Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-666/2024 26.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)- 2323/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası SHXÇDX-nin Kəlbəcər rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3xx-xx/2266/2023 nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli, 4 nömrəli əmrində (əsas : bənd – 6, səh – N0, əmrdə adı « Emin » yazılmışdır) X2 V bölüyün İ tağımına atıcı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin müavini İddiaçı hərbi hissədən azad edilərək bütün növ təminatlardan silinmişdir. Ağdam Rayon Məhkəməsinin 2(N3)-3830/20N6 nömrəli xx.xx.20N6-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cu il tarixə kimi N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatında iştirak etməsi və fevral N994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğrunda gedən döyüş əməliyyatı zamanı yaralanması faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın xx.xx.20N6-cı il tarixli, 8N0 nömrəli qərarından görünür ki, Kəlbəcər RHK tərəfindən N99N-ci ildə hərbi xidmətə çağrılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N994-cü ilin fevral ayında aldığı və xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Tibb Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibb müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz “Odlu silah yaralanmalarından Sonra başın təpə nahiyyəsinin sağ və sol tərəfində, alın nahiyyəsinin, sol qaşın orta N/3-nin tüklü hissəsində, burun belində, sağ saidin aşağı N/3-nin ön səthində, sağ baldırın orta N/3-nin ön və arxa səthində bərkimiş çapıq toxumaları”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş məktubun surətindən görünür ki, iddiaçının «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində « Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya »nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və onun barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin arayışına və təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə iddiaçının hərbi xidmətinə dair, habelə Baş Klinik Hospitalın arayışında fevral N994-cü ildə yaralanmağına, müalicə olunmağına dair, HHK tərəfindən şəhadətləndirilməsi barədə arxiv sənədlərinin bazasında məlumat olmadığına görə ona « Müharibə veteranı » adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 2838 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.N99N-ci il tarixli 2N0-Xİİ nömrəli Azərbaycan Respublikası Silahlı Qüvvələr Haqqında” Qanuna əsasən tağım komandirinin müavini İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 50 nömrəli əmrində (əsas, sıra N, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) hərbi hissədən azad edilərək bütün növ təminatlardan silinməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N99N-xx.xx.N992-ci il, xx.xx.N992-xx.xx.N992-ci il, xx.xx.N992xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin N992-N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, N563 nömrəli məktubdan görünür ki, 809(7N2) nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli əmrində (əsas: bənd-6, səh-N0, əmrdə adı “Elin” yazılmışdır) müqavilə ilə batalyona daxil olan, sıravi X9 5-ci rotanın N-ci tağımında atıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 50 nömrəli əmrində (əsas: səh-NN, sıra-N, əmrdə atasının adı yazılmamışdır) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N99N-ci il tarixli 2N0-Xİİ nömrəli “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanuna əsasən, tağım komandirinin müavini, İddiaçı hərbi hissədən azad edilməsi və bütün növ təminatlardan silinməsi barədə məlumat qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N99N-ci ilin dekabr ayından N994-cü ilin fevral ayınadək olan müddət ərzində Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmiş, N99N-ci ilin dekabr ayının 2-də Kəlbəcər rayon Hərbi Kommisarlığı tərəfindən yaşadığı Kəlbəcər rayonu, Kilisə (hazırkı adı ilə Qasımlar) kəndindən “Birinci Qarabağ” müharibəsində iştirak etmək üçün aparılmışdır. O, Kəlbəcər rayonunda yerləşən N (hazırda 70N) saylı hərbi hissəyə aparılmış, oradan Kəlbəcər rayonunun inzibati ərazisinə daxil olan "Söyüdlü", "Ağdaban", “Narışdar”, “Qaraqaya” və digər ərazilərdə döyüş əməliyyatlarında iştirak etmişdir. O, qeyd olunan tarixdə, qeyd olunan yerlərdə döyüşlərdə iştirak etsə də, onun Birinci Qarabağ müharibəsində iştirak etməyi ilə bağlı cavabdeh orqan tərəfindən qeydiyyat aparılmamışdır. Belə ki, bu səbəbdən də bu günədək veteran adı və vəsiqəsi ala bilməmişdir. Bununla əlaqədar, sonuncu dəfə 29 sentyabr 2023-cü il tarixdə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar ərizə göndərərək müraciət etmiş, lakin barəsində müsbət qərar qəbul edilməmişdir. O. aşağıdakılara əsasən hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də, ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. O, 20N6-cı ildə ərizə ilə Ağdam rayon Məhkəməsinə müraciət edərək xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cü il tarixədək 70N (əvvəlki adı 7N2) saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatlarında iştirak etməyini və N994-cü il fevral ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğurunda gedən döyüş əməliyatı zamanı yaralanmağının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam rayon Məhkəməsinin 2(N3)-3830/20N6 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş və onun xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatlarında iştirak etməyi və N994-cü ilin fevral ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğurunda gedən döyüş əməliyyatları zamanı yaralanmağı təsdiq edilmişdir. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsindən ona TSEK-ə təqdim etmək üçün göndərilmiş xx.xx.2022-ci il tarixli N65 nömrəli Arayışda qeyd olunur ki, “verilir N970-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, 2005ci il tarixdən Kəlbəcər rayon şöbəsində hərbi vəzifəlilərinin qeydiyyatına bərpa olunmuşdur. Rayonun işğalından əvvəl keçmiş hərbi komissarlıqda qeydiyyatda olubolmaması barədə şöbədə heç bir rəsmi məlumat yoxdur. Hazırda şöbədə mövcud olan sənədlərə əsasən onun adı fərari kimi qeydiyyatdan keçmir. Son 50 (əlli) yaşla əlaqədar hərbi vəzifəlilərin qeydiyyatından silinmişdir”. Arayışın məzmunundan da göründüyü kimi o, həmin müddət ərzində axtarışda olmamış və fərari olmamış, həqiqətən də döyüşlərdə iştirak etmişdir. O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar ərizə göndərərək müraciət etmişdir. Bu müraciətinə cavab olaraq 5 aydan sonra yəni xx.xx.2024-cü il tarixli göndərilmiş məktubda bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənəndlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənisində müsbət qərar qəbul edilməmişdir, Mərkəzi Arxivin arayışına və təqdim olunmuş sənəndlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə hərbi xidmətininə dair “Hərbi Həkim Komissiyası” tərəfindən şəhadətləndirilməyi barədə arxiv sənədlərinin bazasında məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Bu məktubun ikinci abzasında qeyd edilmişdir ki, xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə onun hərbi xidmətinə dair “Hərbi Həkim Komissiyası” tərəfindən şəhadətləndirilməyi barədə arxiv sənədlərinin bazasında məlumat olmamışdır. Bu onun haqqında tamamilə əsassız və həqiqəti əks etdirməyən bir məlumatdır. Çünki o, N994-cü ilin fevral ayında Kəlbəcər rayon, “Bağırsaq” kəndi uğurunda gedən ağır döyüşlərdə döyüş əməliyyatını yerinə yetirən zaman yaralanaraq Göygöl rayonu, Toğana kəndində yerləşən Xəstəxanaya gətirilmişdir. Xəstəxanaya gətirilərkən üzərində döyüş əməliyyatları zamanı istifadə etdiyi “PK” markalı K-885 nömrəli silahı olmuşdur və Müdafiə Nazirliyinin tibb bölüyünün zabitləri tərəfindən həmin silah ondan təhvil alınmış, əvəzində ona onlar tərəfindən Arayış verilmişdir. Hansı ki, həmin arayışda göstərilmişdir ki, “Verilir İddiaçı Vəli oğluna (göründüyü kimi burada ata adı səhv qeyd edilmişdir) ona görə ki, 28.0N.94-cü il tarixdə N nömrəli hərbi hissə tərəfindən ona döyüş əməliyyatları zamanında iştirak etmək üçün verilmiş “PK” markalı KA-885 nömrəli silah həqiqətən N5.02.94 tarixdə N nömrəli hərbi hissənin tibb bölüyü tərəfindən N nömrəli hərbi hissənin RAS anbarına təhvil verilmişdir. Arayış Kəlbəcər RHK-na təqdim etmək üçün verilmişdir. N nömrəli hərbi hissənin RAS xidmət rəisi mayor Xuduyev.V”. Arayışdanda göründüyü kimi, onun yaralanaraq xəstəxanaya gətirilməyi barədə əsaslı məlumatlar olduğu halda cavabdeh orqan bunları araşdırmadan əsassız olaraq yalan məlumat əsasında ərizəni təmin etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Mərkəzi Hərbi Həkim Komissiyası”nın xx.xx.20N6-cı il tarixli 8N0 nömrəli qərarında göstərilmişdir ki, “Kəlbəcər RHK tərəfindən N99N-ci ildə hərbi xidmətə çağrılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N994-cü ilin fevral ayında aldığı və xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Tibb Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibb müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz “Odlu silah yaralanmalarından Sonra başın təpə nahiyyəsinin sağ və sol tərəfində, alın nahiyyəsinin, sol qaşın orta N/3-nin tüklü hissəsində, burun belində, sağ saidin aşağı N/3-nin ön səthində, sağ baldırın orta N/3-nin ön və arxa səthində bərkimiş çapıq toxumaları”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Bu qərardan da göründüyü kimi, onun döyüşlərdə iştirak etməyi və yaralanmağı faktı açıq-aşkar göstərilmişdir. "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyin Mərkəzi Arxivinə xx.xx.2023-cü il tarixli 2/2-9828 nömrəli sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli N843 nömrəli cavab məktubunda göstərilmişdir ki, "N nömrəli hərbi hissə komandirinin N dekabr N99N-ci il tarixli 4 nömrəli əmrində X2 (əsas bənd 6, səh N0 əmrdə Emin yazılmışdır (burada da adım səhv yazılıb) müqavilə ilə batalyona daxil edilərək 5-ci rota N-ci vzvoda atıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N99N-ci il tarixli 2N0-Xİİ nömrəli “Azərbaycan Respublikası Silahlı Qüvvələr Haqqında” Qanuna əsasən tağım komandirinin müavini İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 50 nömrəli əmrində (əsas, sıra N, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) hərbi hissədən azad edilərək bütün növ təminatlardan silinməsi barədə məlumat vardır”. “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın göstərilən məktubundakı məlumatların natamam olması aşağıdakılarla təsdiq olunur. N. O, N994-cü ilin N5 fevral tarixində yaralanmış və həmin gün Müdafiə Nazirliyinin tibb bölüyünün N nömrəli hərbi hissənin RAS xidmət rəisi mayor Xuduyev.V tərəfindən silahı alınaraq ona Arayış verilmişdir. Bu fakt həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Mərkəzi Hərbi Həkim Komissiyası”nın xx.xx.20N6-cı il tarixli 8N0 nömrəli qərarında göstərilmişdir. 2. Tərtər hərbi prokurorluğuna müraciəti ilə əlaqədar ona verilmiş cavab məktubunda qeyd edilmişdir ki, onun barəsində Tərtər hərbi prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və təqsirləndirici material araşdırılmamışdır. Həmin cavab məktubundan da göründüyü kimi, N99N-ci ilin dekabr ayından N994-cü ilin fevral ayınadək olan müddət də daxil olmaqla onun barəsində hər hansı cinayət işi mövcud olmamışdır. Belə ki, həmin müddət ərzində o, hərbi səfərbərlik əsasında döyüş əməliyyatlarında iştirak etmişdir. Kəlbəcər rayon Hərbi Kommissarlığı tərəfindən 7N2 saylı hərbi hissəyə göndərildi halda döyüş əməliyyatlarında iştirak etməmiş olsa idi, barəsində axtarış və ya hansısa cinayət işi mövcud olardı. Lakin qeyd edilən məktubdan da göründüyü kimi onun barəsində hər hansı cinayət işi istintaq edilməmişdir. Bu isə Kəlbəcər Rayon Hərbi Kommissarlığı tərəfindən N nömrəli hərbi hissəyə göndərildikdən sonra orada xidmət etdiyini, döyüş əməliyyatlarında iştirak etdiyini göstərir. Lakin müvafiq dövlət orqanının səhlənkarlığının nəticəsidir ki, onun hərbi biletində döyüş əməliyyatlarında iştirak etməyi, hərbi səfərbərlik əsasında xidmətə çağırılmağı barədə hər hansı qeydiyyat aparılmamışdır. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsindən mövcud olan sənədlərdə adı fərari kimi qeydiyyatdan keçmir. Belə olan halda onun hüquqları pozulmuş, müharibə veteranı olduğu halda bu adı indiyədək əldə etməyi mümkünsüz olmuşdur. Göründüyü kimi o, həqiqətən xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatlarında iştirak etmiş və N994-cü ilin fevral ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğurunda gedən döyüş əməliyyatları zamanı yaralanmışdır. Lakin, üzərindən bu qədər müddət keçməsinə baxmayaraq o, hələ də “Müharibə Veteranı" adını və vəsiqəsini ala bilməmişdir. Özü həqiqi hərbi xidmətini o zamanlar SSR ərazsisi olan Qazaxıstan dövlətinin Baykanur şəhərində N988-N990-cı ilərdə yerinə yetirmişdir. Məlum olduğu kimi, Kəlbəcər rayon sakini olduğu üçün N993-cü ilin aprel ayında mənfur düşmənin Kəlbəcər rayonunu işğal etməsi nəticəsində ailə üzvləri rayonu tərk etmək məcburiyyətində qalmış və o da həmin vaxt ordu sıralarında “Ağdaban” əməliyyatında iştirak etmişdir. Bu səbəbdən də başqa Kəlbəcər sakinləri kimi onun ailə üzvləri də bir tək öz canlarını götürüb kənddən çıxmışlar. Evdən əşyalarını, o cümlədən də lazimi sənədlərini götürmək imkanı olmamışdır. Bu səbəbdən də başqa sənədləri kimi onun da hərbi bileti yaşadığı evdə qalmışdır. Müharibədən sonra dəfələrlə hərbi biletini bərpa etməyə çalışsa da indiyə qədər heç bir nəticə əldə etməmişdir. Hər dəfə hərbi bilet lazım olanda Kəlbəcər rayon Hərbi Komissarlığına müraciət edərək müvafiq arayışı alır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ müharibəsində iştirak etmiş, canı və qanı bahasına bu Vətəni qorumaq üçün çalışmışdır. Lakin cavabdeh orqanının səhlənkarlığı ucbatından döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar sənədlərdə adının Elim yox “Emin” yazılaraq qeyd edilməsi və N994-cü ilin fevral ayına qədər döyüşlərdə iştirak etməyinə baxmayaraq sənədlərdə xx.xx.N992-ci ildə hərbi hissədən azad olunmağının göstərilməsi nəticəsində bir müharibə iştirakçısı kimi hüquqları indiyədək kobud şəkildə pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-293N/2024 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci bəndinə əsasən: N988-cı il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Göranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, X6 kəndləri daxıl olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birgə təqdim edildiyi halda), şəxsi işlər orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma travma kontuziya) alma haqqında arayışla yerli orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibatı hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dıspozisiyasında əks edimiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxıl olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması başa düşülür. Normanı ümumiləşdirərək qeyd etmək olar ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərb hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xıdmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məhfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə « Müharbə veteranı » adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zərurdr ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin arayışına və təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə iddiaçının hərbi xidməti və Hospitalın arayışında fevral N994-cü ildə yaralanması, müalicə olması, HHK tərəfindən şəhadətləndirilməsi barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi Qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verılmış orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, Şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqorıyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştırak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazı bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. « Veteranlar haqqında » Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının əraziu bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər Müharibə veteranı sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibatı aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-2323/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-2323/2024 saylı qərarınnın ləğv edilməsini, idddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 2(N3)-3830/20N6 saylı qətnaməsindən də göründüyü kimi o, xx.xx.N99N-ci il tarixdən, xx.xx.N994-cü il tarixə kimi 7NN (indiki adı 70N) saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatlarında iştirak etmişdir və N994-cü ilin fevral ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğurunda gedən döyüş əməliyyatları zamanı yaralanmışdır. Həmçinin onu da vurğulamaq lazımdır ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun Qeyd hissəsində əks olunan hallar da mövcud olmamış və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsindən mövcud olan sənədlərdə onun adı fərari kimi qeydiyyatdan keçməmişdir. Birinci instansiya məhkəməsinin müvafiq iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Belə ki, Ağdam Rayon Məhkəməsinin 2(N3)- 3830/20N6 nömrəli xx.xx.20N6-cı il tarixli qətnaməsindən görünür ki, onun xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cu il tarixə kimi N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatında iştirak etməyi və fevral N994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğrunda gedən döyüş əməliyyatı zamanı yaralanmağı faktı təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bu dəlili nəzərə almayaraq yalnız cavabdeh tərəfindən təqdim edilmiş dəlillərə və izahatlara əsaslanmaqla qərar çıxarmışdır. xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə onun hərbi xidmətinə dair "Hərbi Həkim Komissiyası" tərəfindən şəhadətləndirilməyi barədə arxiv sənədlərinin bazasında məlumat olmamışdır. Bu onun haqqında tamamilə əsassız və həqiqəti əks etdirməyən bir məlumatdır. Çünki o, N994-cü ilin fevral ayında Kəlbəcər rayon, "Bağırsaq" kəndi uğurunda gedən ağır döyüşlərdə döyüş əməliyyatını yerinə yetirən zaman yaralanaraq Göygöl rayonu, Toğana kəndində yerləşən Xəstəxanaya gətirilmişdir. Xəstəxanaya gətirilərkən üzərində döyüş əməliyyatları zamanı istifadə elədiyi "PK" markalı K-885 nömrəli silahı olmuşdur və Müdafiə Nazirliyinin tibb bölüyünün zabitləri tərəfindən həmin silah ondan təhvil alınmış əvəzində ona onlar tərəfindən arayış verilmişdir. Hansı ki, bu arayışda göstərilmişdir ki, "Verilir İddiaçı Vəli oğluna (göründüyü kimi burada ata adı səhv qeyd edilmişdir) ona görə ki, xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissə tərəfindən ona döyüş əməliyyatları zamanında iştirak etmək üçün verilmiş "PK" markalı KA-885 nömrəli silah həqiqətən N5.02.94 tarixdə N nömrəli hərbi hissənin tibb bölüyü tərəfindən N nömrəli hərbi hissənin RAS anbarına təhvil verilmişdir. Arayış Kəlbəcər RHK-na təqdim etmək üçün verilir. N nömrəli hərbi hissənin RAS xidmət rəisi mayor Xuduyev.V". Arayışdan da göründüyü kimi onun yaralanaraq xəstəxanaya gətirilməyi barədə əsaslı məlumatlar mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi "Mərkəzi Hərbi Həkim Komissiyası"nın xx.xx.20N6-cı il tarixli 8N0 nömrəli qərarında göstərilmişdir ki, "Kəlbəcər RHK tərəfindən N99N-ci ildə hərbi xidmətə çağırılmış Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N994-cü ilin fevral ayında aldığı və xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Tibb Ekspertiza və X4 canlı şəxsin məhkəmətibb müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz "Odlu silah yaralanmalarından sonra başın təpə nahiyəsinin sağ və sol tərəfində, alın nahiyəsinin sol qaşın orta N/3-nin tüklü hissəsində, burun belində, sağ saidin aşağı N/3-nin ön səthində, sağ baldırın orta N/3-nin ön və arxa səthində bərkimiş çapıq toxumaları" (Azərbaycan Respublikası SHXÇDX-nin Kəlbəcər rayon bölməsinin xx.xx.20N6-cı il tarixli 7N5 nömrəli göndərişi, xx.xx.20N6-cı il tarixli 599 nömrəli arayışı, Müdafiə Nazirliyinin "Məhkəmə Tibb Ekspertiza və X7" tərəfindən verilmiş xx.xx.20N6-cı il tarixli 3N4 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçuların şahid ifadələri Ağdam Rayon Məhkəməsinin xx.xx.20N6-cı il tarixli qətnaməsi MN MHHK-nın həkim mütəxəssisicərrah rəyi ilə təsdiq edilir). "Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır". Bu qərardanda göründüyü kimi onun döyüşlərdə iştirak etməyi və yaralanmağı faktı açıq-aşkar göstərilmişdir. Göründüyü kimi, onun Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyini sübut edəcək kifayət qədər əsaslı dəlillərin olmasına baxmayaraq birinci instansiya məhkəməsi müvafiq inzibati işə düzgün hüquqi qiymət verməmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) proses iştirakçılarının izahatları İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, N99N-ci il tarixdən N994-cü il tarixədək Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N5 fevral N994-cü il tarixdə yaralanmış, yaralanan vaxt o, müalicə üçün Göygöl rayonu, Toğana kəndində yerləşən hospitala yerləşdirilmişdir. N994-cü ilin Mart ayına kimi hospitalda qalmış, sonra buraxılmışdır. Lakin buraxıldıqdan sonra hərbi hissəyə geri qayıtmamışdır. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Əsasnamə: N6. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: [N3] çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;
20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün;
“Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.N-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.
Apellyasiya məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti müsbət həll edilmədiyindən hazırkı tələblə məhkəmədə iddia qaldırmış və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmədiyindən qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası SHXÇDX-nin Kəlbəcər rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3xx-xx/2266/2023 nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli, 4 nömrəli əmrində (əsas : bənd – 6, səh – N0, əmrdə adı « Emin » yazılmışdır) X2 V bölüyün İ tağımına atıcı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin müavini İddiaçı hərbi hissədən azad edilərək bütün növ təminatlardan silinmişdir. Ağdam Rayon Məhkəməsinin 2(N3)-3830/20N6 nömrəli xx.xx.20N6-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cu il tarixə kimi N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatında iştirak etməsi və fevral N994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğrunda gedən döyüş əməliyyatı zamanı yaralanması faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın xx.xx.20N6-cı il tarixli, 8N0 nömrəli qərarından görünür ki, Kəlbəcər RHK tərəfindən N99N-ci ildə hərbi xidmətə çağrılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N994-cü ilin fevral ayında aldığı və xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Tibb Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibb müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz “Odlu silah yaralanmalarından Sonra başın təpə nahiyyəsinin sağ və sol tərəfində, alın nahiyyəsinin, sol qaşın orta N/3-nin tüklü hissəsində, burun belində, sağ saidin aşağı N/3-nin ön səthində, sağ baldırın orta N/3-nin ön və arxa səthində bərkimiş çapıq toxumaları”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş məktubun surətindən görünür ki, iddiaçının «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində « Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya »nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və onun barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin arayışına və təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə iddiaçının hərbi xidmətinə dair, habelə Baş Klinik Hospitalın arayışında fevral N994-cü ildə yaralanmağına, müalicə olunmağına dair, HHK tərəfindən şəhadətləndirilməsi barədə arxiv sənədlərinin bazasında məlumat olmadığına görə ona « Müharibə veteranı » adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 2838 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.N99N-ci il tarixli 2N0-Xİİ nömrəli Azərbaycan Respublikası Silahlı Qüvvələr Haqqında” Qanuna əsasən tağım komandirinin müavini İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 50 nömrəli əmrində (əsas, sıra N, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) hərbi hissədən azad edilərək bütün növ təminatlardan silinməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N99N-xx.xx.N992-ci il, xx.xx.N992-xx.xx.N992-ci il, xx.xx.N992xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin N992-N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, N563 nömrəli məktubdan görünür ki, 809(7N2) nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli əmrində (əsas: bənd-6, səh-N0, əmrdə adı “Elin” yazılmışdır) müqavilə ilə batalyona daxil olan, sıravi X9 5-ci rotanın N-ci tağımında atıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 50 nömrəli əmrində (əsas: səh-NN, sıra-N, əmrdə atasının adı yazılmamışdır) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N99N-ci il tarixli 2N0-Xİİ nömrəli “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanuna əsasən, tağım komandirinin müavini, İddiaçı hərbi hissədən azad edilməsi və bütün növ təminatlardan silinməsi barədə məlumat qeyd olunmuşdur. İş materiallarından göründüyü kimi İddiaçı ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.20N6-cı il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cu il tarixə kimi N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatında iştirak etməsi və fevral N994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğrunda gedən döyüş əməliyyatı zamanı yaralanması faktı təsdiq olunmuşdur. Lakin işin hallarından da göründüyü kimi iddiaçının döyüş əməliyyatlarında iştirakı və yaralanması faktı öz təsdiqini tapsa da onun qanuni əsaslarla ehtiyata buraxılması aşkar edilməmişdir. Belə ki, hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni əsaslarla ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamışdır. İddiaçı özü də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılmasını təsdiq edəcək mötəbər sənəd məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası iclasında izahat verərkən iddiaçı özü də bildirmişdir ki, N99N-ci il tarixdən N994-cü il tarixədək Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N5 fevral N994-cü il tarixdə yaralanmış, yaralanan vaxt o, müalicə üçün Göygöl rayonu, Toğana kəndində yerləşən hospitala yerləşdirilmişdir. N994-cü ilin mart ayına kimi hospitalda qalmış, sonra buraxılmışdır. Lakin buraxıldıqdan sonra hərbi hissəyə geri qayıtmamışdır. İddiaçının izahatından da göründüyü kimi iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması öz təsdiqini tapmamışdır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(NN4)-2323/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən N ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.