Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-656/2025 03.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsfəndiyar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı İsfəndiyar oğlunun və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2nun iştirakları ilə, İddiaçı İsfəndiyar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Qazax rayonu X9 Nəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X21 ASC-də fəhlə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4159/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İsfəndiyar oğlu (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində anadan olmuş, hazırda Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı 1975-ci ildə Kirovabad 9 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1978-ci ildə bu məktəbin tam kursunu bitirərək inşaat rəngsazı peşəsi və ümumi orta təhsil almışdır. İmtahan Komissiyasının qərarı ilə iddiaçıya 3-cü dərəcə inşaat rəngsazı ixtisası verilmişdir. Bu barədə iddiaçıya xx.xx.1978-ci il tarixdə 761 qeyd nömrəli A№788122 diplom verilmişdir.
3. НЗ-3968989 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur.
4. ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1984-cü illərdə Şamxor rayon X8 Birliyinin QAZ66 markalı maşına sürücü, xx.xx.1984-xx.xx.1998-ci illərdə X17 avtonəqliyyat idarəsində sürücü, xx.xx.1999xx.xx.2002-ci illərdə Şəmkir rayon “Yeniabad” Çınqıl firmasında sürücü, xx.xx.2002xx.xx.2006-cı illərdə "xxxx" ATSC-də 3-cü dərəcə fəhlə vəzifəsində işləmişdir.
5. İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSC-də 3-cü dərəcəli fəhlə vəzifəsində işləmiş, əmək haqqı tarif cədvəli üzrə ödənilmişdir. Bu barədə iddiaçıya idarənin icraçı direktoru V.Q.Tağıyev tərəfindən xx.xx.2010-cu il tarixli 13 nömrəli məktub verilmiş, həmin məktuba müəssisənin möhrü vurulmuşdur.
6. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-H-86233/2025 nömrəli məktubunda bildirmişdir ki, təqdim edilən sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla iddiaçının cəmi sığorta stajı 7 il 5 ay 27 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1984-cü il tarixindən xx.xx.1998ci il tarixinədək (işdən azadolma qeydi kiril qrafikalı möhürlə təsdiqləndiyindən) və xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək (işdən azadolma əmrində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilmədiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun 2 saylı Qazax-Tovuz regional filialına təqdim etməklə təkrar müraciəti əsasında müvafiq qaydada araşdırılmaqla həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Bildirilmişdir ki, təqdim edilən əmək kitabçasının surətində və xx.xx.2010-cu il tarixli arayışda xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də əmək fəaliyyəti olması qeyd edilməsinə baxmayaraq, xx.xx.2006- cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən "xxxx" ASC 2006-cı il üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”ı (Forma B3) təqdim etmədiyindən məsələnin araşdırılması mümkün olmamış, həmçinin sözügedən müəssisənin fəaliyyətini dayandırdığını nəzərə alaraq həmin müəssisədə əmək fəaliyyətin olmasını təsdiq edən zəruri sənədlərin təqdim olunması barədə iddiaçıya müvafiq məktubla məlumat verilmişdir. Bu səbəbdən xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Bildiririk ki, hazırda X7 ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
7. Qazax rayon Dövlət Arixivi xx.xx.2025-ci il tarixli, 5-58-15-11/2-137/2025 nömrəli məktubunda bildirmişdir ki, Qazax X9 Nəqliyyat müəssisəsinin sənədləri rayon Dövlət Arxivində saxlanılmır.
8. Qazax Rayon İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli, 5-58/2-782/2025 nömrəli məktubunda bildirmişdir ki, Qazax rayonu X9 Nəqliyyat Müəssisəsinin və ya Qazax Su- Tikinti Tresti, onun 9 saylı Sənaye Kombinatının fəaliyyəti ilə bağlı məlumat saxlanılmır.
9. Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixli, 3-21-3/2-12926/2025 nömrəli məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" törəmə müəssisəsinin bazasında keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, 405 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2012-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Eyni zamanda, "xxxx" törəmə müəssisəsinin X2 əmlakı "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirilən əmlakın tərkibində cəmiyyətin nizamnamə kapitalına daxil edilmişdir. Məlumat üçün, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xidmətin arxivində saxlanılan özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında İddiaçı İsfəndiyar oğlunun adı aşkar edilməmişdir.
10. X17 Sistemlərin İstismarı İdarəsi xx.xx.2025-ci il tarixli, 3-53-2- 35/2-104/2025 nömrəli məktubunda bildirmişdir ki, X18 Sistemlərinin İstismarı idarəsinin arxivində Qazax X9 Nəqliyyatı müəssisinə aid arxiv sənədləri olmadığı üçün sorğuya cavab vermək mümkün olmamışdır.
11. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-20/2-89464/2025 nömrəli məktubu ilə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin 6.2-ci bəndindən görünür ki, Cəmiyyətin nizamnamə kapitalını "xxxx" DKnin Qazax Su Tikinti Trestinin özəlləşdirilmiş əmlakı təşkil edir. Həmin məktubla “Yeniabad- Çınqıl” firmasının xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş nizamnaməsi də məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmə sorğusuna cavab olaraq X12 filialı xx.xx.2025-ci il tarixli, k-3-48-13- F/3-62 nömrəli məktubunda bildirmişdir ki, Şəmkir rayon ərazisində fəaliyyətdə olmuş X4 əmr və əmək haqqı kitabları təhvil verilmədiyi üçün filialda saxlanılmır.
13. Şəmkir Rayon İcra Hakimiyəti xx.xx.2025-ci il tarixli, 5-76/2-1068/2025 nömrəli məktubunda bildirmişdir ki, Şəmkir rayon Yeniabad Qum-Çınqıl firmasının 1999-2002-ci illərdə fəaliyyət göstərib göstərməməsi barədə Şəmkir Rayon İcra Hakimiyyətində hər hansı bir məlumat saxlanılmamaqdadır.
14. X14 filialı xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-864//1/2025 nömrəli məktubunda bildirmişdir ki, Gəncə şəhəri 9 nömrəli Peşə məktəbinin, Azərbaycan Sovet Sosialist Respublikası Hərbi Komissarlığının, Şəmkir rayonu X4, Qazax rayonu X9 Nəqliyyat müəssisəsinin, Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasının, həmçinin “X21” ASC-nin arxiv sənədləri X14 filialına təhvil verilməmişdir.
15. Gəncə şəhər Statistika İdarəsi xx.xx.2025-ci il tarixli, 3-34-23/2-101/2025 nömrəli məktubunda bildirmişdir ki, “Gəncə-Asfalt ASC” (VÖEN **********) adlı statistik vahid xx.xx.1996-cı ildə Dövlət reyestrində qeydiyyata alınmışdır.
16. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2- 67484/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" X22 Cəmiyyəti xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmış, Cəmiyyətin xx.xx.2001-ci il tarixli, 09 nömrəli əmri ilə (§2) X13 həmin tarixdən icraçı müdir müavini vəzifəsindən icraçı müdir vəzifəsinə keçirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı İsfəndiyar oğlu Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Gəncə şəhəri 9 nömrəli Peşə məktəbində təhsil aldığı, xx.xx.1974-cü il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Şəmkir rayonu X5 sürücü, xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Qazax rayonu X9 Nəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “X21” ASC-də fəhlə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan isə onun müraciətindən imtina edərək göstərmişdir ki, onun 7 il 5 ay 27 gün sığorta stajı mövcuddur. Halbuki o, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Gəncə şəhəri 9 nömrəli Peşə məktəbində təhsil almış, xx.xx.1979-cü il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Sonra xx.xx.1981-ci il tarixdə Şəmkir rayonu X5 sürücü olaraq işləməyə başlamış və xx.xx.1984-cü ildə özü ərizəsinə əsasən işdən azad olmuşdur. xx.xx.1984-cü il tarixdə Qazax rayonu X9 Nəqliyyat müəssəsinə sürücü olaraq qəbul olmuş, xx.xx.1992ci ildə iş yeri Qazax Tikinti Kombinatına sürücü olaraq dəyişdirilmişdir. xx.xx.1992-ci ildə əvvəlki iş yerinə, yəni Qazax rayonu X9 Nəqliyyat müəssəsinə sürücü işinə qaytarılmış, xx.xx.1993-cü ildə Qazax Su-Tikinti Trestinin 9 saylı sənaye Kombinatına köçürülmüş, xx.xx.1998-ci ildə həmin işdən azad olunmuşdur. xx.xx.1999-cu ildə Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında sürücü işinə qəbul olunmuş və həmin işdən xx.xx.2002-ci ildə azad olunmuşdur. xx.xx.2002-ci ildə “X21” X19 Cəmiyyətdə 3-cü dərəcəli fəhlə işinə qəbul olunmuş və xx.xx.2006-cı ildə həmin işdən azad olunmuşdur. Qeyd edir ki, cavabdeh tərəfindən işəldiyi illər sığorta stajına daxil edilməmiş, və həmin illərin sığorta stajına nə üçün daxil edilməməsi göstərilməmişdir. Bundan başqa, həmin illərin staja daxil olunduqdan sonra da ona əmək pensiyasının verilməyəcəyi bildirilmişdir. Əmək kitabçasina nəzərə yetirdikdən təhsil aldığı və hərbi xidmətdə olduğu illərdə nəzərə alındıqda onun 25 illik sığorta stajı tamamlanmaqdadır. Ərizəsinə əlavə etdiyi əmək kitabçasından da görünür ki, o hansı dövrlərdə işə qəbul və işdən azad olunmuşdur. Qeyd edir ki, “X21” ASC-nin arxivi yandığı üçün sənədlərin yenidən alınması mümkün olmamışadır. Bu barədə müvafiq arayış təqdim edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır və ona yaşa gör əmək pensiyası verilməlidir. Onun işlədiyi illər əmək kitabçası ilə öz təsdiqini tapmaqdadır.
19. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Qazax rayonu X9 Nəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “X21” ASC-də fəhlə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
20. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/2-130516/2025 nömrəli etirazında bildirmişdir ki, iddiaçının mübahisəsiz olaraq qəbul edilən iş stajı xx.xx.1975-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olduğu müddət və xx.xx.1979- xx.xx.1981ci illərdə əyani təhsil aldığı illər də nəzərə alınmaqla ümumilikdə 7 il 5 ay 27 gün təşkil edir. İddiaçının mübahisəli sosial sığorta stajı xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərdir. Belə ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək “Qazaxsutikinti” trestində işləməsinə dair qeydlərdə işdən azadolma qeydi kiril qrafikalı möhürlə təsdiqlənmiş, həmçinin xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək “Yeniabad” çınqıl firmasında işlədiyinə dair qeydlərdə işdən azadolma əmrində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməmişdir. Beləliklə, sözügedən dövrlərə dair qeydlər “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın tələblərinin pozulması ilə tərtib edildiyindən həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunauyğun olmamışdır. Bundan başqa, həmin əmək kitabçasının surətində və iddiaçının təqdim etdiyi xx.xx.2010- cu il tarixli arayışda xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də İddiaçı əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2006- il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeyde alınmamışdır. Sözügedən hal ilə bağlı Fondun müvafiq sturuktur bölməsinə sorğu ünvanlanmış, sorğunun nəticəsi olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara esasən sığortaedən "xxxx" ASC 2006-cı il üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”ı (Forma B3) təqdim etmədiyindən məsələnin araşdırılması mümkün olmamışdır. Bununla bağlı sözügedən müəssisənin fəaliyyətini dayandırdığını nəzərə alaraq həmin müəssisədə iddiaçının əmək fəaliyyətinin olmasını təsdiq edən zəruri sənədlərin təqdim olunması barədə ona müvafiq məktubla məlumat verilmişdir. Qeyd olunan səbəblərdən İddiaçı xx.xx.2002-xx.xx.2006-cı illərdə "xxxx" ASC-də islədiyini iddia etdiyi dövr onun sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən xx.xx.2002 ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunan səbəblərdən iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilən sosial sığorta stajı 25 ildən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Əlavə olaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd edirik ki, hazırda iddiaçının X7 ilə qüvvədə olan əmək müqaviləsi olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmamışdır.
21. Həmçinin, cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2-136007/2025 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı təqdim etdiyi 788122 nömrəli diplomun surətində qeyd olunan məlumata əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1978- ci il tarixinədək əyani təhsil illəri, ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla cəmi sığorta stajı 7 il 5 ay 27 gün təşkil edir. xx.xx.1991-ci il tarixli “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Latın qrafikalı Azərbaycan əlifbası bərpa olunmuşdur, bu səbəbdən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək (işdən azadolma qeydi kiril qrafikalı möhürlə təsdiqləndiyindən) olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin 12 may 2025-ci il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək (işdən azadolma əmrində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilmədiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövr sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq, İddiaçı təqdim etdiyi xx.xx.2010-cu il tarixli 13 nömrəli arayışda xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də olan dövrün mötəbərliyinə şübhələr olduğu və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
22. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Qazax rayonu X9 Nəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Şəmkir rayonu, Yeniabad Qum-Çınqıl firmasında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X21 ASC-də fəhlə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
23. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının əmək kitabçasının mötəbərliyinə, onun qeyd olunan müəssisədə işləməsinə şübhə yoxdur, lakin təcrübəyə əsasən əmək haqqı almadığı müddəti nəzərə almamışlar.
24. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4159/2025 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, İddiaçı İsfəndiyar oğlunun xx.xx.1984cü il tarixdən xx.xx.1998-ci il tarixədək Qazax rayonu X9 Nəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “X21” ASC-də fəhlə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
25. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, əvvəla, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun kiril qrafikalı əlifba ilə doldurulması və möhürlə təsdiqlənməsi və ya Əmək Məcəlləsinin maddəsinin qeyd olunmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz. İddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Həmçinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilən sənədlərdən "xxxx" ASC-nin 2002-2006-cı illərdə mövcud olması, fəaliyyət göstərməsi öz təsdiqini tapır. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4159/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı sığorta stajına daxil edilməsini tələb etdiyi dövrlərdə işləməsi faktı mötəbər sübutlarla öz əksini tapmadığı halda birinci instansiya məhkəməsi müvafiq qərarı ilə həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməli olduğunu hesab etmişdir. Belə ki, məhkəmə müvafiq qərarında İddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Qazax rayonu X9 Nəqliyyat müəssisəsində və xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında işlədiyi dövrün sığorta stajına daxil edilməli olduğunu əsaslandırarkən əmək kitabçasının yanlış doldurulmasının işəgötürənin təqsiri olduğunu, kiril qrafikalı əlifba ilə tərtib edilmiş möhürün isə Azərbaycan Respublikası ərazisində latın qrafikalı əlifbaya tam şəkildə keçidin həmin dövrdə tam həyata keçirilmədiyindən istifadə edildiyini qeyd etmişdir. Diqqətinizə çatdırılır ki, iddiaçıya məxsus əmək kitabçasında qeydlər düzgün tərtib edilməmiş və bu səbəbdən mötəbərliyi əsaslı şübhələr altında qalmış müvafiq dövrlərdə iddiaçının işlədiyini təsdiqləyəcək məhkəmə tərəfindən hər hansı sübuta istinad edilməmişdir. Belə ki, məhkəmənin sorğularına cavab olaraq ünvanlanmış Azərbaycan Respublikası Dövlət X10 X1 İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-53-2- 35/2-104/2025 nömrəli, Qazax Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-58/2- 782/2025 nömrəli, Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2025-ci il tarixli, 3-48-DA- 4F/2-864//1/2025 nömrəli məktublarından Qazax rayonu X9 Nəqliyyat müəssisəsinin və Şəmkir rayonu X20 firmasının fəaliyyəti ilə bağlı hər hansı arxiv sənədinin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-20/2-89464/2025 nömrəli məktubunda məyyən edilir ki, Yeniabad Qum-Çınqıl firması xx.xx.2004-cü il tarixində, Qazax Su Tikinti Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci il tarixində, X17 Sistemlərinin İstismarı İdarəsi xx.xx.2005-ci il tarixində hüquqi şəxs kimi vergi orqanında vergi uçotuna alınmışdır. Qeyd edilən məktubdan da aydın olur ki, məhkəmənin İddiaçı iş stajına daxil edilməli olduğunu hesab etdiyi dövrlərdəki iş stajı dövrləri həmin müəssisələrin vergi ödəyicisi kimi hələ dövlət qeydiyyatından keçmədiyi dövrə təsadüf edir. Bundan başqa, məhkəmə qərarında əmək kitabçasında İddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək işləməsi ilə bağlı işdən azad olma qeydində kiril qrafikalı möhürdən istifadə edilməsinə qiymət verərkən ölkə ərazisində latın qrafikalı əlifbaya xx.xx.1991-ci il tarixli “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanunu ilə keçirilməsi nəzərdə tutulsa da, faktiki məcburi keçidin Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanından sonra həyata keçirildiyini qeyd etmişdir. Diqqətinizə çatdırılır ki, qeyd olunan Qanun, həmçinin həmin Qanunun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli, 34 nömrəli qərarı respublika ərazisində latın qrafikalı əlifbanın tətbiq edilməsi ilə bağlı imperativ normalar müəyyən etmişdir. Həmçinin, sözügedən Qanunun qüvvəyə minməsindən 7 il keçdikdən sonra hələ də müəssisə tərəfindən kiril qafikalı möhürün istifadə edilməsi ağlabatan deyil. Bundan başqa, iddiaçının xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də işləməsi ilə bağ məhkəmə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi və 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilən sənədlərdən həmin müəssisənin 2002-2006cı illərdə mövcud olmasının müəyyən edilməsi səbəbindən qeyd edilən dövrü iddiaçının sığorta stajına daxil edilməli olduğunu qeyd etmişdir. İlk növbədə, müəssisənin 2002-2006cı illərdə fəaliyyət göstərməsi Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2-67484/2025 nömrəli məktubunda müəssisənin 2006-cı il tarixindən geriyə olan fəaliyyəti ilə bağlı məlumatın verilməsinin mümkün olmaması səbəbindən şübhə altından qalxır. Həmçinin, xx.xx.2006-xx.xx.2006-cı il tarixlərində işçilərin adına məcburi dövlət sosial sığorta haqqları ödənilməməsi halı da İddiaçı həmin müəssisədə faktiki olaraq işləməsini şübhə altında saxlayır. Əlavə olaraq, məhkəmə mübahisəli dövr olan hər üç dövrə münasibətdə cavabdeh tərəfindən həmin dövrlərə dair əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altında saxlayacaq sübut təqdim edilmədiyini qeyd etsə də, yuxarıda qeyd edilən məsələlərlə bağlı cavabdehin dəlillərini nəzərə almamışdır. Göründüyü kimi, qeyd edilən məsələlər məhkəmə tərəfindən ətraflı tədqiq edilməmiş, işin halları düzgün araşdırılmamış, bununla da İnzibati Prosessual Məcəllənin 12-ci bəndinin tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İsfəndiyar oğlu şikayətin dəlilləri ilə razılaşmayaraq, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
31. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
32. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
33. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
36. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və İİ hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 156 nömrəli Qərarı ilə ləğv edilmişdir): Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır.
39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
41. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
42. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
43. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
44. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
45. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
46. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
47. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
48. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
49. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
50. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
51. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
52. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
55. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
56. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
57. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı İsfəndiyar oğlu ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun sığorta stajının 25 ildən az, yəni təqdim etdiyi sənədlərin surətinə əsasən sığorta stajının (xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 7 il 5 ay 27 gün təşkil etdiyini, eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını bildirərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə ona xx.xx.2025-ci il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
58. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı İsfəndiyar oğlu xx.xx.1960-cı il təvəllüdlüdür və xx.xx.2025-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
59. İddiaçının inzibati orqan tərəfindən qəbul edilən 7 il 5 ay 27 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran dövrlər – 1) xx.xx.1984-cü il tarixindən xx.xx.1998ci il tarixinədək "Qazaxsutikinti" trestində; 2) xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək “Yeniabad” çınqıl firmasında; 3) xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC- də işlədiyi əmək fəaliyyəti dövrləridir.
60. Cavabdeh inzibati orqanın imtinasının dəlillərinə əsasən müəyyən edilir ki, mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinaya səbəb xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlər üzrə - işdən azadolma qeydi kiril qrafikalı möhürlə təsdiqlənməsi; 2) xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlər üzrə - işdən azadolma əmrində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməməsi; 3) xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlər üzrə - "xxxx" ASC-də olan dövrün mötəbərliyinə şübhələr olması və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən vətəndaşın fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması olmuşdur.
61. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının həmin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
62. Əvvəla qeyd edilməlidir ki, iddiaçının hazırda sığorta stajı kimi müəyyənləşdirilməsini tələb etdiyi işlədiyi dövrlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrü (1 yanvar 2006-cı tarixədək), yəni xx.xx.1984-cü il tarixindən xx.xx.2006-cı tarixədək olan dövrü əhatə edir.
63. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
64. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
65. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X16) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
66. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
67. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1984-cü il tarixli, 253 nömrəli əmrlə X17 avtonəqliyyat idarəsində sürücü təyin edilmiş, xx.xx.1998ci il tarixli 37k nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1999-cu il tarixli, 01k nömrəli əmrlə Şəmkir rayon “Yeniabad” Çınqıl firmasında sürücü təyin edilmiş, xx.xx.2002-ci il tarixli, 01 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.2002-ci il tarixli, 06 nömrəli əmrlə "xxxx" X22 Cəmiyyətində 3-cü dərəcə fəhlə vəzifəsinə təyin edilmiş və xx.xx.2006-cı il tarixli, 15 nömrəli əmrlə işdən azad edilmişdir.
68. Mübahisəsiz haldır ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, nəzərə alınmalıdır ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir.
69. Bu baxımdan mübahisələndirilən dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması (kiril qrafikalı əlifbadan istifadə edilməsi (baxmayaraqki həmin dövrdə artıq latın qrafikalı əlifbaya keçilmişdir) və işdən azadolma əmrində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməməsi) iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd olunan hallar iddiaçının həmin dövrdə qeyd olunan müəssisələrdə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hallar işəgötürənin məsuliyyət sferasına aid olduğundan həmin hallar iddiaçının ziyanına şərh edilməməlidir.
70. Həmçinin iddiaçının xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də dövrlə işlədiyi dövrlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə görə 1 yanvar 2006-cı il tarixədək olan fəaliyyət dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmçinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilən sənədlərdən həmin müəssisənin 2002-2006-cı illərdə mövcud olması, fəaliyyət göstərməsi öz təsdiqini tapır.
71. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
72. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (7 il 5 ay 27 gün) və mübahisələndirilən sığorta stajı (təxminən-21 il 8 ay) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.
73. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.
74. Odur ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
75. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4159/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.