predmeti olan aradakı əl damı bölgüdə onların ərazisinə düşmüşdür. O, qohumluq xətrinə onların müvəqqəti istifadə etməsi üçün razılıq vermişdir. Axırıncı sənədləşmədən sonra X3 həmin əl damını sökərək, 75 sm enində, 7,1 metr uzunluğunda onların ərazisinə düşən hissəsini, divarı da sökərək zəbt edib yeni hasar çəkmişdir. Nəticədə ona məxsus torpaq sahəsinin ölçüsü azaldılmışdır.

52. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən həm iddiaçıya, həm üçüncü şəxsə məxsus evlərin yerləşdiyi torpaq sahələri yerində müayinə edilmiş və müayinə zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus evin yerləşdiyi torpaq sahəsi iddiaçının evinin yerləşdiyi torpaq sahəsi ilə həmsərhəddir. Iddiaçının üçüncü şəxsin barı çəkməklə onun sahəsinə müdaxilə etdiyini iddia etdiyi hissələrdə mişar daşından hasar çəkilmiş, lakin həmin hasar əvvəldən mövcud olmuş hasar sökülmədən, iddiaçının evinə perpendikulyar düz xətt boyunca olan hissədə köhnə qırmızı daşların üst hissəsinə əlavə edilməklə tikilmiş, iddiaçının evinə paralel olan hissədə isə köhnə qırmızı daşların qabağından çəkilmişdir. Üçüncü şəxsin təqdim etdiyi fotoşəkillərlə müəyyən edilir ki, iddiaçının evinə paralel olan hissədə yerləşmiş hasarın yenisi tikilməzdən əvvəlki vəziyyət üzrə sərhəd iddiaçıya məxsus su çəninin yerləşdiyi hissədən olmuşdur. Baxış zamanı həmçinin müəyyən edilir ki, hazırkı vəziyyət üzrə də iddiaçıya məxsus su çəni iki torpaq sahəsinin sərhəddində iddiaçıya məxsus sahədə yerləşir. Həmin su çəni iddiaçıya məxsus sahədə yerləşən köməkçi tikilinin (toyuq hininin) üzərində yerləşir. Hinin daxilində isə ara sərhəddi olan köhnə qırmızı kərpiclər hələ də mövcuddur.

53. Göründüyü kimi, iddiaçının qeyd etdiyinin əksinə üçüncü şəxs tərəfindən mübahisəli torpaq sahələri arasında mövcud olmuş hasar və əl damı sökülməmiş, iddiaçının evinə perpendikulyar düz xətt boyunca olan hissədə köhnə qırmızı daşların üst hissəsinə əlavə edilməklə, yalnız hasarın hündürlüyü artırılmış, iddiaçının evinə paralel olan hissədə isə köhnə qırmızı daşların qabağından, yəni sərhəddən üçüncü şəxsin torpaq sahəsində aid olan hissədən çəkilmişdir.

54. Digər tərəfdən qeyd edilməlidir ki, əldə edilmiş mütəxəssis rəyi ilə üçüncü şəxsin evinin torpaq sahəsinin 1989-cu il tarixli texniki pasport sənədində faktiki ölçüsü 209.0 kv.m göstərilsə də, torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir ki, bu da torpaq sahəsinin sonradan artmadığına, hasar çəkilən zaman iddiaçının torpaq sahəsinə müdaxilə edilmədiyinə dəlalət edir.

55. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.20**-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda və ##.##.20**-ci il tarixli texniki pasportda torpaq sahəsinin ölçüsünün 360 kv.m kimi qeyd edilməsi qanuni və əsaslı olmuşdur

56. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar