Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-657/2023 05.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil İsgəndər oğlunun və üçüncü şəxs X12 nümayəndəsi X14 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X11 və X19) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-70/2023 saylı qərarından üçüncü şəxs X12 nümayəndəsi X20 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X11 və X19) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolun (qərarın) və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsində iki otaqlı mənzil əvvəllər valideynlərinin olmuşdur. Sözügedən daşınmaz əmlak xx.xx.1961-ci ildə mərhum atası X7 mülkiyyətinə verilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolu əsasında atasına məxsus torpaq sahəsi qardaşı oğlu X1. Bundan sonra qardaşı oğlu həmin torpaq sahəsini X2. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolun (qərarın) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-70/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Cavabdeh 13 noyabr 2017-ci il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X12 nümayəndəsi X20 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-70/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X11 tərəfindən notarial qaydada alğı-satqı yolu ilə ona satılmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında o, həmin əmlaka dair çıxarış almış və tam mülkiyyətçi kimi tanınmışdır. Daha sonra iddiaçının bibisi Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə cavabdehlər X8, Bərdə şəhər Bələdiyyəsinə, DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə, 3-cü şəxs X15, yəni ona qarşı müraciət edərək alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qüvvədə qalmışdır. Daha sonra verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin qərarı ilə qüvvədə qalmışdır. Sözügedən evə qanunsuz yolla daxil olan İddiaçı və arvadının çıxarılması barədə Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası mümkün hesab edilmişdir. Hazırkı iş üzrə İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə 0.08 və 0.07 ha torpaq sahələrinin atasından miras qaldığını bildirsə də, həmin ərazinin hazırkı mübahisəli yerlə ara məsafəsi olduqca məsafəlidir. O, vicdanlı alıcı kimi daşınmaz əmlaka dair notarial qaydada alğı-satqı müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X12 nümayəndəsi X20 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-70/2023 saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil İsgəndər oğlu apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu, odur ki, təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-70/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bərdə Rayon Dövlət Arxivinin 16 yanvar 2019-cu il tarixli, 19 saylı arayışına əsasən Bərdə rayon Kəkəntərli Kənd ZDS İcraiyyə Komitəsinin 1954-1956-cı illər üzrə 5 saylı Təsərüfatbaşına Kitabın 22 saylı şəxsi hesabına əsasən Alaçadırlı kəndi üzrə mərhum vətəndaş X7 adına 1955-ci ildə 0,08, 1956-cı ildə 0,07 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, C.Məmməquluzadə küçəsində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. - Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolu (qərarı) əsasında X8 300 kv.m. fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. - xx.xx.2017-ci il tarixli, 4Ə-1858 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən 0.03 ha yerləşən torpaq sahəsi Bərdə rayon Bərdə Bələdiyyəsi tərəfindən X1. - Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3225/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər İsmayılova Rəqsanə Məhəmməd qızı və X5 iddiaçı X12 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1980/2022 saylı qətnaməsi ilə cavabdehlər İsmayılova Rəqsanə Məhəmməd qızı və X10 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3225/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3294/2019 saylı qətnaməsi ilə iddiaçı İsmayılova Rəqsanə Məhəmməd qızının cavabdehlər İsmayılova Məhəmməd İxtilad oğluna, Bərdə şəhər Bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə, üçüncü şəxs X15 qarşı alğı-satqı müqaviləsinin, çıxaırşın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-471/2021 saylı qətnaməsinə əsasən, iddiaçı İsmayılova Rəqsanə Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3294/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 4942/2021 saylı qərarı ilə iddiaçı İsmayılova Rəqsanə Məhəmməd qızının kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-471/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1065/2022 saylı qərardadı ilə iddiaçı X5 ərizəsinin təmin edilməsi, iddiaçı X5 Cavabdehnə (üçüncü şəxslər X11 və X19) qarşı çıxarışın və çıxarışdan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* çıxarışa əsasən Bərdə şəhəri, C.Məmməquluzadə küçəsi 12A X12 mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-821/2023 saylı məktuba əlavə edilmiş rəydən görünür ki, sxemdə ayrılmış torpaq sahəsinin koordinatları olmadığından, sxemlə natura arasında uyğunsuzluq olduğundan üst-üstə düşübdüşməməsi təyin etmək mümkün olmamışdır. Lakin iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları ilə TEUİS məlumat bazasında “Hüquqların dövlət qeydiyyatı haqqında” daçınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında X12 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin koordinatları bütövlükdə üstüstə düşür. - Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2753/2023 saylı məktubundan görünür ki, İddiaçı Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə təqdim etdiyi ərizə və sənədlərə əsasən 11 iyul 1978-ci il tarixdə vəfat etmiş atası X3 barəsində vərəsəlik işi açılmışdır. Vərəsələri tərəfindən X6 məxsus olan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən onun barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - Bərdə rayon Bərdə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 106 nömrəli məktubdan görünür ki, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində 300 kv.m ölçüdə həyətyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışa əsasən Bərdə Bələdiyyəsinin mülkiyyətindədir. Sözügedən torpaq sahəsi barədə xx.xx.2017-ci il tarixdə müsabiqə keçirilmiş və X11 müsabiqəsinin qalibi olmuşdur. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının bu tələblə məhkəmə müdafiəsindən istifadə etməsinə subyektiv hüququnun olub-olmamasının aydınlaşdırılmasını zəruri hesab edir. İş materiallarından göründüyü kimi, iddiaçının iddia etdiyi ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışa əsasən Bərdə Bələdiyyəsinin mülkiyyətində olmuş, sözügedən torpaq sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixdə müsabiqə keçirilmiş, X11 müsabiqənin qalibi olmuş və xx.xx.2017-ci il tarixli qərarla torpaq sahəsi ona satılmışdır. X11 isə həmin torpaq sahəsini digər üçüncü şəxs X4 və sonuncu da buna dair xx.xx.2017-cil tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. İddiaçı hazırda Bərdə Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolun (qərarın) ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini araşdırmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının miras əmlakla bağlı hüquqlarına istinad etməklə hazırki bələdiyyə qərarını mübahisələndirmək üçün mərhumun mirasını qəbul etmiş şəxs kimi hüquqi statusa malik olmalıdır. İş materiallarına əlavə edilmiş Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2753/2023 saylı məktubundan görünür ki, İddiaçı Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə təqdim etdiyi ərizə və sənədlərə əsasən 11 iyul 1978-ci il tarixdə vəfat etmiş atası X3 barəsində vərəsəlik işi açılmışdır. Vərəsələri tərəfindən X6 məxsus olan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən onun barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Göründüyü kimi, iddiaçıya mərhum M.İsmayılovun vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi verilməmiş, digər tərəfdən mərhumun mirasının iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən mülki icraat qaydasında baxılmış məhkəmə aktı da mövcud deyil. Belə olan vəziyyətdə iddiaçının miras əmlaka olan hüquqlarına əsaslanaraq digər şəxslə əlaqədar olan bələdiyyə qərarını mübahisələndirməyə subyektiv hüququ yaranmır. Digər tərəfdən, iddiaçının ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinin mərhum atası X9 məxsus olduğuna dair təqdim etdiyi yeganə sənəd arxiv arayışıdır ki, həmin arxiv arayışında Bərdə rayon Kələntərli Kənd ZDS İcraiyyə Komitəsinin 1954-1956cı illər üzrə 5 saylı Təsərüfatbaşına Kitabın 22 saylı şəxsi hesabına əsasən Alaçadırlı kəndi üzrə mərhum vətəndaş X7 adına 1955-ci ildə 0,08, 1956-cı ildə 0,07 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinin koordinatları, plan-cizgisi və digər texniki göstəriciləri mövcud olmadığından iddia edilən torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkün deyildir. İş materiallarında olan mütəxəssis rəyindən də görünür ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin koordinatları olmadığından sənəd üzrə torpaqların üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Belə vəziyyətdə iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları mövcud olmadığından, o, qeyd edilən arxiv arayışına əsaslanmaqla Bərdə şəhəri üzrə istənilən yeri iddia edə bilər. Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-70/2023 saylı qərarı ləğv edilməli, İddiaçı Cavabdehnə (üçüncü şəxs X11 və X19) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-70/2023 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə (üçüncü şəxs X11 və X19) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-657/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-657/2023
05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver